Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1062/2025 26.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su kanalının açılması tələbi barədə mülki işə xx.xx.2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(106)-1062/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı su kanalının açılması tələbinə dair iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə məxsus 0.78 ha. torpaq sahəsinin yanından keçən İddiaçı mülkiyyətində olan su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsindən təyinatı üzrə istifadəsinə yaradılan hər hansı maneəçiliyin cavabdehlərə qadağan edilməsi, su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayonu Moranlı kəndinin bir qrup sakinləri, o cümlədən X7 ərizə ilə Moranlı Bələdiyyəsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 tərəfindən onların həyətyanı sahələrinə gedən, ailə üzvlərini içməli su ilə təmin edən su kanalının və qoruq zolağının zəbt olunmasını, bu səbəbdən su kanalının mexaniki vasitələrlə (traktorla) təmizlənməsinin qeyri mümkün olması səbəbindən kanalın lillə dolmasını və su təminatının azalması, kəsilməsi səbəbəindən zəbt olunmuş hissəsinin açılması, mexanikanın hərəkətinin təmin edilməsini bələdiyyədən xahiş etmişlər. Moranlı bələdiyyəsi tərəfindən su kanalına baxış keçirilərək müvafiq akt tərtib edilmiş və su kanalının zəbt olunmuş hisəsinin açılması barədə cavabehlərə xəbərdarlıq edilmişdir. Həmçinin yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən su kanalını 160 metr uzunluqda və 6,2 metr enində cavabdehlər tərəfindən zəbt edilərək istifadəsi məhdudlaşmışdır və kanalın qazılmasına mane törədilir. Bu səbəbdən həmin kanalı traktor vasitəsi ilə təmizlənməsi mümkün deyildir. Nəticədə kanal dolmuş, su axını kəsilmişdir. Qeyd edilənlər Moranlı Bələdiyyəsi və Sabirabad RİHB-nin Moranlı Kənd İcra Nümayəndəsi və müavininin, həmçinin şikayətçi kənd sakini Nəsimi Əliyevin iştirakı ilə tərtib edilmiş Aktda əksini tapmışdır. Sabirabad Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 2(106)-1062/2025 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddianın təmin edilməsi, cavabdehlərə məxsus 0.78 ha. torpaq sahəsinin yanından keçən İddiaçı mülkiyyətində olan su kanalının (arxın) cənubdan şimala 73.0 metr və şərqdən qərbə doğru 79.0 metr uzunluqda hissəsindən təyinatı üzrə istifadəsinə yaradılan hər hansı maneəçiliyin cavabdehlərə qadağan edilməsi, su kanalının təyinatı üzrə istifadəsinə mövcud maneənin cavabdehlərin hesabına aradan qaldırılması və istifadə olunması üçün kanalın əvvəlki vəziyyətinə salınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/9546 saylı məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pulun 25 manat hissəsinin Cavabdeh1, digər 25 manat hissəsinin isə Cavabdeh2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİNHALLARİ: Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların üç nəfərdən ibarət digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İddiaçı sədri Nümayəndə1, Moranlı KİƏD üzrə nümayəndə Müzəffər Qasımov, Moranlı KİƏD üzrə nümayəndə müavini Daşqın İbrahimov və Moranlı kənd sakini Nəsimi Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, İddiaçı Moranlı kəndi ərazisində Moranlı kənd sakini X3 xüsusi mülkiyyəti olan həyətyanı torpaq sahəsini suvarma suyu ilə təmin edən su kanalının məhdudlaşdırılması müraciəti ilə bağlı sahəyə baxış zamanı müəyyən edilmişdir ki, JN-296A, JN-295A, JN-297A, JN-269B, JN-294A (**********32 reyestr nömrəli) həyətyanı torpaq sahələri arasından keçən bələdiyyə mülkiyyəti olan uzunluğu 160 m, eni 6.2 m olan sahə DWG islahat xəritə materiallarında su, kanalizasiya xətti kimi nəzərdə tutulsa da, həmin zolağ kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhdudlaşdırılmasına və qazılmasına mane olurlar. Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçiləri Nazir Mürsəlov və Vəli Əliyev, Moranlı KİƏD üzrə nümayəndəsi Müzəffər Qasımov, İddiaçı sədri Nümayəndə1, Moranlı kənd sakinləri Nəsimi Əliyev və Cavabdeh1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Moranlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin (0.90*0.78)=0.12 ha hissəsində Cavabdeh1 tərəfindən torpaqdan istifadəyə dair hüquqmüəyyənedici sənəd olmadan qanunsuz fərdi yaşayış evi inşa edilmişdir. Eyni zamanda inşa etdirdiyi evə gediş-gəliş yolu kimi Cavabdeh1 istifadə etdiyi yol xx.xx.2015ci il tarixli **********32 reyestr nömrəli X1 xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsidir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçiləri Nazir Mürsəlov və Vəli Əliyev, Moranlı KİƏD üzrə nümayəndəsi Müzəffər Qasımov, İddiaçı sədri Nümayəndə1 və Moranlı kənd sakini Nəsimi Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubla Sabirabad rayonu Moranlı kəndi ərazisində JN-296A, JN-295A, JN297A nömrəli şəhadətnamələrlə verilmiş həyətyanı torpaq sahələri arasında qeyd olunmuş suvarma arxının məhdudlaşdırılması nəticəsində qonşular arasında mübahisə yaranmasını, JN-297A nömrəli şəhadətnamə üzrə verilmiş həyətyanı sahədə olan Moranlı Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin zəbt olunaraq istifadəçi tərəfindən üzərində fərdi yaşayış evinin inşa etdirməsi, bununla da qonşu həyətyanı sahələr arasında olan suvarma arxının məhdudlaşdırılması qeyd olunaraq bu barədə qanuna müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlə bağlı Moranlı kənd ərazisində araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə Akt tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-3598/2024 saylı mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-297A seriyalı KOD 90917018 nömrəli şəhadətnamə əsasında Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsinin sərhədləri, ölçüləri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Sabirabad rayonu Moranlı kəndində yerləşən su kanalının (arxının) mübahisəli hissəsində qonşu sərhədləri, texniki parametrləri (yəni uzunluğu və eni) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Su arxının mübahisəli hissəsinin cavabdehlərə məxsus 0.78 ha torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin cavabdehlər tərəfindən doldurularaq zəbt edilən su arxının mübahisəli hissəsi yerquruluşu planında ştrixlə göstərilmişdir. Bütövlükdə sözügedən su arxı bələdiyyə mülkiyyətindədir. Torpağın mülkiyyətə verilməsinə dair JN- 297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında Sabirabad rayonu Moranlı kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus 0.78 ha həyətyanı torpaq sahəsinin qonşuluğundan keçən mübahisəli su kanalının cənubdan şimala 73.0 m. şərqdən qərbə doğru isə 79.0 m. uzunluğunda cavabdehlər tərəfindən təyinatı üzrə fəaliyyəti məhdudlaşdırılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN- 297A seriyalı KOD 90917018 nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsus Sabirabad rayonu Moranlı kəndində yerləşən 0.78 ha torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evi mübahisəli su kanalından (arxından) 3.7 m. və 4.7 m. məsafədə yerləşir. Həmçinin Cavabdeh1 bələdiyyə mülkiyyətində inşa etdiyi fərdi yaşayış evi mübahisəli su arxından 2.8 m. məsafədə yerləşir. Qərardadın 5-ci və 6-cı sualının cavablandırılması yerquruluşu mühəndisinin səlahiyyətlərinə aid deyil. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ümumi istifadədə olan suyu zəbt etməmiş, su kanalını bağlamamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh2 məhkəmədə apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. 2015-ci ildə X7 onların torpağı ilə yaxın olan yerdə torpaq sahəsi almışdır. İddiaçı bələdiyyənin sədri əvvəllər Adəm adlı şəxs idi, həmin bələdiyyənin hazırkı sədri Nümayəndə2dur. Cavabdeh1 məhkəmədə apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Buna görə də, tərkibi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə tərkibi qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da, şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi, iddia ərizəsi Nümayəndə1 tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, İddiaçı adından Nümayəndə1 Cavabdeh1 və Cavabdeh2 qarşı su kanalının açılması tələbi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Hazırkı iddia üzrə İddiaçı pozulmuş hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpağı üzərində istifadə hüququnun realizəsinin təmin edilməsindən ötrü bələdiyyə üzvlərinin yığıncağında müzakirə olunmalı, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət edilməli idi. Göründüyü kimi, bələdiyyə sədri qismində iddia ərizəsini imzalayan şəxs olaraq Nümayəndə1 bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə ki, İddiaçı sədri kimi məhkəməyə müraciət etmədən öncə, Nümayəndə1 bələdiyyənin ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı, daha sonra məhkəmədə iddia qaldıra bilərdi. Lakin Nümayəndə1 ona müvafiq səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Habelə MPM-in 150.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsindən ötrü Nümayəndə1 belə bir səlahiyyət verilməmişdir. Halbuki, bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə MPM-in 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar MPM-in 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. MPM-in 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə, məhkəmə tərkibi qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən Sabirabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(056)-29/2025 saylı qətnaməsi ləğv edilməli və iddia baxılmamış saxlanılmalıdır. MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, işdə olan N 79-1 Vəsiqədən görünür ki, Nümayəndə2 İddiaçı sədridir. Bununla yanaşı, işdə olan İddiaçı 18 fevral 2025-ci il tarixli 01 saylı iclas protokolundan görünür ki, Nümayəndə1 bələdiyyə sədri vəzifəsindən azad olunmuş və həmin vəzifənin icrası Nümayəndə2 həvalə edilmişdir. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 260.1-260.3-cü maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/9546 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçındən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddiaçınə izah edilməlidir ki, iş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 372, 384, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(056)-29/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı su kanalının açılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçınə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9546 saylı ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçındən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-1062/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1062/2025
26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver