Məhkəmə qərarları › İş №2(106)-1150/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1150/2023

02.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1150/2023 02.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)-135/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)-135/2023 saylı qətnaməsi ilə (hakim Rəşad Nuriyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Ağcabədi rayonunun Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət edilmişdir. Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)- 135/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Ağcabədi rayonunun Qaravəlli kəndində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması və evin boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22 may 2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Ağcabədi rayonu Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin qeyri-yaşayış binasının boşaldılmasından imtina edirlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ağcabədi rayonu Qaravəlli kəndində 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan şəxslər barədə məlumatın alınması üçün Ağcabədi rayon polis şöbəsinə və Ağcabədi Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edilmişdir. Sorğulara əsasən müəyyən edilmişdir ki, daha əvvəl Cavabdeh1 mülkiyyətində olmuş Ağcabədi rayonu Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayan X11, X8, X5 və X12 qeydiyyatdadırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti mülkiyyətində olan Ağcabədi rayonu Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin 10 gün ərzində könüllü olaraq boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə cavabdehlərə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehlər müddətin başa çatmasına baxmayaraq əmlakı könüllü surətdə boşaltmamışlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı QSC onunla kirayə müqaviləsi bağlamamış, bu barədə ona ümumiyyətlə hər hansı təklif verməmiş, öz növbəsində məhkəmə qeyd edilən hala hüquqi qiymət vermədən hazırkı mübahisəli qətnaməni qəbul etmiş, nəticə etibarı ilə onun kirayə müqaviləsi bağlanması məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Belə ki, mübahisəli qətnamə icra olunduqdan sonra onun qeyd edilən tələblə məhkəməyə müraciət etməyi öz mənasını itirmiş olur. Məhkəmə tərəfindən ona hər hansı bildiriş göndərilməmiş, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olmuşdur. Onun məhkəmə bildirişini alıb, xəbərnaməyə imza atması reallığa uyğun gəlmir. Bu isə o deməkdir ki, ona ünvanlanmış bildirişlər məhkəmənin ünvanına geri qaytarılmışdır. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı QSC-dən ev təmiri üçün yaşadığı evi girov qoyub pul götürmüş, krediti götürəndən 1 ay sonra dolların məzənnəsi 1.78 manat olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Ona banka olan borcunu hər ay 200 manat məbləğində ödəməsinə möhlət verilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)-135/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Ağcabədi rayonu Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi 22 may 2018-ci il tarixdən İddiaçı QSC-nin adına hüquqi qeydiyyatdan keçmişdir. İşdə olan 20 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Tapdıqlı X9 rayonu, Qaravəlli kəndində 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 137,4 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin İddiaçı QSC-nin mülkiyyətində olması və cavabdehlərə 10 gün ərzində qeyri-yaşayış binasını könüllü olaraq boşaltmaları və tərk edərək Banka təhvil vermələri barədə xəbərdar olunmuşlar. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli 2(017)-768/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, X3 və X7 əsas borc 28294,23 ABŞ dolları, əsas borca hesablanmış faiz borcu 6190,01 ABŞ dolları, cərimə borcu 200 ABŞ dolları olmaqla, cəmi 34684,24 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 21 manat dövlət rüsumuvə 10 manat xidmət haqqı olmaqla, cəmi 31 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 24 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nə ödənilməsilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyətində olan Ağcabədi rayonu Qaravəlli kəndində yerləşən 137,4 kv.m. ümumi 101,8 kv.m. yaşayış, 35.6 kv.m. yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, paylı mülkiyyətlərində olan Ağcabədi rayonu Qaravəlli kəndində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyanlara verilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, X1 və X7 müştərək qaydada tutulması qət edilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətlərinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)-135/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2(017)-135/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar