Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1025/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin azad edilərək təhvil verilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) Lənkəran rayon AİK-nın 06 iyul 1997-ci il tarixli 18 saylı qərarı ilə JN-0634 KOD 80214018 saylı torpağın mülkiyyətinə verilməsinə dair Şəhadətnaməyə əsasən Lənkəran rayonu, Mamusta kəndində yerləşən İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 çıxarılaraq həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, Lənkəran rayonu, Mamusta kəndində yerləşən İddiaçı məxsus 0,15 ha torpaq sahəsinin 0,012 ha hissəsində Cavabdeh1 tərəfindən inşa edilmiş 3,6 metr uzunluğunda daş hasarın Cavabdeh1 hesabına sökülməsi, JN 0634 saylı “Torpağın mülkiyyət hüququna dair Şəhadətnamə”yə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (********** qeydiyyat nömrəli) **********58-10301 nömrəli çıxarış, “Texniki Pasport”a əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi arasında olan və cavabdehlər tərəfindən sökülmüş setka çəpərin bərpa edilməklə əvvəlki vəziyyətinə gətirilməsi, İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən 0,15 ha torpaq sahəsindən istifadə etməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 406 manatın isə cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(106)-1025/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 12 iyul 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 10 iyul 2023-cü il tarixində Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinə teleqram ilə müraciət etmiş, teleqram 11 iyul 2023-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin teleqramda Cavabdeh1 apellyasiya şikayətindən imtina etdiyini qeyd etmişdir. Cavabdeh1 11 iyul 2023-cü il tarixində notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 159 nömrəli telefonoqramdan da göründüyü kimi, daxil olmuş teleqram və ərizə ilə bağlı Cavabdeh1 mövqeyini bir daha dəqiqləşdirmək məqsədilə onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış, Cavabdeh1 teleqramı şəxsən özünün məhkəməyə ünvanladığını və apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətindən imtinasının dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, onun Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-67/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1025/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1025/2023
12.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver