Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-105/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 Cavabdeh qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarılma və 2800 manat maddi ziyan tələbinə dair mülki iş üzrə Açar sözlər : torpaq sahəsindən çıxarılma, ziyan X18 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X9 Cavabdeh qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarılma və 2800 manat maddi ziyan tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(048)-123/2023 saylı qətnaməsindən iddiaçı və onun vəkili Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonunun Nuravud kəndində yerləşən ona məxsus zəbt olunmuş torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etdiyi vaxtlar üçün 2800 manat maddi ziyan tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə Lerik rayonunun Nuravud kəndində yerləşən 1,47 ha torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. iddiaçı X17 və onun ailə üzvlərinə verilmiş Lerik rayonunun Nuravud kəndində yerləşən 1,47 hektar pay torpaq sahəsini Cavabdeh heç bir əsas olmadan öz mülkiyyəti kimi idarə edərək, özünə məxsus mal qaranı, atını otarmaqla ona və ailə üzvlərinə 2800 manat məbləğində ziyan vurmuşdur, torpaq sahəsinin ona məxsus olmasını cavabdehə bildirsə də cavabdeh buna məhəl qoymamış, onu təhqir edərək torpağın özünə məxsus olmasını bildirmiş və həmin torpaqda hər hansı hərəkətlərin aparılmasını ona imkan verməmişdir. Mülkiyyətində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı X17 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia etdiyi 1.47 ha torpağ sahəsini o, heç vaxt zəpt erməmişdir. İddiaçının söylədikləri yalandır. İddiaçı tərəfindən iddia edilən yol əzəldən kənd sakinlərinin gediş-gəliş yolu olmuşdur. İddiaçı yolun onun tərəfindən çəkildiyini desə də, lakin həmin yolun çəkilməsi üçün onun heç vaxt pul vəsaiti olmamışdır. Ona görə də göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(048)-123/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lerik rayonu, Sorsçay kəndində yerləşən JN-205 saylı Torğa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə iddiaçı X13 və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsinin 0.176 ha hissəsinin Cavabdeh alınaraq X9 mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı X17 tərəfindən kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə ödənilmiş 312 (üç yüz on iki) manatın, dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın Cavabdeh alınaraq iddiaçı X13 verilməsi, əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pulun Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Lerik Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, əsassız olaraq uzun müddətdir ki, işin baxılması gecikdirilir. Qanunsuz olaraq onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Lerik Rayon Məhkəməsinin qətnaməsinə əsasən 1.47 hektar əkin torpaq sahəsindən məhrum olmuşdur. Nəcitədə dövlətin üzərinə götürdüyü mülkiyyət hüququnun dövlət tərəfindən tanına və qorunan hüquq olması barədə öhdəlik yerinə-yetirilməmiş qalmışdır. Torpağın qanunsuz zəbt edilməsinin Azərbaycan Respublikasında qadağan olunmasına, torpağın qanunsuz zəbt edilməsi ilə əlaqədar vurulmuş zərərin ödənilməsinin preyudisial xarakter daşıdığını ya qərar qəbul edən məhkəmə bilmir, ya da bilsə də, buna əhəməiyyət vermək istəmir. Məhkəmə ekspertiza təyin etsə də, ekspertizanın keçirilməsini təmin etməmiş, işi əsassız olaraq uzatmışdır. Cavabdeh tərəfindən iddiaçının ailəsinin mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi alınmış natamam ekspert rəyi ilə qismən, şahid ifadəsi ilə tam təsdiq olunmuşdur. Lakin qərar qəbul edən məhkəmə işin bu hallarını nəzərə almamışdır. Lakin əkin təyinatlı torpağın münbit qatının korlanmasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə qərarın surətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməli olduğu halda, Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş və heç bir əsaslı səbəb olmadan ekspertin müvafiq rəyi alınmadan məhkəmə tərəfindən mülki iş materialları Məhkəmə Ekspertizası Mərkəzindən geri götürülmüşdür. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmişdir. O, məhkəməyə ərizə göndərərək, səhhətilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnaməni iddianın təmin edilməyən hissəsinə münasibətdə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsin iddianın təmin edilməməsinə dair hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh həqiqətəndə iddiaçı X9 1.47 ha torpaq sahəsini öz mülkiyyəti kimi istifadə edir. Rəşid öz torpağını nə qədər tələb etsə də heç bir nəticəsi olmamışdır. Hər il həmin torpağ sahəsindən öz mülkiyyəti kimi istifadə edərək əkin-biçin işləri aparır. Həmçini Cavabdeh həmin torpaq sahəsinin üst münbit qatını qazaraq həyətinə yol çəkmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X4,X5, X2, X6, babayev Novruz Haşım oğlu, X8 və X3 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(048)-378/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti verilmiş 21 aprel 2021-ci il tarixli İ0/ 431 saylı ekspert rəyindən görünür ki,Cəlilabad LTİ-nin və "FAME-PRO” MMC-nin mütəxəssis rəyləri qarşılaşdırılan zaman mütəxəssislərin tədqiqatının nəticələri arasında ziddiyyət olduğu müəyyən olunmuşdur. Ekpertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də, ekspert tərəfindən müqayisəli tədqiqatın aparılmaı mümkün olmamışdır. Daha sonra Lerik Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(048)-27/2021 saylı qərardadına əsasən mülki iş üzrə Komission məhkəmə- torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti verilmiş 13 may 2022-ci il tarixli 10/3008 saylı ekspert rəyindən görünür ki,JN-205 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı X9 və onun ailə üzüvlərinin mülkiyyətində olan 1.47 ha pay torpaq sahəsinin 0.176 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edildiyi, torpaq sahəsinin bir hissəsindən faktiki olaraq kənd əhalisi tərəfindən yol kimi istifadə olunduğu müəyyən olundu. Həmçinin qeyd olunur ki, 1.47 ha torpaq sahəsinin qalan hissəsi çəpər daxilində olmadığı üçün kim tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmadı. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə əkin təyinatlı torpağın münbit qatının korlanmasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə qərarın surətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməli olduğu halda, Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş və heç bir əsaslı səbəb olmadan ekspertin müvafiq rəyi alınmadan məhkəmə tərəfindən mülki iş materialları Məhkəmə Ekspertizası Mərkəzindən geri götürülmüşdür. Buna görə də, qətnamə əsaslı deyil. Apellyasiya baxışında iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4361 nömrəli rəyinə görə Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1385/2024 saylı mütəxəssis rəyinə əsasən, araşdırma zamanı iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd edilən (naturada mövcud olan) yolun "Azərbaycan" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən ümumi istifadə üçün nəzərdə tutulmuş yol olmaması müəyyən edilmişdir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd edilən (naturada mövcud olan) yolun faktiki istifadə vəziyyətinə uyğun, X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,47 ha torpaq sahəsinin qərb sərhəd xətti boyu (X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhəd hüdudlarından kənar) öz əksini tapması müəyyən olunmuşdur. Eyni zamanda Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-205 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı X17 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,47 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun, həmin mübahisəli yolun şərq və cənub-şərq istiqamətində iki hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1385/2024 saylı mütəxəssis rəyinə əsasən, "Azərbaycan" təsərrüfatının ərazisində aparılan torpaq isiahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı sözügedən ərazidə ümumi istifadə üçün nəzərdə tutulmuş yolun həmin mübahisəli torpaq sahəsinin şimal istiqamətində olması və faktiki olaraq da həmin yolun mövcud olması müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyində Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd edilən (naturada mövcud olan) yolun Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun yol olması müəyyən edilmişdir Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1385/2024 saylı mütəxəssis rəyinə əsasən, "Azərbaycan" təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-205 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X9 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,47 ha torpaq sahəsi üzərindən hər hansı yolun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarfna uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-205 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı X17 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Sors çayı kəndi ərazisində yerləşən 1,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə əkin təyinatlı torpağın münbit qatının korlanmasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə qərarın surətini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərməli olduğu halda, Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş və heç bir əsaslı səbəb olmadan ekspertin müvafiq rəyi alınmadan məhkəmə tərəfindən mülki iş materialları Məhkəmə Ekspertizası Mərkəzindən geri götürülmüşdür. Buna görə də, qətnamə əsassız hesab etmişdir. Lerik Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(048)-123/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Lerik rayonu, Sorsçay kəndində yerləşən JN-205 saylı Torğa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə iddiaçı X13 və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1.47 ha torpaq sahəsinin 0.176 ha hissəsinin Cavabdeh alınaraq X9 mülkiyyətinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçının iddia tələbindən görünür ki, o, Lerik rayonunun Nuravud kəndində yerləşən ona məxsus zəbt olunmuş torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdehin həmin torpaqdan istifadə etdiyi vaxtlar üçün 2800 manat maddi ziyan tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi təyin edilmiş ekspertiza nəticəsində müəyyən etmişdir ki, cavabdeh iddiaçıya məxsus olan 1.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.176 ha hissəsində istifadə edir. Buna görə də iddianı qismən təmin edərək cavabdehi iddiaçının 0.176 ha torpaq sahəsindən çıxarılmasını qət edir. İddianı 2800 manat vurulmuş ziyan və qalan torpaq sahəsindən çıxarılma hissəsində təmin etmir. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni - onun təmin edilməyən hissələrdə də ləğv edərək təmin edilməsini xahiş edir. Deməli işin mübahisələndirilən halı cavabdehin 1.294 ha torpaq sahəsindən çıxarılması və torpağa vurulmuş ziyanla bağlı 2800 manat pul tələbindən ibarətdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4361 nömrəli rəyində qeyd edilmişdir ki, (Rəyin İİİ sualının İİ abzası) torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-205 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı X17 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Sors çayı kəndi ərazisində yerləşən 1,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən ümumiyyətlə istifadə edilməməsi müəyyən olunmuşdur. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya məxsus 1.47 ha torpaq sahəsinin 0.176 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsini müəyyən etsə də Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində iddiaçı X17 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Sors çayı kəndi ərazisində yerləşən 1,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunur. Əgər cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin hər hansısa bir hissəsindən istifadə etmirsə bu zaman vurulmuş hər hansı ziyandan belə söhbət gedə bilməz. Hazırda qətnamədən iddiaçı apellyasiya şikayəti verdiyindən və cavabdeh tərəfindən qətnamə mübahisələndirilmədiyindən kollegiya apellyasiya şikayətinə apellyasiya şikayətinin dəlilləri həddində baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə Kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən ekspert rəyinin alınması ilə əlaqədar olaraq 50 manat (əlli) məbləğində pul vəsaiti İddiaçı alınaraq MEM-nin xeyrinə tutulmalıdır. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun vəkili Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(048)-123/2023 saylı qətnaməsi iddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspert rəyinin alınması ilə əlaqədar olaraq 50 manat (əlli) məbləğində pul vəsaiti İddiaçı alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-105/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-105/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver