Məhkəmə qərarları › İş №2(106)-1056/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1056/2024

27.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1056/2024 27.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(020)-85/2024 saylı qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(020)-85/2024 saylı qiyabi qətnaməsi (hakim Ramiz Nurullayev) ilə, iddianın təmin edilməsi, Cavabdeh 10264,05 (on min iki yüz altmış dörd manat beş qəpik) manat məbləğində pul, mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,79 manat məbləğində pulun alınıb "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 21 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1056/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 27 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(020)- 85/2024 saylı qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 243.1-ci maddəsinə əsasən qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 252-ci maddəsinə əsasən Qiyabi qətnamə bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında qüvvəyə minir. 233.1-ci maddəsinə əsasən Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355- 19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qanunun qeyd edilən normalarından görünür ki, cavabdeh qiyabi qətnaməni ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Lakin belə bir müraciət olmamışdırsa, cavabdeh həmin qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətinə apelyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən edir ki, Beyləqan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(020)- 85/2024 saylı qiyabi qətnaməsi xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etdirməklə Cavabdeh rəsmi qaydada verilmişdir. Bundan sonra cavabdeh tərəfindən qiyabi qətnamənin ləğvi üçün Beyləqan Rayon Məhkəməsinə ərizə verilməmiş, yalnız xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən apelyasiya şikayəti verilmişdir. Beyləqan Rayon Məhkəməsi 08 may 2024-cü il tarixli, 2(020)-85/2024 saylı qərardadında verilmiş apelyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlayarkən müəyyən etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayəti vaxtında verilmişdir. Lakın kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının təhlilindən görünür ki, cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətinə onun ləğv ilə bağlı həmin qətnaməni çıxarmış birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməyə haqlıdır. Lakin cavabdeh həmin hüququndan istifadə etmədəyi halda ümumi qaydada qətnamədən apelyasiya şikayəti verilməsi üçün MPM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qiyabi qətnaməni rəsmi qaydada aldığı vaxtdan 1 ay müddətinə apelyasiya şikayəti verməlidir. MPM-nin 252-ci maddəsində də həmin məcəllənin 233-cü maddəsinə istinad etməklə cavabdehə qiyabi qətnamədən 1 ay müddətinə ümumi qaydada apelyasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Hazırki işdə isə cavabdeh xx.xx.2024-cü il tarixdə qətnaməni rəsmi qaydada almış, lakin cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən isə apelyasiya şikayəti 1 aylıq prosessual müddət ötürülməklə, yəni xx.xx.2024-cü il tarixə kimi verməli olduğu halda xx.xx.2024-cü il tarixdə elektron qaydada verilmiş və müddətin bərpası barədə ərizə isə şikayətə əlavə edilməmişdir. Bu isə ona dəlalət edir ki, apelyasiya şikayəti müddət ötürülməklə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(020)-85/2024 saylı qiyabi qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar