Məhkəmə qərarları › İş №2(106)-1008/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1008/2025

27.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1008/2025 27.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X25 oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMCyə qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair, qarşılıqlı iddia üzrə Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək X11 ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun Masallı rayonun 1-ci Yeddioymaq kəndindəki, 0.09 ha həyətyanı və 0.77 ha pay torpağından, şəxsi yaşayış evində və xx.xx.2017-ci ildə alqı-satqı B/0155 saylı müqavilə əsasında alınmış Abşeron rayon, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı 8 №-li mənzildən 1-ci növbəli vərəsələr olan nəvələri X18 və X23 adlı uşaqlara qanun üzrə payların müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mirasın qəbul faktının müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X12 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X8 miras qalmış Masallı rayonu Yeddioymaq kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN285B saylı Şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olan 0,09 ha həyətyanı torpağın və üzərində olan evin 2/5-i və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payı bəlli torpaq sahəsinin 2/5-dən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə X14 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişlər. Ər-arvad kimi yaşadıqları dövrlərdə 2 nəfər uşaqları olmuşdur. X3 02 yanvar 2021-ci ildə Rusiya Federasiyasının Arxangelsk şəhərində qətlə yetirilmişdir. Əri Masallı rayonu Yeddioymaq kəndində dəfn edilmişdir. Yetim qalmış 2 nəfər azyaşlı uşaqları 1-ci növbəli vərəsədirlər. Ərinin ölümünə qədər Masallı rayonu 1-ci Yeddioymaq kəndində ailələri ilə birlikdə ümumi birgə mülkiyyətində 0.09 hektar həyətyanı və 0.77 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində payları olmuşdur. Mərhum ərinin atası X24 ailənin başçısı olmaqla təsərrüfatlarını idarə etməklə bərabər o, 2 nəfər azyaşlı uşaqlarınla ona məxsus ilk gündən Masallı rayonu 1-ci Yeddioymaq kəndindəki evində bu günə kimi yaşayırlar. 2021-ci il ərinin vəfatından sonra qayınatası, yəni ərinin doğma atası X24 may 2022-ci ildə vəfat etmişdir. Mərhum qayınatası X24 ərinin atası olmaqla ölümündən sonra özünə məsxus bir neçə daşınmaz əmlakları və nəğd pulu miras qalmışdır. Miras əmlakın kütləsinə Abşeron rayon Xırdalan şəhəri "xxxx" MMC-dən xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 1 otaqlı 51.5 kv.metr mənzil, Masallı rayon Yeddioymaq kəndində 0.09 ha həyətyanı torpaq sahəsi, 0.77 ha kənd təsərrüfat təyinatlı torpaqlar yaşadığı 1-ci Yeddioymaq kəndindəki fərdi yaşayış evi, 35.000 (otuz beş min) ABŞ dolları və 8.000 (səkkiz) min manat nəğd pulu miras qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərinin atasına münasibətdə 1-ci növbəli vərəsəsi olmasını və vərəsə kimi ərinə düşən miras əmlaklardan paylarını vermək istəmədiklərindən, saxta yolla X11 ölümündən sonra Xırdalan şəhərindəki, H.Əliyev prospekti 167 ünvanında 1 otaqlı, 51.5 kv.m-lik mənzilin birtərəfli qaydada alqı-satqı müqaviləsini ləğv etmişlər. Həmçinin 35.000 ABŞ dolları və 8.000 manatlıq məhkəmə mübahisəsi dövründə cavabdehlər həmin pulun hamısının atasına məxsus olmasını təsdiq etmiş və bu barədə məhkəmə qərar qəbul etmişdir. Ona görə də miras əmlaklar fəaliyyət qabiliyyəti məhdud olan övladlarının anası olmaqla qanuni nümayəndəsi kimi miras əmlakın müəyyən hissəsini faktiki qəbul edib, onu idarə edirlər. Əri sağ olsaydı, atasının miras əmlakından 1-ci növbəli vərəsə kimi pay almaq hüququ var idi. Mülki Məcəllənin 1159-1.3-cü maddəsinə əsasən miras qoyan X11 nəvələri kimi X18 və X23 adlı uşaqların atalarının, miras açıldığı vaxt sağ olmadığından 1-ci növbəli vərəsələr sayılırlar. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. Vərəsələr mirasdan imtina etməmiş və etməyəcəklər. Ona görə də miras əmlak olan 1-ci növbəli vərəsə kimi mirasın bir hissəsinə sahiblik etməkdə faktiki başladıqları mirası tamamilə qəbul etmişlər. Lakin cavabdehlər miras qoyanın 1-ci növbəli vərəsələri, ərinin ölümündən sonra onun Rusiyadakı əmlaklarını ələ keçirmək üçün müxtəlif saxta yollara əl atmış və nəticədə miras əmlaklardan qanuni pay ala bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qarşılıqlı iddiaçı Cavabdeh2 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Masallı Rayon Məhkəməsinin icraatında İddiaçı ona və Cavabdeh1 qarşı “mirasın qəbul edilməsi və mirasdan payın ayrılıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. X1 ilə X15 nikahlarından onunla yanaşı Nahid və Vurğun adlı qardaşları anadan olmuşdur. X37 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN285B saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha həyətyanı torpağının 2/5-i, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli seriya RX №0890480 saylı Çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha payıbəlli torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Qardaşı Vurğun vəfat etsə də, onun arvadı İddiaçı iki azyaşlı uşağı ilə valideynlərindən qalan evdə yaşayırlar. Həmçinin o, da ümumi birgə mülkiyyətdə olan payıbəlli torpaq sahəsini əkib-becərməklə miras əmlakı qəbul etmişdir. Lakin mirasda paylarının müəvyənləşdirilməsində və cavabdehlə son zamanlarda aralarında narazılıqlar yaranmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Baba və nənələri daha öncədən vəfat etdiklərindən, valideynlərinin birinci növbəli vərəsələri kimi yalnız qardaşı ilə o qalmışlar. Qardaşı Vurğun da vəfat etdiyindən onun iki azyaşlı uşağı Vurğuna çatan payı almaq hüquqları vardır. Miras əmakın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsələr də, ümumi birgə mülkiyyətdə olan paybəlli torpağı əkib-becərməklə təsərrüfatı idarə etməklə, həmin əmlaka sahiblik etməklə əmlakı idarə etməyə başlamışdır ki, qanunvericiliyin tələbinə əsasən bu hal da miras əmlakın qəbulu hesab edilir. Qanunvericiliyin tələbinə əsasən mirasın bölüşdürülməsi ilə bağlı aralarında ixtilaflar olduğundan mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı ona qarşı olan iddiası miras əmlakın mübahisəsi ilə bağlıdır. Onun tələbi də həmin miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və bölgüsündən ibarətdir. Bu da iddia tələblərinin arasında qarşılıqlı əlaqənin olmasını göstərir. Hazırkı tələbinin ayrıca verilməsi tərəflərin uzun müddət məhkəmə çəkişmələrinə səbəb olardı ki, bu da tələbinin hazırkı işdə baxılmasının aralarında olan mirasla bağlı mübahisəyə daha tez və düzgün baxılacağı ilə nəticələnməsini göstərir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 bildirdi ki, ilk iddia üzrə cavabdehlər təmsil etdiyi şəxs üçün Abşeron rayonu, Xırdalan şəhərində 3 mənzil almalı idilər, lakin onu aldadaraq hər üç mənzili öz adlarına almışlar. Qızının adına ev alınsa da, onu Cavabdeh2 hədiyyə kimi almışdır. Sonradan həmin pulu tələb etmiş, lakin iddiası rədd edilmişdir. Cavabdeh1 miras əmlakdan imtina etmişdir, ona miras əmlakdan pay verilə bilməz. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 bildirmişdir ki, ilk iddia ərizəsində olan xüsusatları sübut etmək üçün Abşeron Rayon Məhkəməsinin qətnaməsininin əsaslandırıcı hissəsində qeyd edilir ki, Cavabdeh1 notarial qaydada ərizə verir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzildə payından imtina edir. Bu səbəbdən də qətnamə qəbul edərkən miras əmlakın 2 yerə bölünməsini və ilk iddianın təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilən əmlakda qarşılıqlı iddia üzrə iddiaçının payı varsa, qanuna müvafiq həll edilsin. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində olan evə atasının adına olsa da ona məxsusdur. Bu səbəbdən də həmin evi adına rəsmiləşdirərkən qardaşı ərizə verərək etiraz etməmişdir. Daşınmaz əmlakların bərabər bölünməsinə etiraz etmir. İlk iddia tələbinin pul hissəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi Vəkil2 ilk iddianı qismən etiraf edib, qarılıqlı iddianı müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi şəxs X11 və X15 övladıdır. Onun pulunu miras əmlak kimi qarşı tərəf ələ keçirmək istəyir. O, Rusiya Federasiyasında yaşayır. Vərəsəliyin qəbul edilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edilməmiş, lakin həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia təmin edilmişdir. Bu səbəbdən də hesab edir ki, təmsil etdiyi şəxs mübahisə predmeti olan miras əmlakda payı vardır. Onun notarial qaydada veridiyi ərizə miras əmlakdan imtina ərizəsi deyil, atasının adına olan evin qardaşı Cavabdeh2 adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizədir. Həmin mənzil Cahangir Əliyevin adına olsa da, əslində, Cavabdeh2 məxsus olmuşdur. Miras əmlakın pul hissəsində bildirir ki, 8000 manat pul olmayıb, 35000 ABŞ dolları olmuşdur. Həmin pul atasında olsa da, Cavabdeh1 məxsus pul olmuşdur. O, X5 ilə ev alqı-satqısı etmişlər. Cavabdeh1 Niyaməddin Abiyeva Rusiya Federasiyası, Arxanqelsk şəhərində olan mənzilini satmış, Niyaməddin Abiyev isə Cavabdeh1 Masallı şəhərində olan evini satmışdır. Evlər arasında fərqi X26 Əliyevin tapşırığına əsasən onun atası Cahangir Əliyevə ödəmişdir. Bununla bağlı X2 Federasiyasında olduğundan yaşadığından məhkəmə iclasında şahid qismində ifadə verə bilməmiş, lakin Rusiyadan notarial qaydada ərizə vermiş və qeyd etdiyi xüsusatları həmin ərizədə göstərmişdir. Bu da onu sübut edir ki, 35000 ABŞ dolları miras əmlak deyil. Digər əmlakların qanuna müvafiq 3 yerə bölünməsini xahiş etmişdir. Əlavə olaraq Cavabdeh2 qardaşı uşaqlarına köməklik məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışdır. Buna səbəb tərəflərin aralarında razılıq olmuşdur ki, İddiaçı üçün mənzil alınacaq və o, miras əmlkadan imtina edəcək. Lakin mənzil alındıqdan sonra razılaşmanı pozmuş və miras əmlakdan imtina etməmişdir. Həmin vaxt alınmış üç mənzildən biri İddiaçı adına, ikisi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzillər 18000 manata, 25400 manat və 15400 manata alınmışdır. Hər mənzilin sənədləşmə işləri üçün əlavə olaraq 2500 manat məbləğində pul ödənilmişdir. Toplam olaraq məbləğ 65000 manat təşkil edir, beləliklə, həmin 35000 ABŞ dolları məbləğ xərclənmiş olur. Hesab edir ki, 35000 ABŞ dolları miras kütləsi olmasa da, kömək məqsədi ilə İddiaçı ev alınmışdır. İlk iddia üzrə üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsi ilə (Hakim: Zeynal Zeynalov) ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə nəzərdə tutulmuş 0.09 hektar torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** saylı, **********57 reyestr nömrəli Çıxarışda nəzərdə tutulmuş 0.77 ha torpaq sahəsinin 01 mart 2011-ci il tarixdə vəfat etmiş mərhum X19 və 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X16 düşən hər birinin 1/5 hissəsi və xx.xx.2017-ci il tarixli, B/0155 saylı alqı-satqı müqaviləsi əsasında 24 may 2021-ci il tarixdə vəfat etmiş mərhum X11 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında “AAAF-PARK” yaşayış massivin 12 saylı küçəsində olan bina 5, mərtəbə 2, ümumi sahəsi 51.5 kv.m-dən ibarət 1 otaqlı 8 №-li mənzil vərəsələr Cavabdeh2, Cavabdeh1, X18 və X23 arasında paylara mütənasib şəkildə bölünməsi və payların aşağıdakı qaydada müəyyən edilməsi; "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivin 12 saylı küçəsində inşa edilən 5 saylı binanın, 2-ci mərtəbəsində olan ümumi sahəsi 51.5 kv.m ibarət, 1 otaqlı, 8 nömrəli mənzilə münasibətdə Cavabdeh1 2/6, Cavabdeh2 2/6, X18 1/6 və X23 1/6 payı: Masallı rayonu 1-ci Yeddioymaq kəndində yerləşən, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarına əsasən JN-285B Kod 80510018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X14 3/15, X18 1/15 və X23 1/15 payı: ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinə münasibətdə Cavabdeh1 5/15, Cavabdeh2 5/15, X14 3/15, X18 1/15 və X23 1/15 payı, ilk iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Masallı Rayon Məhkəməsi vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, vərəsələrdən Cavabdeh1 notariat qaydasında atasından miras qalmış Xırdalan şəhərindəki mənzilindən payçılıqdan imtina etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1161/2023 saylı qətnaməsi ilə həmin imtinaya hüquqi qiymət verilmişdir. Buradan tam aydındır ki, vərəsə miras payın bir hissəsindən imtina etmişdir. Vərəsəlik qanunvericiliyinə əsasən vərəsə mirasdan imtina edirsə, miras o biri vərəsələrə kecir. Ona görə də X9 qalan bütün miras əmlak 35.000 min ABŞ dollar 8 min manat iki hissəyə bölünməli və Cavabdeh2 və X6 vərəsələri olan iddaçılar X20 və X21rı arasında bərabər bölgü müəyyən etməli olduğu halda məhkəmə tamamilə başqa yol seçmişdir ki, bu da çoxlu narazılıqlara səbəb olmuşdur. Bunlardan başqa, Cavabdeh1 əvvəlki məhkəmə proseslərində açıq-aşkar bildirir ki, 35.000 min ABŞ dollar, 8000 min manat pul atası X17 məxsusdur. Bu faktı məhkəmə prosesində audio-video çəkilişində əsas sübut növü olmasına baxmayaraq məhkəmə həmin sübuta əhəmiyyət verməmişdir. (Ona görə də X9 qalan bütün miras əmlak 35.000 min ABŞ dollar 8 min manat iki hissəyə bölünməli və Cavabdeh2 və X6 vərəsələri olan iddaçılar X20 və X21rı arasında bərabər bölgü müəyyən etməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsinin ilkin iddia tələbinə münasibətdə ləğv edib ilkin iddia tələbinin tam təmin edilməsi və X8 miras qalmış 35000 ABŞ dolları pulun, 8000 manat pulun, həyətyanı torpaq sahəsindən və kənd təsərrüfat məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsindən X13 payına düşən paydan və "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildə ibarət miras əmlakından Cavabdeh1 imtina etdiyindən vərəsə Cavabdeh2 və mərhum vərəsə X7 vərəsələri olan X18 və X23 arasında bərabər paylara bölünməsi, həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hüquqi statusu müəyyən olunmadığı üçün həmin evdə yaşayanların istifadəsinə verilməsi və Cavabdeh1 həmin miras paydan məhrum edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı 35000 ABŞ dolları və 8000 manat pulun da miras kimi bölünməsini tələb etmiş, həmin hissədə tələbinin təmin edilməməsindən narazılıq etmişdir. İddiaçı göstərilən məbləğdə pulun atalarına məxsus olması tələbini irəli sürdüyündən bunu sübut etmə də onun üzərinə düşür. Qanunvericiliyin tələbinə əsasən iddiaçının irəli sürdüyü arqumentləri, yəni 35000 ABŞ dolları və 8000 manat pulun mərhum atalarına məxsus olmaqla ondan miras qalmasını sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçının qeyd olunan xüsusatlarla bağlı hər hansı sübut təqdim etməməsi onun tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərir. İlk iddiaçının bütün məqsədi Cavabdeh1 pulunu miras əmlak kimi ələ keçirməkdir. Cavabdeh1 Rusiya Federasiyasında yaşayır. Vərəsəliyin qəbul edilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia təmin edilməmiş, lakin həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilərək, iddia təmin edilmişdir. Bu səbəbdən də Cavabdeh1 mübahisə predmeti olan miras əmlakda payı vardır. Cavabdeh1 notarial qaydada verdiyi ərizə miras əmlakdan imtina ərizəsi deyil, atasının adına olan evin onun adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə ərizədir. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən həmin mənzil atası Cahangir Əliyevin adına olsa da, əslində, ona məxsus olmuşdur. Miras əmlakın pul hissəsinə gəlincə isə 8000 manat pul olmayıb, 35000 ABŞ dolları olmuşdur. Həmin pul atalarında olsa da, Cavabdeh1 məxsus pul olmuşdur. Cavabdeh1 Masallı rayon sakini X5 ilə ev alqı-satqısı etmiş, Cavabdeh1 Niyaməddin Abiyeva Rusiya Federasiyası, Arxanqelsk şəhərində olan mənzilini satmış, Niyaməddin Abiyev isə Cavabdeh1 Masallı şəhərində olan evini satmışdır. Evlər arasında fərqi X26 Əliyevin tapşırığına əsasən atası Cahangir Əliyevə ödəmişdir. Bununla bağlı X2 Federasiyasında olduğundan məhkəmə iclasında şahid qismində ifadə verə bilməmiş, lakin notarial qaydada ərizə vermiş və qeyd etdiyi xüsusatları həmin ərizədə göstərmişdir. Həmin ərizə və evlərin alqı-satqısına dair sənədlər EMS-nə əlavə edilmişdir. Bu da onu sübut edir ki, 35000 ABŞ dolları miras əmlak deyil. Mərhum qardaşının uşaqlarına köməklik məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində mənzil almışlar. Buna səbəb aralarında razılıq olmuşdur ki, İddiaçı üçün mənizil alınacaq və o, miras əmlakdan imtina edəcək. Lakin mənzil alındıqdan sonra Çinarə razılaşmanı pozmuş və miras əmlakdan imtina etməmişdir. Həmin vaxt 3 mənzil alınmış, mənzillər həm Nahidin bəhs olunan pulu, həm də onun pulu hesabına alınmışdır. Belə ki, 3 mənzil alınarkən pul çatmadığından özünə məxsus mal-qaranı sataraq həmin pulu da əlavə etməklə mənzillərin pulunu ödəmişlər. Alınmış üç mənzildən biri İddiaçı adına, ikisi isə Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzillər 18000 manata, 25400 manat və 15400 manata alınmışdır. Hər mənzilin sənədləşmə işləri üçün əlavə olaraq 2500 manat məbləğində pul ödənilmişdir. Toplam olaraq məbləğ 65000 manat təşkil edir. Beləliklə, həmin 35000 ABŞ dollar məbləğ xərclənmiş olur. Qeyd olunan 35000 ABŞ dolları miras kütləsi olmasa da, kömək məqsədi ilə İddiaçı mənzil alınmışdır. Çinarənin miras adı ilə həmin pulu tələb etməsi tamamilə əsassızdır. İddiaçı bundan öncə başqa bir işdə həmin pulun ərinə aid olmaqla ondan miras qalmasını iddia edib pulu tələb etmişdir. Həmin iş üzrə iddia tələbi rədd edildikdən sonra isə pulun atalarına aid olmaqla miras kimi həmin puldan pay tələb edir. Halbuki Çinarənin əri olan mərhum qardaşlarının Rusiyada borcları olmuş, bunu başqa iş üzrə özlərinin gətirdiyi Hikmət adlı şahid də təsdiq etmişdir. O, qardaşları Vurğunun Şıxlar kəndindən olan Elşad adlı şəxsə borclu olmasını bildirmişdir. Hətta həmin borcu ödəmək üçün o, qardaşı Nahidə 5000 ABŞ dollar pul göndərmişdir. Atalarına gəlincə o, təqaüdçü olmaqla aldığı pensiya özünün müalicəsinə xərclənirdi. Başqa gəliri isə olmamışdır. Nahidə məxsus evlərin kirayəsindən yığılan pulları Nahid üçün saxlayan ataları həmişə Nahidə zəng edərək hansı evə görə kirayə haqqını almasını Nahidə bildirmişdir. Bu barədə səs yazısı da məhkəməyə təqdim edilmişdir. Atasının Çinarəyə münasibəti telefon danışıqlarından da görünür ki, heç də yaxşı olmamışdır. Telefon danışığında atası ölümündən sonra Çinarəni yaxın qoymamağı, ona baxmamağı təkidlə tapşırır. Buna baxmayaraq mərhum qardaşlarının övladlarına kömək üçün Çinarənin adına mənzil alsalar da, o, bütünlüklə Nahidin pulunu ələ keçirmək üçün müxtəlif iddialarla məhkəməyə müraciət edir. Bununla bağlı hüququndan sui-istifadə edir. Masallı Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək həmin qətnamənin İddiaçı şikayətinə münasibətdə dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.\ Digər Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 10/2024 saylı qətnaməsini mübahisələndirilən hissələrdə ilk iddiaçının apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də ilk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətindən görünür ki, apellyator qətnaməni X11 ölümündən sonra miras qalmış 35.000 ABŞ dolları və 8.000 manat pulun vərəsələr arasında bölünməməsi və Cavabdeh1 notariat qaydasında atasından miras qalmış Xırdalan şəhərindəki mənzilindən payçılıqdan imtina etməsinin mirasdan imtina kimi qəbul edilməyərək sonuncunun mirasdan payının müəyyənləşdirilməsi hissələrində mübahisələndirir. Apellyator qətnaməni digər hissələrdə mübahisələndirmədiyindən məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsini yalnız mübahisələndirilən hissələrdə apellyasiya şikayətinin həcmində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Hər hansı əmlakın miras qoyanın vərəsələri arasında bölünməsi üçün həmin əmlakın miras kütləsinə daxil olması zəruridir. İlk iddiaçı 8000 manat pulun mövud olması və miras qoyan X8 miras qalması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Miras əmlak kimi tələb olunan 35.000 ABŞ dolları məbləğində pulla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin pulun X8 miras qalması barədə mötəbər sübutlar mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdən qabaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Canahgir oğluna qarşı 35000 ABŞ dolları və 8000 manat pul tələbi barədə məhkəmədə iddia qaldıraraq həmin pulun mərhum əri Vurğun Əliyevə məxsus olduğundan ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1744/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamədən görünür ki, aparılmış məhkəmə araşdırması nəticəsində 35000 ABŞ dolları pulun iddiaçının mərhum ərinə məxsus olması, o cümlədən 8000 manat pulun, ümumiyyətlə, mövcud olması sübuta yetmədiyindən iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət etmiş, müsbət nəticə əldə olunmadıqdan sonra artıq fərqli əsasla, yəni 35000 ABŞ dolları və 8000 manat məbləğdə pulların mərhum qaynatası Cahangir Əliyevdən miras qalmasını bildirib həmin puldan övladlarına pay verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, Masallı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(050)-1744/2022 saylı qətnaməsindən görünür ki, məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərir: “Qayınatası vəfat etdikdən sonra qaynı Nahid tərəfindən evdə qayınatasının pul qeydlərinin olduğu dəftər aşkar olunmuşdur. Həmin dəftərdə olan qeydlərə görə əri Vurğunun 35000 ABŞ dolları və 8000 manat pulu olmuşdur. Dəftərdə olan qeyddən ailə üzvlərinin, o cümlədən cavabdehlər Cahid və Nahidin də məlumatı olmuşdur. Onlar pulun yerini bilmədiklərinə görə qayınatasının yeddi mərasimi başa çatdıqdan sonra evi axtarmağa başlamışlar. Pul Nahid tərəfindən qayınatasının yataq döşəyindən tapılmışdır. Pul tapılanda anası Kəmalə orada olmuş, özü isə atası evində olmuşdur. Bundan sonra pulu ona vermişlər ki, saxlasın və Bakı şəhərində üç ədəd bir otaqlı ev alarlar ki, kirayəyə verib dolansın. Bu məqsədlə razılaşmışlar ki, Cahid, Nahid və anası Kəmalə Bakı şəhərində getsinlər. Təqribən 1 ay sonra Cahid, anası Kəmalə və özü birlikdə Bakı şəhərinə getmişlər. Nahid də Bakıda olduğuna görə onlar Xırdalanda yerləşən “AAF Park” yaşayış kompleksinə görüşmüşlər. Orada üç müxtəlif sənədə imza etmiş, daha sonra sənədlərin bəzilərində dəyişilik edilmiş, onlara da imza etmişdir. Bütün sənədləşmə işlərinə Nahid nəzarət etmişdir. İmzaladığı sənədlərin 3 ədəd 1 otaqlı evlərin müqavilələri olması ona bildirilmişdir. Həmin sənədləri də ona vermişlər və onlar geri qayıtmışlar. Üzərindən bir müddət sonra ondan sənədləri Nahid almış və bundan 3 ay sonra ona məlum olmuşdur ki, Nahidlə Cahid onu aldatmışlar. Ərindən qalan pula, əslində, onun adına 1 ədəd mənzil alınmışdır. Həmin mənzilin də sənədləri hal-hazırda Cahiddədir və ev mübahisəsinə görə də Cahid mənzilin sənədlərini ona vermir”. Göründüyü kimi, əvvəlki məhkəmə çəkişməsi zamanı iddiaçı tamamilə yeni fikir irəli sürərək onun üçün alınmış mənzilin məhz miras əmlak kimi qalmış 35.000 ABŞ dolları məbləğində puldan alındığını qeyd etmişdir. (“həmin puldan mənə və qızlarım üçün 3 (üç) ədəd bir otaqlı ev almalı olduğu halda bir ədəd ev alınmışdır”). Bundan başqa, iddiaçı tərəf 35000 ABŞ dolları pulun Cahangir Əliyevdən miras qalmış əmlak olmasının sübutu kimi iş materiallarından olan səs yazısına istinad edir. Həmin səs yazısı da 35000 ABŞ dollarının mərhum Cahangir Əliyevdə məxsus olmaqla ondan miras kimi qalması barədə nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin səs yazısında həm 5000 manat, həm də 35000 ABŞ dolları barədə müzakirə aparılır. Həmin puldan mərhum Cahangir Əliyevin hüzr məclisinə xərcləndiyi və s. barədə danışılır. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, 35000 ABŞ dolları pulun vərəsələr arasında bölünməsi üçün həmin məbləğin mərhumdan miras qalması təkcə kifayət etmir. Həmin məbləğ tam həcmdə mövcud olmalıdır ki, vərəsələrə ondan pay düşsün (ya bankda hər hansı hesabda olmalı, ya da digər hər hansı formada saxlanılmalıdır). Bu hal sübuta yetmir. Odur ki, qeyd olunanların məcmusuna əsaslanaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etirazının dəlillərini də nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Cavabdeh1 28 yanvar 2022-ci il tarixli, **********912 saylı notarial ərizəsindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 5, mərtəbə 2, 1 otaqlı, ümumi sahəsi 51.5 kv.m olan 8 nömrəli mənzildəki pay hüququnun "xxxx" MMC-yə geri qaytarılmasına və digər şəxsin adına sənədləşməsinə, rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Gələcəkdə "xxxx" MMC-yə qarşı hər hansı maddi iradı və tələbi olmayacaq. Payçılıqdan azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Göründüyü kimi, Cavabdeh1 həmin ərizədə payçılıqdan azad edilməsini xahiş etmiş, yəni Cavabdeh1 vəfat etmiş valideynlərindən miras qalmış əmlak payından imtina etməsi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan başqa, həmin ərizə hətta mirasdan imtina kimi qəbul olunsa belə yenə də hər hansı hüquqi nəticəyə səbəb olmayacaqdır. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(106)- 478/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X12 və mərhum atası X8 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(050)3125/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(106)-478/2023 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(050)3125/2022 saylı qətnaməsi ləğv edilərək iddiaçı Cavabdeh1 cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzaldılması tələbinə dair iddiası təmin edilmiş, mərhum X12 və mərhum X8 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzrlü hesab olunaraq uzadılmışdır. Qeyd olunanlara əsasən kollegiya apellyasiya şikayətinin bu dəlilini dəəsassız hesab edir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-10/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar