Məhkəmə qərarları › İş №2(106)-1120/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1120/2024

07.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1120/2024 07.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Masallı regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Masallı regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsinə əsasən ərizə təmin edilmiş, X2 və X1 miras qalmış Masallı rayonu Ləngan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN0059 saylı Dövlət Aktında qeyd edilmiş 1,07 ha torpaq sahəsinin 2/3 hissəsinin, yəni 0,714 ha payıbəlli torpaq sahəsinin X3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onun hüquqlarına toxunduğunu hesab edən Maraqlı şəxs2 03 aprel 2024-cü il tarixdə ərizə və apellyasiya şikayəti ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək qətnaməni xx.xx.2024-cü il tarixdə almasını nəzərə alaraq prosessual müddət üzürlü səbəbdən ötürülmüş hesab edilməklə bərpa edilərək apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(050)-677/2018 saylı qərardadı ilə (hakim Zeynal Zeynalov), Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən şikayət verilməsi üçün prosessual müddətin bərpa olunması barədə Maraqlı şəxs2 ərizəsi təmin edilərək buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 04 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1120/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 iyun 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunun yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(050)-677/2018 saylı qərardadı ilə, Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən apelyasiya şikayəti verilməsi müddəti bərpa edilmişdir. Bundan sonra Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə baxmadan hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki MPM-nin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasındabaxılır. 269.2-ci maddəsinə əsasən Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3- cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi müddətin bərpası barədə qərardaddan verilən şikayətə hüquqi qiymət verməmiş, nəticədə ərizəçinin hüquqlarını və qanunla qorunan mənafelərini pozmuşdur. Belə ki, iş üzrə ərizəçi həmin qərardaddan şikayət verərək, müddətin bərpa edilməsi ilə bağlı qanunsuz hesab etdiyi hallar barədə öz şikayətində göstərdiyi dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməməsi həmin tərəfinin hüquqlarının pozulmasına gətirib çıxarır. Aydın məsələdir ki, qərardaddan şikayət verilməmişdirsə qərardad qanuni qüvvəyə minir. Lakin iş materiallarından görünür ki, qərardaddan şikayət verilmiş, məhkəmə tərəfindən həmin şikayəti baxılmamış, qərardad qanuni qüvvəyə minmədən apelyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş materialı Masallı Rayon Məhkəməsinin 18 aprel 2024cü il tarixli, 2(050)-677/2018 saylı qərardadından Ərizəçi tərəfindən verilən şikayətə baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)- 677/2018 saylı qətnaməsindən hüquq və maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı Masallı Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2(050)-677/2018 saylı qərardadından Ərizəçi tərəfindən verilən şikayətə baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar