Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-112/2023 26.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X9 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınması, torpağın üzərində tikilmiş qanunsuz tikilinin sökülməsi və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni iddiaçıya və ailəsinə məxsus Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən zəbt edilmiş payıbəlli torpaq sahəsində cavabdehlər X4 və Həmzəyev Fikrət X6 və X16 tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, həmin torpaq sahəsində cavabdeh Yadulla Əliyev və Elşən Babayev tərəfindən qanunsuz tikilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi və torpaq sahələrinin alınıb ona verilməsi, onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Türkəkəran kəndində yaşayır. Uzun müddətdir ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün Lənkəran rayonu, Türkəkəran kəndində torpaq sahələri almışdır. Həmin torpaqlar üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən çıxarışlar əldə etmişdir. Cavabdehlər iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrini zəbt etmişlər. Torpaqlara verilən çıxarışlardan görünür ki, 0,082 ha torpaq sahəsi və 0,2159 ha torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmişdir. İş üzrə cavabdehlər X4 və X10 həmin torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş, həmin torpaq sahəsində cavabdeh X10 qanunsuz tikili tikmişdir. Digər cavabdeh X4 isə torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Cavabdehlər hər cür vasitə ilə iddiaçını bezdirib həmin sahədən 5-6 ildən çoxdur ki, xeyir götürürlər. Onlara dəfələrlə xəbərdarlıq edilmişdir ki, qanunsuz zəbt etdikləri torpaq sahələrini buraxsınlar. Lakin cavabdehlər bu tələbə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərə davam edirlər. Onların bu hərəkətlərindən icra nümayəndəliyinə, bələdiyyə sədrinə və Lənkəran Rayon İcra Hakimiyyətinə şikayət etmiş, orada araşdırma aparıldıqdan sonra iddiaçıya yaranmış mübahisə ilə əlaqədar olaraq birinci instansiya məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Torpaq sahəsinin koordinatlarını ölçüb-biçmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 2 dəfə müraciət etmiş, həmin İdarənin əməkdaşları torpaq sahəsinin 3 tərəfini ölçmüş, koordinatlardan görünmüşdür ki, cavabdehlər X10 və X4 ona məxsus payıbəlli torpağı əsassız olaraq zəbt etmişlər. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, X5 cavabdeh qismindən çıxarılmasını, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən payıbəlli torpaq sahəsində cavabdehlər X4 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehlər tərəfindən sökülməsi və torpaq sahələrinin alınıb iddiaçıya verilməsi, onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh X5 qanunsuz zəbt etdiyi torpaq sahəsi ilə əlaqədar razılığa gəlmişlər. Odur ki, X5 cavabdeh qismindən çıxarılmasını istəyir. Bundan əlavə, Cavabdeh2 nümayəndəsi və vəkili vəsatət verərək göstərmişdir ki, sözügedən torpaq sahəsini o tutmuşdur və həmin ərazidə tikinti işlərini özü aparmışdır. Bu səbəbdən Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini istəyir. Sonradan iddiaçı yenidən MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən **********48 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş, AA 627962 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdehlər X2 və Cavabdeh2 zəbtindən azad edilməsi, cavabdehlər X4 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində qanunsuz tikilmiş 1 mərtəbəli, eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahələrinin alınıb iddiaçıya verilməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın və ekspertiza xərcinə görə 400 manatın cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 18 mart 2022-ci il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, **********48 reyestr nömrəli çıxarış sənədinə əsasən Lənkəran rayonu, Türkəkəran kəndində İddiaçı mülkiyyətinə verilmiş, AA 627962 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdehlər X4 və Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilən hissəsində 1 mərtəbəli, eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunur. Bu mülki işə görə iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün Lənkəran rayon Vəkil Bürosuna 210 manat və ekspertiza xərclərinə isə 400 manat ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1122 ha torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdeh X2 və Cavabdeh2 zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz tikilmiş bir mərtəbəli eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından olan fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin cavabdehlər X4 və Cavabdeh2 alınıb İddiaçı verilməsi və bununla bağlı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın 100 manatının və mütəxəssis rəyinə görə ödənilmiş 400 manatın cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə təkrar ekspertiza təyin edilməli olduğu halda, bu edilməmiş, nəticədə prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin iddia qismən təmin edilsə də, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xərcləri düzgün bölüşdürülməmişdir. Məhkəmənin ekspert rəyinə əsasən gəldiyi nəticə yanlışdır. Belə ki, məhkəmə ilk növbədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cavabdeh qismində işə cəlb etməli və yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cəlb edilmiş mütəxəssis dəvət edildikdən sonra verilmiş rəy əsasında mübahisəli torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi ilə bağlı nəticəyə gələ bilərdi. Cavabdeh2 DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edərək, özünə məxsus yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair texniki pasportun verilməsi ilə bağlı DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin mühəndisləri ilə birlikdə torpaq sahələrinə baxış keçirilsə də, mühəndislər tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçı Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1122 ha torpaq sahəsinin 0,035 ha hissəsinin X2 və Cavabdeh2 istifadəsində olmasını qeyd etsə də, iddia tələbində həmin 0,035 ha torpaq sahəsinin hansı hissəsinin cavabdehlərin istifadəsində olması konkret olaraq göstərilməmişdir. Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli və ********* qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh2 adına qeydə alınsa da, iddiaçının adına 14 il sonra xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçı torpaq sahəsini üçüncü şəxslərin hüquqlarından azad şəkildə almalı idi. Beləliklə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdırılmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək onun məzmununa uyğun çıxış etdi. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı bildirdi ki, o, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razıdır və onun qüvvədə saxlanılmasını istəyir. Qeyd etdi ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 tərəfindən digər cavabdeh Şüküfə Cahangirovaya satılmış, həmin evi də sonuncu inşa etmişdir. O, evin sökülməsinə dair qətnamənin qəbul edilməsini istəsə də, Şüküfə Cahangirova kasıb biri olduğuna görə onun əziyyətlə inşa etdirdiyi evi sökdürməyəcək. Həmçinin bildirdi ki, 06 iyul 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ona məxsus olan 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsi də cavabdehlər tərəfindən istifadə olunur və o tələb edir ki, cavabdehlər həmin hissədə də onun torpaq sahəsindən çıxarılsınlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli Elməddin Aslanlı tərəfindən verilmiş ekspert rəyi arasındakı qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin rəyləri vermiş mütəxəssis Qiyas Quliyev və ekspert Elməddin Aslanlı apellyasiya məhkəməsinin iclasına dəvət edilmişlər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisi X13 çıxış edərək bildirdi ki, o, mütəxəssis rəyini Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrinə uyğun olaraq tərtib etmişdir. Torpaqların elektron kadastr uçotu xəritələrindən isə belə müəyyən olunur ki, mübahisə predmeti olan ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşmir. Bu səbəbdən də mütəxəssis rəyinin düzgün olduğunu hesab edir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X12 çıxış edərək bildirdi ki, mütəxəssisin bildirdiyi kimi, həqiqətən də, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrinə əsasən mübahisə predmeti olan ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşmir. Bununla belə, iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinin koordinatlarının “Google Earth” proqramı vasitəsilə yoxlanılması zamanı müəyyən edilmişdir ki, həmin ev iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatları daxilində yerləşir. Hal-hazırda bu problem ondan qaynaqlanır ki, vətəndaşlara verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərində olan koordinatlarla Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrində olan koordinatlar arasında fərqliliklər mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla düzgün olmayan qətnamənin qəbul edilməsinə, işin hallarının tam və hərtərəfli araşdırılmamasına və məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməməsinə istinad edərək, qətnamənin tamamilə ləğv edilməsini xahiş etdiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası bildirir ki, işin faktiki hallarının hərtərəfli araşdırılması mülki işin qanuni həlli baxımından böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbləri çərçivəsində araşdırmanı hərtərəfli və tam aparmamış, iş üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanının mütəxəssisləri tərəfindən mütəxəssis rəyinin verilməsini təmin etməmiş, mötəbər olmayan mütəxəssis rəyinə istinad etmiş, nəticə etibarilə MPM-in 88-ci maddəsinin tələblərini pozmuş, beləliklə də, MPM-in 387.1-ci maddəsində nəzərdə tutulmuş qaydada prosessual hüquq normasının pozulmasına yol verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası tərəfləri, mütəxəssisi və eksperti dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********73 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair AA 627961 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair AA 627940 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair AA 627962 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********67 reyestr nömrəli, MH ******* seriya nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Türkəkəran kəndində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı həyətyanı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsinə dair AA 000567 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. İşdəki "xxxx" MMC-nin 01/21-591 saylı, 10 dekabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsinin bir qismi, yəni 0,03 ha hissəsi cavabdeh X4 tərəfindən hasara alınaraq hal-hazırda istifadə edildiyi üçün iddiaçı faktiki olaraq öz torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh2 faktiki istifadəsində olan Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli və ********* qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 000567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddə qeyd olunan koordinat nöqtələri daxilində yerləşmir. İddiaçı məxsus torpaq sahələri ilə Cavabdeh2 məxsus torpaq sahəsi tam fərqli istiqamətdə, fərqli ölçü və konfiqurasiyada olduğu üçün heç bir formada bir-birləri ilə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627961 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəd, xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627940 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədlərə əsasən İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri cavabdehlər X4, X10 tərəfindən istifadə edilməsə də, İddiaçı məxsus digər torpaq sahəsinin 0,03 ha hissəsi (xx.xx.2021-ci il tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627962 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəd) cavabdeh X4 tərəfindən hasara alınmış və üzərində fərdi yaşayış evi inşa edilmişdir. Həmin rəydən görünür ki, ekspertizanın aparılması üçün 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İşdəki 18 mart 2022-ci il tarixli, 10/7296 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 faktiki istifadəsində olan Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli və ********* qeydiyyat nömrəli Çıxarış ilə Cavabdeh2 mülkiyyətinə verilmiş, həmçinin AA 000567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddə qeyd olunan koordinatlar daxilində yerləşən 0,06 ha torpaq sahəsinin üst-üstə düşmədiyi, həmin torpaqlar arasında 117 metr məsafə olduğu müəyyən edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627961 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədə, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627940 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü haqqında” sənədə əsasən İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin həmin sənədlərdə qeyd olunan koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il qeydiyyat tarixli və ********* qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 000567 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədə əsasən Cavabdeh2 mülkiyyətinə verilmiş yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin həmin sənəddə qeyd olunan koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627961 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədə, həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AA 627940 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənədə əsasən İddiaçı mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilmədiyi müəyyən edilir. Lakin **********48 reyestr nömrəli Çıxarış sənədinə əsasən, Lənkəran rayonu, Türkəkəran kəndində İddiaçı mülkiyyətinə verilmiş, AA 627962 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdehlər X4 və Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilən hissəsində bir mərtəbəli eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilir: 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olundu. 2) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mülki işdə adıçəkilməyən digər şəxsə satılması, yəni sözügedən torpaq sahəsinin İddiaçı mülkiyyətində olmaması müəyyən olundu. 3) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Araşdırma zamanı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olundu. 4-5) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış və **********67 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Araşdırma zamanı Cavabdeh2 mülkiyyətində olan sözügedən torpaq sahəsinin Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları ilə Cavabdeh2 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi müəyyən olundu. 6) Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış və **********67 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə onun mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməməsi müəyyən olundu. 7) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh2 və X4 tərəfindən istifadə edilməsi müəyyən olundu. 8) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhəd hüdudları daxilində yerləşməməsi müəyyən olundu. 9) Bu suala 7-ci sualın cavabında aydınlıq gətirilmişdir. Yəni cavabdehlər Cavabdeh2 və X2 istifadələrində olan torpaq sahəsinin bir hasar daxilində yerləşməsi və eyni torpaq sahəsi olması müəyyən olunmuşdur. Mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh2 tərəfindən 95 manat məbləğində xidmət haqqı ödənilmişdir. 06 iyul 2023-cü il tarixli, 10/1690 saylı təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyində aşağıdakılar göstərilmişdir: 1)Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-828/2023 nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşmədiyi müəyyən olundu. 2) Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,2159 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin baza məlumatlarına əsasən araşdırma zamanı İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mülki işdə adıçəkilməyən digər şəxsə satılması, yəni sözügedən torpaq sahəsinin İddiaçı mülkiyyətində olmaması müəyyən olundu. 3) Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olundu. 4-5) Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 noyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış və **********67 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə Cavabdeh2 mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, Torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları ilə Cavabdeh2 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olundu. 6) Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən 05 noyabr 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarış və **********67 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü ilə onun mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olundu. 7) Mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh2 və X4 tərəfindən istifadə edildiyi müəyyən olundu. 8) Mütəxəssis rəyinə əsasən, Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhəd hüdudları daxilində yerləşmədiyi müəyyən olundu. Ekspert tərəfindən qeyd olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq cavabdehlərin istifadəsində olan fərdi yaşayış evinin 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,1122 ha torpaq sahəsinin AA 627962 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlarının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. 9) Mütəxəssis rəyinə əsasən, cavabdehlər Cavabdeh2 və X2 istifadələrində olan torpaq sahəsinin bir hasar daxilində yerləşməsi və eyni torpaq sahəsi olması müəyyən olunmuşdur. 06 iyul 2023-cü il tarixli, 10/1690 saylı təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İşdəki xx.xx.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Lənkəran rayon Vəkil Bürosunun hesabına 210 manat ödənilmişdir. İşdəki "xxxx" MMC-nin ĞLL 485229 seriya nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, ekspertizanın aparılması üçün İddiaçı tərəfindən 400 manat xidmət haqqı ödənilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı əvvəlcə cavabdehlər X3 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni iddiaçıya və ailəsinə məxsus Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən zəbt edilmiş payıbəlli torpaq sahəsində cavabdehlər X4 və Həmzəyev Fikrət X6 və X16 tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, həmin torpaq sahəsində cavabdeh Yadulla Əliyev və Elşən Babayev tərəfindən qanunsuz tikilmiş tikililərin cavabdehlər tərəfindən sökülməsi və torpaq sahələrinin alınıb ona verilməsi, onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, X5 cavabdeh qismindən çıxarılmasını, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən payıbəlli torpaq sahəsində cavabdehlər X4 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikilmiş tikilinin cavabdehlər tərəfindən sökülməsi və torpaq sahələrinin alınıb iddiaçıya verilməsi, onlar tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı yenidən MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən **********48 reyestr nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş, AA 627962 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdeh X2 və Cavabdeh2 zəbtindən azad edilməsi, cavabdeh X4 və Cavabdeh2 tərəfindən həmin torpaq sahəsində qanunsuz tikilmiş 1 mərtəbəli, eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, torpaq sahələrinin alınıb iddiaçıya verilməsi, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın və ekspertiza xərcinə görə 400 manatın cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1122 ha torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdeh X2 və Cavabdeh2 zəbtindən azad edilməsi, həmin torpaq sahəsi üzərində cavabdehlər tərəfindən qanunsuz tikilmiş bir mərtəbəli eni 4,2 metr, uzunluğu 6,5 metr olan mişar daşından olan fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi, zəbt edilmiş torpaq sahəsinin cavabdehlər X4 və Cavabdeh2 alınıb İddiaçı verilməsi və bununla bağlı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, hüquqi yardıma görə ödənilən 210 manatın 100 manatının və mütəxəssis rəyinə görə ödənilmiş 400 manatın cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manatın cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 10/7296 saylı, 18 mart 2022-ci il tarixli ekspert rəyinə istinad edərək əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssislərinin iştirakı ilə və onlar tərəfindən müvafiq rəy tərtib edilməklə keçirilməmişdir. Əksinə, Məhkəmə Ekspertizası Mərkəzinə mütəxəssis rəyi qismində "xxxx" MMC-nin 01/21-591 saylı, 10 dekabr 2021-ci il tarixli mütəxəssis rəyi göndərilmişdir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə "xxxx" MMCnin 10 dekabr 2021-ci il tarixli rəyi mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin MMC-nin bu cür mübahisələr üzrə rəy verməsi əsaslı olmamaqla yanaşı, onun torpaq mübahisələri ilə bağlı rəy vermək səlahiyyəti də müəyyən edilmir. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssislərinin iştirakı ilə və onlar tərəfindən müvafiq rəy tərtib edilmədən Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7296 saylı, 18 mart 2022-ci il tarixli ekspert rəyi də mötəbər sübut olaraq qəbul edilə bilməz. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, bununla da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli Elməddin Aslanlı tərəfindən tərtib olunmuş ekspert rəyinin əldə edilməsi təmin olunmuşdur. Lakin mütəxəssis və ekspert rəyləri arasında olan fərqli məqamları aydınlaşdırmaq zərurəti yarandığından məhkəmə kollegiyası tərəfindən həmin rəyləri vermiş mütəxəssis və ekspert məhkəmə iclasında dinlənilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli Elməddin Aslanlı tərəfindən tərtib olunmuş ekspert rəyi ilə də müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsi cavabdehlər Cavabdeh2 və X4 tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası rəyləri vermiş mütəxəssis və ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh2 və X2 istifadəsində olmasına dair 31 mart 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli ekspert rəyləri ilə müəyyən edilmiş həmin halı işin hallarına uyğun sayır. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh2 və X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsinə qanuni və ya müqavilə əsası ilə sahiblənməsi barədə sübut təqdim etmədiklərini nəzərə alaraq, cavabdehlərin həmin torpaq sahəsinin 0,023 ha hissəsini zəbt etməsi və bu sahənin onların qanunsuz sahibliyində olması nəticəsinə gəlir. Odur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsi cavabdehlərin qanunsuz sahibliyindən azad edilərək iddiaçıya qaytarılmalı, həmin torpaq sahəsində cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. 31 mart 2023-cü il tarixli məktubla təqdim olunmuş mütəxəssis və 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli ekspert rəyləri ilə həmçinin o da müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsi də cavabdehlər Cavabdeh2 və X4 tərəfindən istifadə olunur. Lakin məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddiaçı tərəfindən MPM-in 53-cü maddəsinə istinad edilərək iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizədə Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən sadəcə **********48 reyestr nömrəli çıxarış sənədinə əsasən iddiaçının mülkiyyətinə verilmiş, AA 627962 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,035 ha hissəsinin cavabdehlər X2 və Cavabdeh2 zəbtindən azad edilməsi xahiş olunmuşdur. MPM-in 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, iddiaçı sadəcə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı tələb irəli sürdüyündən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsi də cavabdehlər tərəfindən istifadə edilsə belə, sonuncu torpaq sahəsi ilə bağlı qətnamə çıxarıla bilməz. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçının mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,02 ha hissəsindən də cavabdehlərin çıxarılmasına dair nəticəyə gəlinməsi məhkəmənin iddia tələbindən kənara çıxması ilə nəticələnəcəkdir və buna qanunvericiliklə yol verilmir. İddia tələbinin mübahisə predmeti olan evin sökülməsi ilə əlaqədar hissəsinə dair məhkəmə kollegiyası iş materiallarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1690 saylı, 06 iyul 2023-cü il tarixli Elməddin Aslanlı tərəfindən tərtib olunmuş ekspert rəyini, eləcə də apellyasiya məhkəməsinin iclasında mütəxəssis Qiyas Quliyev və ekspert Elməddin Aslanlı tərəfindən verilmiş izahatları qarşılıqlı şəkildə təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşmir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Qiyas Quliyev tərəfindən tərtib olunmuş mütəxəssis rəyində qeyd edilənləri daha mötəbər hesab edir. Belə ki, mütəxəssis rəyi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrinə uyğun olaraq tərtib edilmişdir. Mütəxəssis rəyinin qeyd edilən hissəsi ilə bağlı gəlinən nəticənin həqiqətən də sözügedən Fərman əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrinə uyğun olduğunu ekspert də öz izahatında təsdiq etmişdir. Lakin o qeyd etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş AA 627962 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların “Google Earth” proqramı vasitəsilə yoxlanılması zamanı mübahisə predmeti olan evin həmin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında aparılmış torpaqların elektron kadastr uçotu xəritələrinə uyğun tərtib olunduğuna görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 31 mart 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində mübahisə predmeti olan evin iddiaçıya məxsus 0,1122 ha torpaq sahəsində yerləşməməsi ilə bağlı qeyd edilənləri işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə kollegiyası Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsinin cavabdehlər Cavabdeh2 və X2 qanunsuz istifadəsində olmasını, mübahisə predmeti olan evin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşmədiyini, MPM-in 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsi cavabdehlər Cavabdeh2 və X2 qanunsuz sahibliyindən azad edilərək İddiaçı qaytarılmalı, həmin torpaq sahəsində cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalı, hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 210 manatın 105 manat hissəsi və "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində xidmət haqqının 200 manat hissəsi cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, 18 mart 2022-ci il tarixli, 10/7296 nömrəli və 06 iyul 2023-cü il tarixli, 10/1690 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların dəyəri olan cəmi 150 manatın 75 manat hissəsi İddiaçı, qalan 75 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh2 tərəfindən ödənilmiş 95 manat xidmət haqqının yarısı – 47,5 manat hissəsi İddiaçı tutularaq Cavabdeh2 ödənilməli, qalan 47,5 manat hissəsi isə Cavabdeh2 özünə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbi çərçivəsində qiymətləndirilən hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 210 manatın qalan 105 manat hissəsinin və "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində xidmət haqqının qalan 200 manat hissəsinin MPM-in 119.1-ci maddəsinə uyğun olaraq İddiaçı özünə aid edilməli olması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1632/2022 saylı, 24 may 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində yerləşən 0,1122 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,023 ha hissəsi cavabdehlər Cavabdeh2 və X2 qanunsuz sahibliyindən azad edilərək İddiaçı qaytarılsın və həmin torpaq sahəsində cavabdehlər Cavabdeh2 və X4 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Hüquqi yardıma görə İddiaçı tərəfindən ödənilmiş 210 manatın 105 manat hissəsi və "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində xidmət haqqının 200 manat hissəsi cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 18 mart 2022-ci il tarixli, 10/7296 nömrəli və 06 iyul 2023-cü il tarixli, 10/1690 saylı ekspert rəylərinin verilməsi üçün aparılmış tədqiqatların dəyəri olan cəmi 150 manatın 75 manat hissəsi İddiaçı, qalan 75 manat hissəsi isə cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada tutularaq, X8, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 95 manat məbləğində xərcin 47,5 manat hissəsi İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 95 manat məbləğində xərcin qalan 47,5 manat hissəsi Cavabdeh2 özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-112/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-112/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver