Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1128/2025 09.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Bahəddin qızı, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızının Cavabdeh qarşı mülkiyyətin müdafiəsi, mülkiyyətçi tərəfindən özgənin qanunsuz sahibliyindən şəxsi əmlakının geri tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)- 42/2025 saylı qətnaməsindən X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2 Bahəddin qızı, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan 0,18 ha torpaq sahəsinin X2 qanunsuz sahibliyindən geri alınması, qanuni sahibliklərinə və istifadələrinə verilməsi, torpaq sahəsində tikilmiş qanunsuz tikililərin sökülməsi və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulmasını xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, Astara rayon Kijəbə kəndində ailə üzvlərinin sayına uyğun 0.39 ha torpaq sahəsi verilməklə torpaq üzərində mülkiyyət hüquqları adlarına yazılmış xx.xx.2015-ci il tarixli ********** nömrəli mülkiyyətə verilməsinə dair çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin adlarına rəsmiləşməsinə baxmayaraq Astara rayonun Kijəbə kəndində yaşayan cavabdeh tərəfindən özbaşnalıq yolu ilə xüsusi mülkiyyətlərində olan torpaq sahəsinin 0,18 ha zəbt edərək həmin ərazidə tikililər tikməklə torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. İllərlə həmin torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə onlara xeyli miqdarda ziyan vurmuşdur. Torpaq sahəsinin zəbti ilə əlaqədar müvafiq səlahiyyətli dövlət orqanlarına çoxsaylı şikayətləri ilə əlaqədar son dövrlərdə səlahiyyətli Dövlət orqanları tərəfindən tələbləri ilə bağlı xüsusi mülkiyyətlərinə verilən 0.39 ha torpaq sahəsinin Astara rayon Kijəbə kəndində yerləşməklə ona naturada göstərildiyinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi cavabdeh tərəfindən 0.18 ha zəbt edilmiş, könüllü qaydada qanuni sahibliklərinə və istifadələrinə verilməsindən imtina edildiyindən pozulmuş əmlak hüquqlarının müdafiə və təmin olunmasından ötrü məhkəmə müdafiəsi zəruri olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-42/2025 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 Bahəddin qızı, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsindən çıxarılması, İddiaçı1, İddiaçı2 Bahəddin qızı, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,15 ha hissəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin (saray) Cavabdeh hesabına sökülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********50 reyestr nömrəli çıxarışından məlum olur ki, Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2 Bahəddin qızı, X3 və X1 xüsusi mülkiyyətindədir. “JN-198A KOD 80102005” nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayonu Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Astara rayonu Qəcimərdan kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətinə olan verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3-16-16/2-10/6834 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli 3-21-3-3-43/2-2530/2024 saylı mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən olunmuş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətə uyğun üç hissədən ibarət olmaqla 0,36 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı əsasında JN-198A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan Astara rayonu Kijəbə qəsəbəsi (keçmiş Qəcimərdan kəndi) ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,06 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədindəki məkan göstəriciləri ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərin) mövcud olması müəyyən olunmuşdur. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, Cavabdeh faktiki istifadəsində 0,40 ha torpaq sahəsinin mövcud olması və həmin torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid olması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarixli ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha (faktiki 0,36 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Cavabdeh istifadəsində olan köməkçi tikilinin (sarayın) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli və **********50 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənedici sənəd JN-444 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətlərində olan Astara rayonu Kijəbə qəsəbəsi ərazisində yerləşən 0,39 ha (faktiki 0,36 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmçinin Cavabdeh tərəfindən istifadə edilən həmin 0,15 ha torpaq sahəsi üzərində çoxillik əkmələrin də mövcud olması müəyyən olunmuşdur. Astara rayonu Kijəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 31 saylı arayışından görünür ki, Əhədov X7 rayonu Kijəbə qəsəbəsində hazırda yaşadığı 0,40 ha torpaq sahəsini 1999-cu ildən etibarən istifadə edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməyə görə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə cavabdehə 0.06 ha torpaq sahəsinə dair torpağın mülkiyyətə verilməsinə dair JN-198A301A kod 80102005 olan şəhadətnaməyə görə onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Ekspert və mütəxəssis rəylərinə görə cavabdehin faktiki istifadəsində 0.40 ha torpaq sahəsi vardır, həmin sahənin 0,06 ha hissəsi onun mülkiyyəttindədir, qalan ha hissəsi isə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh iddiaçının mülkiyyətində olan və özünün faktiki istifadəsində olan torpaq sahəsində tikili (saray) inşa etdirmişdir. Cavabdehə məxsus tikilinin sökülməsini təmin edən aşağı Astara Rayon Məhkəməsi iddiaçının mülkiyyət hüququnun üstün müdafiə edilməli olması qənaətinə gəlmiş, lakin işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra halların müəyyən olunmamasını nəzərə almamış, müəyyən olunmuş bəzi hallara isə düzgün hüquqi qiymət verməmişdir. İşdən görünür ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ 2015-ci ildə dövlət qeydiyyatına alınmasına baxmayaraq uzun müddət həmin sahəyə yiyələnməmiş, torpaq sahəsi ilə maraqlanmamışdır. Torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri onun tərəfindən yalnız 2024-cü ildə başlanmşdır. Həmin vaxta kimi iddiaçı mülkiyyətində olan 0,39 ha torpaq sahəsinin sərhədlərini bilməmiş, sərhədlərin müəyyən olunmasına cəhd göstərməmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,15 ha cavabdehin faktiki sahibliyində olması iddiaçılar Astara rayon Məhkəməsində iddia qaldırılan zamanı müəyyən olunmuşdur. Cavabdeh həmin torpaq sahəsinin 1999-cu ildən onun istifadəsində olduğunu, orada tikili (saray) inşa etdirdiyini göstərmiş, bu barədə Astara rayon İcra hakimyyətinin Kijəbə qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş sənədlər təqdim etmişdir. Tikili inşa etdirərkən hesab etmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsinin özünə məxsusdur. İş materiallarında cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində yaşayış evinin inşası zamanı nə iddiaçının özü, nə də aidiyyəti dövlət orqanları tərəfindən hər hansı etirazın olması görünmür, işə baxan məhkəmə də işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu məsələni müəyyən etməmiş, tikilinin nə vaxt və kimin razılığı ilə inşa olunması, iddiaçının buna etiraz edibetməməsi, əgər etiraz etmişdirsə, nə kimi nəticə verməsi, etiraz etməmişdirsə, bunun səbəbləri ilə bağlı tədqiqat aparmamışdır. Məhkəmələr nəzərə almamışdır ki, bu halların tədqiq edilməsi iddiaçının torpaq üzərində hüququn məhdudlaşdırılmasının (cavabeh tərəfindən yaşayış evi inşa edilməklə) özünün buna susmaqla razılığı ilə, yaxud iradəsi əleyhinə baş verməsinin, son nəticədə yaşayış evinin sökülməsinin kompensasiya verilməklə, yaxud kompensasiya verilmədən həyata keçirilməsinin müəyyən olunmasına əsas verir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Astara Rayon Məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Apellyasiya məhkəməsi qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. İddiaçı1 məhkəmədə izahat verərək göstərdi ki, 1985-ci ildən Rusiyanın Moskva şəhərində yaşayır. Mübahisələndirilən torpağı 1999-cu ildə atası və qardaşının iştirakı ilə ərazi üzrə bələdiyyə qanuni olaraq onlara vermişdir. Ümumi sahəsi 39 sotdur ki, o, 2000-ci ildə Moskvaya getdikdən sonra 15 sot hissə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdehə 2000-ci ildən etibarən mübahisəli torpaqdan çıxmasını demişdir. Sökülməsi qət edilən tikili (saray) mübahisəli torpaq sahəsində son vaxtlar tikilmişdir. 2015-ci ildə torpağa çıxarış aldıqdan sonra da cavabdeh razılaşacaqlarını deyirdi. 2024-cü avqust ayında torpağı qaytarmasını və yaxud torpağın dəyərini, yəni 20000 manat məbləğində pul vəsaiti ödəməsini bildirmişdir. Cavabdeh məhkəmədə izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi 15 sotdur. 1999-cu ildə həyətyanı torpaq kimi ona səhadətnamə əsasında verilib. 2015-ci ildə iddiaçı torpaq sahəsinə çıxarış alıb, lakin torpaq sahəsindən özü istifadə edir. Torpaq sahəsində olan tikilini 2002-ci ildə tikmişdir. İddiaçının torpaq sahəsinə çıxarış aldığından 2024-cü ildə xəbəri olub. Torpaq sahəsində tikilinin sökülməsinə razı deyildir. Məhkəmə tərkibi tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı1, İddiaçı2 Bahəddin qızı, Novruzova (Məmmədova) Fərqanə Fazil qızı və Əliyeva (Məmmədova) Şəfayət Fazil qızına məxsus olan Astara rayonu Kijəbə qəsəbəsində yerləşən 0,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 25 noyabr 2024-cü il tarixli 3-16-16/2- 10/6834 saylı rəyi ilə təsdiq edilmişdir. Tərkib işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verərkən aşağıdakıları qeyd edir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Habelə MM-in 180-ci maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı tamamilə istisna edilir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (“TEKUİS”) və “AZCAD”-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Məhkəmə təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı öz izahatında cavabdehə 2000-ci ildən etibarən mübahisəli torpaqdan çıxmasını dediyini bildirmiş, sonradan cavabdeh həmin torpağı ondan müəyyən pul məbləği qarşılığında alacağı barədə razılaşacağını demişdir. Sökülməsi qət edilən tikili (saray) mübahisəli torpaq sahəsində son vaxtlar tikilmişdir. Cavabdeh isə izahatlnda mübahisəli tikilini 2002-ci ildə tikdiyini və onun sökülməsinə razı olmadığını göstərdi. Göründüyü kimi, cavabdeh onun mübahisəli torpaq sahəsindən etirazsız istifadəsinə, habelə orada adıçəkilən tikilinin tikilməsinə iddiaçının razılığının mövcudluğunu sübut edə bilməmişdir. Göründüyü kimi, tərəflər mübahisəli torpaq sahəsinin alğı-satqısı barədə razılıq əldə edə bilməsə də, cavabdeh istifadəni dayandırmamışdır. Aralarında hər hansı müqavilə, habelə icarə münasibəti mövcud olmamış, ancaq cavabdeh mütəmadi olaraq torpaq sahəsindən faktiki istifadə edərək gəlir əldə etmişdir. Əksinə, iddiaçı cavabdehin ona torpağı dəyəri qismində hər hansı məbləği ödəyəcəyinə ümid etmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2024-cü il tarixli 10/6834 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə tərkibi digər məhkəmə xərclərinə dair hesab edir ki, onlar tərəflərin özlərinə aid edilməlidir. şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-42/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 25 noyabr 2024-cü il tarixli 10/6834 nömrəli ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1128/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1128/2025
09.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver