Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1117/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşağı ilə birlikdə istifadə hüququ tanınmaqla evə köçürülmə” barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh mərhum qardaşı X8 ilə 2001-ci ildə faktiki, xx.xx.2004-cü il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. 2001-ci ildən əri vəfat edənədək onlar birlikdə Sabirabad şəhəri, M.Xəlilov küçəsində yerləşən 15 saylı evdə yaşamışlar. Birgə nikahlarından xx.xx.2007-ci il tarixdə övladları X9 doğulmuşdur. Elşən Əliyev xx.xx.2021-ci il tarixdə kəskin böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. Bir müddət sonra qaynı olan Cavabdeh evin qapısının açarlarınıdəyişdirmiş və onları evdən çıxarmışdır. Hazırda iddiaçı həmin evə köçürülməsini tələb edir. 2002-ci ildən sözügedin evin sonuncu sahibi iddiaçının qaynanası, cavabdehin anası mərhum X4 olmuşdur. Sonuncu ilə birgə və Zinyət Əliyeva vəfat etdikdən sonra sözügedən evdə onun oğlu X8 ailə üzvləri ilə birgə yaşamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X12 və Hüseynova (Əliyeva) Dilşad Məmməd qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Cavabdeh qarşı Sabirabad Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, övladıxx.xx.2007-ci il təvəllüdlü X9 ilə birlikdə Sabirabad şəhəri, M.Xəlilov küçəsində yerləşən 15 saylı evdən istifadə hüququ tanınmaqla evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə2001-ci ildə faktiki, xx.xx.2004cü il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuş və elə həmin vaxtdan onlar mərhum X20in valideynlərinə məxsus Sabirabad şəhəri, M.Xəlilov küçəsində yerləşən 15 saylı evdə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə yaşamışlar. X20 xx.xx.2021-ci il tarixdə kəskin böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. Əri vəfat edənədək onlar birlikdə Sabirabad şəhəri M.Xəlilov küçəsi 15 saylı evdə yaşamışlar. O,qeyd olunan evi öz halal zəhməti ilə təmir etdirmiş və təmir işlərinə külli miqdarda xərci çıxmışdır. Əri vəfat etdikdən sonra isə qaynı - Cavabdeh evin kilidlərinidəyişdirib, onları evdən çıxarmış və onların evinə yiyələnmişdir. Uşaq onun himayəsindədir və hazırda 9-cu sinifdə oxuyur. Onun ünvan 1 ünvanında yerləşən, Elşən Əliyevlə birgə yaşadıqları evdə yaşamağa və köçürülməyə hüququ vardır. Birinci instansiya məhkəməsində iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 nömrəli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin olunmuş, İddiaçı övladı xx.xx.2007-ci il tarixdə anadan olmuş X9 ilə birlikdə ünvan 1 saylı fərdi yaşayış evinə köçürülməsi və onun həmin yaşayış sahəsindən istifadə etmək hüququnun tanınması qət edilmişdir. İş materialında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasındakı nikah xx.xx.2004-cü il tarixdə bağlanmışvə 43 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı nikahından xx.xx.2007-ci il tarixdə övladları X9 doğulmuşdur. İş materialında olan Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər inzibati ərazidairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1387 saylı arayışa əsasən, İddiaçı 2001-ci ildən ünvan 1 saylı evə gəlinköçərək 2021-ci il tarixədək, yəni əri X5 vəfat edən günədək bu ünvanda yaşamışdır. İş materialında olan ö lüm haqqında ş əhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə kəskin böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. İş materialında olan 13 saylı Şirvan Ərazi İdarəsinin təqdim etdiyi fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən, ünvan 1 ünvanının sahibi X4 olmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə İddiaçı köçürülməsini tələb etdiyi ünvan 1 saylı fərdi yaşayış evinə 2001-ci ildən gəlin köçərək, mərhum X20lə ərarvad münasibətlərində olmaqla 2021-ci ilədək yaşayıb birgə təsərrüfat aparması (övladı ilə birlikdə) faktı işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə məhkəmə tərəfindən işin mübahisəsiz qəbul edilmiş hallarından biri də iddia üzrə iddiaçının (sonradan övladı ilə birlikdə) mübahisəli evdə gəlin köçərək yaşamasının 2001-ci ildən yaranması faktıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəlievə 2001-ci ildə köçən zaman ev xüsusi mülkiyyət hüququ üzrə cavabdehin adınaqeydiyyata alınmadığından, həmçinin iddiaçı hazırkı vaxtadək mübahisəli evdə evin istifadə hüququ üzrə sahibləri olan mərhum həyat yoldaşı və cavabdehin razılığı və icazəsi ilə yaşadığından, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı o vaxt azyaşlı olan uşağı ilə birlikdə mübahisəlievə istifadə hüquqları əldə etmişdir. Digər tərəfdən iddiaçı həmin evə köçüb yaşamasına cavabdeh etiraz etməyərək və bununla da özü razılıq verdiyindən, həmçinin iddiaçının müvəqqəti olaraq və qeyd-şərtlə evə köçməsi müəyyən olunmadığından, iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli ünvan 1 saylı fərdi yaşayış evinə istifadə hüquqları müəyyən olunur. Məhkəmə, həmçinini hesab etmişdir ki, iddiaçının həmin evə istifadə və köçürülmə hüququ təmin olunduğundan, iddia tələbi iddiaçının azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsində də tələb təmin edilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin (bundan sonra MənzilMəcəlləsinin) 53, 54, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.2-ci, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinad etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrini tətbiq etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, onun rəsmi qeydiyyat ünvanı ünvan 2əmə kobud prosessual pozuntuya yol verərək işə Sabirabad Rayon Məhkəməsində baxmışdır. Məhkəmə həmçinin, Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqilə tələb irəli sürməyən üçüncü şəxs X10 iddianın həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər X12 və X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən yuxarıda göstərilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi; Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən yaşayış sahəsinə 2001-ci ildən faktiki köçdüyünü, qeyd olunan dövrdə ev üzərində hər hansı hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını nəzərə almaqla düzgün olaraq, hazırki mübahisəyə 01 oktyabr 2009-cu tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. İddiaçı 2001-ci ildə qayınatasının istifadəsində və sahibliyinə olmuş yaşayış sahəsinə ailə üzvü kimi köçdüyündən və icarədarlarla ümumi təsərrüfat apardığından, həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən onun yaşayış sahəsindən istifadə hüququ yaranmışdır.Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi istifadə hüququnun tanınması və köçmək istədiyi fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Odur ki, apellyasiya şikayətinin maddi hüquq nomasının düzgün tətbiq olunmaması və ərazi aidiyyətinin pozulması barədə dəlilləri əsassızdır. Hazırkı iş üzrə iddiaçı və uşağı həmçinin, mərhum X6 çatası pay üzrə, mərhumun birinci növbə vərəsələridirlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(056)-1127/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1117/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1117/2023
10.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver