Məhkəmə qərarları › İş №2(106)-1050/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1050/2024

08.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1050/2024 08.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X20 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi Vəkil1, cavabdeh X30 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X45, X46 və X31 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X45, X46 və X31 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/5 hissəsi üzərində X32, 1/5 hissəsi üzərində X33, 1/5 hissəsi üzərində Cavabdeh, 1/5 hissəsi üzərində X11 və 1/5 hissəsi üzərində X23 paylarının müəyyən edilməsi və ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin X15 çatası 1/5 hissəsi üzərindəki payın onun vərəsələri İddiaçı1 və İddiaçı2 arasında bərabər qaydada bölünməsi və həmin vərəsələrin həmin daşınmaz əmlaka mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər X45, X46, Cavabdeh və X40 onların doğma əmiləridir. Mərhum ataları Fəxrəddinin atası X54 xx.xx.1965-ci il tarixdə, anası X21 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişlər. Onların babaları ilə nənələrinin birgə nikahından X38, X40, X45, X46, Cavabdeh və X24 adlı uşaqları anadan olmuşdur. Vəfat etmiş ataları X24 anaları X25 ilə 11 aprel 1991-ci il tarixdə ailə qurmuşlar. X1 vəfatından sonra, ona məxsus olan onun xüsusi mülkiyyətində olan Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsi döngə 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı, 8 saylı ev miras qalmışdır. Onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmədən öncə Lənkəran rayon notariat kontoruna müraciət elmişlər. Notariat kontorunun 07 sentyabr 2015-ci il tarixli 543 saylı məktubu ilə onlara nənələri 10 yanvar 2015-ci ildə vəfat etmiş X9 adına Lənkəran rayon notariat kontorunda - vərəsəlik işi açıldığı, lakin miras əmlakın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu müəyyən edildiyindən məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi ilə (hakim Məhəmmədəli Rzayev) ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/5 hissəsi üzərində X11 payının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin hallarına uyğun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində mülkiyyətində olan 0.02591 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 139.7 kv.m ümumi, 77.6 kv.m yaşayış, 62.1 kv.ırı yardımçı sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə tikintialtı sahəsi 52.0 kv.m, ümumi sahəsi 37.0. kv.m olan 1 otağı və 0.0125 ha torpaq sahəsi Cavabdeh, 0.0125 ha torpaq sahəsi X16 və tikintialtı sahəsi 144.5 kv.m, ümumi sahəsi 102.7 kv.m olan 3 otaq X9 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lənkəran rayon qeydiyyat şöbəsinin 25 aprel 2015-ci il tarixli çıxarışından görünür ki, X54 və X26 nikahlarını 05 iyun 1952-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra soyadları kişi Sadıxov, qadın Sadıxova. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X45 xx.xx.1955-ci ildə, X46 xx.xx.1957-ci ildə, Cavabdeh xx.xx.1958-ci ildə, X38 xx.xx.1961-ci ildə, X40 xx.xx.1963-cü ildə və X24 xx.xx.1960-cı ildə anadan olmuş, ataları X54, anaları isə X12r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X54 xx.xx.1965-ci ildə, X34 isə xx.xx.2015-ci ildə ölmüşdür. Lənkəran rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X38 xx.xx.1992-ci ildə ölmüşdür. Lənkəran rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, X24 15 iyul 1995-ci ildə ölmüşdür. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Xumar Əbülfəz qızı ilə 11 aprel 1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra ərin soyadı Sadıxov, arvadın soyadı isə Sadıxova olmuşdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı1 17 avqust 1992-cı ildə, İddiaçı2 02 avqust 1995-ci ildə anadan olmuş, ataları X24, anaları isə X17r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X54 xx.xx.1965-ci ildə, X34 isə xx.xx.2015-ci ildə ölmüşdür. Lənkəran ŞİHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2015-ci il tarixli 18-1/103 saylı arayışdan görünür ki, X22 10 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 1 ünvanı olmuş və aşağıdakı vərəsələri ilə birgə yaşamışdır. 1. X54-həyat yoldaşı. 23.11,1965-ci il tarixdə vəfat etmişdir. 2. X24-xx.xx.1995- ci il tarixdə vəfat etmişdir. 3. X38-subay, xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. 4. X45 - 1955-ci il, 5. X46 1957-ci il, 6. Cavabdeh - 1958-ci il. 7. X40-1963-cü il. Lənkəran rayon Notariat Kontoru tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 543 saylı məktubdan görünür ki, xx.xx.2015-ci ildə vəfat etmiş X13 adına Lənkəran rayon notariat kontorunda vərəsəlik işi açılmış, lakin miras əmlakın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə əlavə edilmiş vəsiyyətnamədən görünür ki, anası X28 ölümündən əvvəl onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 8 nömrəli fərdi yaşayış evi yəni tikintialtı sahəsi 144,5 kv.m, ümumi sahəsi 102.7 kv.m olan üç otaqlı evi ölümündən öncə ona, yəni oğlu Cavabdeh vəsiyyət etmişdir. Anası ölənə kimi o və ailə üzvləri ilə birgə yaşamış, təsərrüfatı birgə idarə etmiş, digər sağ qalmış vərəsələr X45, X46 ailə qurduqdan sonra köçüb başqa ünvanlarda yaşayıblar. X40 30 ildən çox bir müddətdir ki, xaricdə yaşayır. Hətta anaları öləndə o, mərasimdə iştirak etməmişdir. Anası öləndən sonra bütün mərasim və dəfn xərclərini o ödəmiş, anasından qalan miras 3 otaqlı evi faktiki olaraq miras kimi qəbul etmişdir. Bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ümumiyyətlə, məhkəmə qətnaməsində Mülki Məcəllənin 1113-cü maddəsində qeyd olunan miras əmlakın qanun üzrə və ya vəsiyyət üzrə keçməsi anlayışına toxunulmamış və miras əmlakda məcburi pay anlayışı nəzərə alınmamışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları tam araşdırmamış, tərəflər məhkəməyə cəlb olunduğu halda Lənkəran rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnamə sübut növü kimi məhkəmə iclasında tədqiq olunacaqdı. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəmə çıxışı verərək bildirmişdir ki, Cavabdeh vəkili və nümayəndəsi kimi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilməklə apellyasiya instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X4 tərəfindən təsdiq edilmiş miras qoyan X9 31 oktyabr 2013-cü İİ tarixli (saat 15:40-da tərtib edilmiş) 2V-01 reyestr nömrəli Vəsiyyətnaməsində göstərilmişdir: “Ölən günədək və öləndən sonra mənə məxsus olan ünvan 3 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinin tikilialtı sahəsi 144.5 kv.m, ümumi sahəsi 102.7 kv.m olan üç otağı oğlum - Cavabdeh vəsiyyət edirəm, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən mənə izah edildi. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri notariat kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi”. Apellyasiya şikayəti vasitəsilə iş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X4 tərəfindən təsdiq edilmiş miras qoyan X10 31 oktyabr 2013-cü il tarixli (saat 15:40-da tərtib edilmiş) 2V-01 reyestr nömrəli Vəsiyyətnamənin mövcud (qüvvədə) olması faktı, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133,2-ci maddəsinin imperativ (məcburi) tələbləri nəzərə alınmaqla məhkəmə tərəfindən iddiaçılar İddiaçı1 və X6 (həm nənələri X14, həm də ataları X15 münasibətdə də) qanun üzrə vərəsəlik hüquqlarının yaranmaması faktı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməlidir. İş materiallarından Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən “qanun üzrə vərəsə” kimi göstərilmiş (tanınmış) X24 15 iyul 1995-ci il tarixdə vəfat etmişdir. İşdə mirasqoyan tərəfindən qoyulmuş vəsiyyətnamə olduğu halda hazırkı iş üzrə 15 iyul 1995-ci il tarixdə, yəni miras qoyan anası X7 19 il 5 ay 25 gün əvvəl vəfat etmiş Fəxrəddin Musa oğlunun birinci instansiya məhkəməsi tərəfindən qanun üzrə vərəsə kimi tanınmasını tamamilə qanunsuz və əsassızdır. Apellyasiva şikayəti vasitəsilə iş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X4 tərəfindən təsdiq edilmiş miras qoyan X10 31 oktyabr 2013-cü il tarixli (saat 15:40 -da tərtib edilmiş) 2V-01 reyestr nömrəli Vəsiyyətnamənin mövcud olması faktı, həmçinin Mülki Məcəllənin 1133.2-ci maddəsi ilə bərabər həmin Məcəllənin 1193-cü maddəsinin də imperativ (məcburi) tələbləri nəzərə alınmaqla məhkəmə tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 (həm nənələri X14, həm də ataları X15 münasibətdə də) qanun üzrə vərəsəlik hüquqlarının yaranmaması faktı ilə bərabər onların nənələri X8 qalmış miras əmlakdan məcburi pay almaq hüquqların yaranmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməlidir. Apellyasiya şikayəti vasitəsilə iş materiallarına əlavə edilmiş ƏMDX DƏDKR Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli **********43 40301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışdan, DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin Fərdi yaşayış evinə dair **********43-10301 reyestr nömrəli 4882 inventar nömrəli Texniki Pasportdan, həmçinin hazırkı iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizələrində cavabdeh qismində yalnız Cavabdeh qeyd edilməsi onu göstərir ki, tərəflər arasında mübahisələndirilməyən hal kimi Cavabdeh ünvan 1 ünvanında 144.5, kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin (və evin yerləşdiyi torpaq sahəsinin) miras qoyan X9 övladları sırasından yeganə faktiki sahibi və vərəsəsi olması və Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X4 tərəfindən təsdiq edilmiş, miras qoyan X9 31 oktyabr 2013-cü il tarixli (saat 15:40-da tərtib edilmiş), 2 V-01 reyestr nömrəli Vəsiyyətnamənin üzrə ona vəsiyyət edilmiş ünvan 1 ünvanında 144.5, kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin onun tərəfindən miras əmlak kimi faktiki qəbul edilməsi halı apellyasiya instansiyası tərəfindən qəbul edilməlidir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atası rəhmətə gedəndən sonra cavabdeh olan əmisi onları 1995-ci ildən evdən çıxarmış, onlara yad münasibət bəsləmişdir. Odur ki, mübahisəli əmlak üzərində qanun üzrə vərəsə kimi ona düşən payı istəyir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 məhkəməyə təqdim etdiyi çıxışın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X47 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi analarının adına olub. Cavabdeh ümumiyyətlə, heç bir qohum-əqraba danışdırmır. Əvvəlki məhkəmə iclasında cavabdeh X45 qətnamə ilə razı olduğunu və həmin qətnamənin qüvvədə qalmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 izahat verərək bildirmişdir ki, məhkəməyə təqdim etdiyi izahatda mövqeyini ətraflı şəkildə əks etdirmişdir. Əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları müəyyən edilməmişdir. Cavabdehə heç bir bildiriş göndərilməmiş, məhkəmə iclasına dəvət edilməmişdir. Cavabdeh başqa bir işlə bağlı məhkəmə prosesi zamanı bu işdən xəbərdar olmuşdur. Cavabdeh işdə iştirak etsəydi, məhkəməyə mövcud vəsiyyətnamə təqdim edəcəkdi. Əvvəlki məhkəmə iclasında İddiaçı2 mübahisəli əmlak üzərində qanun üzrə vərəsə kimi ona düşən payı istədiyini bildirmişdir. İşdə iştirak edən başqa şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, X54 və X21 05 iyun 1952-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1955-ci il tarixdə X45, xx.xx.1957-ci il tarixdə X46, xx.xx.1958-ci il tarixdə Cavabdeh, xx.xx.1960-cı il tarixdə X24, xx.xx.1961-ci il tarixdə X38 və xx.xx.1963-ci il tarixdə X40 anadan olmuşdur. X54 xx.xx.1965-ci il tarixdə, X38 xx.xx.1992-ci il tarixdə, X24 15 iyul 1995-ci il tarixdə və X21 isə xx.xx.2015-ci il tarixdə vəfat emişlər. X3 Xumar Əbülfəz qızı ilə 11 aprel 1991-ci il tarixdə ailə qurmuş və onların nikah münasibətlərindən iddiaçılar İddiaçı1 və İddiaçı2 doğulmuşlar. X9 vəfatından sonra, ona məxsus olan onun xüsusi mülkiyyətində olan Lənkəran şəhəri İskəndər Səmədzadə döngə ünvanında 144.5 kv. torpaq sahəsində yerləşən, ümumi sahəsi 102.7 kv.m olan, 3 otaqlı, 8 saylı ev miras qalmışdır. 10 yanvar 2015-ci ildə vəfat etmiş X9 adına Lənkəran rayon notariat kontorunda - vərəsəlik işi açılmışdır, lakin miras əmlakın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 5-ci hissəsinə əsasən Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, iras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-in 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. M-in 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-in 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki işin faktiki halları və maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək diqqətə çatdırır ki, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının yaxud ərinin mirasda məcburi payı var və həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Göründüyü kimi, adıçəkilən normada vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Qeyd edilməlidir ki, vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir və müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Habelə vərəsəlik hüququnun mövcud olduğu ölkələrin hüquq sistemləri bu hüquq institutunun iki fərqli prinsip (fərdilik və ailə-təminat) üzərində qurulmasını nəzərdə tutur. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Bu prinsipin mənasına görə fərd üçün mülkiyyəti üzərində tam sərəncam vermək imkanı yaradılmadıqda o, sadəcə əmlakın istifadəçisinə çevrilə bilər və yaşadığı dövrdə əmlakı çoxaltmaq və keyfiyyətcə yeniləşdirmək səyləri olmaz. Ailə-təminat prinsipi isə vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Lakin bu əmlak üzərində şəxsin mülkiyyət hüququ onun vəfatından sonra bitir və o, hər hansı bir subyekt kimi hüquq münasibətlərində iştirak etmir. Belə olan halda, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Beləliklə, vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Azərbaycan Respublikası mülki qanunvericiliyində vərəsəlik hüquq institutu göründüyü kimi, adıçəkilən prinsiplərin vəhdəti əsasında yaradılmışdır. Kollegiya diqqətə çatdırır ki, işdə olan Lənkəran rayon 1 saylı Notariat Kontorunun xüsusi X4 tərəfindən təsdiq edilmiş miras qoyan X9 31 oktyabr 2013-cü İİ tarixli (saat 15:40-da tərtib edilmiş) 2V-01 reyestr nömrəli Vəsiyyətnaməsində göstərilmişdir: “Ölən günədək və öləndən sonra mənə məxsus olan ünvan 3 ünvanında yerləşən 8 nömrəli fərdi yaşayış evinin tikilialtı sahəsi 144.5 kv.m, ümumi sahəsi 102.7 kv.m olan üç otağı oğlum - Cavabdeh vəsiyyət edirəm, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu dövlət notariusu tərəfindən mənə izah edildi. Vəsiyyətnamə iki nüsxədən ibarət tərtib edildi, nüsxənin biri notariat kontorunda saxlanıldı, digəri isə vəsiyyət edənə verildi”. Qeyd edilməlidir ki, adıçəkilən Vəsiyyətnamə apellyasiya şikayətinə əlavə edilmişdir. İşdən göründüyü kimi, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanıə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmamışdır. Məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. İş materiallarından da göründüyü kimi, hazırkı mülki iş 22 dekabr 2015-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin dövrdən də məhkəmənin icraatındadır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi qismən dəyişdirilməli, ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/10 hissəsi üzərində X11 payı müəyyən edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi qismən dəyişdirilsin və ünvan 1 ünvanında 144.5 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/10 hissəsi üzərində X11 payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar