Məhkəmə qərarları › İş №2(106)-1144/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1144/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1144/2023 02.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh X9 iştirakları ilə, iddiaçılar İddiaçı1, X13 və İddiaçı3 cavabdeh İbadova (Abdullayeva) Tərifə Yusub qızına qarşı evə köçürülmə və cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsindən cavabdeh İbadova (Abdullayeva) Tərifə Yusub qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsi ilə (hakim Murad Aslanov) iddia qismən təmin edilərək ünvan 1 ünvan: Lənkəran rayon Z.Əliyeva küçəsi 78 bina 16 mənzil 18) iddiaçılar İddiaçı1, İddiaçı2 və Səmədova (Bağırova) Gülnarə Vəliəhəd qızının yaşaması üçün X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh qızından tutularaq İddiaçı1 Xəlil oğluna ödənilməsi qət edilmişdir. Cavabdeh İbadova (Abdullayeva) X12 Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Bağırova (Səmədova) Gülnar Vəliəhəd qızı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran şəhəri B.O.Abbasov küçəsi ev 78/16 mənzil 18-ə (Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/16 mənzil 18) köçürülməyi, həmin mənzilə köçürülməyə və yaşamağa Cavabdeh qızı tərəfindən törədilən maneənin aradan qaldırılmısı və cavabdeh X5 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçılardan İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Xalq Məhkəməsinin 04 fevral 1987-ci il tarixli 2-29/87 saylı qətnaməsinə əsasən İddiaçı1, onun həyat yoldaşı Bağırova (Səmədova) Şərafət Xəlil qızı və uşaq Səmədova (Bağırova) Gülnar Vəliəhəd qızının Lənkəran şəhəri B.O.Abbasov küçəsi ev 78/16 mənzil 18-ə (Lənkəran şəhəri Z.Əliyeva küçəsi ev 78/16 mənzil 18) köçürülmələri qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Lənkəran rayon Xalq Məhkəməsinin icraçıları tərəfindən 16 fevral 1987-ci il tarixdə icra olunmuş və onlar həmin mənzilə köçürülmüşlər. Həmin mənzil onun, yəni İddiaçı1 mərhum anası X3 məxsus olduğundan qətnamə qəbul olunan vaxt cavabdeh qismində Validə Abdullayeva tanınmışdır. Hazırda anası X6 vəfat etdiyindən həmin evdə yaşayan və faktiki olaraq evə sahibliyi həyata keçirən bacısının Cavabdeh qızı onları həmin evdə yaşamağa imkan vermir və məhkəmə qətnaməsində də borclu kimi onun adı qeyd olunmadığından onun barəsində hər hansı qanuni tədbir görülməsi mümkün olmadığından onun qanunsuz hərəkətləri barədə Lənkəran ŞRPŞ-yə rəsmi qaydada şikayət etmiş, lakin polis şöbəsi mübahisə mülki xarakter daşıdığı üçün şikayətimə məktubla cavab verərək cavabdehin barəsində mülki qaydada iddia qaldırmaq hüququmu izah etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh İbadova (Abdullayeva) Tərifə Yusub qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi mənzil münasibətlərini tənzimləyən normativ hüquqi aktların tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, Lənkəran şəhəri B.O.Abbasov küçəsi ev 78/16, 18 nömrəli mənzil 31 mart 1998-ci il tarixdə vəfat etmiş mərhum anam X1 mülkiyyətində olmuşdur. Həmin ev anası Validə Abdullayevaya 1982-ci il tarixdə verilmişdir. İddiaçı1 onun ögey (ana bir) qardaşıdır. İddiaçı1 mərhum analarına məxsus həmin yaşayış sahəsində onun sağlığında, eləcə də mənzilə köçürülməsinə dair məhkəmə qətnaməsi qəbul edilməzdən əvvəlki dövrdə ümumiyyətlə yaşamamışdır. Lənkəran rayon xalq məhkəməsinin 04 fevral 1987-ci il tarixli 2-29/87 saylı qətnaməsi ilə İddiaçı1 və ailə üzvlərinin sözügedən mənzilə köçürülməsi qərara alınsa da, mərhum anaları X10 Səmədovun həmin mənzilə köçürülməsinə heç vaxt icazə verməmiş və məhkəmənin qətnaməsi qəbul edildiyi vaxtdan 36 il keçməsinə baxmayaraq, ümumiyyətlə icra olunmamışdır. Məhkəmə qətnamə qəbul edərkən əvvəlki məhkəmə qətnaməsinin həqiqətən icra edilib-edilmədiyini araşdırmamış, yalnız iddiaçıların həmin mənzilə köçürülməsinə dair 16 fevral 1987-ci il tarixli akta istinad etməklə kifayətlənmişdir. Eyni zamanda, İddiaçı1 Çernobil əlili olduğuna görə dövlət tərəfindən ona Lənkəran şəhərində 3 otaqlı mənzil verilmiş və o ailə üzvləri ilə birlikdə uzun müddət həmin mənzildə yaşamış, təxminən 4 il əvvəl mənzilini satmış, qeyd etdiyi kimi İddiaçı1 mərhum anasına məxsus evə köçürülməsinə öz evi olduğu üçün ehtiyac olmamışdır. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən Lənkəran rayon xalq məhkəməsinin xx.xx.1990-cı il tarixli qətnaməsinə əsasən İddiaçı1 və ailə üzvlərinin qeyd olunan mənzilə köçürülməsi barədə iddiasının rədd edilməsini nəzərə almamışdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxarkən ilk öncə məhkəmə iddiaçıların Lənkəran şəhəri B.O.Abbasov küçəsi ev 78/16, 18 nömrəli mənzilə istifadə hüquqlarının yaranıb-yaranmadığını aydınlaşdırılmalıdır. İddiaçı1 mərhum anam Validə Abdullayevanın ailə üzvü sayılsa da, anası tərəfindən mülkiyyətində olmuş Lənkəran şəhəri B.O.Abbasov küçəsi ev 78/16, 18 nömrəli mənzilə heç vaxt köçürülməsinə razılığı olmamış, iddiaçı həmin mənzildə 1 gün belə yaşamamış və mənzildən istifadə hüququ yaranmamışdır. Bütün bunlara baxmayaraq, məhkəmə qüvvəsini itirmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə kifayətlənərək öz qətnaməsində göstərmişdir ki, iddiaçıların evə köçürülmə iddiası məhkəmə qətnaməsi ilə öz həllini tapmış, lakin həmin evin mülkiyyətçisi öldükdən sonra iddiaçıların həmin evdə yaşamalarına maneələr yaradılmışdır. Məhkəmə həmin nəticəyə gələrkən heç bir sübuta istinad etməmiş, iddiaçıların həqiqətən də qeyd olunan mənzildə yaşayış-yaşamamaları ilə bağlı Lənkəran şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və mənzil istismar sahəsinə sorğular verilməmiş, həmin dövrdə qonşuluqda yaşayan şəxslər dindirilməmiş, şəhərin təsərrüfat başına kitabında qeyd olunan mənzildə iddiaçı və ailə üzvlərinin adlarının qeyd olunub-olunmadığı aydınlaşdırılmamışdır. Bundan başqa, məhkəmə qətnaməsində iddiaçıların mübahisəli mənzildə yaşaması üçün onun tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını qərara alsa da, bu maneələrin konkret olaraq nələrdən ibarət olduğu əsaslandırılmamışdır. Cavabdeh X14 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda həmin mənzildə qardaşı qızı ilə birlikdə yaşayır, mərhum anası Validənin 5 uşağı olmuş, Vəliəhəd heç vaxt onlarla birlikdə yaşamamış, anasından qalan pay 4 nəfər arasında bölünmüşdür. 1990-cı ildən ailəsi birlikdə mübahisəli evdən çıxaraq kirayə evlərdə yaşamış, daha sonra isə qardaşı Çernobil əlili olduğu üçün ona dövlət tərəfindən mənzil verilmiş və həmin evdə yaşamışlar. Hazırda isə həmin mənzili satmışdır. İddiaçı1 məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Lənkəran rayon xalq məhkəməsinin 04 fevral 1987-ci il tarixli 2- 29/87 saylı qətnaməsinə əsasən mübahiəli evə köçərək orada yaşamış, o, 1990-cı ildə ailəsi birlikdə mübahisəli evdən çıxaraq kirayə evdə yaşamış, daha sonra Çernobil əlili olduğu üçün ona dövlət tərəfindən mənzil verilmiş və həmin evdə müəyyən müddət yaşadıqdan sonra həmin mənzili sataraq Rusiya Federasiyasında yaşamışdır. Hazırda Azərbaycan Respublikasına qayıtmış, lakin yaşamağa yeri yoxdur və kirayə evlərdə qalır. İddiaçılar X13 və İddiaçı3 İddiaçı1 ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan Lənkəran rayon Xalq Məhkəməsinin 2-29/87-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1, onun həyat yoldaşı X4, azyaşlı uşağı X2 Lənkəran şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X1 mülkiyyətində olan evə köçürülməsi qət edilmişdir. İşdə olan 16 fevral 1987-ci il tarixli aktdan görünür ki, İddiaçı1, onun həyat yoldaşı X11, azyaşlı uşağı X2 Lənkəran şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X1 mülkiyyətində olan evə köçürülməsi barədə akt tərtib edilmişdir. İşdə olan Lənkəran Rayon Xalq Məhkəməsinin 28 may 1990-cı il tarixli qətnaməsindən görünür ki, X4 Lənkəran şəhəri B.O.Abbasov küşəsi 78/16 ev 18 nömrəli binanın X1 mülkiyyətində olan evə köçürülməsi barədə iddiası iddia müddəti keçdiyindən rədd edilmişdir. İşdə olan 21 oktyabr 2022-ci il traixli, 3411 nömrəli arayışdan görünür ki, X6 31 mart 1998-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli Lənkəran Şəhər rayon polis şöbəsinin məktubundan görünür ki, İddiaçı1 yaranmış maneələrlə bağlı mülki qaydada məhkəməyə müraciət olunmasını xahiş etmişdir. İşdə olan DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsinin 08 iyul 2008-ci il tarixli 22/5/555 saylı arayışın surətində Lənkəran şəhəri Heydər Əliyev küçəsi 78/16 nömrəli binada yerləşən 18 nömrəli mənzil X1 adına qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxslərin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri akademik Zərifə Əliyeva küçəsi ev 78/16, 18 nömrəli mənzil (Yeni qaydalarla: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi 15, M2. m1) X9 adına qeydiyyata alınmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə yekun qənaətə gələrkən qeyd etmişdir ki, Lənkəran rayon Xalq Məhkəməsinin 04 fevral 1987-ci il tarixli qətnaməsi ilə iddiaçıların mübahisəli olan evə köçürülmələri təmin edilmiş və bu barədə akt da tərtib edilmişdir. Göründüyü kimi, iddiaçıların evə köçürülmə iddiası artıq həllini tapmış və qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Lakin həmin evin mülkiyyətçisi öldükdən sonra iddiaçıların həmin evdə yaşamalarına maneələr yaradılmışdır. Buna görə də, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş evə köçürülməyə maneə aradan qaldırılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə - ünvan 1 ünvan: Lənkəran rayon Z.Əliyeva küçəsi 78 bina 16 mənzil 18) iddiaçılar İddiaçı1, İddiaçı2 və Səmədova (Bağırova) Gülnarə Vəliəhəd qızının yaşaması üçün X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının təmin edilməsi hissədə yoxlanılmasını düzgün hesab edir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz faktiki hallarından görünür ki, Lənkəran rayon Xalq Məhkəməsinin 04 fevral 1987-ci il tarixli 2-29/87 saylı qətnaməsinə əsasən İddiaçı1 ailəsi ilə birlikdə mərhum anası X3 məxsus mübahisəli ünvan 3 ünvan: ünvan 4ldən onlar mübahisəli evdən çıxaraq kirayədə yaşamış, daha sonra Çernobil əlili olduğu üçün ona dövlət tərəfindən mənzil verilmiş və həmin mənzildə müəyyən müddət yaşadıqdan sonra onu sataraq Rusiya Federasiyasında yaşamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və Bağırova (Səmədova) Gülnar Vəliəhəd qızı mübahisəli ünvanda bir daha heç vaxt yaşamamışlar. Hazırda orada X14 yaşayır və mübahisəli ev onun xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı iddia tələbinin həlli zamanı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına müraciət etmək lazımdır. Belə ki, 08 iyul 1982-ci il tarixli 979-X nömrə ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Habelə, həmin maddədə göstərilmişdir ki, müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi orada qeyd edilən hallarda daha uzun müddət saxlanır ki, kollegiya iş üzrə həmin halların mövcudluğunu müəyyən etmir. İş materiallarına görə iddiaçılar həmin mübahisəli evi 1990cı ildən tərk etmiş, daha sonrakı tarixlərdə orada yaşamamışlar. Eyni zamanda, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Lənkəran rayon Xalq Məhkəməsinin 04 fevral 1987-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların mübahisəli evə köçürülmələrini əsas götürmüşdür. Lakin işdən görünür ki, Lənkəran rayon Xalq Məhkəməsinin adıçəkilən qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icraçılar tərəfindən 16 fevral 1987-ci il tarixdə icra olunaraq bu barədə Akt da mövcuddur. Qeyd edilən məhkəmə qətnamənin icrasına dair Akt, həmçinin borclu V.Abdullayeva tərəfindən də imzalanmışdır. Göründüyü kimi, iddiaçıların evə köçürülmə tələbi təmin və icra edilmişdir. Beləcə, hazırkı iddia isə yeni əsaslarla qaldırılmış və hazırkı mübahisə predmeti olan yaradılan maneələrin aradan qaldırılmasının təmin edilməsi üçün hüquqi baza – evə köçürmə əsaslı olmalıdır. Bundan əlavə, 08 iyul 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına prosessual qanunvericliyin tələbi baxımından düzgün olan maddi hüquq normalarını tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia tələbi əsaslı, əgər uzlaşmırsa, iddia tələbi əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsi mübahisələndirilən - ünvan 1 ünvan: Lənkəran rayon Z.Əliyeva küçəsi 78 bina 16 mənzil 18) iddiaçılar İddiaçı1, İddiaçı2 və Səmədova (Bağırova) Gülnarə Vəliəhəd qızının yaşaması üçün X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının təmin edilməsi hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(049)-337/2023 saylı qətnaməsi mübahisələndirilən - ünvan 1 ünvan: Lənkəran rayon Z.Əliyeva küçəsi 78 bina 16 mənzil 18) iddiaçılar İddiaçı1, İddiaçı2 və Səmədova (Bağırova) Gülnarə Vəliəhəd qızının yaşaması üçün X14 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının təmin edilməsi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar