Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-106/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndələri Vəkil1 və vəkil Nümayəndə3, Cavabdeh və onun vəkili Vəkil2 Malik oğlunun, Cavabdeh X2 nümayəndələri Nümayəndə4 və vəkil Nümayəndə2 Mübahisə predməti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə5 iştirakları ilə, Birləşdirilmiş birinci iş üzrə İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının 1/2-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 518/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən, birləşdirilmiş ikinci iş üzrə İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentinsiar Xidməti Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notoriat ofisi və X10) etibarnamənin etbarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxıb MÜƏYYƏNETDİ: Birləşdirilmiş birinci iş üzrə İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, Lənkəran rayon 1 saylı Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyriyaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın məhkəmə tərəfindən təmin edilməsi, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********43-06301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixli **********43-06301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş, həmin "Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və onun öz adına yeni Çıxarış və Texniki pasport verilməsini xahiş etmişdir. Mülki işin məhkəmə icraatı dövründə iddiaçının nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizələr təqdim edib iddia tələbində dəqiqləşmə aparmaqla qəti tələb olaraq İddiaçı adından verilmiş etibarnamə əsasında hərəkət edən Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinanın (müqavilənin ləğvi) məhkəmə tərəfindən təmin edilməsi, xx.xx.2012-ci il tarixli "Qeyri-yaşayış binasının bağışlama müqaviləsi” əsasında İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK tərəfindən Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış akt qeydinin ləğv edilməsi və həmin akt qeydi əsasında İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışların və İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına dair tərtib edilmiş xx.xx.2012-ci il tarixli 8690 inventar nömrəli Texniki pasportun ləğv edilməsi və iddiaçının öz adına yeni Çıxarış və Texniki pasportun verilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı xx.xx.1998-ci il tarixli 9364 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi” əsasında ünvan 2 ünvanında yerləşən, 87.33 kv.metr ümumi sahəsi olan “Dostluq” çayxanası onun adına özəlləşdirilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən o, həmin vaxt qüvvədə olan CM-in 15,95-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.1999-cu il tarixdən hesablanmışdır. Cəza müddəti bitəndən sonra, onun müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87.33 kv.metr ümumi sahəsi olan “Dostluq” çayxanasının satılmasına dair xx.xx.2008-ci il tarixli 004055 nömrəli Şəhadətnamə ona verilmişdir. X13 Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə, CM-in 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azdlıqdan məhrumetmə cazasına məhkum edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qrarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2010-cu il tarixdən hesablanmış, lakin o, xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə onun CM-in ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi ehtimalını nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin, onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü şəxsi mülkü olan “Dostluq” çayxanasının tələblərə uyğun şəkildə yeni mülkiyyət sənədlərinin (Çıxarış və Texniki pasport) onun adına alınması zərurət yaranmışdır. Həmin dövrdə onun yanına təcridxanaya gəlmiş dayısı Nümayəndə4 onun adına yeni mülkiyyət sənədlərinin hamısını alacağına onu inandırmış, bunun üçün ona müvafiq etibarnamə verilməli olduğunu bildirmiş və onlar bu barədə razılaşmışlar. Onun oxuya və yaza bilmədiyi latın qrafikalı əlifba ilə dayısının adına xx.xx.2012-ci il tarixli 40- 032 nömrəli etibarnamə tərtib edilmiş və ona imza etdirilmişdir. Həmin etibarnamə ilə dayısı X11 şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən “Dostluq” çayxanasının sənədlərini DƏDRX Lənkəran Ərazi İdarəsinə təqdim etmək, Çıxarış, Texniki pasport və Forma-1 arayışını almaqla yanaşı, qeyd olunan sənədləri aldıqdan sonra həmin qeyriyaşayış binasının ½ hissəsini bağışlamaq, müqaviləni imzalamaq da ona etibar edilmişdir. Etibarnamə belə bir şərtlə verilmişdir ki, əgər o, cəzaçəkmə müəssisəsindən sağ-salamat qayıdarsa, geri qayıtdıqda həmin mülk ona qaytarılacaqdır. Həmin etibarnamə əsasında hərəkət edən X14 şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 87,9 kv.metr olan qeyri-yaşayış binasına dair DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli MA-0378462 nömrəli Çıxarışı, DƏDRX Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli **********09- 06301 saylı Texniki pasportu və xx.xx.2012-ci il tarixli 22-28-863 saylı arayışı əldə etmişdir. Daha sonra Ənsar Nuriyev həmin etibarnamə əsasında hərəkət edərək xx.xx.2012-ci il tarixdə Lənkəran rayon Notariat Ofisinin notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-ni onun qardaşı Cavabdeh bağışlamışdır. Həmin müqavilə bağlanan zaman MM-in 666- 674-cü maddələrinin məzmunu təfsilatı ilə müqavilə iştirakçılarına yəni, onun adından hərəkət edən Ənsar Nuriyevə və müqavilənin ikinci tərəfi kimi Cavabdeh izah edilmişdir. O, xx.xx.2020-ci il tarixdə azadlığa çıxandan sonra ona məlum olmuşdur ki, 2012-ci ildə istintaq təcridxanasında saxlanıldığı dövrdə latın qrafikalı əlifba ilə yazılmış və onun oxumadan imzaladığı, şəxsi mülkiyyətində olan “Dostluq” çayxanasının yeni mülkiyyət sənədlərini almaq üçün verdiyi etibarnamə əsasında doğma qardaşı Cavabdeh onun şəxsi mülkünün yarısına sahib olmuşdur. Sonradan o, bu barədə Cavabdeh soruşduqda, Cavabdeh bağışlama zamanı qanunda nəzərdə tutulan, paylı mülkiyyətçinin bütün öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə bir daha söz vermişdir. Ona görə də, o, dayısı və qardaşının öz vədlərinə əməl edəcəklərinə inanmış, bu səbəbdən onların bu hərəkətləri ilə bağlı həmin vaxt qanuni tədbirlərə əl atmamışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 167 nömrəli sərəncamı əsasında adıçəkilən orqan ilə həmin obyektinin paylı mülkiyyəçiləri kimi o özü və qardaşı arasında bağlanılmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv.metr torpaq sahəsi onlara icarəyə verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixə olan vəziyyətə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********43-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRK publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq” çayxanasına aid **********43 reyestr nömrəli, 8690 inventar nömrəli Texniki pasport işlənmişdir. Qeyd olunan hüquqmüəyyənedici sənəddə icarələrində olan torpaq sahəsi 3 ayrı-ayrı hissələrdə olmaqla ağ-qara zolaqla işarələnmişdir. Göstərilən torpaq sahəsi hissələrindən ən böyüyünün sahəsi, eni 4,20 metr, uzunluğu 17,10 metr olmaqla 71,82 kv.metr, orta ölçülü olanının sahəsi, eni 4,00 metr və 3,75 metr, uzunluğu isə 12,50 metr olmaqla 54,25 kv.metr təşkil edir və çayxana xidmətinin göstərilməsindən ötrü istifadə edilməkdədir. Lakin yay mövsümü bitəndən sonra həmin torpaq sahələrində yerləşdirilmiş masaların və oturacaqların yağış suları altında qalaraq sıradan çıxmaması, həmçinin, yağışlı günlərdə də vətəndaşlara çayxana xidməti göstərilməsindən ötrü həmin sahənin dəqiq sərhədləri çərçivəsində mövcud tikinti norma və qaydalarına uyğun dəmir konstruksiya tipli talvarlar quraşdırmaq qərarına gəlmişdir. Həmin məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etmişdir. Memarlıq şöbəsinə təqdim etdiyi hüquqmüəyyəedici sənədlər, həmçinin yerində aparılmış müvafiq baxış və müayinələr əsasında onun Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən şəhərin İskəndər Səmədzadə küçəsi 59 ünvanında yenidənqurma və artırma işlərinin aparacağı qeyri-yaşayış binasının layihəsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmaqla Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin layihə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin hüquqmüəyyənedici sənədlərinə, həmçinin qüvvədə olan qanunvericiliyiin tələblərinə əsasən işlənib hazırlanmış və təsdiq edilmişdir. Göstərilən Layihənin hazırlanması ilə yanaşı, qeyd edilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli 3638 nömrəli müqavilənin 2.2ci və 6.1-ci bəndlərinin müddəalarını rəhbər tutaraq həmin müqaviləyə əsasən onun tərəfindən icarəyə götürülmüş ünvan 4 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 129,4 kv.metr torpaq sahəsinin hüdudlarında istehlakçılara göstərilən çayxana xidmətinin səviyyəsinin artırılması məqsədilə tikinti-quraşdırma layihəsi aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların quraşdırılması ilə bağlı o, İqtisadiyyat Nazirliyi yanında ƏMDX rəis müavini cənab Elçin Yusubova müraciət etmişdir. Qeyd edir ki, həm istehlakçılara yüksək keyfiyyətli çayxana xidmətləri göstərilməsi, həm də onlara baha qiymətə başa gəlmiş avadanlıqların qorunması məqsədlilə o, mövcud tikinti norma və qaydalarına uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli talvarların tikintiquraşdırma layihəsini aidiyyəti yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, quraşdırılmasına yazılı razılıq almaq üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə müraciət etməklə, icarəyə götürdüyü torpaq sahəsinin sərhədləri daxilində yalnız öz şəxsi vəsaiti hesabına, onunla birgə paylı mülkiyyətə sahiblənmiş cavabdeh Azər Qədirlidən heç bir məbləğ almadan keyfiyyətli və yaraşıqlı dəmir konstruksiyalı talvar quraşdırmışdır. Lakin sonradan ona bəlli olmuşdur ki, kifayət qədər böyük vəsait hesabına başa gəlmiş talvarın quraşdırılmasına xeyir-dua verməklə onu arxayın edən və xeyli pul vəsaiti xərclətdirən cavabdeh ondan gizli olaraq iddiaçı qismində İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə və ona qarşı “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tamamilə əsassız, uydurma və qanunsuz iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Hazıda həmin iddia tələbi üzrə 2(011)-8382/2023 saylı mülki iş Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) icraatındadır. Həmin iddia tələbinə görə iddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilənin etibarsız sayılması və qanunsuz tikililərinin sökülməsini xahiş etmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından, bağlanılan vaxt heç bir hüquq pozuntusuna yol verilmədiyindən və həmin müqavilənin tələblərinə əsasən ünvan 4 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129,4 kv.metr torpaq sahəsi onlara icarəyə verildiyindən, həmçinin, həmin sahədə aparılacaq tikinti işləri də İqtisadiyyat Nazirliyi yanında ƏMDX ilə razılaşdırıldığından həmin müqavilənin etibarsız sayılması və icarəyə götürülmüş sahədə tikiləcək talvarın sökülməsi üçün heç bir hüquqi və faktiki əsas yoxdur. Göründüyü kimi, onun mülkünün yarısına sahiblənmiş Cavabdeh bilərəkdən və qərəzli olaraq özünün paylı mülkiyyətçi hüquqlarından sui-istifadə edib öz vəzifələrini vicdanla yerinə yetirməyərək onun əziyyətlə özəlləşdirdiyi, fəliyyətinin yararsız hala gəlməsinin və müflis olmasının qarşısını aldığı, fəaliyyətini davam və inkişaf etdirməklə, istifadə ərazisini böyütməklə özünün və onun ailəsinin maddi təminatını təşkil etdiyi "Dostluq” çayxanasının fəaliyyətini məqsədli şəkildə iflic vəziyyətinə gətirməklə məşğuldur. Cavabdeh “Dostluq” çayxanasının onun və ailəsinin yeganə dolanacaq mənbəyi olduğunu, qeyd edilən icarə müqaviləsinin pozulması halında həmin çayxananın rentabelliyinin (gəlirliliyi) itiriləcəyini və obyektinin müflis olacağını, bunun nəticəsində onun ailə büdcəsinə bərpaolunmaz maddi ziyan vurulacağını bilə-bilə özünün qanunazidd hərəkətlərini yenə də davam etdirir. O öz qanuni mülkünü geri almasa, cavabdehin onun işini iflic edəcəyi aydın olduğundan vəziyyətin dözülməz olduğunu başadüşərək onun adından tərtib edilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə bağlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən “Dostluq” çayxanasının ½-nin qardaşı Cavabdeh bağışlanmasından imtina etmək qərarına gəlmişdir. Bu məqsədlə məhkəməyə müraciət etməzdən əvvəl o, Cavabdeh onun adından bağışlanmış əmlakın 2 gün müddətində könüllü olaraq qaytarılması barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərmiş, həmin bildiriş poçt xidməti vasitəsilə Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixdə verilmişdir. Bununla yanaşı, həmin bildirişin surəti poçt xidməti vasitəsilə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da verilmişdir. İddia tələbi qanuni və əsaslı olduğundan 2012-ci ildə onun adından verilmiş etibarnamə əsasında hərəkət edən dayısı Ənsar Nuriyev tərəfindən xx.xx.2012-ci il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılovun iştirakı ilə bağlanmış “Qeyri-yaşayış binasının bağışlama müqaviləsi”nə əsasən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” çayxanasının ½-nin onun qardaşı Cavabdeh bağışlanmasından imtinası məhkəmə tərəfindən təmin edilməlidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsi (hakim Kamran Süleymanov) ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil Babayev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Birləşdirilmiş ikinci iş üzrə İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentinsiar Xidməti Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notoriat ofisi, və X10) etibarnamənin etbarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnaməsi (hakim Murad Aslanov) ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qədirli X9 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 1079/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının 1/2-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək 2(106)- 1079/2024 saylı mülki iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 1079/2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qeyri-yaşayış binasının 1/2-ni bağışlamaqdan imtina edilməsi tələbinə dair 2(106)-106/2025 saylı mülki iş üzrə icraat təzələnməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1936/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-234/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı X7 və Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası, Lənkəran rayon 1 saylı Notariat Ofisi və X10) etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(106)-234/2025 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, Lənkərn rayon 1 saylı Natoriat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı qeyri-yaşayış binasının ½ -ni bağışlamaqdan imtina edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-106/2025 saylı mülki işlə birləşdirilməsi qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi vəkil Babayev X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mövcud olan faktiki hüquq münasibətlərinin yanlış və təhrif edilmiş şəkildə təqdim edərək görünüş yaratmağa çalışmışdır ki, guya cavabdeh tərəfindən özünün doğma qardaşı olan iddiaçıya münasibətdə hədiyyə alan kimi, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozulmamışdır. Birinci instansiya məhkəməsi bilərəkdən və ya bilməməzdikdən MM-in 673.1.2-ci maddəsində göstərilən “hədiyyə alanın, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri”müddəasını, özünün subyektiv istəyinə uyğun qanunsuz və əsassız şəkildə şərh etməklə “hədiyyə alanın, bağışlanma müqaviləsinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələr” kimi təqdim etməyə çalışır. Bununla da, birinci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin imperativ xarakterli normasının müddəalrının tələblərini təhrif edilmiş şəkildə tətbiq etməyə cəhd edərək özünün yanlış və əsasız mülahizələrini irəli sürür ki, güya Cavabdeh tərəfindən “hədiyyə alanın, ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri” ona görə pozulmuş hesab edilə bilməz ki, həmin vəzifələr hazırki iş üzrə mübahisələndirilən 30 may 2012-ci il tarixli “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsi”ndə göstərilməmişlər. Halbu ki hədiyyə alan tərəfindən bağışlanma (yəni – bağışlanma müqaviləsi) ilə onun üzərinə qoyulmuş öhdəlikləri əsassız icra etməməsi halıAzərbaycan RespublikasıMM-nin 673.1.3-cü maddəsinin müddəaları ilə tənzimlənir (həll edilir). Qədirli X9 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnaməsindən şikayət verərək onunla əsaslandırmışdır ki, birincisi instansiya məhkəməsi onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstinstaq Təcridxanasında olduğu müddətdə və eyni zamanda xx.xx.2012-ci il tarixdə vətəndaş X3 və ya digər şəxsə tərəfindən hər hansı etibarnamə verildiyini sübut etməmişdir. Halbuki, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsindən xx.xx.2024-cü il tarixli 3-16- 17/27/2-3914 saylı arayışla müqayisədə Bakı İstintaq Təcridxanasında xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-5572 nömrəli məktubunun və onda əks olunmuş qeyri-müəyyən, ümumi və qanunvericiliyin tələbinə zidd xarakterli məlumatın heç bir hüquqi əhəmiyyət və sübut kimi dəyəri yoxdur. İkincisi, birincisi instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan S.Sadıxovun, notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə təsdiq etməyə səlahiyyəti olduğunu sübut etməmişdir. Üçüncüsü, birincisi instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan S.Sadıxovun, notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan daşınmaz əmlaka sərəncam verilməsinə dair etibarnamə təsdiq etməyə səlahiyyəti olduğunu sübut etmədiyi halda, həmin etibarnaməyə əsasən hərəkət etmiş X7 tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanında yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan “Dostluq” Çayxanasının 1/2-i onun qardaşı Cavabdeh bağışlanması haqqında “Qeyriyaşayış binasının Bağışlanma müqaviləsinin” Lənkəran rayon notariusu S.Y.İsmayılov tərəfindən təsdiq edilməsini qanunvericiliyin tələbinə uyğun olduğunu sübut etməmişdir. İddiaçı, onun nümayəndəsi Vəkil1 və Nümayəndə3 məhkəmədə izahat verərək göstərdi ki, verilmiş apellyasiya şikayətini müdafiə edir. Apellyasiya şikayətinin təmin edilməsini, qətnamələrin ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh və onun vəkili Vəkil2 Malik oğlu, cavabdeh X2 nümayəndəsi vəkil Nümayəndə2, cavabdeh X2 nümayəndəsi Nümayəndə4 ayrı-ayrılıqda izahat verərək bildirdi ki, apellyasiya şikayətlərinə qarşı etiraz edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Nümayəndə5 qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnamələri dəyişsirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 19 noyabr 2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, ünvan 4 ümumi sahəsi olan 87.9 kv.m 0.00971 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərin olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir; xx.xx.2023-cü il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri İskəndər Səmədzadə küsəsi 59 ümumi sahəsi olan 87.9 kv.m 0.00971 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan qeyri-yaşayış binası ½ hissədə X5 ½ hissədə isə Cavabdeh mülkiyyətindədir; xx.xx.2012-ci il tarixli Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsi yerləşən qeyriyaşayış binasının Notariat qaydada bağışlama müqaviləsindən görünür ki, Qədirov (Qədirli) Elnur Malik oğlu etibarnamə əsasında qardaşı Cavabdeh Lənkəran şəhəri İskəndər Səmədzadə küşəsi ümümi sahəsi olan 0.00971 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 87.9 kv.m olan qeyri-yaşayış binası 1/2 hissəsini bağışlamışdır; xx.xx.2012-ci il tarixli Etibarnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından olan Qədirov (Qədirli) Elnur sənədləşdirilməsinə razılıq vermişdir; xx.xx.2012-ci il tarixli Etibarnamədən görünür ki, Bakı İstintaq Təcridxanasından olan İddiaçı sözügüdən əmlak üzərində ½ hissəsində xx.xx.2012-ci il tarixədək bütün hərəkətlər etməyi X3 etibar etmişdir; 29 may 2012-ci il tarixli Lənkəran Rayon Notariat Konturunda Qədirov (Qədirli) Elnur Malik oğlunun arvadı X1 əmlakın bağışlanmasına razılıq vermişdir; 1999-cu il tarixli Lənkəran Rayon Məhkəməsinin hökmündən görünür ki, Qədirov (Qədirli) Elnur Malik oğlu 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 5578/2024 saylı məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasında etibarnamələrin qeydiyyat jurnalında, həbsdə saxlanılan İddiaçı tərəfindən xx.xx.2012-ci ildə 032 saylı qeydiyyatla X3 etibarnamə verilməsi qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli 4/2031 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(106)-1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamənin kserosurətində "imza:" qrafasındakı imza və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədə "İmza:" qrafasındakı imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(106)-1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamənin kserosurətindəki yazılar və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədəki yazılar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mənada, tərəflərin apellyasiya şikayətlərinə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri orada ifadə olunmuş dəlillərə əsasən tam yoxlanılmalıdır. Tətbiqedilənhüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 362.1.-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.https://e-qanun.az/framework/46944 MM-in 362.3.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. MM-in 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-in 673.1.-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. İş materialları və tərəflərin izahatları əsasında apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunvericiliyə və işin faktiki halları əsasında düzgün nəticəyə əsaslanmışdır. Məhkəmə tərkibi iddiaçı tərəfin apellyasiya şikayətlərinin dəlilləri üzrə hesab edir ki, həmin dəlillər formal olmaqla əsassızdır. İddiaçı apellyasiya şikayətlərində onun adına etibarnamənin verilməsi faktının sübut olunmadığını, habelə Penitensiar Xidmətin və müəssisə rəisinin bu sənədi təsdiqləməyə səlahiyyəti olmadığını bildirir. Lakin təqdim edilmiş sənədlər (Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsi və Bakı İstintaq Təcridxanasının məktubları) iddiaçının etibarnaməni verdiyini kifayət qədər hüquqi əsaslarla təsdiq edir. Qanunvericiliyin tələblərinə görə penitensiar müəssisədə saxlanılan şəxslər tərəfindən verilən etibarnamələr müvafiq müəssisənin rəhbəri tərəfindən notariat qaydasında təsdiqlənə bilər və bu sənədlər notariat təsdiqinə bərabər sayılır. Etibarnamədə iddiaçının konkret əmlakı – Lənkəran şəhəri İ.Səmədzadə küçəsində yerləşən “Dostluq” çayxanasının ½ hissəsini cavabdehə bağışlamaq hüququ nümayəndəyə verdiyi açıq şəkildə göstərilmişdir. İddiaçının sonradan bu sənədi oxumadığını, latın əlifbasını bilmədiyini iddia etməsi isə onun hüquqi qüvvəsini şübhə altına almaq üçün yetərli əsas deyildir. Ən mühüm məqamlardan biri də odur ki, etibarnamənin verilməsindən sonra 10 ildən artıq müddət ərzində, o cümlədən iddiaçının azadlığa çıxdıqdan sonra keçən 3 ildən çox müddətdə nə etibarnamə, nə də onun əsasında bağlanmış bağışlama müqaviləsi heç bir şəkildə mübahisələndirilməmiş, əksinə iddiaçı tərəfindən bu hüquqi münasibətlər faktiki olaraq qəbul edilmişdir. Bu davranış konklyudent hərəkət hesab olunur və Mülki hüquqda belə hərəkətlər hüquqi nəticələrin qəbul edilməsi kimi qiymətləndirilir. Hüquq sistemində şəxsin uzun müddət ərzində müəyyən hüquqi vəziyyətə etiraz etməməsi onun bu vəziyyəti qəbul etdiyini göstərir. Bu yanaşma hüquqi sabitlik və hüquqi əminlik prinsipləri ilə tam uzlaşır. Hüquqi münasibətlərin uzun müddət ərzində mübahisələndirilməməsi, digər tərəfdə hüquqi etimad yaradır və bu, hüquq sistemində qorunmalıdır. İddiaçının 10 ildən artıq müddətdə bu sənədlərin hüquqi nəticələrini qəbul etməsi, öz davranışı ilə onları təsdiqləməsi onun indiki iddiasını əsassız edir. İddiaçı cavabdehin ailə münasibətlərindən doğan öhdəlikləri kobudcasına pozduğunu əsas gətirərək bağışlamanın ləğvini istəmişdir. Lakin təqdim edilmiş bağışlama müqaviləsində heç bir qeyd-şərt və ya öhdəlik nəzərdə tutulmamış, cavabdeh qarşısında heç bir şərti öhdəlik qoyulmamışdır. Bu səbəbdən də, cavabdehin guya öhdəlikləri pozması arqumenti hüquqi əsasdan məhrumdur. Bundan əlavə, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsini məhkəmə qaydasında mübahisələndirməsi hüquq çərçivəsində həyata keçirilmiş bir addımdır və bu hərəkətin “kobud pozuntu” kimi qiymətləndirilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2025-ci il tarixli 4/2031 saylı ekspert rəyindən açıq şəkildə görünür ki: “Ekspertizaya təqdim edilmiş 2(106)-1936/2024 saylı mülki işin 1-ci cildin 20-ci vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamənin kserosurətində “imza:” qrafasındakı imza və 2-ci cildin 64-cü vərəqində olan xx.xx.2012-ci il tarixli İddiaçı adından olan etibarnamədə “İmza:” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur.” Bu nəticə etibarnamənin şəxsin özü tərəfindən imzalandığını və sənədin saxta olmadığını tam şəkildə sübut edir. Həmçinin bu iddiaçının latın qrafikasını bilməməsi, sənədi oxumadan imzalaması, ya da sənədin başqa şəxs tərəfindən tərtib edilməsi ilə bağlı bütün iddialarını hüquqi və faktiki əsasdan məhrum edir. Hüquq nəzəriyyəsində sübutların qiymətləndirilməsi zamanı ekspert rəyinin elmimetodoloji əsaslarla aparılmış rəsmi rəy olması səbəbilə yüksək dərəcədə sübut qüvvəsi daşıdığı qəbul edilir Belə rəy yalnız digər bir güclü, hüquqi əsaslı sübutla təkzib oluna bilər ki, bu işdə belə bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə, ekspertiza rəyi iddiaçının şikayətindəki əsas iddialardan birini – etibarnamənin saxta olması – tamamilə təkzib edir və birinci instansiya məhkəməsinin bu sənədi etibarlı sayması tamamilə qanunauyğundur. AİHM-in “Kopecký Slovakiyaya qarşı” (2004) qərarında qeyd edilir ki, qanunla tanınmış mülkiyyət hüququ yalnız istisna hallarda və hüquqi dövlətin prinsiplərinə uyğun surətdə məhdudlaşdırıla və ya aradan qaldırıla bilər. Bundan əlavə, MM-in 673.1-ci maddəsində bağışlamaqdan imtina halları konkret olaraq sadalanır. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallar isə bu maddədə nəzərdə tutulan meyarlara uyğun gəlmir. İddiaçının şikayətində göstərilən hallar bu hüquqi əsaslarla tamamilə uzlaşmır: Birincisi, cavabdehin hədiyyə verənin və ya yaxın qohumunun barəsində ağır cinayət törətdiyinə dair heç bir sübut təqdim edilməmişdir. İkincisi, iddiaçı cavabdehin “ailə münasibətlərinə uyğun öhdəlikləri kobud pozduğunu” iddia etsə də, bu öhdəliklərin nə olduğu göstərilməmiş və məhkəmə araşdırması zamanı belə bir konkret pozuntu faktı müəyyən edilməmişdir. Həmçinin bağışlama müqaviləsində cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Üçüncüsü, xx.xx.2012-ci il tarixli bağışlama müqaviləsində bağışlama ilə bağlı cavabdehin öhdəlikləri ümumiyyətlə mövcud deyil. Müqavilə tam şəkildə və qeyd-şərtsiz bağlanmışdır. Bu baxımdan cavabdehin öhdəliyi icra etməməsi iddiası hüquqi mövzudan kənardır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 10 fevral 2025-ci il tarixli 4/2031 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Kollegiya digər məhkəmə xərclərinə dair hesab edir ki, onlar iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77, 89, 124, 217.2, 218.1, 372, 384, 385, 387, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apelyalsiya şikayətləri təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-518/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-2332/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. 10 fevral 2025-ci il tarixli 4/2031 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-106/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-106/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver