Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-104/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçıların və onların vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, X5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsi ümumi paylı (hər birinə 0.1923 ha. məxsus olmaqla) mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2 və X5 adına, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Sabirabad rayonu, Güdəcühür kəndində 0,55 ha torpaq sahəsi X1 və onun 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətindədir. İddiaçılar İddiaçı1, İddiaçı2, X8 Cavabdeh qarşı, Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən mülkiyyətlərində olan 0,577 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onların sahibliyinə verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Sabirabad rayonu, Güdəcühür kəndində 0,577 ha torpaq sahəsi onların mülkiyyətindədir. Mülkiyyətlərində olan fərdi yaşayış evi də həmin torpaq sahəsində yerləşir. Torpaq sahəsinin bir hissəsi, o cümlədən torpaq sahələrinə giriş-çıxış yolunun bir hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçılar tərəfindən boşaldılması tələb olunan mübahisəli torpaq sahəsi iddiaçılara deyil, məhz Torpağın mülkiyyətə verilməsinə dair JN-032A seriyalı, KOD 90907038 nömrəli Şəhadətnamə əsasında onun mülkiyyəti olan 0.55 ha. torpaq sahəsi ilə əhatə olunmaqla ona məxsusdur. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş (qeydiyyat tarixi -xx.xx.2013, qeydiyyat nömrəsi -**********) Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və X5 ümumi paylı mülkiyyətində olan Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsindən (xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə olunmuş ********** saylı yerquluşu planına uyğun) Cavabdeh çıxarılması və torpağın iddiaçılara qaytarılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, İddiaçı1 tərəfindən ödənilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin dəyəri 103,80 manat pul vəsaitinin Cavabdeh tutulub İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iddia tələbində qeyd edilən dəlillərlə bağlı araşdırma aparmamış, mübahisəli əraziyə yerində baxış keçirməmiş, müvafiq ekspertiza təyin etməmişdir, qeyri-müəyyən mütəxəssis rəyinə istinad etməklə qərar qəbul etmişdir. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən Cavabdeh və onun vəkili Vəkil1 qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, ekspertlə birgə sahəyə baxmışlar. O, iddiaçıların mülkiyyətində olan torpaq sahəsini zəbt etməmişdir və onların mülkiyyətdindən istifadəsinə hər-hansı maneçiliyi yoxdur. Özünün isə torpaq sahəsinə dair mülkiyyət sənədi vardır. Apellyasiya baxışında iştirak edən iddiaçılar, onların vəkili Vəkil2 iddianı müdafiə edərək, iş üzrə ekspert rəyini əsassız saydığını bildirmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər qonşu torpaq sahəsinin mülkiyyətçiləridir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etməklə, zəbt edilmiş torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq onlara qaytarılmasını tələb etmişlər. İddiaçıların tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddia ilə müraciət etmişlər. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçıların İddiaçı1, İddiaçı2 və X5 ümumi paylı xüsusi mülkiyyətində olan Sabirabad rayonu Güdəcühür kəndində yerləşən 0,577 ha mübahisəli torpaq sahəsinin cavabdehin və ya hər hansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçinin razılığı olmadığı halda, həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilməmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının Konistitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçıların tələbinin təmin edilməsi üçün, onlar tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Mübahisəli sahəsinin iddiaçı tərəfin mülkiyyətçisi olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. Bu hallardan birinin ödənilməməsi iddianı rədd etmək üçün əsasdır. Birinci instansiya məhkəməsi iş üzrə alınmış mütəxəssis arayışına əsaslanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********04 saylı mütəxəssis rəyindən qeyd olunmuşdur ki: ... 3. İddiaçılar tərəfindən boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi Seriya RX ******* nömrəli Çıxarış əsasında ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə iddiaçılara məxsus Sabirabad rayonu Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin hüdudları daxilindədir. Yəni boşaldılması tələb olunan mübahisələndirilən torpaq sahəsi istinad olunan Seriya RX ******* nomrəli Çıxarışla müəyyən olunmuş 0,577 ha torpaq sahəsinin sərhədləri ilə əhatə olunur. .... 6. Seriya RX ******* nömrəli Çıxarış əsasında ümumi birgə xüsusi mülkiyyət hüququ üzrə iddiaçılara məxsus Sabirabad rayonu Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən istifadə və ya hər hansı digər formada müdaxilə olunması halları mövcud deyil. Göründüyü kimi, mütəxəssis arayışının özü ziddiyyətlidir. Arayışda bir tərəfdən, mübahisəli ərazinin iddiaçılara məxsus Sabirabad rayonu Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin hüdudları daxilində olduğu qeyd edilsə də arayışın digər bəndində mütəxəssis belə qənaətə gəlmişdir ki, iddiaçılara məxsus Sabirabad rayonu Güdəcühür kəndində yerləşən 0,577 ha torpaq sahəsinin Cavabdeh və ya digər şəxslər tərəfindən istifadə və ya hər hansı digər formada müdaxilə olunması halları mövcud deyil. İddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilibedilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsasında verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli 10/5969 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: -İddiaçılar İddiaçı1, İddiaçı2, X5 Sabirabad rayonu, Güdəcühür kəndində yerləşən faktiki istifadələrində olan 1.19 ha torpaq sahəsinin və Cavabdeh ailə üzvlərinə məxsus, Sabirabad rayonu, Güdəcühür kəndində faktiki istifadələrində olan 0.69 ha torpaq sahəsinin koordinatlarını GPS aləti vasitəsilə müəyyən edildi. İddiaçılar və cavabdehin mülkiyyətində olan torpaq sahələri isə elektron kadastr baza məlumatları əsasında dəqiqləşdirildi. -Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, X5 mülkiyyətində olan 0.577 ha torpaq sahəsinin hər hansi bir hissəsindən istifadə etmir. -İddiaçılar İddiaçı1, İddiaçı2, X5 birgə mülkiyyətlərində olan 0.577 ha və Cavabdeh birgə mülkiyyətində olan 0.55 ha torpaq sahələri sənədlər üzrə üst-üstə düşmür. -İddiaçılar İddiaçı1, İddiaçı2, X5 birgə mülkiyyətlərində olan torapq sahəsi iddiaçıların özləri tərəfindən istifadə olunur. -Yerində baxış zamanı ortaya çıxan, mübahisənin həllinə təsir edə bilən və tərəflərin zəruri hesab etdikləri əlavə suala zərurət yaranmadı. Ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıların mülkiyyətində olan 0.577 ha torpaq sahəsinin hər hansi bir hissəsi cavabdehin qanunsuz sahibliyində deyil. Bu hal, iş üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında təqdim edilmiş mütəxəssis arayışına əlavə edilmiş yerquruluşu planından da aydın görünür. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir və belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan 0.577 ha torpaq sahəsinin hər hansı bir hissəsi cavabdehin qanunsuz sahibliyində deyil. Göstərilənlər də onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması barədə iddiaçıların tələbinin təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki iddianı təmin edərkən işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. Apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə- 50 manat, mütəxəssis arayışının alınmasına görə- 50 manat İddiaçı1, İddiaçı2, X4 müştərək qaydada alınıb Cavabdeh ödənilməli, ekspertiza tədqiqatına görə İddiaçı1, İddiaçı2, X4 müştərək qaydada 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 2(056)-82/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X5 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpağın qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 50 manat, mütəxəssis arayışının alınmasına görə- 50 manat İddiaçı1, İddiaçı2, X4 müştərək qaydada alınıb Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatına görə İddiaçı1, İddiaçı2, X4 müştərək qaydada 50 manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-104/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-104/2023
14.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver