Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1148/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X20 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, X23 oğlunun katibliyi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) işləmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdə xx.xx.1997-ci il tarixə kimi Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) ərizəsi qismən təmin edilərək Ərizəçi 1983-1984- 1985-1986-1987 və 1989- 1990-1991-1992-1993-1994-1995-1996-1997-ci illərdə Kürdəmir rayonunun keçmiş Jdanov (sonradan C.Cabbarlı) adına kolxozunun mal fermasında çoban işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. İŞİNHALLARİ: Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasının Xakasiya Respublikasının Çernoqorsk şəhəri General Tixonov küçəsi ev 21 mənzil 13 ünvanda yaşayır. 1976-cı ildə Kürdəmir rayonunun 2 nömrəli 8 illik məktəbi bitirəndən sonra 1977-ci ilin yanvar ayında Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban kimi əmək fəaliyyətinə başlayıb hərbi xidmətə gedənə - xx.xx.1979-cu ilə kimi həmin kolxozda çoban işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilin yanvar ayının 1-dən keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban kimi əmək fəaliyyətini davam etdirib 1997-ci ilin axırına kimi, yəni öhdəsində olan iri buynuzlu malları təhvil verənə kimi həmin kolxozda çoban işləmişdir. İşdən çıxanda əmək kitabçasını almamışdır. Kolxozdan işdən çıxandan sonra bir müddət doğulduğu kənddə qalandan sonra heç bir təhsili olmadığından iş tapa bilmədiyinə görə 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və hazırda Rusiya Federasiyasında yaşayır. Hazırda Rusiya Federasiyasının qanunlarına əsasən pensiya yaşı tamam olduğundan Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında işləməsi ilə bağlı sənəd lazım olmuş və buna görə həmin sənədi almaq üçün müvəqqəti doğulduğu kəndə qayıdaraq Kürdəmir rayon Dövlət Arxivinə müraciət etmişdir. Kürdəmir rayon Dövlət arxivindən ona həmin kolxozda 1981-1982 və 1988-ci illərdə işləməsi ilə bağlı Arxiv arayışı verilmişdir. Həmin arxiv arayışında qalan illərin, yəni 1980-1981-1982-1983-1988-1991-ci illərin əmək haqqı kitablarının qismən təhvil verilməsi, 1984-1985-1986-1987-1989-1990-1992-1993- 1994-1995-1996-1997-ci illərin əmək haqqı kitablarının isə təhvil verilmədiyi üçün Arxiv Fondunda mövcud olmadığı qeyd edilmiş və bu səbəbdən həmin illərə görə işləməsi ilə bağlı heç bir sənəd əldə edə bilməmişdir. Halbuki, onun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi və xx.xx.1981-ci ildən 1997-ci ilin axırına kimi çoban işləməsini həmin vaxt onunla birlikdə həmin kolxozda işləmiş şahidləri də təsdiq edə bilərlər. Onun Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsi ilə bağlı əmək stajı müəyyən edilməsə, hazırda yaşadığı Rusiya Federasiyasında pensiya hüququndan istifadə edə bilməyəcəkdir. Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban işləməyi ilə bağlı 1981-1982 və 1988-ci illərdən başqa qalan illərlə bağlı sənədləri isə başqa cür əldə edə bilmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən səbəblər Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Plenum qərarında qeyd edilən üzrlü hallara aid deyildir. Ərizəçinin ifadələrindəki ziddiyyət bir daha qətnamənin hərtərəfli, tam, obyektiv araşdırılmadan qəbul edildiyini göstərir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə zalında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heş bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları hərtərəfli tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və Kürdəmir Rayon Məhkəməsinin 2(041)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.1980-ci il tarixli Səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1968-ci ildə Kürdəmir rayonu Şilyan 2 №-li səkkizillik məktəbinə daxil olmuş və 1976-cı ildə səkkizinci sinfi bitirmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli 329 nömrəli Arayışdan görünür ki, Ərizəçi həqiqətən xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli 3-48-25RA/2-162/2023 Arxiv Arayışından görünür ki, Ərizəçi 1980-1997-ci illərdə Kürdəmir rayon Jdanov adına (C.Cabbarlı) kolxozda işləməsi ilə bağlı əmək haqqı barədə Arxiv Arayışı verilməsi barədə müraciəti Arxiv İdarəsində araşdırılmış və Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir rayon Jdanov adına (C.Cabbarlı) kolxozun əmək haqqı kitablarına əsasən Ərizəçi barədə məlumatlar aşkar edilərək onun 1981, 1982 və 1988-ci illərdə həmin kolxozda kolxozçu işləməsi müəyyən edilmişdir. X24 hissəsində “Kürdəmir rayon Jdanov adına (C.Cabbarlı) kolxozun əmək haqqı kitabları 1980-1981- 1982-1983-1988-1991-ci illər qismən təhvil verilməsi, 1984-1985-1986-1987- 1989-1990- 1992-1993-1994-1995-1996-1997-ci illərin əmək haqqı kitabları isə təhvil verilmədiyi üçün Arxiv Fondunda mövcud deyil” qeyd edilmişdir. İşdə olan X5 məxsus olan və 1985-ci ildə doldurulmuş AZE ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, S.N.Əhmədov xx.xx.1979-cu il tarixdə keçmiş Jdanov adına kolxoza üzv qəbul edilmiş və xx.xx.1985-ci il tarixdə kolxozdan işdən çxmış, xx.xx.1985-ci il tarixdə Jdanov adına kolxoza üzv qəbul edilməklə süd əmtəə fermasına laborant vəzifəsinə qəbul edilmiş və xx.xx.1987-ci il tarixdə kolxoz üzvlüyündən azad edilmiş, xx.xx.1990-cı il tarixdə İdarə heyətinin qərarı ilə Cəfər Cabbarlı adına kolxozun baş zootexniki təyin edilmiş və xx.xx.1998-ci il tarixdə kolxozda aparılan islahatla əlaqədar olaraq kolxozun feromasının dağılması ilə əlaqədar kolxoz üzvlüyündən azad edilmişdir. İşdə olan X13 məxsus olan AZE ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, Z.C.Cavadov xx.xx.1980-ci il tarixdə C.Cabbarlı adına kolxoza baytar texniki vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixdə başqa işə keçməsi ilə əlaqədar C.Cabbarlı adına kolxoz üzvlüyündən azad edilmiş, xx.xx.1993-cü il tarixdə C.Cabbarlı adına kolxoza baytar texniki vəzifəsinə təyin edilmiş və xx.xx.1994-cü il tarixdə kolxozdan işdən çıxmış, xx.xx.1995-ci il tarixdə C.Cabbarlı adına kolxoza baş həkim təyin edilmiş və xx.xx.1997-ci il tarixdə vəzifəsindən azad edilmişdir. İşdə olan X6 məxsus olan xx.xx.1985-ci il tarixdə doldurulmuş AZE ******* nömrəli Kolxozçunun əmək kitabçasının surətindən görünür ki, Q.Z.Mahmudov xx.xx.1971-ci il tarixdə C.Cabbarlı adına kolxoza üzv qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə C.Cabbarlı adına kolxozun iri buynuzlu mal fermasına süd uçotçusu vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə C.Cabbavrlı adına kolxozun toyuq fermasına müdir təyin edilmiş, xx.xx.1985-ci il tarixdə C.Cabbarlı adına kolxozun ümumi yığıncağının qərarına əsasən kolxozun mal-qara fermasına müdir təyin edilmiş, xx.xx.1997-ci il tarixdə C.Cabbarlı adına kolxozun ləğv olunması ilə əlaqədar əmək fəaliyyətinə xitam verilmişdir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-863/2016 nömrəli qətnaməsinin Kürdəmir rayonunun Şilyan kəndində yaşayan X3 xx.xx.1979xx.xx.1980 və xx.xx.1982-1996-cı illərdə Kürdəmir rayonunun keçmiş C.Cabbarlı adına kolxozunda kolxozçu işləməsi faktı üzrə sosial sığorta stajı müəyyən edilmişdir. İşdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-357/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayon Dövlət Arxivi tərəfindən X4 adına verilmiş xx.xx.2016-cı il tarixli 445 nömrəli arxiv arayışının ərizəçi X7 məxsus olması faktı müəyyən edilməklə onun xx.xx.1978-01.06.197-cu və xx.xx.1981-1996-cı illərdə Kürdəmir rayonunun keçmiş C.Cabbarlı adına kolxozunda kolxozçu işləməsi faktı üzrə sosial sığorta stajı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X18 izahatında bildirmişdir ki, Ərizəçi məhkəməyə müraciət edərək onun xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan Cəfər Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Ərizəçi xx.xx.1977-ci il tarixdən başlayaraq Kürdəmir rayonunun keçmiş Jdanov adına (sonradan Cəfər Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsini göstərsələr də, həmin şahidlərdən X8 məxsus olan və iş materiallarına əlavə edilmiş Kolxozçunun əmək kitabçasının surətində onun xx.xx.1979-cu il tarixdə öz ərizəsinə əsasən həmin kolxozun üzvlüyünə qəbul edildiyi qeyd edilmiş, X9 məxsus olan və iş materiallarına əlavə edilmiş Kolxozçunun əmək kitabçasının surətində onun xx.xx.2080-ci ildə həmin kolxozun üzvlüyünə qəbul edildiyi qeyd edilmiş, X1 Qinyaz Yaqub oğlunun ondan əvvəl, yəni xx.xx.1977-ci il tarixdən Jdanov adına (sonradan Cəfər Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsini göstərsə də, iş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(041)-863/2016 nömrəli qətnaməsində onun xx.xx.1979-xx.xx.1980 və xx.xx.1982-1996-cı illərdə Kürdəmir rayonunun keçmiş C.Cabbarlı adına kolxozunda kolxozçu işləməsi faktı üzrə sosial sığorta stajı müəyyən edilmiş, X6 məxsus olan və iş materiallarına əlavə edilmiş Kolxozçunun əmək kitabçasının surətində onun xx.xx.1971-ci il tarixdə öz xahişi ilə C.Cabbarlı adına kolxoza üzv qəbul edildiyi, xx.xx.1974-cü il tarixdə isə həmin kolxozun iri buynuzlu mal fermasına süd uçotçusu vəzifəsinə təyin edildiyi qeyd edilmişdir. Məhkəmə iclasındla dindirilmiş şahidlərin ifadəsindən və iş materiallarına əlavə edilmiş rəsmi sənədlərdən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövr ərzində keçmiş Jdanov adına (sonradan Cəfər Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsi mübahisəli olmaqla sübüt olunmur. Həmçinin ərizəçi Məmmədov X11 rayon Dövlət Arxivi tərəfindən ona verilən xx.xx.2023-cü il tarixli Arxiv arayışında Kürdəmir rayonu Jdanov adına (C.Cabbarlı) kolxozunda 1981-1982 və 1988-ci illərdə işləməsinin müəyyən edilməsi İnzibati məhkəməyə aid olduğundan həmin illər hüquqi fakt kimi müəyyən edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X15 ifadəsində göstərmişdir ki, o, xx.xx.1979-cu il tarixdə öz ərizəsinə əsasən Kürdəmir rayonunun keçmiş Jdanov adına kolxozun üzvlüyünə qəbul edilərək kolxozun baş zootexniki vəzifəsinə təyin edilmişdir. xx.xx.1985-ci il tarixə kimi həmin vəzifədə işlədikdən öz ərizəsinə əsasən baş zootexnik vəzifəsindən çıxmış və xx.xx.1985-ci il tarixdə isə həmin kolxozun süd-əmtəə fermasına labarant vəzifəsinə təyin olunaraq xx.xx.1987-ci il tarixə kimi həmin vəzifədə işləmişdir. xx.xx.1990-cı il tarixdə yenidən Cəfər Cabbarlı adına kolxozda baş zootexnik vəzifəsinə təyin edilmiş xx.xx.1998-ci il tarixə kimi həmin kolxozda baş zootexnik vəsifəsində işləmişdir. Ərizəçi həmkəndli kimi yaxından tanıyır. Ərizəçi ondan əvvəl, yəni 1977-ci ilin əvvəlindən hərbi xidmətə gedənə kimi keçmiş Jdanov adına kolxozun mal fermasında çoban işlədiyini görmüşdür. Sonradan o, xx.xx.1979-cu il tarixdə Jdanov adına kolxoza baş zootexnik təyin olunandan sonra Ərizəçi hərbi xidmətdən qayıtmış və 1981-ci ilin yanvar ayının 1-də onun xidmət göstərdiyi mal fermasında çoban kimi əmək fəaliyyətini davam etdirib 1997-ci ilin dekabr ayının axırına kimi çoban işləmiş və öhdəsində olan malları islahat kommissiyasına təhvil verəndən sonra 1997-ci ilin axırında kolxozdan işdən çıxmışdır. Hazırda Ərizəçi Rusiya Federasiyasında yaşamaqla tez-tez doğulduğu kəndə gəlib gedir. Sonradan X31 adına kolxozun şəxsi heyətə dair sənədlərinin dövlət arxivinə təhvil verilib-verilməməsindən heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X16 ifadəsində göstərmişdir ki, o, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunun X31 (əvvəllər Jdanov) adına kolxozun mal fermasında malabaxan kimi əmək fəaliyyətinə başlayıb xx.xx.1980-ci ilə kimi mal fermasında malabaxan işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən başlayaraq 1997-ci ilin axırına kimi X31 adına kolxozun mal fermasında malabaxan işləmişdir. Kolxozların fəaliyyətinə xitam verilməsi ilə əlaqədar 1997-ci ilin axırında kolxoz üzvlüyündən azad edilmişdir. Həmkəndlisi Ərizəçi ondan əvvəl, yəni 1977-ci ilin yanvar ayında X31 adına kolxozun mal fermasında çoban kimi əmək fəaliyyətinə başlayıb hərbi xidmətə gedənə kimi, yəni xx.xx.1979-cu ilə kimi mal fermasında çoban işləmişdir. Ərizəçi hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilin yanvar yanın əvvəlində yenidən keçmiş C.Cabbarlı adına kolxozun mal fermasində əmək fəaliyyətini davam etdirib 1997-ci ilin axırına kimi çoban işləmiş, kolxozların fəaliyyətinə xitam verildiyinə görə öhdəsində olan mallırı təhvil verdikdən sonra o, 1997-ci ilin axırında kolxozdan işdən çıxmışdır. Ərizəçi 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və hazırda o, Rusiya Federasiyasında yaşayır. X31 adına kolxozun şəxsi heyətə dair sənədlərinin dövlət arxivinə təhvil verilibverilməməsindən heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X21 ifadəsində göstərmişdir ki, o, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunun X31 adına kolxozda baytar texniki vəzifəsinə təyin edilərək xx.xx.1990-ci il tarixə kimi həmin vəzifədə işlədikdən sonra başqa işə keçməsi ilə əlaqədar kolxozdan işdən çıxmışdır. Sonradan xx.xx.1993-xx.xx.1994-cü illər və xx.xx.1995-xx.xx.1997-ci illərdə keçmiş C.Cabbarlı adına kolxozda baytar texniki vəzifəsində işləmişdir. O, X31 kolxozunda baytar texniki işlədiyi müddətdə Ərizəçi həmin kolxozun mal ferməsində çoban işləmiş və 1997-ci ilin axırında kolxozdan işdən çıxmışdır. Ərizəçi hazırda Rusiya Federasiyasında yaşayır. X31 adına kolxozun şəxsi heyətə dair sənədlərinin dövlət arxivinə təhvil verilib-verilməməsindən heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X17 ifadəsində göstərdi ki, o, xx.xx.1971-ci ildə X31 (əvvəl Jdanov) adına kolxoza üzv qəbul edilmiş, xx.xx.1974-cü il tarixdə isə həmin kolxozun iri buynuzlu mal fermasına süd uçotçusu vəzifəsinə təyin edilərək xx.xx.1983-cü il tarixə kimi iri buynuzlu mal fermasının süd uçotçusu vəzifəsində işləmişdir. xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixə kimi həmin kolxozun toyuq fermasının müdiri işləmiş, xx.xx.1985-ci il tarixdə kolxozun ümumi yığıncağının qərarına əsasən kolxozun mal-qara fermasının müdiri təyin edilərək xx.xx.1997-ci il tarixə kimi mal fermasının müdiri vəzifəsində işləmişdir. O, C.Cabbarlı adına kolxozun mal fermasında süd uçotçusu işlədiyi müddətdə həmkəndlisi Ərizəçi 1977-ci ilin yanvar ayının əvvəlində mal fermasında çoban kimi əmək fəaliyyətinə başlayaraq hərbi xidmətə gedənə kimi fermada çoban işləmişdir. Ərizəçi 1980-ci ilin axırlarında hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildə yenidən kolxozun mal fermasında çoban kimi fəaliyyətini davam etdirib öhdəsində olan malları 1997-ci ilin axırında təhvil verəndən sonra kolxozdan işdən çıxmışdır. O, istər C.Cabbarlı adına kolxozun mal fermasında süd uçotçusu və istərsə də, mal fermasının müdiri vəzifəsində işləyərkən birlikdə kolxozun eyni sahəsində, yəni maldarlıq sahəsində çalışmışlar. Ərizəçi hazırda Rusiya Federasiyasında yaşamaqla teztez doğulduğu kəndə gəlib gedir. X31 adına kolxozun şəxsi heyətə dair sənədlərinin dövlət arxivinə təhvil verilib-verilməməsindən heç bir məlumatı yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X14 ifadəsində göstərdi ki, o, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunun X31 (əvvəllər Jdanov) adına kolxozun mal fermasında malabaxan kimi əmək fəaliyyətinə başlayıb xx.xx.1980-ci ilə kimi mal fermasında malabaxan işləmişdir. xx.xx.1980-xx.xx.1982-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən başlayaraq 1997-ci ilin axırına kimi X31 adına kolxozun mal fermasında malabaxan işləmişdir. Kolxozların fəaliyyətinə xitam verilməsi ilə əlaqədar 1997-ci ilin axırında kolxoz üzvlüyündən azad edilmişdir. Həmkəndlisi Ərizəçi ondan əvvəl, yəni 1977-ci ilin yanvar ayında X31 adına kolxozun mal fermasında çoban kimi əmək fəaliyyətinə başlayıb hərbi xidmətə gedənə kimi, yəni xx.xx.1979-cu ilə kimi mal fermasında çoban işləmişdir. Ərizəçi hərbi xidmətdən qayıtdıqdan sonra 1981-ci ilin yanvar yanın əvvəlində yenidən keçmiş C.Cabbarlı adına kolxozun mal fermasində əmək fəaliyyətini davam etdirib 1997-ci ilin axırına kimi çoban işləmiş, kolxozların fəaliyyətinə xitam verildiyinə görə öhdəsində olan malları təhvil verdikdən sonra o, 1997-ci ilin axırında kolxozdan işdən çıxmışdır. Ərizəçi 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və hazırda o, Rusiya Federasiyasında yaşayır. X31 adına kolxozun şəxsi heyətə dair sənədlərinin dövlət arxivinə təhvil verilibverilməməsindən heç bir məlumatı yoxdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyində göstərmişdir ki, Ərizəçi xx.xx.1977ci ildə Kürdəmir rayonunun keçmiş Jdanov (sonradan C.Cabbarlı) adına kolxozun mal fermasında çoban işləməyə başlayıb xx.xx.1979-cu çoban işlədiyini göstərsə də, həmin illərdə onun həmin kolxozda çoban işləməsi iş üzrə dindirilmiş şahidlərin ifadəsi ilə öz təsdiqini tapmamış, həmçinin işdə olan sənədlərdə də öz təsdiqini tapmamış, lakin ərizəçi kolxozdan işdən çıxarkən əmək kitabçası almamış və bundan sonra da onun əmək kitabçası alması mümkün deyildir. Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1997-ci il tarixə kimi Kürdəmir rayonunun keçmiş Jdanov (sonradan C.Cabbarlı) kolxozunun mal fermasında çoban işləməsi özünün izahat, məhkəmə iclasında dindirilmiş şahidərin ifadələri, həmçinin iş materialları ilə bir daha sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə muvafiq qiymət verərəkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu fakları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Kollegiyası diqqətə çatdırır ki, sadalanan prosessual hüquq normalarının mənasından görünür ki, məhkəmə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi ilə əlaqədar işlərə baxarkən faktın təsdiqini o zaman həyata keçirə bilər ki, ərizəçiyə lazım olan sənədlər ya itirilmiş, həmin sənədlərin bərpası mümkün deyil, ya da ona lazım olan sənədləri o, başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarından görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal olmaqla, yuxarıda göstərilənlər baxımından əsassızdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-217/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1148/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1148/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver