Məhkəmə qərarları › İş №2(106)-1065/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1065/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1065/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğlunun, İddiaçı5, Məmmədova (Əliyeva) Arzu Sahibəli qızının, Əliyeva (Qəhrəmanova) Gülər Sahibəli qızının və İddiaçı7 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin cavabdehdən alınıb iddiaçılara qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair” ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Sahibəli oğluna, İddiaçı5, Məmmədova (Əliyeva) Arzu Sahibəli qızına, Əliyeva (Qəhrəmanova) Gülər Sahibəli qızına və İddiaçı7 qarşı “pul tələbinə dair” qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)-46/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) ilkin iddia qismən təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN 105, KOD 90803028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə X3, İddiaçı2, İddiaçı3, İddiaçı1, X5, İddiaçı4 Sahibəli oğlu, X2, X6, X4 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmiş 8,74 ha torpaq sahəsinin 4,42 ha hissəsindən ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsinin dayandırılması və onun həmin torpaq sahəsindən çıxarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 530,32 manat dövlət rüsumunun 100 manatının ilkin iddia üzrə Cavabdeh alınaraq İddiaçı1 Sahibəli qızına verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 180 manat, İddiaçı3 234 manat və İddiaçı6 80 manat, cəmi 494 manatın alınıb qarşılıqlı iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 30 manatının qarşılıqlı iddia üzrə cavabdehlərdən alınıb Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya Saatlı Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(055)-46/2023 saylı qətnaməsinin ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, ilk iddianın tamamilə rədd olunması və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, onun tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, iş materiallarının 233-cü vərəqində olan ödəniş qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçılar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq iddia tələbinin qiymətləndirilməyən hissəsi üçün 100 manat, qiymətləndirilən hissəsi üçün isə 431 manat məbləğində dövlət rüsumu ödəmişlər. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 215,5 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 125 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Saatlı Rayon Məhkəməsinin 2(055)-46/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar