Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1032/2025 18.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadından maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş 0,12 ha pay torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunmasını və sözügedən torpaq sahəsindən ötrü 1993-cü ildə İddiaçı verdiyi 12000 (on iki min) manat pulun torpaq sahəsi geri qaytarıldığı təqdirdə alınıb ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(073)-373/2023 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşlıqlı iddia rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Cavabdeh yenidən verdiyi apellyasiya şikayəti isə Cəlilabad Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə “Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Cavabdeh 21 may 2024-cü il tarixdə vəfat etmiş və onun hüquqi varisi - arvadı X1 Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək müddətin üzrlü hesab edilərək bərpa olunmasını, qətnamənin ləğv edilərək ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı ilə X5 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra X5 10 sentyabr 2024-cü il tarixli qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)- 373/2023 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, işdə olan poçt xəbərnaməsinə əsasən X1 Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadını 04 oktyabr 2024-cü ildə almış, ondan şikayət isə yalnız 21 gün sonra verilmiş, habelə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir. X5 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardaddan şikayət vermiş və Məhkəmənin 05 dekabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardad isə onunla əsaslandırılmışdır ki, ərizəçi məhkəməyə müraciət edərkən 10 sentyabr 2024-cü il tarixli qərardaddan şikayət verilmə müddətinin hansı üzrlü səbəblərdən ötürülməsini göstərməmiş və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmişdir. X5 qeyd olunan qərardadın əsassız olduğunu hesab edərək ləğv olunması ilə bağlı şikayət vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadından X5 tərəfindən verilmiş şikayət və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, qərardadın ləğvinə səbəb ola biləcək hər hansı əsas yoxdur – müddət bərpa vəsatətində sadəcə buraxılmış müddətin bərpası xahiş edilmiş, həmin müddətin hansı üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı fakt və ya sübut təqdim edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 648/2025 saylı qərardadı ilə şikayəti qismən təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı ləğv edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Cəlilabad Rayon Məhkəməsinə qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadından X5 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, şikayətin baxılmasından ötrü mülki işlə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı həmin Məhkəmənin 10 sentyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı ilə əlaqəlidir. Belə ki, 10 sentyabr 2024-cü il tarixli qərardada əsasən X5 tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra şikayətçi 10 sentyabr 2024-cü il tarixli qərardaddan şikayət vermiş, məhkəmənin 04 noyabr 2024-cü il tarixli qərardadı ilə 10 sentyabr 2024-cü il tarixli qərardaddan verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük şikayətvermə müddəti ötürülməklə verildiyi üçün geri qaytarılmış, yəni şikayətə mahiyyəti üzrə baxılmamışdır. Odur ki, məhkəmə kollegiyası hazırda 10 sentyabr 2024-cü il tarixli qərardaddan verilmiş şikayəti müddətin keçməsinə görə geri qaytaran birinci instansiya məhkəməsinin mövqeyinin əsaslı olubolmamasını araşdırır. İş materiallarında olan məhkəmə qərardadının göndərilməsinə dair poçt xəbərnaməsindən görünür ki, X1 Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadını xx.xx.2024-cü ildə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, X1 Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərardadından ən geci xx.xx.2024-cü il tarixdə şikayət verməli olduğu halda, şikayət vermə müddətini 11 gün ötürərək xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi 10 sentyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardaddan X5 tərəfindən verilmiş şikayəti 10 günlük şikayət vermə müddəti keçdiyinə görə mahiyyəti üzrə baxmadan 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardada əsasən geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadından X5 tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-373/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1032/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1032/2025
18.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver