Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1031/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1rşı “işə bərpa olunma və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İş materiallarına əlavə olunmuş X9 və Bərpası Müəssisəsinin xx.xx.2016-cı il tarixli, 78/1 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının 25-ci kvartalına meşə gözətçisi vəzifəsinə təyin olunması, əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, xx.xx.2018-ci il tarixli, 44/8 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Xancanov X5 Meşə Mühafizəsi və X2 meşəbəyliyinin gözətçisi vəzifəsindən azad edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 Mərkəzinin Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin olunması əmr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN2113320 saylı inzibati xəta haqqında protokoldan görünür ki, 3 saylı X8 Mərkəzinin 9 saylı meşə dolayının 25-ci kvartalında meşə gözətçisi işləyən İddiaçı tərəfindən meşə ərazisində salınmış yeni tingliklərdə mal-qara otarılmasına yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 3 saylı X8 Mərkəzinin 9 saylı meşə dolayının 25-ci kvartalının meşə gözətçisi İddiaçı meşə ərazisində salınmış yeni tingliklərdə mal-qara otararaq təbiətə zərər vurduğu üçün xx.xx.2024- cü il tarixli, MN2113320 saylı inzibati xəta haqqında protokol əsasında İXM-nın 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 X3 Komitəsinin xx.xx.2024-cü il tarixdə keçirdiyi iclasın 06 saylı protokolunun surətindən görünür ki, X6 Komitəsinin sədri Ə.Abdullayev qeyd etmişdir ki, İddiaçı üzrsüz səbəbdən işə davamiyyətsizliyini, xidməti ərazisində qanunsuz ağackəsmə, xidməti ərazisində qanunsuz mal-qara otarma və Mərkəzin idarə heyətinə kobud və nalayiq hərəkətlər və ifadələr işlətməyini nəzərə alaraq onun haqqında hər hansısa bir güzəşt tədbirinin yolverilməzliyi, keçirilən səsvermə ilə işdən xaric olması təklifinin qüvvədə qalması eşidilmiş, X6 Komitəsinin idarə heyətinin qərarına əsasən xx.xx.2024-cü il tarixli iclasında müzakirə olunan Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının meşə gözətçisi İddiaçı xx.xx.2024-cü il tarixdə üzrsüz səbəbdən işə davamiyyətsizliyini, xidməti ərazisində qanunsuz ağackəsmə, qanunsuz mal-qara otarma və Mərkəzin idarə heyətinə qarşı nalayiq ifadələr işlətməsi nəzərə alınaraq işdən xaric edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 Mərkəzinin direktor əvəzi (direktor səlahiyyətlərini icra edən) Yusif Məmmədovun xx.xx.2024-cü il tarixli, 143/K saylı əmrindən görünür ki, Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının meşə gözətçisi ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməsi, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan son haqq-hesabın hesablanıb verilməsinin təmin edilməsi, mərkəzin baş mühasibinin (Rayıl Bağırovun) və kadr işləri üzrə baş mütəxəssis əvəzinin (Nümayəndə) bu əmrdən irəli gələn digər məsələlərin həllini təmin etməsi əmr edilmişdir. Əmrin verilməsinin əsası kimi 3 saylı X8 X3 Komitəsinin keçirdiyi xx.xx.2024-cü il tarixli iclasın protokoluna və “3 saylı X8 Mərkəzi haqqında” Əsasnamənin 5.6.6 və 5.7.7-ci bəndlərinə istinad edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1rşı “işə bərpa olunma və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki işinə, yəni Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının meşə gözətçisi işinə bərpa olunmağı və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 dekabr 2016-cı il tarixdə Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının meşə gözətçisi işinə qəbul edilmişdir. Əmək fəaliyyəti ilə əlaqədar hal-hazıra kimi heç bir intizam məsuliyyətinə cəlb olunmamış, yəni işlədiyi müddətdə intizam tənbehi almamışdır. Buna baxmayaraq cavabdeh təşkilat, yəni Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 Mərkəzi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 143/K saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Yəni o, birtərəfli qaydada işdən azad edilmişdir. Qeyd olunan əmrdə tutduğu vəzifədən azad edilməyi əsaslandırılmamışdır. İşə götürən tərəfindən onun qanunsuz tələblərinə əməl etmədiyindən ona qarşı qərəzli münasibəti yaranmış və bunun nəticəsində onu işdən azad etmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, barəsində qəbul edilmiş əmrin zəruriliyinin əsaslandırılmamış, qanunsuz əmrləri icra etmədiyi üçün ona qərəzli münasibət göstərilmiş, əmrdə göstərilən əsaslar hər hansı sənədlə rəsmiləşdirilməmiş və bununla da onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinin əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı (N.Bağırov) qətnaməsi ilə İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1rşı “işə bərpa olunma və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsi üzrə əsas əmək funksiyalarından biri ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehliyin daşıması, meşə gözətçisi mühafizəsi altında dolayı ərazisində yerləşən bütün dövlət əmlakını (tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər) mühafizəsini təmin etməsi olsa da və iddiaçı bu əmək funksiyasının icrasını öhdəsinə götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, iddiaçı meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehliyin daşımasına baxmayaraq, həmçinin Əmək Məcəlləsinin 10-cu maddəsi əsasında əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli olduğu halda, bunun əksi olaraq meşə ərazisində salınmış yeni tingliklərdə mal-qara otararaq təbiətə zərər vurmuş, eyni zamanda, üzrsüz səbəbdən işə davamiyyətsizliyə və xidməti ərazisində qanunsuz ağackəsmə hallarına yol vermiş, Mərkəzin idarə heyəti ilə kobud davranmışdır. Ona görə də həmin bu kimi hallar tam təsdiq olunduğundan, məhkəmə hesab etmişdir ki, iddiaçının barəsində qəbul edilmiş əmr tam qanuni olmuşdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11(b), 70(ç), 71(2, 3), 76(1), 80(1)-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 80, 88-ci madddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçının yazılı izahatı alınmamış, hətta bunun üçün o dəvət olunmamış, ona özünü müdafiə etmək imkanı yaradılmamışdır. Cavabdeh həm töhmət, həm də işdən azad olunma formasında iddiaçıya intizam tənbehləri verərkən Əmək Məcəlləsinin 187.1-ci maddəsini pozmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi də cavabdehin, iddiaçıya işdən azad olunma formasında verilən intizam tənbehini təsdiq edən əmrini (işdən azad olunması əmrini) qüvvəsində saxlayaraq Əmək Məcəlləsinin 187.1-ci maddəsinin imperativ tələbini pozmuşdur. Həmçinin iddiaçının hər hansı bir hərəkəti və ya hərəkətsizliyi ilə bağlı o, həmkarların iclasına dəvət olunmamış və izahatı da alınmamışdır. Məhkəmə iddaçının həmkarlar ittifaqının rəyi olmadan işdən azad olunmasına əhəmiyyət verməmişdir. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X8 Mərkəzinin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin təmin olunmamasını, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. 11-ci maddəsinin b) bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 80-cı maddəsinini 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə Ona görə də məhkəmə tərkibi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 3 saylı X1rşı “işə bərpa olunma və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki işinə, yəni Sabirabad meşəbəyliyinin 9 saylı meşə dolayının meşə gözətçisi işinə bərpa olunmağı və məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək müqaviləsi üzrə əsas əmək funksiyalarından biri iddiaçının əmək funksiyalarından biri ona həvalə edilmiş meşə dolayısı ərazisində baş verən bütün meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehliyin daşıması, meşə gözətçisi mühafizəsi altında dolayı ərazisində yerləşən bütün dövlət əmlakını (tikililər, torpaq sahələri, əkinlər və digər obyektlər) mühafizəsini təmin etməsi olsa da və iddiaçı bu əmək funksiyasının icrasını öhdəsinə götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Belə ki, iddiaçı meşə qanunvericiliyinin pozulması hallarına birbaşa cavabdehliyin daşımasına baxmayaraq, həmçinin Əmək Məcəlləsinin 10-cu maddəsi əsasında əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli olduğu halda, bunun əksi olaraq meşə ərazisində salınmış yeni tingliklərdə mal-qara otararaq təbiətə zərər vurmuş, eyni zamanda üzrsüz səbəbdən işə davamiyyətsizliyə və xidməti ərazisində qanunsuz ağackəsmə hallarına yol vermiş, Mərkəzin idarə heyəti ilə kobud davranmışdır. Ona görə də həmin bu kimi hallar tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçının barəsində qəbul edilmiş əmr tam qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsinə xitam verilməsinə əsas verir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 3 saylı X8 Mərkəzinin 9 saylı meşə dolayının 25-ci kvartalının meşə gözətçisi İddiaçı meşə ərazisində salınmış yeni tingliklərdə mal-qara otararaq təbiətə zərər vurduğu üçün xx.xx.2024- cü il tarixli, MN2113320 saylı inzibati xəta haqqında protokol əsasında İXM-nın 257-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir (iddiaçı həmin qərarı yuxarı səlahiyyətli orqan və ya məhkəmədə mübahisələndirməmişdir). Bundan başqa, iş materiallarında olan 18 noyabr 2024-cü il tarixli, 007257 saylı aktdan görünür ki, əraziyə baxış zamanı İddiaçı xidməti ərazidə olmadığı, qovaq ağaclarının sonuncu tərəfindən kəsilib aparıldığı, ərazidə mal-qara otarıldığı, İddiaçıla söhbət zamanı sonuncunun nalayiq ifadələr işlətməsi və izahat verməkdən imtina etməsi müəyyən olunmuşdur. Bu hallar birlikdə əmək funksiyalarının yerinə yetirilməməsi deməkdir və bu səbəbdən əmək münasibətlərinə xitam verilməsi qanunidir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o, izahat verməsi üçün rəsmi olaraq dəvət edilməmiş, izahatı alınmamış və bu səbəbdən ƏM-nin 187.1-ci maddəsinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş (səhifə 46) Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 3 saylı X8 X7 Komitəsi tərəfindən göndərilmiş bildirişdən aydın olur ki, İddiaçı Həmkarlar İttifaqı Komitəsinin iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iclasda iştirak etməsi xahiş olunmuşdur. İş materiallarında olan çıxarışdan (səhifə 47) aydın olur ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə İddiaçı çatdırılmış və o, iclasdan xəbərdar olmuşdur. Bu isə işəgötürənin izahat tələbini yerinə yetirdiyini göstərir. Əgər iddiaçı buna cavab verməyibsə və ya imtina edibsə, bu, artıq onun riskidir. Göründüyü kimi, Əmək Məcəlləsində nəzərdə tutulan vəzifələr cavabdeh tərəfindən yerinə yetirilmişdir. İddiaçının apellyasiya şikayətində yer alan “həmin iclasdan xəbərsiz olması”, “özünü müdafiə etmə hüququnun pozulması”, “izahat üçün dəvət edilməməsi” kimi dəlilləri artıq iş materialları ilə təkzib olunmuşdur. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, Əmək Məcəlləsinin 189.1 və digər maddələrinin tələbləri pozulmuş, o cümlədən həmkarlar ittifaqının rəyi olmadan iddiaçı işdən azad olunmuşdur. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə tərkibi qeyd edir ki, işəgötürən, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar həmkarlar ittifaqının üzvü olan işçilər barədə qərar qəbul etməzdən əvvəl mütləq həmin həmkarlar ittifaqı komitəsinin rəyini almalıdır. Hazırki işdə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, iclas nəticəsində səsvermə ilə işdən çıxarılma təklifi qəbul olunmuşdur. Bu qərar işəgötürən tərəfindən əsas kimi götürülmüş və əmrdə göstərilmişdir. Həmkarlar İttifaqı Komitəsi iclasın sonunda işdən çıxarılma təklifini məqsədəuyğun hesab etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-530/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1031/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1031/2025
16.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver