Məhkəmə qərarları › İş №2(106)-1054/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1054/2023

06.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1054/2023 06.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçı, cavabdehlər Nümayəndə2, Cavabdeh1, Cavabdeh7, cavabdeh Nümayəndə2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Nümayəndə2, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı (Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın qəbulu faktının müəyyən edilməsi və payların müəyyənləşdirilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) iddia qismən təmin edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(106)-1054/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilməklə icraata qəbul edilmiş, işə apellyasiya qaydasında baxılması 06 iyul 2023-cü il tarixə, saat 11:15-ə təyin edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı yazılı qaydada ərizə təqdim edərək, apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, o, əvvəlcə məhkəməyə iddiadan imtina barədə ərizə vermiş, məhkəmə tərəfindən ona iddiadan imtina barədə ərizənin nəticələri izah olunmuşdur. Hazırda o, iddiadan yox, apellyasiya şikayətindən imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və üçüncü şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı tərəfindən təqdim edilmiş yazılı ərizədən görünür ki, o, apellyasiya şikayətindən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasının dəlillərini iş materialları üzrə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, onun Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-in 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-140/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar