Məhkəmə qərarları › İş №2(106)-1087/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1087/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1087/2025 23.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işi üzrə Neftçala Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(053)-322/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: Neftçala Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2(053)-322/2025 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) Cavabdeh iddianı etiraf etməsinin təsdiq edilməsi, Cavabdeh 10000 manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 123 manat məbləğdə pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmədə ərizə verərək apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətindən imtinanın qəbul olunmasını xahiş etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəmədə izahat verərək bildirdi ki, cavabdehlə aralarında borcun hissə-hissə qaytarılması barədə şifahi razılıq əldə etmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Belə ki, MPM-in 369.2- maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə tərkibi hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Apellyasiya şikayətindən imtina qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutub QƏRARVERDİ: Apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar