Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1026/2023 16.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, Lənkəran rayonu, Separadi kəndi ərazisində yerləşən, ümumi sahəsi 0,14 ha olan torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin onun öz vəsaiti hesabına sökülərək təmizlənməsi, iddiaçının mülkiyyətində olan 0,14 ha və 0,09 ha torpaq sahələrinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçıya qaytarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, Lənkəran Rayon Məhkəməsinin icraatında olan və hazırkı işlə əlaqəli olan başqa bir mülki işəiddiaçı X1 cavabdehlər X3, X4, Lənkəran rayon 1 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi» barədə 2(049)- 535/2023 №-li mülki işə nəticə verilənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin icraatında 2(049)- 535/2023 №-li mülki iş üzrə hazırkı iddianın verilməsinə əsasən olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, daşınmaz əmlakın dövlət reyestri haqqında Çıxarış və alqısatqı müqaviləsinin etibarlılığı mübahisələndirilmişdir. Buna görə də həmin məsələyə baxılıb yekunlaşana qədər hazırkı mülki işin icraatı dayandırılmalıdır. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə mülki işin icraatının dayandırılması barədə Cavabdeh vəsatəti təmin edilməmişdir. Eyni zamanda Lənkəran Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(049)- 794/2023 №-li qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi üçün mülki işin materialları xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki işin materialları Mərkəzə göndərildikdən sonra Cavabdeh məhkəmənin mülki işin icraatının dayandırılmasından imtina edilməsi barədə 14 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və vəsatətin təmin edilərək, əlaqəli başqa mülki işə baxılanadək hazırkı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Lənkəran Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, göstərilən əsasla mülki işin icraatının dayandırılmasından imtina edilməsi barədə qərardaddan şikayət nəzərdə tutulmamışdır. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin vəsatətində qeyd olunan əsasla işin dayandırılmasından imtina etsə də, digər əsasla, yəni mülki iş üzrə müvafiq ekspertiza təyin edilməsi ilə bağlı işin icraatını dayandırmışdır. Lənkəran Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadından Cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, mülki işin icraatının vəsatətində qeyd etdiyi işə baxılıb yekun verilənədək dayandırılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 09 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüquqlarının olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfin şikayətə qarşı yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Cavabdeh məhkəməyə teleqram göndərərək, şikayətə şifahi icraat qaydasında baxılmasını, onun məkhəmə iclasında iştirakının təmin edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin hakimi tərəfindən əsassız olaraq vəsatətinin təmin edilmədiyini, onun digər şikayətinin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edildiyini qeyd etmişdir. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 267.1-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan həmin Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikasının MPM-nin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Qanunun tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. (MPM-in 395.2-ci maddəsi). Qanunun tələbindən göründüyü kimi iş üzrə icraatın dayandırılmasından imtina edilməsi barədə qərardadlardan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna görə də, birinci instansiya məhkəməsi doğru olaraq cavabdehin şikayətini təmin etməmişdir. Kollegiya onu da qeyd edir ki, qanunun tələbinə görə, işdə iştirak edən şəxslər icraatın dayandırılmasından imtina edilməsi barədə qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Apellyasiya baxışında cavabdeh məhkəməyə teleqram göndərərək, şifahi məhkəmə baxışına keçirilməsini xahiş etmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Kollegiya şifahi məhkəmə baxışana keçirilməsi üçün də əsas tapmır. Belə ki, hazırkı halda əlavə fakt və halların araşdırılmasına ehtiyac yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(049)-794/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-1026/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1026/2023
16.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver