Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1115/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X32 oğlunun katibliyi ilə, Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi qətnaməsindən Cavabdeh41 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, X24, X2, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 ailə üzvləri ilə birlikdə Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyində yerləşən müxtəlif mənzillərdə yaşayırlar. 30 avqust 2022, 31 avqust 2022, 01 sentyabr 2022, 02 sentyabr 2022, 08 sentyabr 2022, 16 sentyabr 2022, 22 sentyabr 2022-ci il tarixli xəbərdarlıq məktublarına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh13, Cavabdeh18, X24, X2, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 X5 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən göndərilmiş teleqramlara əsasən Cavabdeh41 və Cavabdeh42 X5 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. 30 avqust 2022-ci il tarixli akta əsasən X5 “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 4 mənzil 36 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh26, bina 3 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh40, bina 3 mənzil 18 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh41, bina 2, mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyatda olan mayor Cavabdeh42 mənzillərində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzillərin giriş qapılarının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçuların uzun müddət qeyd olunan mənzillərdə yaşamadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı xidməti mənzillərin boşaldılması və mənzillərin təhvil verilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddianın həcminin artırılmasına, dəqiqləşdirilməsinə və iddanın həcminin azaldılmasına dair ərizələr verərək, “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissənin) qapalı şəhərciyində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X25 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20, Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29, Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 Dünyamal oğlunun yetkinlik yaşına çatmayan nəvələri X4 və X19 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37, Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40, Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48, Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X20, X16 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4, X24, Cavabdeh23, onlarla birlikdə yaşayan X11 yetkinlik yaşına çatmayan nəvəsi X31 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8, X2, Cavabdeh25, X6 onlarla birlikdə yaşayan X1 yetkinlik yaşına çatmayan qızları X3 və X7 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34, Cavabdeh26, Cavabdeh27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X36 və X28 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X45 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38, Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27, Cavabdeh36, Cavabdeh37, X12, X13 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X17, X18 və yetkinlik yaşına çatmayan oğlu X26 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsininhərbi şəhərciyi, bina 4, mənzil 49, Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38, Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18, Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38 nömrəli xidməti mənzillərin şəxsi əşyaları ilə birlikdə boşaldılmasına və Dövlət Sərhəd Xidmətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Göytəpə” sərhəd dəstəsinin (N nömrəli hərbi hissəsinin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi müəyyən olunmuşdur. 30 avqust 2022-ci il tarixdə yaradılmış komissiya tərkibində hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı videoçəkiliş aparılmış və akt tərtib olunmuşdur. Daha sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mənzilin isə ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzil-məişət komissiyası tərəfindən mənzillərin təhvil verilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın “Göytəpə” sərhəd dəstəsində xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu mənzillərin boşaldılması hər dəfə müxtəlif bəhanələr gətirərək mümkün olmamış və davam etməkdədir. Ümumilikdə təhvil verilməyən xidməti mənzillərin (onlardan 4-ü bağlı) yaşayan sakinləri hərbi hissənin inzibati binasına dəvət olunaraq yazılı şəkildə xəbərdarlıq olunmuş və xidməti mənzillərin qısa müddət ərzində (yeddi gün) boşaldılması üçün vaxt verilmişdir. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək, qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Sabiq hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən xidməti mənzillərin təhvil verilməməsi hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçular və onların ailə üzvlərinin mənzillə təmin olunmamasına səbəb olur ki, nəticədə bu hal mənfi presedent yaradır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ehtiyatda olan hərbi qulluqçulardan bəzilərinə xidmət illərinə, bəzilərinə yaşa, bəzilərinə isə sağlamlıqlarına görə hərbi xidmətdən ehtiyata buraxılmışlar. Onların bəziləri müharibə veteranıdır. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə həmin hərbi hissənin şəhərciyində ona xidməti mənzil verilmişdir. Ehtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədiyi üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadığı xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb edilməsi qanunvericiliyə ziddir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, X2, Cavabdeh36, Cavabdeh40, X24, X45, Cavabdeh34 Cavabdeh1 izahatına uyğun izahat vermiş və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli nömrəli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia təmin olunmuş, cavabdehlərə verilmiş xidməti mənzillərin (həmin şəxslərin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi, cavabdehlərdən 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinin İ hissələrinə, Mülki Məcəllənin 119.1, 152, 155.1, 157.2-ci, Mənzil Məcəlləsinin 6.0.1, 9.2.2-ci, “Hərbi qulluqçularının statusu haqqında” Qanunun 1, 12-ci, Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40 və Cavabdeh16 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(106)-457/2024 nömrəli qətnaməsi ilə (hakim C.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər T.Kərimov və S.Mayılov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh24, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22, Cavabdeh41, Cavabdeh40, Cavabdeh16 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 iyul 2024- cü il tarixli, 2(102)-2287/2024 nömrəli qərarı ilə (hakim Z.Əliyevin məruzəsi ilə, hakimlər Z.Babayev və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)-158/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Novruzova və T.Heydərov) apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi qismən – Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, Cavabdeh36, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 mənzildən çıxarılmasına dair hissədə ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehlərin apellyasiya şikayətinə münasibətdə təmin edilmiş hissəsinin ləğv edilərək, cavabdehlər Cavabdeh13, Cavabdeh2, Cavabdeh34, RzayevŞəmsəddin Qorxmaz oğlu, Cavabdeh4, Cavabdeh31, Cavabdeh18, Cavabdeh22 və Cavabdeh40 xidməti mənzildən çıxarılmalarına dair iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh41 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv etməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1517/2025 nömrəli qərarı ilə (hakim X27 sədrliyi ilə, hakimlər X9 və X21) iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh41 kassasiya şikayəti qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)- 158/2025 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh41 qarşı təmin olunan hissədə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2(106)-158/2025 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh41 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər verdikləri izahatlarında haqlı olaraq gəstərmişlər ki, Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdikləri müddətdə həmin hərbi hissənin şəhərciyində onlara xidməti mənzil verilmiş, еhtiyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədikləri üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Qanunvericiliyə əsasən hərbi qulluqçular ehtiyata buraxılmazdan öncə, yəni ehtiyata buraxılmağına 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına (rayon icra hakimiyyətinə) mənzillə və ya mənzil verilmədikdə Nazirlər Kabinetinin qərarına və Hərbi Qulluqçuların statusu haqqında Qanuna uyğun olaraq kirayə pulu ilə təmin edilməli idilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tədbir görməmiş, əksinə hərəkətsizlik göstərmidir. Qanuna əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yəni qanunvericiliyə əsasən ilk öncə təmin edilməli daha sonra xidməti mənzillər təhvil verilməlidir. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadıqları xidməti mənzillərin boşaldılması və təhvil verilməsinin tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bu da onların Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasıdır. İnsan hüquqlarının pozulması kobud pozuntu hesab edilir. Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulması həm konstitusiyaya, həm mövcud qanunvericiliyə, həm də beynəlxalq qanunlarа ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh41 nümayəndəsi Vəkil1 ərizə ünvanlayaraq cavabdeh tərəfindən məhkəmə iclasında təqdim olunmalı hər hansı əlavə sübutlar olmadığından məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin Cavabdeh41 münasibətdə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada digər tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 60-cı madddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 12-ci madddəsinin hissə 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. 12-ci madddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun: 39-cı madddəsinə əsasən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 105-ci maddəsinə əsasən aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: Müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; Döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; Hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; Vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; Müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; Fərdi pensiyaçılar; Xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; Yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə əsasən yaşa görə pensiyaçılar; 102.2.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3-ci maddəsinə əsasən bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 102.4-ci maddəsinə əsasən bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh41 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə məhkəmə tərkibi Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsini Cavabdeh41 apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh41 apellyasiya şikayətini rədd edərkən, apellyasiya instansiyası məhkəməsi yalnız sonuncu məzmunda olan arayışa istinad etmiş, lakin iddiaçının özünün təqdim etdiyi digər arayışlarda həmin cavabdehin 20 ilə yaxın müddətdə hərbi xidmətdə olmasına və azı 1993-cü ildən mübahisəli xidməti mənzilə təmin olunmasına dair məlumatları nəzərə almamışdır. Halbuki Cavabdeh41 15 ildən artıq Silahlı Qüvvələrdə hərbi xidmətdə olduğu halda, onun başqa yaşayış sahəsi və ya yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin olunmadan xidməti yaşayış sahəsindən çıxarılması yuxarıda qeyd olunan maddi hüquq normalarına ziddir. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh41 mübahisəli yaşayış sahəsinə hüquqlarının qalıb-qalmaması, onun qanunla nəzərdə tutulan təminatlarla qarşılanmağı halda, bu mənzildən çıxarılmasının hüquqi əsaslarının mövcudluğu araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yüksək instansiya məhkəməsinin hüquqi göstərişlərini nəzər alan məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi Cavabdeh41 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Cavabdeh41 verilmiş xidməti mənzilinin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının tələbi əsasında köçürülür. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən, hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, müəyyən kateqoriyadan olan şəxslər digər yaşayış sahəsi ilə təmin edilmədən xidməti mənzildən çıxarıla bilməzlər. İş materiallarına əlavə edilmiş məlumatdan (cild 4, səhifə 47) görünür ki, ehtiyatda olan kapitan Cavabdeh41 18 dekabr 1992-ci il tarixdə xidmətə qəbul olunmuş, DSX rəisi – SQK-nın 25 avqust 2012-ci il tarixli əmri ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin 02 dekabr 2024-cü il və 11 dekabr 2024-cü il tarixli məktublarının (cild 4, səhifə 62, 106) məzmunundan müəyyən olunur ki, Cavabdeh41 1993-cü ildə N nömrəli hərbi hissəsinin hərbi şəhərciyində xidməti mənzillə təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissəsinin komandiri tərəfindən imzalanmış Arayışda (cild 4, səhifə 68, 110, 111) göstərilmişdir ki, Cavabdeh41 1993-cü ildə həmin hərbi hissənin hərbi şəhərciyində bina 3, 18 nömrəli mənzillə təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissəsinin komandiri tərəfindən imzalanmış növbəti Arayışda (cild 4, səhifə 69, 109) isə göstərilmişdir ki, Cavabdeh41 21 sentyabr 1999 - 25 avqust 2012-ci illərdə N nömrəli hərbi hissədə xidmət etmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, Cavabdeh41 28 dekabr 1992-ci il tarixdən 30 sentyabr 2012-ci il tarixədək DSX-da hərbi xidmətdə olmuşdur. Göründüyü kimi, iş materiallarında Cavabdeh41 iş stajı ilə bağlı fərqli arayışlar olsa da, daha mötəbər sübut olan əmək kitabçasında onun 1992-ci ilin dekabr ayının 28-dən DSX-da hərbi xidmətdə olması müəyyən olunur. Cavabdeh41 15 ildən artıq Silahlı Qüvvələrdə hərbi xidmətdə olduğu halda, onun başqa yaşayış sahəsi və ya yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin olunmadan xidməti yaşayış sahəsindən çıxarılması qanunsuzdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh41 digər yaşayış sahəsi ilə təmin edilmədən xidməti mənzildən çıxarılması qanunsuzdur. Kollegiya qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndi ilə müəyyən edilmişdir ki, azı 15 təqvim ili hərbi xidmət keçmiş şəxslər ehtiyata və ya istefaya buraxıldıqda, seçdikləri yaşayış yerində bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququna malikdirlər. Bu hüququn reallaşdırılması üçün isə komandanlığın müvafiq vəsatətlə onları yerli icra hakimiyyəti orqanları qarşısında təqdim etməsi tələb olunur. Kollegiya hesab edir ki, tərxis edildikdən sonra cavabdehin yaşayış evi və ya müvafiq qaydada torpaq sahəsi ilə təmin olunduğunu sübuta yetirmək iddiaçının üzərindədir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Cavabdehin tərxis edildikdən sonra yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh41 yaşa görə 132,55 manat pensiya alır. Eyni zamanda, adına yaşayış evi və ya həyətyanı torpaq sahəsi qeydə alınmamış, barəsində hər-hansı məlumat aşkar edilməmişdir. Kollegiya hesab edir ki, 15 ildən artıq hərbi xidmətdə olduğundan, eləcə də yaşayış evi və ya yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunmadığından cavabdehin mənzildən çıxarılmasına dair iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi Cavabdeh41 apellyasiya şikayətinə münasibətdə ləğv edilməli, iddia tələbi Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: Cavabdeh41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(073)-180/2023 nömrəli qətnaməsi Cavabdeh41 apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin. İddia tələbi Cavabdeh41 verilmiş xidməti mənzilin (həmin şəxsin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1115/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1115/2025
23.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver