Məhkəmə qərarları › İş №2(106)-1039/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1039/2024

30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1039/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın qəbulu tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü məsələsinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1957-ci il tarixdə vəfat etmiş mərhum babası X5 miras qalmış Lənkəran şəhəri Akademik Z.Əliyeva küçəsi 26 saylı evə dair mirasın onlar tərəfindən qəbul edilməsi və yeganə pay olan şəxs kimi tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, miras əmlakın iddiaçılar İddiaçı1 və X2 tərəfindən qəbul edilməsi faktı tanınmış, Lənkəran şəhəri X8 küçəsi 26 saylı evə dair X3 ½ hissədə və X1 ½ hissədə pay hüququ müəyyən olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadı ilə iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət cavabdehə münasibətdə ötürülməmiş hesab edilərək, şikayət işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadından İddiaçı1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ləğv edilmiş, mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadı ilə iddiaçı tərəfindən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə apellyasiya instansiyasına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1250/22023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ilə cavabdeh tərəfinən verilmiş apellyasiya şikayəti icraata qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-797/22023 saylı qərardadı ləğv edilmiş və mülki iş apellyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadından İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-1648/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)477/22023 saylı qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)1648/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-717/22023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunun yoxlanılması üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)1648/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)1648/2019 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)1648/2019 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Habelə MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Bundan başqa, MPM-in 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Həmçinin MPM-in 133.4 və 133.5-ci maddələrinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə müddətin bərpasından imtina barədə də qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizəyə (iş materialları, ıı cild səh.: 44-45) məhkəmə iclasında baxmamış, iclasdan kənar qərardad ilə ərizənin müzakirəsinə ehtiyac olmadığını bildirmiş və mülki işin materiallarını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin müddətlə bağlı tələblərinə əməl edilib-edilməməsi məhkəmə iclas zalında yoxlanılmamış və ağlabatan müddət baxımından şikayətin qaydasında olduğu hesab edilmişdir. Bu da, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığını göstərir. Nəzərə alınmalıdır ki, MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, həmin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 267-269, 372, 384, 391 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya qeyri-mümkün hesab edilsin. Lənkəran Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(049)-1648/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən verilmiş ərizəyə hüquqi qiymət verilməsi üçün mülki iş materialları Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar