Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1020/2025 26.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2(032)-340/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 20 nömrəli mənzilinə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun, vəkil xidmətləri üçün ödənilən 330 manat məbləğində xərcin ümumilikdə, 430 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə ailə qurub, nikahlarını rəsmi olaraq Şirvan şəhər qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə 483 nömrə ilə qeyd etdirmişlər. Onların birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdehlə ailə münasibətləri ilk əvvəllər yaxşı olmuş, sonradan ailə münasibətləri pozulmuş və nəticədə İddiaçı məhkəməyə nikahın pozulması barədə iddia tələbi ilə müraciət etmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-167/2024 saylı qətnaməsi ilə tərəflər arasında baglanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 3 uşaq ananın himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləgində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu barədə tərəflər arasında məhkəmə gedişatında xx.xx.2024cü il tarixdə notarial qaydada saziş də baglanmışdır. Bundan sonra, həmin məhkəmə qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-796/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-167/2024 saylı qətnaməsi qismən “uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və iş üzrə yeni qətnamə qəbul edilərək tərəflərin birgə nikahlarından dogulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Allahverdi və xx.xx.2016-cı il təvəllüdlü Məhəmməd adlı uşaqlar iş üzrə cavabdeh olan atalarının himayəsinə verilmiş və onların saxlanılması üçün sabit pul məbləğində hər uşaga 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin xx.xx.2024-cü il tarixdən hesablanmaqla İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından dogulmuş xx.xx.2006-cı il təvəllüdlü X10 həmin vaxt artıq yetkinlik yaşına çatmışdır. Şirvan Şəhər Məhkəməsində nikah pozulandan sonra keçmiş əri Cavabdeh iddiaçını ona məxsus və qeydiyyatda olduğu ünvan 1 ünvandan xx.xx.2024-cü il tarixdə qovmuş və uşaqları ilə ünsiyyət saxlamaqda ona mane olmuşdur. Bütün bu qeyd olunanların nəticəsidir ki, Cavabdeh maneçilik törətdiyinə görə iddiaçı nə özünə məxsus mənzilinə daxil olub rahat yaşaya bilmir, nə də uşaqları ilə ünsiyyət saxlaya bilmir. Belə olduğu təqdirdə, İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi Vəkil1 sonradan iddia tələbində dəqiqləşdirmə barədə ərizə təqdim edərək İddiaçı ona məxsus Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 23 nömrəli mənzilə köçürülməsi və dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun, vəkil xidmətləri üçün ödənilən 330 manat məbləğində xərcin ümumilikdə, 430 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(032)-340/2025 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddianın təmin edilməsi, İddiaçı Şirvan şəhəri 28 May küçəsi 3 saylı evin 23 (yeni qaydalarla Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 293 M2 m1) nömrəli mənzilinə köçürülməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 50 manat və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, cavabdehdən hüquqi yardıma görə ödənilmiş 330 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, cavabdehdən dövlət rüsumu üçün ödənilməli olan 50 manat məbləğində pulun alınaraq Şirvan Şəhər Məhkəməsinin xəzinə hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi vəkil X6 apellyasiya şikayəti verərək ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən “Mediasiya haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2006-cı ildə Şirvan şəhər qeydiyyat şöbəsində bağlanmış 483 saylı nikah qeydi ləğv edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılmış, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri 28 May küçəsi 3 saylı binada yerləşən 23 saylı 4 otaqlı yaşayış sahəsi 68.8 kv.m., köməkçi sahəsi 22.29 kv., ümumi sahəsi 91.09 kv.m.-dən ibarət mənzili 50000 manat qiymətinə İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri 28 may küçəsi ev 3 mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 293 M2 m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ildə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ona bildimişdir ki, nikahın pozulması formal olaraq baş tutacaq və nikahın pozulmasından sonra övladları ilə birlikdə bir yerdə yaşayacaqlar. Lakin iş üzrə qətnamə qəbul edildikdən 9 gün sonra iddiaçı cavabdehə “sms” yazaraq bildirmişdir ki, “Uşaqlara demişəm saçıma getmişəm, amma gəlməyəcəm, nə də axtarma. Boşanmışam, sərbəstəm, bitdi hər şey. Axtarsan polisə verəcəm. Uşaqlara yaxşı bax.” Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-796/2024 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-167/2024 saylı 31 yanvar 2024-cü il tarixli qətnaməsi qismən – “06 iyun 2006-cı il təvəllüdlü X10, 19 iyul 2008-ci il təvəllüdlü X5 və 05 mart 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, 06 iyun 2006-cı il təvəllüdlü X10, 19 iyul 2008-ci il təvəllüdlü X5 və 05 mart 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, həmin hissədə iddia tələbi təmin edilməməsi, tərəflərin birgə nikahlarından doğulmuş 19 iyul 2008-ci il təvəllüdlü X5 və 05 mart 2016-cı il təvəllüdlü X7 ataları Cavabdeh yanında saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni iddiaçının mənzili könüllü şəkildə tərk etməsini, yenidən ailə qurmasını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi vəkil X3 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin göstərdi ki, 2024-cü ilin fevral ayı İddiaçı heç bir təzyiq olmadan evi tərk etmişdir. Mediasiya prosesində İddiaçı bir yerdə yaşamağı təklif etmiş, lakin İddiaçı həmin təkliflə razılaşmamışdır. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam şəkildə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tərkibi işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq cavabdehin nümayəndəsi vəkil X3 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şirvan şəhəri, 28 may küçəsi ev 3 mənzil 23 (yeni qaydalarla Şirvan şəhəri Tofiq İsmayılov küçəsi 293 M2 m1 nömrəli mənzil) tam mülkiyyət hüququ üzrə İddiaçı adına 02 sentyabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə arasında baş vermiş mübahisələrə görə evdən çıxmışdır. İddiaçı mülkiyyət hüququ əsasında əmlakdan istifadə edə bilmir. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin yeganə mülkiyyətçisidir və bu hüququ realizə etmək, tam mülkiyyət hüququ üzrə qeydiyyatda olduğu mənzilə köçmək üçün məhkəməyə müraciət etmişlər. Bununla yanaşı, nikahın pozulmasından sonra övladları ilə birlikdə bir yerdə yaşayacaqları barədə iddiaçının cavabdehə söz verməsi, iddiaçının mənzili könüllü şəkildə tərk etməsi və ya yeni ailə qurması və s. barədə apellyasiya şikayətinin dəlilləri əsassız və formal olmaqla onların araşdırılması birinci instansiya məhkəməsinin qətnaməsinin ləvği və ya dəyişdirilməsi üçün əhəmiyyət kəsb etmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. Bununla yanaşı, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Məhkəmə tərkibi nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli e-2(032)-340/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilmədikdə, qətnamə qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1020/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1020/2025
26.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver