Məhkəmə qərarları › İş №2(106)-1051/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1051/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1051/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, çəpərlərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qaytarılması, sahiblik hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh şikayətinə baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması, çəpərlərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin qaytarılması və sahiblik hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim E.Əmirəliyev) 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 15 noyabr 2019-cu il tarixdə, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində verilmiş 0,0575 ha həyətyanı torpaq sahəsinin 35,2 kv.metr (1.3 x 27.1) hissəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş 27,1 metr uzunluğunda daş çəpərlərin sökülməsi, iddiaçının sahiblik hüquqlarının bərpa olunması və torpaq sahəsinin cavabdehlərdən alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya uyğun deyildir. Cavabdeh apellyasiya şikayətində məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları (qətnamənin əsassızlığına dair sübutları) göstərmədən yalnız apellyasiya şikayətində qətnaməni ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qərardaddan narazı qalan Cavabdeh şikayətində qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı ədalətli olmamışdır. O, apellyasiya şikayətini Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etməklə tərtib edərək məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətində məhkəmə qətnaməsini bütün hissələrdə mübahisələndirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan baxılır. Bu barədə iş üzrə tərəflərə müvafiq bildiriş göndərilmiş, 12 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüquqlarının olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində məhkəməyə şikayətə qarşı yazılı etiraz və ya vəsatət daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək apellyasiya şikayəti qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq şikayəti geri qaytarmışdır. Müəyyən edilir ki, Cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə riayət etməklə məhkəməyə təqdim etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti təmin edilsin. Cəlilabad Rayon Мəhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(073)-63/2022 saylı qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(073)-63/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti qəbul edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar