Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1049/2024 06.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X13 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qətnaməsindən və 14 mart 2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, maneçiliklərin qadağan edilməsi və əldən çıxmış fayda tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Xubalı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 0,39 hadan ibarət dövlət qeydiyyatına alınmış, mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehə qadağan olunması, əldən çıxmış fayda olaraq 2000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə 1,72 ha topraq sahəsi ayrılmış və bu barədə JN024A, KOD 80407038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir. Həmin torpaq sahəsinin 0,33 ha hissəsi Yardımlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh istifadəsinə verilmişdir. Bundan başqa, kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə X7 və onun ailə üzvlərinə JN 0024; KOD 80407038 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə xx.xx.2000-ci ildə 0,23 ha torpaq sahəsi ayrılmışdır. Cavabdeh faktiki olaraq orada yaşamır. Lakin torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə istifadə edir. (ot əkir, biçir və mal-qara sürüsü otladır). Ona xx.xx.1997-ci il tarixli Yardımlı RİHB-nın 07 Saylı Sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı Çıxarış verilmişdir. Bundan başqa, "Göyərçin" Kooperativinin xx.xx.1999-cu il tarixli protokol qərarına əsasən ona 1,0 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 Saylı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli C-201 nömrəli sxemdən görünür ki, faktiki istifadəsində 2,3160 ha həyətyanı torpaq sahəsi vardır. Amma torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edildiyinə görə mülkiyyət hüququ üzrə ona məxsus 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsi qanunsuz istifadədə qalır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticə verməmiş, cavabdehin həyat yoldaşı tərəfindən dəfələrlə təhqir olunmuş və Yardımlı RPŞ-ə və Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə şikayətləri olmuşdur. Eyni zamanda, cavabdehin 6 ilə yaxın davam edən bu qanunsuzhərəkətləri nəticəsində yəni, torpaq sahəsini zəbt etməsi və oradan kənd təsərrüfatı məqsədi ilə istifadə etməsi nəticəsində ona maddi ziyan dəyir. Həmin sahədə cavabdeh tərəfindən ot əkilir, həmin otun 1 küpünün satış qiymətindən asılı olaraq 3-5 manat arasında dəyişir. Nəticə etibarı ilə o, həmin torpaq sahəsindən əldə edə biləcəyi 2000 manat gəlirdən də məhrum olunmuşdur. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(038)-220/2022 saylı qərardadı ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbi hissədə icraata xitam verilmişdir. Yardımlı Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 14 dekabr 2022-ci il tarixli, 2(038)-220/2022 saylı qətnaməsi ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirməsinin qadağan edilməsi, həmçinin əldən çıxmış fayda olaraq 2000 manatın və dövlət rüsumu kimi ödənilmiş 150 manatın cavabdehdən alınaraq ona verilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiaçı Xubalı oğlu qətnamədən apellyasiya şikayəti, qərardaddan şikayət vermişdir. İddiaçı Xubalı oğlunun şikayəti əsasında Yardımlı rayon məhkəməsinin 19 yanvar 2023cü il tarixli, 2(038)-220/2022 saylı qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(038)-220/2022 saylı qərardadı ləğv edilmiş, mülki iş apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2023-cü il tarixli qərardadı ilə həmin iş üzrə Yardımlı rayon Məhkəməsinin 2(038)-220/2022-saylı 19 yanvar 2023-cü il tarixli qərardadı “Mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi, Yardımlı rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(038)-220/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmadan mümkün olmadığı üçün, apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi” hissəsində ləğv edilərək, İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən 05 may 2011-ci ildə dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli, MA ******* saylı çıxarışla mülkiyyətində olan 0.39 ha torpaq sahəsinin 0.33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması”tələbinə dair iddiası üzrə mülki işin materialları mahiyyəti üzrə baxılıb həll edilməsindən ötrü Yardımlı Rayon Məhkəməsinə qaytarılmışdır. Yardımlı Rayon Məhkəməsinin (hakim H.Bəhmanov) 14 mart 2024-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı Xubalı oğlunun Cavabdeh qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə 0,39 ha dövlət qeydiyyatına alınmış, **********39 reyestr nömrəli MA ******* saylı çıxarışla mülkiyyətində olan torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsinin rədd edilməsi, İddiaçı Xubalı oğlundan məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Əlavə qətnamədən İddiaçı Xubalı oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnamələrinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçı şikayətində göstərmişdir ki, “Göyərçin” Kooperativinin xx.xx.1999-cu il tarixli protokol qərarına əsasən ona 1,0 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə bu halı nəzərə almamışdır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etsə də, heç bir nəticə verməmiş, cavabdehin həyat yoldaşı tərəfindən dəfələrlə təhqir olunmuş və Yardımlı RPŞ-ə və Daxili İşlər Nazirliyinin 102 Qaynar Xəttinə şikayətləri olmuşdur. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən İddiaçı Xubalı oğlu apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, o, 1997-ci ildə 10 sot torpaq sahəsini bələdiyyədən alıb. Sonra müqavilə “Göyərçin” kooperativindən 39 sot torpaq sahəsi alıb. Məhkəmə bu hala qiymət verməmişdir. Lakin həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Cavabdeh mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsindən qanunsuz istifadə edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək, şikayətin təmin olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, bildirmişdir ki, birinci instansiya məhkəməsi işi obyektiv araşdırmayıb. “Göyərçin” kooperativinin verdiyi torpaq sahəsini nəzərə almayıb. 175 kv.m torpaq sahəsi istifadə olunur və cavabdeh tərəf torpaq sahəsindən çıxarılmalıdır. Həmin ərazini cavabdeh tərəf zəbt etmişdir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsini əkir və becərmə işləri aparır. Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddia edilən ərazidəki torpaq sahəsi 1991-ci ildən “Göyərçin” kooperativində olub. Lakin 1996-cı ildə islahata gedib, cavabdehin istifadə etdiyi torpaq sahəsi onun özünə ayrılmış sahədir. Cavabdeh atası cavabdeh X6 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi və digər cavabdeh İddiaçı Xubalı oğlu tərəfindən zəbt edilmiş həmin torpaq sahəsinin boşaltması barədə iddia tələbi Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi ilə təmin edilmişdir. Yardımlı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi icra edilmiş, qətnamədə qeyd edilən 0,33 ha torpaq sahəsinin razılığa əsasən 0,30 ha hissəsi İddiaçı qanunsuz sahibliyindən azad edilərək Cavabdeh verilmişdir. Qeyd edilən 0,30 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh adına çıxarış verilmişdir. Hazırda Cavabdeh özünə məxsus torpaq sahəsindən istifadə edir. Onun istifadəsində olan torpaq sahəsinin iddiaçının torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarı ilə X6 və onun ailə üzvlərinə fərdi yaşayış, həyətyanı torpaq sahəsi, fərdi kollektiv və kollektiv bağlar salmaq məqsədi ilə iddiaçının və cavabdehin ailə üzvlərinə- X8, X9, X5, X10, X1 və X2 1,72 ha torpaq sahəsi verilmişdir. Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə X7 və onun ailə üzvlərinə- X9, X5, X10, X2 0,23 ha torpaq sahəsi ayrılmış, bu barədə xx.xx.2000-ci il tarixli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" verilmişdir. Bundan başqa, Yardımlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17/1 saylı qərarı ilə İddiaçı Xubalı oğluna və onu 8 nəfərdən ibarət ailə üzvlərinə 0,39 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İşin hallarından görünür ki, əvvəllər torpaq sahəsi üzrə məhkəmə mübahisələri olmuşdur. Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X8 və başqalarına qarşı paylı mülkiyyətdə olan torpaq sahəsindən ona çatan 0,33 ha torpaq sahəsinin ayrılıb verilməsi, digər cavabdeh İddiaçı Xubalı oğluna qarşı zəbt etdiyi torpaq sahəsinin boşaldılması və 2000 manat məbləğində dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə iddia tələbi qismən qəmin edilmiş, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 17/1 saylı qərarı ilə X8 və onun ailə üzvlərinə verilmiş (Torpağın mülkiyyətə verilməsinə dairJN-024A KOD 80407038 nömrəli şəhadətnamə) 1,72 hektar torpaq sahəsinin şimal-qərb hissəsindən 0,33 (sıfır tam otuz üç) ha torpaq sahəsi ayrılaraq Cavabdeh verilməsi və zəbt edilmiş torpaq sahəsinin İddiaçı Xubalı oğlunun qanunsuz sahibliyindən azad edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2016-cı il tarixli, 2(106)-1887/2016 saylı qətnaməsi ilə Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 18 may 2017-ci il tarixli 2(102)-2686/2017 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda Yardımlı rayonu, Dəryavar kəndində İddiaçı Xubalı oğlunun mülkiyyəti olaraq 0,39 ha-dan ibarət həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Bu barədə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı ərazi idarəsi tərəfindən 05 may 2011-ci ildə **********39 reyestr nömrəli çıxarış verilmişdir. Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli 2(038)-06/2016 saylı qətnaməsinin icrasının nəticəsində Cavabdeh 0,33 ha (faktiki olaraq 0,30 ha) torpaq sahəsi ayrılaraq verilmiş, sonuncunun adına 0,30 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Hazırda iş üzrə İddiaçı Xubalı oğlu mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsinin cavabdehin qanunsuz sahibliyində olmasını iddia edir. İddiaçının tələbi bir neçə hissədən ibarətdir: - 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılmaqla geri qaytarılması, - torpaq sahəsinə dair mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçiliklərin qadağan edilməsi və - əldən çıxmış faydaya görə 2000 manat təzminat. Sonuncu tələbin təmin edilməsi əvvəlki tələbin təmin edilib-edilməməsindən asılıdır. İddiaçının tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.5, 21-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən: 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdehlər həmin əmlakı qaytarmaqdan imtina etməlidir. Yaxud cavabdeh bu və ya digər formada mülkiyyətçinin torpaq sahəsindən istifadəsinə maneçilik törətməlidir. İddianın təmin edilməsi şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahənin iddiaçının mülkiyyətçi, yaxud qanuni sahibi olduğu, həmin sahədən cavabdehin sahibliyinin və istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İş üzrə tərəflərə məxsus torpaq sahələrinin sərhədlərinin və koordinatlarının müəyyən etmək, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 19 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinə uyğun olaraq verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 08 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/100 saylı rəyinə görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6697/2023 saylı mütəxəssis rəyinə əsasən, **********39 reyestr nömrəli çıxarış əsasında İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları ilə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.29 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. **********30 reyestr nömrəli çıxarış əsasında X3 mülkiyyətinə verilmiş 0.30 ha “Torpaq sahəsinin plan və ölçüsü” sənədi üzrə hüdudları ilə torpaq sahəsinin faktiki vəziyəti üzrə 0.24 ha hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-6697/2023 saylı mütəxəssis rəyinə əsasən, cavabdeh X11 İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyi müəyyən edilmişdir. **********30 reyestr nömrəli çıxarış əsasında X3 mülkiyyətinə verilmiş 0.30 ha torpaq sahəsinin 175 kv.m hissəsindən faktiki olaraq İddiaçı Xubalı oğlu istifadə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə İddiaçı Xubalı oğlunun mülkiyyətinə verilmiş 0.39 ha torpaq sahəsindən faktiki olaraq cavabdehin istifadə etmədiyi müəyyən edilir. Kollegiya ekspert rəyini sübut olaraq qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsininin cavabdehin qanunsuz sahibliyində olmadığı müəyyən edilir. İddiaçı tələbində həm də torpaq sahəsinə dair mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçiliklərin qadağan edilməsini xahiş etmişdir. Lakin cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi, eləcə də iddiaçının özünəməxsus torpaq sahəsindən istifadə etməsinə hər hansı əngəlliklər yaratması müəyyən edilmir. İddiaçı iddia edilən torpaq sahəsinin "Göyərçin" Kooperativi və rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə ayrıldığını qeyd etsə də başqa mülkiyyət hüqununu təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı tələbində ona məxsus 0,39 ha torpaq sahəsinin 0,33 ha hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edir ki, bununla bağlı müvafiq məhkəmə tikinti-texniki ekspertizasının rəyi vardır. Ekspert rəyi faktı təsdiq etməmişdir. İddiaçının əldən çıxmış faydanın ödənilməsi tələbinin təmin edilməsi əvvəlki tələblərin təmin edilməsindən asılıdır. İddiaçının hazırki iş üzrə əvvəlki tələbləri təmin edilmədiyindən əldən çıxmış fayda tələbi də təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, mahiyyətcə doğru qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Xubalı oğlunun apellyasiya şikayətləri təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(038)-220/2022 saylı qətnaməsi və 14 mart 2024-cü il tarixli 2(038)-1/2024 saylı əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1049/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1049/2024
06.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver