Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-113/2024 28.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun tutulması və aylıq ödəncin hesablanaraq cavabdehdən tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1980/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində çalışdığı vaxt istehsalatda aldığı xəsarətlə əlaqədar 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) ona əskik ödənilmiş 1280 manat və 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat pulun, həmçinin 55 manat məbləğində mediasiya xərcinin, 01 yanvar 2023-cü ildən hesablanmalı olan 276 manat aylıq ödəncin təshih edilməsi və cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonunun Darquba kəndində qeydiyyatda olmaqla yaşayır. "xxxx" ASC-də “qaynaqçı” vəzifəsində çalışmışdır. 1988-ci ildə həmin müəssisədə işləyərkən travma almışdır. İki onurğa fəqərəsi sınmış, kəllə-beyin travması almışdır. Hal-hazırda da aldığı kəllə-beyin travmasından əziyyət çəkir və epilepsiya xəstəsidir. Uzun müddət Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və Bakı şəhərində yerləşən nevro-cərrahi xəstəxanalarda müalicə olunmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən iddiaçıya hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu ildən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixdən dayandırılmışdır. Prezidentin sərəncamı ilə minimum aylıq əmək haqqı məbləği qaldırıldıqdan xeyli müddət sonra, yəni 2021-ci ilin aprel-may aylarında "xxxx" ASC-yə minimum aylıq əmək haqqının qaldırılması səbəbindən ona verilən aylıq ödəncin də artırılmalı olduğunu bildirmiş və bunu cavabdehdən tələb etmişdir. Bundan sonra ona verilən aylıq ödənc artırılmaq əvəzinə tamamilə kəsilmişdir. Cavabdeh "xxxx" ASC-yə iddiaçının yazılı müraciətinə xx.xx.2021-ci il tarixli, 20/21 saylı məktubla cavab olaraq bildirilmişdir ki, Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışa əsasən ümumi əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlillik dərəcəsi verilərkən əmək fəaliyyəti göstərdiyi müəssisə olan Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu cavabdeh tərəfindən bildirilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.2-ci bəndi qeyd olunan fikrə əsas olaraq qeyd edilmişdir. Qeyd olunan hallarla əlaqədar 23 dekabr 2021-ci il tarixdə X5 Xidmətinin Lənkəran Regional Ərazi şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq iddiaçının istehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları”nın 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu ildən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktub göndərmişdir. Həmçinin, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya verilən 136 manat aylıq ödəncin qanunsuz olaraq dayandırılması barədə qərarından narazı qaldığı üçün və cavabdeh müəssisənin X5 Xidmətinin göstəriş xarakterli məktubuna əməl etməməsi səbəbindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Araşdırma zamanı "xxxx" ASC-nin ləğvetmə prosesində olduğu məlum olmuşdur. "xxxx" ASC-nin ləğvetmə komissiyasının sədrinin X5 Xidmətinə təqdim etdiyi məktubda 01 iyun 2021-ci il tarixdən ödəncin verilməsinin dayandırılması və səhmdarların ümumi yığıncağında "xxxx" ASC-nin ləğv edilməsinin qərara alındığı bildirilmişdir. Ombudsman aparatı tərəfindən iddiaçıya verilən 10 fevral 2022-ci il tarixli məktubla məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh "xxxx" ASC DƏMX-nin Lənkəran Regional Ərazi şöbəsinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni göstərişlərinə məhəl qoymayaraq ödənilməsi dayandırılmış aylıq ödənci verməkdən imtina edir. Qeyd olunan hallardan məlum olur ki, cavabdeh "xxxx" ASC müəssisənin ləğvetmə prosesində olmasını və sonuncu özəlləşdirilən müəssisə olduğu üçün aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya aylıq müavinətin verilməli olmasını əsas gətirərək aylıq ödəncin verilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən ona aylıq ödəncin verilməsindən imtina olunmasının əsassız və qanunsuz olmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci, 1.2-ci bəndləri və Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.2-ci və 5.3-cü bəndlərinə istinad edərək əsaslandırmışdır. Bununla əlaqədar olaraq qeyd edir ki, ona aylıq müavinətin təyin edilməsi və ödənilməsi üçün 2010-cu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinə yazılı müraciət etmişdir. DSMF-nin Lənkəran şəhər şöbəsi xx.xx.2010-cu il tarixli, 54/214 saylı məktubu ilə müraciətini cavablandıraraq bildirmişdir ki, əmək zədəsi almış və yaxud peşə xəstəliyinə tutulmuş zərərçəkənlərə ödənilən ödənclər sosial sığorta ödəmələrinin növünə daxil deyildir. Ona görə AR DSMFnin 2010-cu il üçün təsdiq olunmuş büdcəsində əmək zədəsi və yaxud peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan şəxslərə ödəncin ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının DSMF-nin Lənkəran şəhər şöbəsinə 2010-cu ildə etdiyi müraciətin cavabı olaraq ona müavinətin verilməsindən imtina edilmişdir. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu həmin müəssisə tərəfindən bildirildiyindən, 10 mart 2023-cü il tarixdə AR ƏƏSMN DSMF-nin 1 saylı Lənkəran-Astara regional filialına “istehsalatda alınan xəsarətlə əlaqədar aylıq ödəncin hesablanaraq ödənilməsi tələbi” ilə əlaqədar yazılı ərizə ilə müraciət etmişdir. Lakin AR ƏƏSMN DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya göndərilən 07 aprel 2023-cü il tarixli məktubda aylıq müavinətin dövlət hesabına verilməli olmaması aşağıdakı qaydada əsaslandırılmışdır: “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyətli itirildikdə minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda – minimum aylıq əmək haqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. İddiaçı Lənkəran konserv kombinatında “qaynaqçı” vəzifəsində işlədiyi vaxt (1989-cu ildə) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Bu barədə akt tərtib edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 08 aprel 1999-cu il tarixli müayinə aktına əsasən iddiaçıya 80 faiz əmək qabiliyyətini itirməklə, müddətsiz İİ qrup əlillik verilmişdir. Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. İddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz cavabdeh müəssisənin təqsirkar sayılması, "xxxx" ASC rəhbərliyinin xx.xx.2019-cu il tarixli, 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən iddiaçıya hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan ona aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci ildən dayandırılmışdır. 01 iyun 2021-ci il tarixinədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar təkzibedilməz sübutlarla müəyyən edildiyindən hesab edir ki, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. Bundan başqa, iddiaçının işləmiş olduğu Lənkəran konserv kombinatı özəlləşdirilərək yenidən təşkil edildiyindən hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxxx" ASC-yə) keçir. Hazırkı mülki iş üzrə yenidən təşkil edilmiş hüquqi şəxsin bütün hüquq və vəzifələri hüquq varisliyi qaydasında və təhvil aktına əsasən hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən və özəlləşdirilən hüquqi şəxsə keçir. Bildirir ki, X5 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktubu göndərilən zaman minimum aylıq əmək haqqının miqdarı 250 manat olsa da, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci ildən 300 manata, 01 yanvar 2023-cü ildən isə 15 faiz artırılaraq 345 manata qaldırılmışdır. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. TSEK-in müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. 01 sentyabr 2019-cu ildən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 01 sentyabr 2019-cu ildən 01 iyun 2021-ci ilədək iddiaçıya 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 01 iyun 2021-ci ildən isə ümumiyyətlə ödəncin verilməsi dayandırılmışdır. Buradan aydın olur ki, 01 sentyabr 2019-cu ildən 01 iyun 2021ci ilədək (20 ay) iddiaçıya 1280 manat əskik ödənilmiş, 01 iyun 2021-ci ildən 01 yanvar 2022-ci ilədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş, 01 yanvar 2023-cü ildən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yəni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir. Həmçinin, 55 manat mediasiya xərci də iddiaçı tərəfindən ödənilmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nicat Ağabəyov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi qanunsuz və əsassızdır. Ona görə də həmin qətnamə ləğv edilməlidir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsinin 4-cü səhifəsinin 10-cu abzasında göstərilir: “... istehsalat zamanı işçinin aldığı xəsarətə görə işəgötürən o halda məsuliyyət daşıyır ki, işəgötürən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməsin və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilməsin. Lakin hazırkı işin hallarından isə müəyyən olunur ki, İddiaçı xəsarət aldığı zaman dövlətə məxsus Lənkəran konserv kombinatında işləmiş, yalnız həmin müəssisə özəlləşdirildikdən sonra müəssisənin adı "xxxx" ASC olmuşdur ki, həmin qəzanın baş verməsində "xxxx" ASC-nin təqsiri mövcud olmamışdır”. Məhkəmənin qeyd etdiyi bu fikrə münasibətdə bildirir ki, İddiaçı işləmiş olduğu Lənkəran konserv kombinatı özəlləşdirilərək yenidən təşkil edildiyindən hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxxx" ASC-yə) keçir. Belə ki, Mülki Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Odur ki, hazırkı mülki iş üzrə yenidən təşkil edilmiş hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən və özəlləşdirilən hüquqi şəxsə keçir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsinin 5-ci səhifəsinin 3 və 4-cü abzaslarında göstərilir: “... Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Qeyd olunan hüquq normalarını hazırkı iş üzrə tətbiq etdikdə müəyyən edilir ki, İddiaçı istehsalatda baş vermiş qəza nətcəsində xəsarət aldığı zaman, yəni 1988-ci ildə Lənkəran konserv kombinatı dövlət müəssisəsi olmuş, həmin müəssisə xx.xx.1997-ci il tarixdə özəlləşdirilmiş və adı dəyişdirilərək 98,28 % payla “X6” MMC-yə məxsus "xxxx" ASC adı altında fəaliyyət göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3.1-ci bəndinə görə özəlləşdirilən dövlət müəssisələrində istehsalatda baş vermiş qəza nəticəsində xəsarət almış şəxslərə müavinət həmin müəssisə tərəfindən deyil, dövlət büdcəsi tərəfindən ödənilməlidir. Belə olan halda hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət ödəmək öhdəliyi mövcud deyildir”. Bununla əlaqədar olaraq bildirir ki, birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 04 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1-ci bəndinə görə aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsində Qaydaların 5.1-ci bəndinə istinad olunsa da, əsassız olaraq 5.6-cı bəndin tələblərinə əməl edilməmişdir. Hansı ki həmin bəndin tələblərinə uyğun olaraq aylıq ödənc dövlət büdcəsinin vəsaiti hesabına deyil, müəssisənin vəsaiti hesabına təmin edilməli idi. Aylıq müavinətin isə 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək verildiyi imperativ olaraq göstərilir. Yəni 2003-cü ilin oktyabrın 1-dən etibarən hansı dövlət müəssisələri özəlləşdirilibsə, bu özəlləşdirilmənin başa çatması tarixinədək dövlət büdcəsi hesabına aylıq müavinət, başa çatdıqdan sonra isə Qaydaların 5.6-cı bəndinə uyğun olaraq müəssisənin hesabına aylıq ödənc verilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddənin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Əmək Məcəlləsinin 239-cu maddənin 3-cü hissəsinə görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydaların 1.1-ci bəndində göstərilir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.3-cü bəndinə görə digər sənədlərlə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt olduqda da, təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. İddiaçı Əmənullayev X1 kombinatında “qaynaqçı” vəzifəsində işlədiyi vaxt (1989-cu ildə) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu barədə akt tərtib edilib. Tibbi Sosial Ekspert Komissiyasının 08 aprel 1999-cu il tarixli müayinə aktına əsasən iddiaçıya 80 faiz əmək qabiliyyətini itirməklə, müddətsiz İİ qrup əlillik verilib. Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Bu baxımdan hesab edir ki, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alması, məhz cavabdeh müəssisənin təqsirkar sayılması, "xxxx" ASC rəhbərliyinin xx.xx.2019-cu il tarixli, 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən iddiaçıya hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli sərəncamına əsasən 01 sentyabr 2019-cu il tarixindən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan iddiaçıya aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci il tarixindən dayandırılmışdır. 01 iyun 2021-ci il tarixinədək iddiaçıya hər ay ödəncin verilməsi və sair faktlar təkzibedilməz sübutlarla müəyyən edildiyindən, hesab edir ki, işdə iştirak edən şəxslər tərəfindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. İstehsalat qəzası zamanı zərərçəkənin təqsirinin dərəcəsindən asılı olmayaraq ona dəyən zərərin əvəzi ödənilməlidir. Bunun üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada aktın tərtib edilməsi kifayətdir və təqsirkar işəgötürən əmək xəsarətinə görə işçiyə dəyən zərəri ödəməlidir. Həmçinin qeyd edir ki, ona qarşı edilən qanunsuz əməllərə görə 23 dekabr 2021-ci il tarixdə X5 Xidmətinin Lənkəran Regional Ərazi şöbəsinə müraciət etmişdir. DƏMX Lənkəran Regional Ərazi şöbəsi 26 yanvar 2022-ci il tarixdə müraciətinə cavab olaraq onun istehsalatda aldığı xəsarətə görə aylıq ödəncinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” qaydalarının 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədi ilə "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktub göndərmişdir. Bildirir ki, X5 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktubu göndərilən zaman minimum aylıq əmək haqqının miqdarı 250 manat olsa da, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikasının Prezdentinin Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 300 manata, 01 yanvar 2023-cü il tarixdən isə 15 faiz artırılaraq 345 manata qaldırılmışdır. Aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Yuxarıda qeyd etdiyi kimi, Tibbi Sosial Ekspert komissiyasının müayinə protokolundan çıxarışa əsasən istehsalatda aldığı xəsarətə görə ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə iddiaçıya İİ qrup əlillik dərəcəsi verilmişdir. 01 sentyabr 2019-cu il tarixdən minimum aylıq əmək haqqı məbləği 136 manat deyil, 250 manat olmuşdur. 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək iddiaçıya 250 manatın 80 faizi miqdarında, yəni 200 manat aylıq ödənc verilməli idi. Buna baxmayaraq cavabdeh "xxxx" ASC tərəfindən ona 200 manat ödənilmək əvəzinə, 136 manat ödənilmiş, 01 iyun 2021-ci il tarixdən isə ümumiyyətlə ödənişin verilməsi dayandırılmışdır. Buradan aydın olur ki, 01 sentyabr 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək (20 ay) iddiaçıya 1280 manat əskik ödənilmiş (20x136=2720; 20x200=4000; 4000-2720=1280), 01 iyun 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilməli olan 1680 manat ümumiyyətlə ödənilməmiş (7x240=1680), 01 yanvar 2023-cü il tarixdən hesablanmalı olan 345 manat pulun 80 faizinin, yəni 276 manat aylıq ödəncin verilməsindən isə imtina edilmişdir. Eyni zamanda iddiaçıya aylıq müavinətin təyin edilməsi və ödənilməsi üçün 2010-cu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (AR DSMF-nin) Lənkəran şəhər şöbəsinə yazılı müraciət etmişdir. DSMF-nin Lənkəran şəhər şöbəsi xx.xx.2010-cu il tarixli 54/214 saylı məktubu ilə müraciətini cavablandıraraq bildirmişdir ki, əmək zədəsi almış və yaxud peşə xəstəliyinə tutulmuş zərərçəkənlərə ödənilən ödənclər sosial sığorta ödəmələrinin növünə daxil deyildir. Ona görə də AR DSMF-nin 2010-cu il üçün təsdiq olunmuş büdcəsində əmək zədəsi və yaxud peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan şəxslərə ödəncin ödənilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının DSMF-nin Lənkəran şəhər şöbəsinə 2010-cu ildə etdiyi müraciətin cavabı olaraq ona müavinətin verilməsindən imtina edilmişdir. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün iddiaçıya aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinətin verilməli olduğu həmin müəssisə tərəfindən bildirildiyindən, 10 mart 2023-cü il tarixində AR ƏƏSMN DSMF-nin 1 saylı Lənkəran- Astara regional filialına “istehsalatda alınan xəsarətlə əlaqədər aylıq ödəncin hesablanaraq ödənilməsi tələbi” ilə əlaqədar yazılı ərizə ilə müraciət etmişdir. Lakin AR ƏƏSMN DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən ona göndərilən 07 aprel 2023-cü il tarixli məktubda aylıq müavinətin dövlət hesabına verilməli olmaması aşağıdakı qaydada əsaslandırılır: “Bildiririk ki, Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sizə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. Göründüyü kimi, AR ƏƏSMN DSMF tərəfindən həm 2010-cu, həm də 2023-cü illərdə verilən cavab məktubları ilə iddiaçıya dövlət büdcəsi hesabına aylıq müavinətin verilməli olmaması birmənalı şəkildə bildirilmişdir. Birinci instansiya məhkəməsində bu halı da bildirib müvafiq məktubları vəkili vasitəsilə təqdim etməyinə baxmayaraq məhkəmə iddiaçıya aylıq ödəncin deyil, aylıq müavinətin dövlət büdcəsi hesabına verilməli olmasını bildirmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 3-cü, 5.1-ci və 5.6-cı bəndləri, Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci və 3-cü hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydaların 1.1-ci, 1.3-cü, 2.1-ci və 2.3-cü bəndləri, Mülki Məcəllənin 56.5-ci maddəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmişdir. Bununla həmçinin vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına da maneə yaradılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Hesab edir ki, məhkəmə işdə mövcud olan sübutlar əsasında deyil, özünün mülahizə və ehtimalları əsasında yekun nəticəyə gəlmişdir ki, bu da həm MPM-in 88-ci maddəsinin təbiətinə, həm də hüququn prinsiplərinə ziddir. Normanın tələbi ondan ibarətdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsində bu normanın da tələbləri pozulmuş və ədalətli qətnamə çıxarılmamışdır. Lənkəran Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq Lənkəran konserv kombinatının 1997-ci ildən etibarən özəlləşdirilərək "xxxx" ASC adlandırılmasını və yenidən təşkil olunması halını nəzərə almamışdır. Dövlət müəssisəsi yenidən təşkil edilərək özəlləşdirildiyi üçün artıq dövlət büdcəsi hesabına aylıq müavinət deyil, müəssisənin vəsaiti hesabına aylıq ödənc verilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bu faktiki hal düzgün şəkildə aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hal – iddiaçıya müəssisənin hesabına aylıq ödənc deyil, dövlət büdcəsi hesabına aylıq müavinətin ödənilməli olması sübut edilməmiş və əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş və bununla da məhkəmə düzgün olmayan nəticəyə gəlinmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(106)-1620/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, ondan mütəxəssis rəyinin alınması qərara alınmışdır. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, iddiaçıya ödənc məbləği məhz cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdir. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh müəssisə tərəfindən iddiaçıya hər hansı ödəncin ödənilməsinə dair öhdəlik götürülməmişdir. Belə ki, həmin müəssisə əvvəllər Lənkəran konserv kombinatı adlanmaqla dövlət mülkiyyətində olmuş, 1997-ci ildə özəlləşdirildikdən sonra "xxxx" ASC adlanmağa başlamışdır. İddiaçı 1988-ci ildə, yəni özəlləşdirmədən əvvəl Lənkəran konserv kombinatında “qaynaqçı” vəzifəsində işlədiyi zaman istehsalat xəsarəti aldığını bildirsə də, müəssisənin özəlləşdirilməsi zamanı tərtib olunmuş emissiya prospektində iddiaçıya da aylıq ödənclərin verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə ki, müəssisə 1997-ci ildə özəlləşdirilən zaman tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barəsində o dövrdəki terminologiyaya uyğun olaraq əlilliyə görə pensiyaya çıxmış şəxs kimi hər hansı məlumat aşkar olunmamışdır. Əgər iddiaçıya dair məlumatlar həmin emissiya prospektində göstərilməyərək gizlədilməyə çalışılmışdırsa, bu hal cavabdeh "xxxx" ASC-nin məsuliyyəti üçün əsas ola bilməz və iddiaçıya həmin ödənclər dövlət büdcəsinin vəsaiti hesabına DSMF tərəfindən ödənilməlidir. Həmçinin, 01 iyun 2021-ci il ilədək ödənclərin hansı səbəbdən ödənilməsinə dair verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçının “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına istinad edərək ona ödənilən aylıq ödənc məbləğinin artırılması ilə bağlı müraciətindən sonra araşdırma aparılmış, müəyyən edilmişdir ki, "xxxx" ASC-nin vəsaitindən hər ay iddiaçıya aylıq ödənc ödənilir. Lakin bu cür ödəncin verilməsinə dair iddiaçı qarşısında hər hansı öhdəlik götürülmədiyi aşkar edildikdən sonra ona aylıq ödəncin ödənilməsi dayandırılmışdır. İddiaçının müəssisənin əvvəlki direktoru ilə hansısa qeyri-qanuni münasibətə girərək bu cür ödənişlərin ödənilməsinə nail olması məsələsi ASC-nin yeni rəhbərliyi tərəfindən çox qabardılmadan həll edilmiş və iddiaçıya ödənişlərin verilməsindən imtina edilmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 çıxış edərək bildirdi ki, 1988-ci ildə iddiaçının Lənkəran konserv kombinatında çalışdığı zamanı aldığı istehsalat xəsarətinə görə ödənilməli olan ödənc məbləği DSMF tərəfindən deyil, məhz cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki istehsalatda bədbəxt hadisənin baş verməsi haqqında 1 nömrəli, 29 avqust 1988-ci il tarixli aktın tərcümə olunmuş versiyasından görünür ki, Lənkəran konserv kombinatında “elektrik qaynaqçısı” vəzifəsində çalışan İddiaçı 29 avqust 1988-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Lənkəran regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26 yanvar 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onun istehsalatda aldığı xəsarətə görə aylıq ödəncini ala bilməməsi barədə müraciəti ilə bağlı araşdırma ilə əlaqədar "xxxx" ASC rəhbərliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli məktuba və məktuba əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən istehsalatda aldığı xəsarətə görə İddiaçı müddətsiz 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. "xxxx" ASC rəhbərliyinin xx.xx.2019-cu il tarixli, 001/19/SS nömrəli əmri ilə yaradılmış müavinət komissiyası yığıncağının xx.xx.2019-cu il tarixli protokol qərarına əsasən İddiaçı hər ay 136 manat aylıq ödəncin verilməsi barədə qərar qəbul edilmiş və ödənilməsi təmin edilmişdir. Lakin sonradan “Minimum əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli, 1265 nömrəli Sərəncamına əsasən 01 sentyabr 2019-cu ildən ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 250 manat müəyyən edilməsi ilə bağlı aylıq ödənci təshih edilməmiş və heç bir əsas olmadan ona aylıq ödəncin ödənilməsi 01 iyun 2021-ci ildən dayandırılmışdır. İddiaçı istehsalatda aldığı xəsarətə görə aylıq ödəncin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2023-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları”nın 3.5-ci bəndinin tələblərinə (ölkə üzrə minimum əmək haqqının 01 sentyabr 2019-cu ildən 250 manat müəyyən olunması nəzərə alınmaqla) əməl edilməklə yenidən təshih edib ödənilməsini təmin etmək məqsədilə şöbə tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixli, **********2 nömrəli göstəriş xarakterli məktub göndərilmişdir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 İlqar Qabil oğluna ünvanladığı 07 aprel 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ona aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İş materiallarının 32-34-cü vərəqlərinə iddiaçıya aid bank hesabına əlillik müavinətinin ödənilməsinə dair hesabdan çıxarışlar əlavə edilmişdir. İşdəki "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 20/21 nömrəli məktubdan görünür ki, sonuncuya Azərbaycan SSR Sosial Müdafiə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının müayinə protokolundan çıxarışına əsasən ümumi əmək qabiliyyətinin 80 faizinin itirilməsinə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. Ona əlillik dərəcəsi verilərkən onun əmək fəaliyyəti göstərdiyi müəssisə olan Lənkəran konserv kombinatı daha əvvəl dövlət müəssisəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı çərçivəsində özəlləşdirilərək "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC özəlləşdirilən müəssisə olduğu üçün İddiaçı verilməli olan müavinət dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Apellyasiya Məhkəməsinə ünvanladığı 29 dekabr 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Məhkəmə kollegiyası tərəfindən apellyasiya məhkəməsinin 28 fevral 2024-cü il tarixli iclasında cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş özəlləşdirmə planının (emissiya prospektinin) əsli tədqiq edilmiş və müəyyən edilmişdir ki, dövlət müəssisəsi olmuş Lənkəran konserv kombinatı 1997-ci ildə həmin özəlləşdirmə planına (emissiya prospektinə) uyğun olaraq özəlləşdirilmiş və bundan sonra "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli Qanunu ilə təsdiq olunmuş və 16 may 2000-ci il tarixli Qanunu ilə ləğv edilmiş (cavabdeh müəssisənin özəlləşdirilməsi zamanı qüvvədə olmuş) “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın 2 saylı Əlavəsində özəlləşdirmə prosesində dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi qaydaları müəyyən edilmişdir. Həmin 2 saylı Əlavənin 4-cü hissəsinə əsasən, dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Dövlət Əmlak Komitəsində təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. 2 saylı Əlavənin 5-ci hissəsində isə göstərilir ki, dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsinə hazırlıq məqsədilə (təşkilati-hüquq formanın seçilməsi də daxil olmaqla) hər müəssisədə (birlikdə) özəlləşdirmə komissiyası yaradılır. Komissiya digər sənədlərlə yanaşı, özəlləşdirmə planını (səhmdar cəmiyyətlər üçün emissiya prospekti sayılır) işləyib hazırlayır və təsdiq olunmaq üçün DƏK-ə təqdim edir. Göründüyü kimi, dövlət müəssisəsinin səhmdar cəmiyyətə çevrilməsi şəklində özəlləşdirilmənin aparılması zamanı tərtib olunan özəlləşdirmə planı (emissiya prospekti) həmin müəssisəni özəlləşdirən şəxsdə özəlləşdirmək istədiyi müəssisənin özəlləşdirilməsi halında üzərinə götürəcəyi öhdəliklər barədə məlumatlar da daxil olmaqla, müəssisə ilə bağlı bütün məqamlara dair dəqiq məlumatın yaranmasını təmin edir. Hazırda cavabdeh tərəf iddiaçının tələbinə etiraz edərkən bildirir ki, müəssisə 1997ci ildə özəlləşdirilən zaman tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barəsində o dövrdəki terminologiyaya uyğun olaraq əlilliyə görə pensiyaya çıxmış şəxs kimi hər hansı məlumat aşkar olunmamışdır. Özəlləşdirmə planının (emissiya prospektinin) əslini məhkəmə iclasında tədqiq edən məhkəmə kollegiyası bildirir ki, həqiqətən də, özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barəsində ümumiyyətlə hər hansı məlumat öz əksini tapmamış, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən pensiyaya çıxmış (əlillik, qocalıq da daxil olmaqla müxtəlif əsaslara görə) şəxslərin sayı 15 nəfər müəyyən edilmiş, həmin şəxslərin sırasında İddiaçı göstərilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı barəsində məlumatların özəlləşdirmə planında (emissiya prospektində) öz əksini tapmaması onu tərtib etmiş dövlət orqanının təqsiri üzündən baş vermiş olsa belə, bu hal özəlləşdirmə zamanı üzərinə götürmədiyi öhdəliyə görə cavabdehin üzərinə öhdəlik qoyulması üçün əsas ola bilməz. Özəlləşdirmə planında (emissiya prospektində) iddiaçı qarşısında hər hansı öhdəliyin mövcud olması öz əksini tapmadığından bu barədə Lənkəran konserv kombinatının öhdəlik daşıması halında belə, həmin öhdəlik "xxxx" ASC-yə keçməmişdir. Bu baxımdan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-nin İddiaçı istehsalatda baş vermiş qəza nəticəsində aldığı xəsarətə görə hər hansı müavinət və ya ödənc ödəmək öhdəliyinin olmamasına görə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.6-cı maddəsinə əsasən, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 3-cü hissəsinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Qeyd edilən normaların tələblərini və cavabdehin özəlləşdirmə zamanı iddiaçıya dair hər hansı öhdəlik qəbul etmədiyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi istehsalatda alınan xəsarətlə əlaqədar əskik ödənilmiş pulun və aylıq ödəncin hesablanaraq cavabdehdən tutulması hissələrində iddianı rədd etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bildirir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş 55 manat mediasiya xərcinin tutulması hissəsində də tələbin təmin edilməməsi doğru olmuşdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 2(049)-1980/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-113/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-113/2024
28.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver