Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1136/2025 19.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X2 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin nümayəndələri Nümayəndə2 və NümayəndəN iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər CavabdehN və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsindən CavabdehN tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri cavabdehlər CavabdehN və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər CavabdehN və Cavabdeh2 Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “N nömrəli” hərbi şəhərcik, ev N8, mənzil 43 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissədə hərbi hissənin komanda məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsində xidmət etmiş mayor CavabdehN N hərbi hissəyə müraciət edərək ailə vəziyyətinə, eləcə də onun hərbi hissədə növbəli xidməti olduğuna əsaslanaraq Kürdəmir rayonu Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan "N nömrəli hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onu mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir. CavabdehN N nömrəli hərbi hissənin komanda məntəqəsinin döyüşü idarəetmə zabiti vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti və digər Cavabdeh2 ilə nikahda olması, onların birgə nikahlarından övladlarının olmaması nəzərə alınmaqla, CavabdehN yuxarıda sözügedən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Kürdəmir rayonu, N nömrəli hərbi hissənin ərazisində yerləşən N nömrəli hərbi şəhərciyində, ona N8 nömrəli binadan 62,2 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 43 nömrəli mənzil verilmişdir. CavabdehN N nömrəli hərbi hissə tərəfindən ona verilmiş yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin N8 nömrəli ünvanında yerləşən 43 nömrəli mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli hərbi hissənin Mənzil İstismar Xidmətində yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Müdafiə nazirinin N6 aprel 2024-cü il tarixli müvafiq əmri ilə cavabdeh mayor CavabdehN "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"nin N56-cı maddəsinin "v" bəndinə uyğun olaraq xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. CavabdehN hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyəti üzrə təhvil verilməsi barədə CavabdehN müvafiq bildiriş göndərilsə də, o, həmin mənzili boşaltmamış və 2022-ci ilin iyun ayından 2024-cü ilin noyabr ayına qədər hal-hazırda kommunal qalıq borcu N94.70 (yüz doxsan dörd manat) 70 qəpik məbləğində kommunal borcunu da ödəməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında iddia ərizəsində göstərilən halları təsdiq edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən CavabdehN izahat verərək bildirmişdir ki, iddiaçının tələbi əsassız və qanunsuzdur, buna görə də ərizə təmin edilməməli, rədd olunmalıdır. O, Azərbaycan ordusu sıralarında ümumilikdə 20 il 0N ay N3 gün (N5 ildən artıq) müddət hərbi xidmət keçmişdir. Bu səbəbdən də, digər mənzillə və ya fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilmədən hazırda yaşadığı mənzildən istifadə hüququ vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsi ilə (Hakim: Rahid Mehdiyev) iddia təmin edilmiş, cavabdehlər CavabdehN və Cavabdeh2 Kürdəmir rayonu, Heydər Əliyev prospekti 7 ünvanında yerləşən N nömrəli hərbi hissənin ərazisində olan “N nömrəli” hərbi şəhərcik, ev N8, mənzil 43 ünvanından çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: CavabdehN apellyasiya şikayətində bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(04N)-550/2025 saylı mülki iş üzrə N4 aprel 2025-ci il tarixli qətnaməsi qanunsuzdur və ona görə də ləğv edilməli, iş apellyasiya qaydasında araşdırılaraq yeni qətnamə qəbul edilməlidir. Belə ki, göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N2-ci maddəsinin tələblərini nəzərə almamış, bu maddənin tələblərini kobud surətdə pozmuşdur. Bu səbəbdən də mübahisənin apellyasiya qaydasında obyektiv araşdırılmasına və iş üzrə yeni qətnamə qəbul edilməsinə zərurət yaranmışdır. Bildirir ki, Kürdəmir Rayon Məhkəməsinin 2(04N)- 550/2025 saylı mülki iş üzrə N4 aprel 2025-ci il tarixli qətnaməsi ona rəsmi olaraq məhkəmə qəbzinə imza etməklə N5 may 2025-ci il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində N5 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Apellyasiya şikayətinin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(04N)- 550/2025 saylı mülki iş üzrə N4 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə2 və NümayəndəN apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. CavabdehN məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: CavabdehN apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 (CavabdehN həyat yoldaşı) qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.N və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20NN-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.N-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.N və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Digər Cavabdeh2 CavabdehN arvadı olmaqla ailə üzvü hesab edildiyindən və iddia tələbi bölünməz olduğundan qətnamədən təkcə CavabdehN apellyasiya şikayəti versə də, məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)- 550/2025 nömrəli qətnaməsini hər iki cavabdehə münasibətdə olmaqla bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin N-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan Hüquqlarının və XN haqqında” Avropa Konvensiyasının: 6-cı maddəsinin İ hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: N2-ci maddəsinin İ hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. N2 maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N5 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, N5 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: N02.N-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin N0N.2-ci və N02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. N02.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: N02.2.N-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; N02.2.2-ci maddəsinə əsasən yaşa görə pensiyaçılar; N02.2.3-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; N02.2.4-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. N02.3-ci maddəsinə əsasən bu Məcəllənin N02.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. N02.4-ci maddəsinə əsasən bu Məcəllənin N0N.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): N4.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.N.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2N7.N-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2N7.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.N-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tamhüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan CavabdehN vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 3N may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə N3 iyun 2008-ci il tarixli qərarlar). İş üzrə mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, CavabdehN ilə iddiaçı arasında hərbi sahədə qulluq münasibətləri başa çatmışdır. Bu hal Azərbaycan Respublikası Mənzil Məcəlləsinin N0N.N-ci maddəsində nəzərdə tutulan, xüsusi təyinatlı yaşayış sahəsi ilə bağlı bağlanmış kirayə müqaviləsinə xitam verilməsi üçün əsaslardan biri kimi qiymətləndirilməlidir. Həmin maddədə qeyd olunduğu kimi, bu cür müqavilələr qulluq münasibətləri başa çatdıqda və ya Məcəllədə nəzərdə tutulan digər hallarda xitam etdirilə bilər. Eyni zamanda, Mənzil Məcəlləsinin N03.3-cü maddəsinə görə qulluq münasibətlərinin xitamı xidməti mənzil üzrə bağlanmış kirayə müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunur. Bu iki maddənin sistemli təhlili əsasında nəticəyə gəlinir ki, qulluq münasibətləri sona çatdığı hallarda xidməti yaşayış sahəsi üzrə kirayə müqaviləsinə xitam verilə bilər. Lakin bu cür xitam verilmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin N02-ci maddəsinin tələbləri baxımından ayrıca qiymətləndirilməlidir. Belə ki, Mənzil Məcəlləsinin N02.N-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin N0N.2-ci və N02.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin N02.2-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: N02.2.N. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; N02.2.2. yaşa görə pensiyaçılar; N02.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; N02.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 6N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, müəyyən kateqoriyadan olan şəxslər, o cümlədən yaşa görə pensiyaçılar digər yaşayış sahəsi ilə təmin edilmədən xidməti mənzildən çıxarıla bilməzlər. Xüsusilə, Mənzil Məcəlləsinin N02.2.2-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna malik olan şəxslər bu qorunmadan faydalanırlar. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, CavabdehN yaşa görə N283,05 manat pensiya alır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, CavabdehN yaşa görə pensiyaçı olduğundan Mənzil Məcəlləsinin N02.2.2-ci maddəsi baxımından digər yaşayış sahəsi ilə təmin edilmədən xidməti mənzildən çıxarılması qanunsuzdur. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun N2-ci maddəsinin 2ci bəndi ilə müəyyən edilmişdir ki, azı N5 təqvim ili hərbi xidmət keçmiş şəxslər ehtiyata və ya istefaya buraxıldıqda, seçdikləri yaşayış yerində bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi almaq hüququna malikdirlər. Bu hüququn reallaşdırılması üçün isə komandanlığın müvafiq vəsatətlə onları yerli icra hakimiyyəti orqanları qarşısında təqdim etməsi tələb olunur. İş materiallarından görünür ki, CavabdehN 20 il 0N ay N3 gün hərbi xidmətdə olmuşdur. Kollegiya hesab edir ki, tərxis edildikdən sonra cavabdehin yaşayış evi və ya müvafiq qaydada torpaq sahəsi ilə təmin olunduğunu sübuta yetirmək iddiaçının üzərindədir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N5 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Cavabdehin tərxis edildikdən sonra yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, CavabdehN adına yaşayış evi və ya həyətyanı torpaq sahəsi qeydə alınmamış, barəsində hər hansı məlumat aşkar edilməmişdir. Kollegiya hesab edir ki, N5 ildən artıq hərbi xidmətdə olduğundan, eləcə də yaşayış evi və ya yaşayış evi tikmək məqsədilə müvafiq qaydada torpaq sahəsi ilə təmin olunmadığından cavabadehlərin mənzildən çıxarılmasına dair iddia təmin edilə bilməz. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 2N7.N-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 3N yanvar 2006-cı il tarixli qərarı) Azərbaycan Respublikası MPM-nin 385.N.N, 385.N.2, 385.N.3 və 385.N.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392 və 402.N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: CavabdehN tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04N)-550/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin cavabdehlər CavabdehN və Cavabdeh2 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1136/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1136/2025
19.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver