Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1133/2025 29.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı “torpaq alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş (bundan sonra - birinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş (bundan sonra - ikinci iş) üzrə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci iş üzrə işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X9 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq İddiaçı istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X9, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsini və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci iş üzrə tələbini onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı əsasında cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X5 ümumi birgə mülkiyyətinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2002-ci ilin əvvəllərində X9 onun və ailə üzvləri - Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 onların ümumi birgə mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini satmaq istədiklərini iddiaçıya bildirmişlər. İddiaçı da həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və 1,35 hektar torpaq sahəsini cavabdehlərə ümumilikdə ******* manat verməklə almışdır. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğu cavabdehlər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdehlər JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də həmin zaman iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı cavabdehlərə həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, cavabdehlər könüllü olaraq notariat kontoruna getmədikləri üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpağın mülkiyyətçilərindən biri olan X9 hazırda vəfat etmişdir. İddiaçı aldığı torpaq sahəsini iyirmi ildən artıqdır ki, öz mülkiyyəti kimi istifadə edir. Bu müddət ərzində cavabdehlər torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş, torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər ona heç bir məlumat vermədən torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən istifadə edərək aldığı 1,35 hektar torpaq sahəsini zəbt edərək istifadə etmək istəmişlər. Ona görə də göstərdiklərini nəzərə alaraq JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X9, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqaviləsinin bağlanmış hesab edilməsini və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci iş üzrə işin halları: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ikinci iş üzrə iddia tələbini onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X5 ümumi birgə mülkiyyətlərinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 01 mart 2002-ci ildə cavabdeh X9, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X9 öz razılıqları ilə ümumi birgə mülkiyyətlərinə verilmiş 1.56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini ******* manata birdəfəlik olaraq iddiaçıya satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Bundan bir müddət sonra iddiaçı aldığı torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehlərə onunla birlikdə notariat ofisinə getmələrini bildirsə də cavabdehlər iddiaçı ilə könüllü olaraq notariat ofisinə getmədiyindən iddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpaq mülkiyyətçilərindən X9 18 iyul 2004-cü ildə vəfat etmişdir. İddiaçının cavabdehlərdən aldığı torpaq sahəsi 20 ildən artıq müddətdə açıq-aşkar, etirazsız və fasiləsiz olaraq iddiaçının sahibliyində olmuş və iddiaçı da həmin torpaqdan öz mülkiyyəti kimi istifadə etmişdir. Cavabdehlər olan torpaq mülkiyyətçiləri bu müddət ərzində torpaq sahəsinə dair iddiaçıya hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş və göstərilən müddət ərzində torpağın alqı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər iddiaçıya heç bir məlumat vermədən torpaq sahəsini iddiaçının öz adına rəsmiləşdirməməsindən sui-istifadə edərək 1,35 hektar torpaq sahəsini özbaşına zəbt etmişlər. Bundan sonra iddiaçı cavabdehlərin torpağın hələ də onların adında olduğundan sui-istifadə edərək mülki hüququn təməl pirinsipi olan vicdanlılıq pirinsipini pozduqlarını görüb torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı məhkəmə iclaslarının keçirilməsi barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarında iştirak etməmişlər. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(055)-1307/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 01 aprel 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi 3-21-3-38/2-878/2024 saylı bildirişlə iddiaçıya cavab göndərmişdir ki, mübahisəli torpaq sahəsi Saatlı Rayon Notariat Ofisinin xx.xx.2023-ci il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu qanunsuzluqlara görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilmir və iddiaçının mülkiyyət hüquqları pozulur. Məhkəmənin qətnaməsi çıxana qədər bu torpağın satılması barədə rəsmi məlumat almaq üçün iddiaçı dəfələrlə Cavabdeh1nə müraciət etmişdir. Lakin, həm iddiaçının, həmçinin də məhkəmənin sorğusuna cavab olaraq həmin orqandan bildirilmişdir ki, torpaq sahəsi satılmayıb və torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüququ yoxdur. İddiaçı bu mübahisəli torpaq məsələsinə görə Cavabdeh2 atası İsgəndər müəllimlə telefonla danışarkən İsgəndər müəllim bildirmişdir ki, onun torpaq almağa heç 500 manatı belə yoxdur, lakin qardaşı oğlu İsgəndər müəllimə torpaq alındıqdan sonra telefonla danışarkən bildirmişdir ki, oğlu Elşada bu torpağın mübahisəli olduğunu və bu torpağı almamasını demişdir. Ona görə də, iddianın təmin edilərək xx.xx.2023-cü tarixli 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 24 oktyabr 2023-cü il tarixli **********48 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hər iki iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci iş üzrə: Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)- 1307/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X5 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X5 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İkinci iş üzrə: Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı Saatlı rayon notariat ofisində cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********48 reyestr nömrəli qeydiyyatın çıxarılması (ləğv edilməsi), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 152/2025 nömrəli qətnaməsi ilə birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsinin Cavabdeh2 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması, ikinci iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsinin Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 22 may 2025-ci il tarixli, 2(102)-1403/2025 saylı qərarı ilə birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2025-ci il tarixli, 2(106)-152/2025 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: c) Apellyasiya şikayətinin dəlilləri: Birinci iş üzrə: Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün nəzərdə tutulur. Bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqı-satqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan 01 mart 2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (MM-373-cü maddəsi). Öz növbəsində, yüklülük üçün DƏDRX tələb olunan məktub qətiyyətn həqiqəti əks etdirmir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənəd artıq alınmış olmuşdur. İkinci iş üzrə: İkinci iş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı Hacıməmməd özü zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də Hacıməmmədin ona satdığı mübahisəli torpaq sahəsinin yanındadır. Hacıməmməd ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, Hacıməmməddən torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, Hacıməmməd isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt Hacıməmmədə demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, Hacıməmməd də ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu Hacıməmmədə vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini Hacıməmmədə vermiş və bundan sonra Hacıməmmədin ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra İddiaçı onun atasına zəng vurmamış, Ziyafətin oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün nəzərdə tutulur bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alqı-satqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan 01 mart 2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (MM 373-cü maddəsi). Öz növbəsində, yüklülük üçün DƏDRX tələb olunan məktublar qətiyyən həqiqəti əks etdirmir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənədi artıq almışdır. Həmçinin, istinad olunan şahid ifadələri ilə bağlı onu da qeyd etmişdir ki, onların bəzilərinin məsələlərlə dəqiq məlumatları olmamışdır. O ki qaldı istinad olunan Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023saylı qətnaməsinə həmin vaxt ümumiyyətlə o məhkəməyə maraqlarına toxunan şəxs qismində cəlb olunmamışdır. Əgər cəlb olunsaydı məsələlər barədə əvvəlcədən məlumat verərdi. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. e) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdilər. İş üzrə digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının ədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci iş üzrə qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan şəxs Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə və ikinci iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etməklə, birinci instansiya məhkəmələrinin hər iki qətnamələrini tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnamələrinin apellyasiya şikayətləri əsasında tam yохlanılmasını düzgün hеsab еdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1.3-cü maddəsinə əsasən aşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 335.2-ci maddəsinə əsasən (1 noyabr 2005-ci il tarixədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnamələri tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyator Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Birinci iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 01 mart 2002-ci il tarixdə Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X5 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha hissəsini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X9 müəyyənləşdirilmiş pul məbləğini iddiaçıdan almaqla ona satmışlar. Yəni iddiaçı həmin vaxt müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və mərhum X6 vermişdir, yəni iddiaçı əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Ona görə də İddiaçı yuxarıda göstərilən hüququn dövlət qeydiyyatına alınması üçün cavabdehlərlə öz arasında torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək torpaq mülkiyyətçilərinin Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətində olan 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İkinci iş üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarına əsasən JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Saatlı rayonu Mollavaizli kənd sakinləri, hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X1 təsərrüfatı məhsulları istehsalı üçün ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə köhnə manatla 2 000 000 AZN-ə birdəfəlik olaraq İddiaçı satmışlar. Həmin vaxt torpağın alqı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında 01 mart 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğunu cavabdehlər öz imzaları ilə təsdiq etmişlər. Bundan əlavə cavabdehlər həmin vaxt JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də iddiaçıya vermişlər. Sonradan cavabdehlər iddiaçı ilə birlikdə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün notariat ofisinə getmədiklərindən iddiaçı cavabdehlərə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmin işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli, 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli, 3-21-3-38/2-3774/2023 saylı məktublarında qeyd olunmuşdur ki, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 02 oktyabr 2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 0083 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” sənədi ilə X9 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsinə dair sənədlərin ləğv edilməsi, satılıbsatılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Bundan sonra İddiaçı iddiası Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı qətnaməsinə əsasən təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 13 saylı Şirvan ərazi İdarəsinin müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 və digərlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən digər Cavabdeh2 satmışlar. Cavabdeh2 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu 24 oktyabr 2023-cü il tarixli, **********48 nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu səbəblərə görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən əldə edə bilməmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X9 ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə 01 mart 2002-ci ildə birdəfəlik olaraq İddiaçı satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə şahidlərin ifadələri ilə birmənalı müəyyən edilir ki, bütün kənd camaatına və kəndin bələdiyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X9 cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmişlər, iddiaya qarşı etirazlarını bildirməmişlər, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 30 noyabr 2023-cü il tarixli 3-21-3-38/2-3494/2023 saylı və 12 dekabr 2023-cü il tarixli 3-21-3-38/2-3774/2023 saylı məktublarında mübahisəli torpaq sahəsinin X9 və onun ailə üzvləri Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırki məhkəmə prosesində məlum olmuşdur ki, 13 saylı Şirvan ərazi idarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmişcavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, 28 sentyabr 2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə hazırki iş üzrə digər Cavabdeh2 olğuna satmışlar. Göründüyü kimi, hazırki iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni hazırki iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2, Cavabdeh6 və X7ən hərəkətləri qanunsuz olmuşdur. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş Cavabdeh2 vicdanlı əldə edən olması təşkil edə bilər. Mübahisəli torpaq sahəsini isə alqısatqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh2 həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırki iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırki iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olmuşlar. İş materialları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Cavabdeh2 satılmazdan əvvəl 26 sentyabr 2023-cü il tarixində paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 (2/5 hissə), Cavabdeh4 (1/5 hissə), Cavabdeh5 (1/5 hissə) və Cavabdeh6 (1/5 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin torpaq sahəsinin iddiaçıya satılması barədə akt tərtib olunan vaxt, yəni 1 mart 2002-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsində qeyd edilmişdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Birinci iş üzrə iddianın predmetinə aid olan torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2002-ci il tarixdə akt imzalanarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olmuş 335.2-ci maddəsindən məlum olur ki, notariat qaydasında təsdiqlənməmiş daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə digər şərtlərin də mövcudluğu halında məhkəmə tərəfindən etibarlı sayıla bilər. Birinci iş üzrə iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsinə dair Cavabdeh3 və ailə üzvlərinin adına paylı mülkiyyətə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarış verilmiş, xx.xx.2023-cü il tarixdə torpaq sahəsi artıq notariat qaydasında təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, 24 oktyabr 2023-cü il tarixdə isə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Belə olan halda birinci iş üzrə iddia tələbinin təmin edilərək torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eyni zamanda, Cavabdeh2 vicdanlı əldə edən olub-olmamasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində, tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzuolunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əmlak alan hər bir şəxs alğısatqıdan əvvəl lazımi ehtiyatlılıq göstərməli və əmlak mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra almalıdır. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunur. Eyni zamanda, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi, vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh2 tərəfindən notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə torpaq mülkiyyətçilərindən alınmış, həmin vaxt torpaq sahəsi yüklü olmamış, eyni zamanda şübhə və tərəddüd yaradan məqamlara göz yumulması ilə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsi halları öz təsdiqini tapmamışdır ki, bu hallar da Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-273 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibralı əqd, dövlətin apardığı reyestr məlumatlarına güvənərək torpaq sahəsini yüksüz əldə edən Cavabdeh2 isə vicdanlı əldə edən olmasına dəlalət edir. Bundan başqa, iddiaçı tərəf Cavabdeh2 torpaq sahəsini dəyərindən daha ucuz qiymətə alıdığını, bu halın da onun vicdanlı əldə edən olmadığına dəlalət etdiyini göstərsə də, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Saatlı RİH başçısının Mollavaizli kənd İƏD-nin 24 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Saatlı rayonunun Mollavaizli kəndinə yerləşən kənd təsərrüfatı təyinatlı 1.35 ha torpaq sahəsinin 2023-cü ildə orta bazar qiyməti 7000-9000 manat olmuşdur. Göründüyü kimi, torpaq sahəsinin alğı-satqı qiymətləri arasında da kəskin fərq olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırki iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini Cavabdeh2 satan şəxslər, yəni Cavabdeh3, Cavabdeh4 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birincisi, alqı-satqı müqaviləsi bağlananadək torpaq sahəsinin mübahisəli olmasının digər şəxslərin, o cümlədən Cavabdeh2 atasının bilməsinin Cavabdeh2 da bilməsi demək deyil. Digər tərəfdən Cavabdeh2 atası X4 şahid kimi məhkəmədə ifadə verərkən oğlu torpağı alana qədər onun bu barədə məlumatı olmadığını, amma aldıqdan sonra bildiyini göstərmişdir. Cavabdeh2 özü isə atası İsgəndərin torpağı aldıqdan sonra xəbəri olduğunu, həmin vaxt atasının ona torpağın mübahisəli olduğunu dediyini, lakin onda artıq gec olduğunu, torpağı aldığını və çıxarışın da hazır olduğunu göstərmişdir. Eyni zamanda, Cavabdeh2 mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər torpaq sahəsi almasının onun vicdanlı olmamasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 verdiyi apellyasiya şikayətlərində iddiaçının iddia müddətlərini ötürdüyü barədə dəlillər irəli sürsə də apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə iddia tələbləri əsassız olmaqla rədd edildiyindən iddia müddətinin tətbiq olunmasına zərurət yoxdur. Ona görə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri tamamilə ləğv edilməli və hər iki iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsisnin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnamələr ləğv edilməli, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1307/2023 saylı və Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-546/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh6 qarşı “torpaq alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə və İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, MəCavabdeh6, Saatlı Rayon Notariat Ofisinə qarşı “torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddialar təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1133/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1133/2025
29.09.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver