Məhkəmə qərarları › İş №2(106)-1145/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1145/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1145/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X4 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı* iştirakı ilə, İddiaçı* və İddiaçı2n "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı* tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı* və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X* 8İ-8445 və 8İ-8446 reyestr nömrəli *8.07.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı* iddia tələbini müdafiə edərək göstərdi ki, 202*-ci ildə İddiaçı2 MMC "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 23.000 manat, sonra isə *8.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə o, zamin olaraq "xxxx" ASC ilə zaminlik müqaviləsi bağlamışdır. Bir müddətdən sonra İddiaçı2 MMC kredit borcunu banka tam şəkildə qaytara bilmədiyinə görə "xxxx" ASC kredit müqaviləsi üzrə notariusun icra qeydinin aparılması üçün Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notariusuna müraciət etmişdir. Notariusda icra qeydi aparılsa da onlara bildiriş-məktubu göndərilməmişdir. 202*-ci il tarixli kredit müqaviləsi üzrə 8İ-8445 saylı *8.07.2023-cü il tarixli və 8İ-8446 saylı *8.07.2023cü il tarixli icra qeydinin aparılması və icra icraatına yönəldilməsi barədə məlumatı onlar Kürdəmir rayon İcra şöbəsindən əldə etmişlər. Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notarius X* *8.07.2023-cü il tarixli icra qeydlərində göstərilən *0094 və *0**5 manat borcun olması qeyri dürüstdür və mübahisəlidir. İcra qeydləri ilə bağlı bildiriş məktubunun "xxxx" ASC-dən onlara göndərilməməsi və icra qeydlərində göstərilən *0094 və *0**5 manat borcun olması özlüyündə mübahisəli hallar olmaqla borc xeyli şişirdilib. Bu səbəbdən göstərilən 202*-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydi aparıla bilməz. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacığı barədə bildiriş göndərməlidir. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Ona görə də Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X* 8İ-8445 və 8İ-8446 reyestr nömrəli *8.07.2023-cü il tarixli icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə və üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-Yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Müseyib Bayramov), iddiaçılar İddiaçı* və İddiaçı2n "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehna qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı* apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı* Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı* apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq İddiaçı2 MMC-nin və cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı* apellyasiya şikayətinin dəlilləri həddində Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin *4.2.*-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.*-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.*-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.*-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.* maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş *8.07.2023-cü il tarixli, 8İ-8445 reyestr nömrəli İcra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanda yerləşən İddiaçı2 və ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı* DC00220*60-03 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9763 manat 90 qəpik tutulması, bundan əlavə ünvan 1 ünvanda yerləşən İddiaçı2ndən, İddiaçı* 305 manat 70 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi *0094 manat 60 qəpik tutulması barədə icra qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilmiş *8.07.2023-cü il tarixli, 8İ-8446 reyestr nömrəli İcra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ünvan 1 ünvanda yerləşən İddiaçı2 və ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı* DC00220*60-02 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 9729 manat 66 qəpik tutulması, bundan əlavə ünvan 1 ünvanda yerləşən İddiaçı2ndən, İddiaçı* 36* manat 24 qəpik məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi *0**5 manat 90 qəpik tutulması barədə icra qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 9 saylı Ərazi Vergilər İdarəsinin 04.03.202*-ci il tarixli, 2*0902004**42400 nömrəli çıxarısın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən İddiaçı2 nizamnamə kapitalı *0.00 manat, qanuni təmsilçisi X6 olmaqla 04.03.202*-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsini 739.*-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsi ilə müəyyən edir ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.*-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır 385.* maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.* maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.4 maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 405.* maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Mülki Məcəllənin *4.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.*-ci maddəsi də müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.*-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 2*7.*-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarının tədqiqindən müəyyən edilir ki, 202*-ci ildə İddiaçı2 MMC "xxxx" ASC ilə kredit müqaviləsi bağlayaraq 23.000 manat, sonra isə *8.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə İddiaçı* zamin olaraq "xxxx" ASC ilə onun arasında zaminlik müqaviləsi bağlamışdır. Bir müddətdən sonra İddiaçı2 MMC kredit borcunu banka tam şəkildə qaytara bilmədiyinə görə "xxxx" ASC kredit müqaviləsi üzrə notariusun icra qeydinin aparılması üçün Kürdəmir regional Asan xidmət mərkəzində xüsusi notariusu X2 müraciət edərək DC00220*60-02 və DC00220*60-03 nömrəli kredit müqavilələri üzrə 8İ-8445 saylı *8.07.2023-cü il tarixli və 8İ-8446 saylı *8.07.2023- cü il tarixli icra qeydi tərtib etdirmiş və həmin icra qeydləri icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə İddiaçı2 MMC avrasında bağlanmış DC00220*60-02 və DC00220*60-03 nömrəli kredit müqavilələri üzrə 8İ-8445 saylı *8.07.2023cü il tarixli və 8İ-8446 saylı *8.07.2023-cü il tarixli icra qeydləri Kürdəmir regional Asan xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu X3 tərəfindən qanunvericiliyin tələbləri baxımından qanuni tərtib edilmişdir. İddiaçı* iddia ərizəsində və məhkəmədə verdiyi izahatında İcra qeydləri ilə bağlı bildiriş məktubunun "xxxx" ASC-dən onlara göndərilməməsini göstərsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən və bildirişlərə əlavə edilmiş poçt qəbzlərindən görünür ki, "xxxx" ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə 60736* nömrəli poçt qəbzləri ilə borclular İddiaçı* və İddiaçı2 MMC-nə poçt vasitəsi ilə rəsmi qaydada göndərilmişdir. Bundan əlavə İddiaçı* icra qeydlərində göstərilən *0094 və *0**5 manat borc məbləğinin xeyli şişirdildiyini göstərsə də o, borc məbləğinin xeyli şişirdilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı* izahatında İddiaçı2 MMC-nin "xxxx" ASC-dən 202*-ci ildə DC00220*60-02 və DC00220*60-03 saylı kredit müqavilələrinə əsasən 23.000 manat və *8.000 manat məbləğində kredit götürüb həmin məbləğdə kreditləri tam şəkildə Paşa Bank ASC-yə tam ödəmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında qanuna müvafiq qaydada kredit müqavilələri bağlanmış, müqavilələr tərəflərin imzası ilə təsdiqlənmiş, kredit müqaviləsinə dair müvafiq kredit ödənişləri iddiaçıya ödənilmiş, ödənişin aparılması üçün kredit borcuna dair ümumi məbləğ, faiz məbləğləri, ödəniş tarixləri, həmin tarixlərə dair ödəniş məbləğləri və kreditin qalığı cədvəl formasında aydın şəkildə tərtib edilərək iddiaçıya təqdim edilməklə onun tərəfindən imzalanmış, kredit müqavilələri bağlandıqdan sonra həmin müqavilərə dair müvafiq kredit ödənişləri iddiaçı tərəfindən həyata keçirilmiş, bank tərəfindən kredit ödənişinin həyata keçirilməsi və icra qeydinin aparılacağı barədə qanuna müvafiq qaydada iddiaçıya bildiriş təqdim edilmiş və xəbərdarlıq müddəti bitdikdən sonra notariat ofisi tərəfindən icra qeydi tərtib edilərək icra edilməsi üçün icra qurumuna təqdim edilmişdir. Göründüyü kimi kredit müqaviləsinin və onun əsasında verilmiş icra qeydinin etibarsız sayılması üçün heç bir əsas müəyyən edilməmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.*, *4.2, 88 və 2*7.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 3* yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin *07 və **9.*-ci maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı* tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(04*)-309/2024 saylı, 29 mart 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar