Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1011/2025 30.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Hindarx Bələdiyyəsinin sifarişi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq Müsabiqə və Hərrac Komissiyası tərəfindən təşkil edilmiş və 12 oktyabr 2023-cü il tarixində keçirilmiş hərrac və ya müsabiqənin nəticələrinin etibarsız hesab edilməsi, Cavabdeh6 verilmiş torpaq hərrac və ya müsabiqənin nəticələrinə dair HTM seriyalı, 004478 nömrəli şəhadətnamənin, xx.xx.2023-cü il tarixdə Ağcabədi rayon Hindarx Bələdiyyəsi ilə Cavabdeh6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini və xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə (İ.Əliyev) eyni predmet barəsində və eyni əsaslar üzrə Ağcabədi Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(017)-637/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X1, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqısatqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadının ləğv edilməsi, korrupsiya faktı ilə əlaqədar xüsusi qərardad qəbul edilməsi və Azərbaycan Respublikası Baş Prokurorluğu Yanında Korrupsiya Qarşı Baş Mübarizə İdarəsinə göndərilməsi, Xocavənd Rayon Məhkəməsinin hakimi İlqar Əliyevin prosessual hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə iş üzrə İddiaçı tərəfindən Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qəradadından vermiş olduğu şikayət elektron kabinet vasitəsi ilə verilməməsi və prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Xocavənd Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin onun tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Ağcabədi rayon Hindarx Bələdiyyəsinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, hüquqi varis X1, Cavabdeh8, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə X2 Torpaq Müsabiqə və Hərrac Komissiyasına və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “torpaq müsabiqə və hərracın nəticələrinin etibarsız hesab edilməsi, cavabdehə verilmiş torpaq müsabiqə və hərracın nəticələrinə dair şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysetrindən çıxarışın ləğv edilməsi, müsabiqə və hərracın yenidən keçirilməsi və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı digər qərardadı ilə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan iddiaçı şikayət vermişdir. Xocavənd Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadı ilə şikayət elektron kabinet vasitəsi ilə verilmədiyini üçün və prosessual müddəti ötürməklə verildiyi üçün geri qaytarılmışdır. İddiaçı bundan sonra Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından elektron kabinet vasitəsi ilə şikayət (prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə) verməli olduğu halda, təkcə prosesssual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd edilən əsaslara cavab vermədiyi üçün ərizəni geri qaytarmalı olduğu halda, ərizəni rədd etmiş, həmçinin barəsində şikayət verilməyən qərardaddan (23 aprel 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardad) şikayət verilməsi qeyd edərək, şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini müəyyən etməklə prosessual pozuntuya yol vermişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(069)- 8/2025 saylı qərardadı ilə şikayət verilmiş qərardad olaraq Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadını qeyd etməli olduğu halda, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadını qeyd etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, belə bir pozuntu qərardadın aydınlığını və hüquqi qüvvəsini şübhə altına alır, apellyasiya instansiya məhkəməsi üçün məlumatların çaşdırıcı təqdiminə səbəb olur və ümumi işin qanunauyğun araşdırılmasına mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında izah olunmuşdur ki, ... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. ... Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. ... Verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı) Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Xocavənd Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(069)-8/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Xocavənd Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1011/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1011/2025
30.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver