Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-105/2025 14.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun həyətində kəsdiyi 1-ədəd armud ağacının dəyəri 1000(min) manat, 1-ədəd heyva ağacının dəyəri 1000 (min)manat, 1-ədəd alça ağacının dəyəri 500(beş yüz) manat və dövlət 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı uzun müddətdir ki, Rusiya dövlətinə işləmək məqsədilə getmişdir. Evdə bir qızı, gəlini və iki azyaşlı nəvəsi vardır. Gəlinin yoldaşı oğlu Rusif fəhləlik etmək üçün Bakıya gedib gəlir ki, pul qazanaraq ailəni saxlasın. Bundan istifadə edən cavabdeh qonşusu, Cavabdeh evdə yoldaşı və oğlu olmadığından öz həyətinə çıxaraq onların çəpərinin dibini qazaraq öz sahəsinə birləşdirmişdir. O, cavabdehə heçnə deyə bilməmişdir. Teyyub isə cavabında ona nəlayiq sözlər işlədərək söyüb təhqir etmişdir. Dəfələrlə azyaşlı nəvələrini qorxudaraq həyətə çıxan zaman onlara acıqlanaraq qorxudur. Bu vəziyyətlə Teyyub onun çəpərini müəyyən hissəsini qazaraq öz sahəsi kimi istifadə edir. Bu azmış kimi, hətta onun çəpərinin içində olan 1-ədəd armud. 1-ədəd heyva və 1-ədəd alça ağaclarınıda kəsib evinə aparıb. Oğlu Bakıdan gələndə yalvarmışdır ki, Teyyubla mübahisə,dava-dalaş etməsin. Lakin cavabdeh yalandan oğlunada söz ataraq onunla dalaşmağa çalışır. Cavabdeh həmişə bizə onlara ziyan vurmağa çalışır və onun ailəsi qorxu İçərisində saxlayır.Bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Atabəy Kiçibəyov), iddianın qismən təmin edilməsi, Lerik rayonu Brkandul kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və DƏDRX-ə ödənilmiş 95 (doxsan beş) manat cavabdehə Cavabdeh alınaraq İddiaçı verilməsi, əlavə olaraq cavabdehdən məhkəmə ekspertiza mərkəzinə ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsini iş üzrə toplanmış sübutlar ilə əlaqələndirmiş, cavabdeh tərəfindən iddiaçıya onun torpaq sahəsindən istifadə ilə bağlı maneələr yaradıldığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinə cavabdeh tərəfindən maneə yaradıldığı qənaətinə gəlsə də, həmin sübutlara deyil, yalnız subyektiv mülahizələrə əsaslanmışdır. Halbuki birinci instansiya məhkəməsi həmin izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də kollegiya hesab edir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apellyasiya qaydasında yenidən hüquqi qiymət verilməlidir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş qəbzdən görünür ki, X4 məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş qəbzdən görünür ki, DƏDRX Lənkaran Ərazi İdarəsinə 95 manat dövəlt rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2811/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı X3 tərəfindən iddia edilən və Lerik Rayon XDS İcraiyyə Komitəsinin 19 fevral 1988-ci il tarixli iclas protokolundan çıxarışda göstərilən torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqayırma sxemi (torpaq sahəsinin sərhəd, yerləşmə, həndəsi ölçüləri və s. əks olunan) və ayrıc aktı (qonşu torpaq sahələri əks olunan hər hansı bir istinad nöqtəsi olan və s.) mülki iş sənədlərinə əlavə olunmadığından və ya mövcud olmadığından həmin torpaq sahəsinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkün olmamışdır.Bu səbəbdən sözügedən torpağ sahəsinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsi müəyyənləşdirmək mümkün olmaməşdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, qonşusu, Cavabdeh evdə yoldaşı və oğlu olmadığından öz həyətinə çıxaraq onların çəpərinin dibini qazaraq öz sahəsinə birləşdirmişdir. O, cavabdehə heçnə deyə bilməmişdir. Teyyub isə cavabında ona nalayiq sözlər işlədərək söyüb təhqir etmişdir. Dəfələrlə azyaşlı nəvələrini qorxudaraq həyətə çıxan zaman onlara acıqlanaraq qorxudur. Bu vəziyyətlə Teyyub onun çəpərini müəyyən hissəsini qazaraq öz sahəsi kimi istifadə edir. Bu azmış kimi, hətta onun çəpərinin içində olan 1-ədəd armud. 1-ədəd heyva və 1-ədəd alça ağaclarını da kəsib evinə aparıb. Oğlu Bakıdan gələndə yalvarmışdır ki, Teyyubla mübahisə, dava-dalaş etməsin. Lakin cavabdeh yalandan oğluna da söz ataraq onunla dalaşmağa çalışır. Cavabdeh həmişə bizə onlara ziyan vurmağa çalışır və onun ailəsi qorxu İçərisində saxlayır. Bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən səthi araşdırma aparıldığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinə və cavabdehin iddia tələbinə etirazı ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin əsasını Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun həyətində cavabdeh tərəfindən kəsildiyi iddia edilən 1-ədəd armud ağacının dəyəri 1000(min) manat, 1-ədəd heyva ağacının dəyəri 1000 (min)manat, 1-ədəd alça ağacının dəyəri 500(beş yüz) manat geri qaytarılması təşkil edir. Apellyasiya icraatı zamanı məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 14 fevral 2025-ci il tarixli, 10/9402 № ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə 1 ədəd heyva və 1 ədəd alça ağaclarının mövcud olması müəyyən edilmişdir. Həmin ağacların iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. İkincisi, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhəd mərzləri müəyyən edilərkən 1 ədəd heyva və 1 ədəd alça ağaclarının mövcud olması və həmin ağacların iddiaçı və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin sərhəddində yerləşməsi müəyyən olunmuşdur. Bu isə onu göstərir ki, hər iki ağaca münasibətdə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur. Üçüncüsü, ümumiyyətlə iddiaçı cavabdeh tərəfindən ona maneələrin yaradılmasını, həmin maneələrin nədən ibarət olmasını, həmçinin cavabdeh tərəfindən iddiaçıya məxsus həyətyanı torpaq sahəsindən 1-ədəd armud ağacının 1-ədəd heyva ağacının və 1-ədəd alça ağacının kəsilməsini sübut edə bilməmişdir. Əgər iddiaçı öz iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim edə bilmirsə və cavabdeh iddianı qəbul etmirsə, məhkəmə üçün əlavə araşdırma aparılması üçün zərurət aradan qalxır və bu halda iddia məhz sübut olunmaması əsası ilə təmin edilməməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-140/2024 saylı, 27 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. Mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 185 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı aid edilsin. İddiaçı 100 (yüz) manat məbləğində ekspertiza xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesab adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖENİ: **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-105/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-105/2025
14.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver