Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1112/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadından cavabdeh İmişli Su X1 İdarəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli Su X1 İdarəsinə qarşı “İmişli Su X1 İdarəsinin rəhbəri Samir Məmmədovun xx.xx.2024-cü il tarixli, 61 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İmişli Su X1 İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 61 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı İmişli Su X1 İdarəsinə “meşə zolağının gözətçisi” vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Cavabdeh İmişli Su X1 İdarəsi apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini, eyni zamanda, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadı ilə cavabdeh İmişli Su X1 İdarəsinin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadı ilə cavabdeh İmişli Su X1 İdarəsi tərəfindən İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət verərək İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadının ləğv edilməsi və müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh İmişli Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müddətin bərpası və apellyasiya şikayətinin təmin edilməsi üçün ərizə ilə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, İmişli Su X1 İdarəsinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 61 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı İmişli Su X1 İdarəsinə “meşə zolağının gözətçisi” işinə bərpa edilməsi barədə İmişli Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 2(036)- 320/2025 nömrəli qətnamə qət edilmişdir. Sözü gedən qətnamə ilə razı olmadıqları üçün həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmiş, lakin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətini vermək üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Cavabdeh həmin qərardadla razı deyil, çünki həmin qərardad qanunsuz qəbul olunmuşdur. Belə ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qətnaməsindən xx.xx.2025-ci il tarixində “Elektron Məhkəmə” vasitəsilə apellyasiya şikayəti verilmiş, lakin texniki cəhətdən səhvlik olduğu üçün müvafiq apellyasiya şikayəti “statusu natamam təsdiq” edildiyindən, apellyasiya şikayətinin məhkəməyə göndərilməsi təmin edilməmişdir. Eyni zamanda, apellyasiya şikayətinin göndərilməsindən vaxtında məlumatları olmamışdır. İmişli Rayon Məhkəməsi qərardad qəbul edərkən apellyasiya şikayətinin göndərilməsinin texniki səbəblərdən göndərilməməsini nəzərə almadan və araşdırmadan apellyasiya şikayətinin MPM-in 361ci maddəsinin tələblərinə riayət edilməməsini əsas gətirərək iş üzrə əsassız və qanunsuz olaraq müddətin təmin edilməməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardad qəbul etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli (Hakim: Zaur Pirverdiyev) qərardadı ilə cavabdeh İmişli Su X1 İdarəsinin İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və ərizəçilər apellyasiya şikayəti verə bilər. 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, cavabdeh İmişli Su X1 İdarəsi tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası MPM-nin 2 saylı Əlavəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemində şikayətin elektron sənəd forması mövcuddur və tərəf həmin qrafaları ardıcıllıqla doldurmalıdır. Şikayət isə Mülki Prosessual Məcəlləyə Əlavə 2-də nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadından cavabdeh İmişli Su X1 İdarəsi tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh İmişli Su X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-320/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1112/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1112/2025
09.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver