Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1073/2024 16.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X8 oğlunun katibliyi ilə, Ərizəçi və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi soyadın və ata adının dəyişdirilməsi barədə ərizəsinə dair (maraqlı şəxslər: Maraqlı şəxs1 və Biləsuvar rayon Polis İdarəsi) mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli 2(022)-193/2009 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, adı Musa, ata adı Soltan, soyadı isə Əliyevdir. X1 ilə atası müəyyən müddət bir yerdə yaşadıqdan sonra atası Soltan Əliyev onu və anasını evdən qovmuşdur. Atası onu və anasını evdən qovduqdan sonra 1998-ci ildə gəlib Biləsuvar rayonunun Əsgərabad kəndində yaşamağa başlamışlar. Anası həmin kənddə X5 ilə evlənməklə onun evində yaşamağa başlamışlar. Atalığı olan Şakir Babayev 7 yaşından onu faktiki olaraq övladlığa götürərək bir ata kimi ona valideynlik etmişdir. Şakir Babayevi daim özünə doğma ata bilmişdir. Belə ki, doğma atası olan Soltan Əliyev bir dəfə də olsun onunla maraqlanmamış və ona atalıq etməmişdir. X6 özünə doğma ata bildiyindən onun adını və soyadını daşımaq istəyir. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. Odur ki, soyadının atalığı olan Şakir Babayevin soyadı olan “Babayev” kimi, ata adının isə həmin şəxsin adı olan “Şakir” kimi dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli 2(022)-193/2009 saylı qətnaməsi (hakim Ramiz Nurullayev) ilə ərizə təmin edilmiş, Ərizəçi soyadının dəyişdirilərək Babayev, ata adının isə Şakir kimi yazılması, bununla bağlı vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında düzəliş aparılması qət edilmişdir. Ərizəçi vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək izahatında bildirmişdir ki, apellyasiya şikayəti onun sözləri ilə yazılmış, şəxsiyyət vəsiqəsi olmadığı üçün elektron imzadan istifadə edərək onu imzalaya bilməmişdir. Hazırda “soyadının və ata adının dəyişdirilməsi” barədə ərizəsindən imtina edir və ərizədən imtinanın doğurduğu hüquqi nəticələr ona izah edilmiş və aydındır. Ərizəçi vəkili Vəkil izahatında bildirmişdir ki, ərizədən imtinanın doğurduğu hüquqi nəticələr ərizəçiyə və ona ayındır və imtinanın məhkəmə tərəfindən qəbul edilməsini, Biləsuvar Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli 2(022)-193/2009 saylı qətnaməsinin ləğv edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Maraqlı şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs2 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə maraqlı şəxslərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. MPM-in 370.2-ci maddəsinin tələbinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yuxarıda qeyd olunan mülki prosessual hüquq normalarının hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış ərizədəki tələbindən yazılı şəkildə imtina ərizəsi Ərizəçi iradə ifadəsi olmaqla, onun tərəfindən imzalanmışdır. Habelə kollegiya qeyd edir ki, ərizəçiyə ərizəsindən imtinanın hüquqi nəticələri izah edilmişdir. Hazırkı imtina qanuna zidd deyil və tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi ərizədən imtinası qəbul edilməli, Biləsuvar Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli 2(022)-193/2009 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14, 217, 191, 370 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi “soyadın və ata adının dəyişdirilməsi” barədə tələbindən imtinası qəbul edilsin. Biləsuvar Rayon Məhkəməsinin 26 may 2009-cu il tarixli 2(022)-193/2009 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi “soyadın və ata adının dəyişdirilməsi” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1073/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1073/2024
16.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver