Məhkəmə qərarları › İş №2(106)-1155/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1155/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1155/2024 09.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X21 Tərlan oğlunun sədrliyi ilə, Heydərov Tofiq Xudayar oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, X24 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(073)-1462/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi verərək xx.xx.2011-ci il təvəllüdlü oğlu X11 aid hissədə onun evdən getdiyi xx.xx.2022-ci ildən hal-hazıradək olan 4 ay ərzində 360 manat alimentin müəyyən olması, xx.xx.2009-cı il təvəllüdlü oğlu X3 aid hissənin xx.xx.2020-ci ildən mart 2023-ci ilədək 29 ay üçün alimentin müəyyən olunması, Məşi və Dönməzə dair yanlış hesablanmış aliment öhdəliyinə xitam verilməsi, xx.xx.2012-ci il təvəllüdlü X5 onun yanında qalması və X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün X4 hər ay 90 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 90 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(073)-1462/2023 saylı qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia təmin edilərək 22 iyun 2023-cü ildən başlayaraq 25 sentyabr 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 90 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30,80 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər faktiki evlənmişlər, nikahlarını isə 18 mart 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 iyun 2009-cu il təvəllüdlü Məhəmməd, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları doğulmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqların analarının yanında qalması müəyyən olunmuşdur. Bundan sonra 06 iyun 2009cu il təvəllüdlü Məhəmməd adlı uşaq iddiaçının yanında qalsa da, 13 mart 2011-ci il təvəllüdlü Məşi və 25 sentyabr 2012-ci il təvəllüdlü Dönməz adlı uşaqları iddiaçının yanında qayıtmışlar. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)1945/2021 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020ci il tarixli 2(073)-1372/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaq tələbi barədə iddiası təmin edilərək, birgə nikahlarından doğulmuş 13 mart 2011-ci il təvəllüdlü X10 və 25 sentyabr 2012-ci il təvəllüdlü X7 iddiaçının yanında yaşamasının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1102/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsi ləğv edilərək, həmin iş üzrə icraata xitam verilmişdir. Daha sonra tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Məşi adlı uşağı da anasının yanına qayıtmışdır. Hazırda 25 sentyabr 2012-ci il təvəllüdlü X12 iddiaçı ilə birlikdə yaşayır. İddiaçı hazırda işləmir və uşağın maddi cəhətdən saxlanmasında çətinlik çəkir. Cavabdeh isə işləyir və aylıq əmək haqqı alır. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında könüllü olaraq iddiaçıya kömək etmir. Bundan başqa, o maddi imkanı olmadığına görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəyə bilməmiş və buna görə də onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə verilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı 1 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun əvvəllər də maddi imkanı olmamış və hazırda da maddi imkanı yoxdur. Məhkəmə hökmü ilə məhkum edilməsi isə iddiaçının işləmək imkanlarını da məhdudlaşdırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, azyaşlı övladı Niftullayev Dönməz məktəbdən yayındırılmış və kəndin küçələrində dəmir qırıntıları toplaması ilə məşğul olur və toplanmış dəmir qırıntılarından əldə edilmiş vəsait İddiaçı siqaret və araq puluna sərf edilir. Bu övladının istismar edilməsi və onun gələcəkdə normal, savadlı bir vətəndaş olaraq böyüməsinə imkan verilməməsi deməkdir. X8 uzun müddət ailəsinə baxmadığından övladlarını valideyinlərinin vəsaiti hesabına saxlamışdır. İddiaçı insanı kefiyyətlərə malik olmayan şəxsdir. O heç vaxt övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaq qabiliyyətinə malik deyildir. İddiaçı iki azyaşlı övladlarını onun evdə olmamağından istifadə edərək oğurlayıb bir neçə ay müddətində onları təhsildən, tərbiyədən ayrı salmışdır. 02 dekabr 2020-ci il tarixində (Məhkəmə Qətnaməsindən 2 ay sonra) atası işdə olmuş və o isə ərzaq mağazasına gedən zaman Zahid digər şəxslə birlikdə həyət qapısını sındırmış və uşaqları nənəsinin yanına aparacağı və yenidən qaytarıb gətirəcəyi vədi ilə aldatmış iki azyaşlı övladını aparmışdır. O zaman böyük övladı Zahidin sözünə inanmadığı üçün getməmişdir. O, evə qayıdanda evdə qalan böyük oğlu bildirmişdir ki, ataları Zahid və onunla gələn şəxs kiçik yaşlı uşaqların əlindən tutaraq zorla darta-darta aparmışdır. Bununla əlaqədar ilk növbədə keçmiş həyat yoldaşı ilə əlaqə saxlamaq istəmiş, lakin ona cavab verilməmişdir. Sonradan o qohumlarından öyrənmişdir ki, Zahid övladlarını Bakı şəhərində gizlin bir evdə saxlayır. Ona görə də, onun övladlarını onalra xəbər verilmədən oğurlayıb aparılması ilə bağlı 102 Xidmətinə və Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət etmiş və Bölmənin əməkdaşları işin mülki qaydada həll olunmalı olduğu bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, onları tanıyan rayon camaatı övladlarını küçədə, binaların qarşısında dəmir metallar topladığını gördüklərini bildirmişdilər. O və atası deyilən ərazilərə gedərək saatlarla övladlarını axtarsa da, tapmamışdır. İddiaçı övladının birini - xx.xx.2012-ci il təvəllüdlü X9 zorla, hədə qorxu ilə yanında saxlayır, onu məktəbdən yayındırır, məktəbdə təhsil almalarına imkan vermir. Halbuki, övladlarının təhsil almalarının bünövrəsi indi qoyulur. Belə ki, Zahidin özü heç yerdə işə getmədən, körpə övladlarını küçələrə dəmir qırıntıları toplanması üçün göndərməsi və körpələrinin dəmir qırıntılarını toplamaqla əldə edilən pula Zahid özünə siqaret və spirtli içki alaraq içməsi, onun mənəvi keyfiyyəti olmayan bir şəxs olduğunu göstərir. İddiaçı özünün təhsil səviyyəsi çox aşağı olduğu üçün, onun övladlarına heç bir təhsil-tərbiyyə vermək qabiliyyəti yoxdur. Hazırda İddiaçı məhkəməyə müraciət etməsinin əsası səbəbi ondan ibarətdir ki, o, uşaqların saxlanmasına görə aliment ödəməsin. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə onların nikahının pozulması və uşaqların hər üçünün onun yanında saxlanması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəməsi birincin instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bundan 4 ay sonra, xx.xx.2020-ci il tarixdə uşağın birinci iddiaçı ondan alaraq öz yanına aparmışdır. Hazırda uşaqlardan biri iddiaçıda, digər ikisi isə ondadır. Qeyd edir ki, onda olan uşaqlara görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti iddiaçı ödəmir, lakin özü aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırır. İddiaçının 7000 manata yaxın aliment borcu var və bu səbəbdən cinayət işi açılmış, məhkəmə tərəfindən onun barəsində azadlığın məhdudlaşdırılması cəza tədbiri seçilmişdir. Özü bağçada işləyir və aylıq əməkhaqqı 163 manat məbləğ təşkil edir. Öz yanında qalan övladları ilə iddiaçının ünsiyyətinə heç bir maneçilik törətmir, lakin buna baxmayaraq o, iddiaçı yanında qalan övladını iki ildir ki, görə bilmir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının atasıdır. Dönməz adlı uşaq hazırda iddiaçının yanındadır. Tərəflər arasında olan ilkin məhkəmə mübahisəsi zamanı birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi qəbul edildikdən sonra cavabdeh uşaqları Bakıya aparmışdır. Cavabdeh uşağa xəsarət yetirmiş, sonra isə iddiaçı Dönməz adlı övladını 2020-ci ilin noyabr ayının sonlarından öz yanına gətirmişdir. Dönməzin onlarda qalması barədə 2021-ci ildə qəbul edilmiş qətnamə Şirvan Apellyasiya Məhkəməsində ləğv edilmiş, lakin həmin qətnamədən məlumatsız və xəbərsiz olmuşlar. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1462/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci ildə doğulmuşdur, atası İddiaçı, anası X15r. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-1372/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Cəlilabad rayon Alar kənd İnzibati Ərazi Üzrə Nümayəndəliyində bağlanmış 18 mart 2011-ci il tarixli 19 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 06 iyun 2009-cu il təvəllüdlü X2, 13 mart 2011-ci il təvəllüdlü X10 və 25 sentyabr 2012-ci il təvəllüdlü X7 iddiaçı Cavabdeh yanında qalmalarının müəyyən edilməsi, 11 iyun 2020-ci ildən başlayaraq cavabdeh İddiaçı 06 iyun 2009-cu il təvəllüdlü X2, 13 mart 2011-ci il təvəllüdlü X10 və 25 sentyabr 2012-ci il təvəllüdlü X7 yetkinlk yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 90 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi qət olunmuşdur. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-1245/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli, 2(073)-1372/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-251/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı valideynlik hüququndan məhrum etmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 13 mart 2011-ci il təvəllüdlü X10 və 25 sentyabr 2012-ci il təvəllüdlü X7 İddiaçı himayəsində yaşamasının müəyyən edilməsi qət olunmuş, lakin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-(106)-1102/2022 saylı qərardadına əsasən Cavabdeh şikayəti qismən təmin edilərək, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2021-ci il tarixli 2(073)-259/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsin xx.xx.2023-cü il tarixli 2(073)-140/2023 saylı hökmünə əsasən təqsirləndirilən şəxs İddiaçı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşağın yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallları tam və hərtərəfli araşdırılaraq müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(073)-1372/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların iddiaçı Cavabdeh yanında qalmalarının müəyyən edilmiş və onların yetkinlk yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 90 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-1245/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin icra sənədi qanuni qüvvəsini aldıqdan sonra icra edilmişdir. X1 atası İddiaçı yanında saxlanılması, qüvvədə olan Cəlilabad Rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəçiliyinə xitam verilməsi barədə tələb (və ya qüvvədə olan qətnamə) mövcud olmadan hazırkı tələbin təmin edilməsi yolverilməzdir. Kollegiya diqqətə çatdırır ki, adıçəkilən - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-1245/2021 saylı qətnaməsindən İddiaçı narazı olduğu halda kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini, və ya işə yenidən baxılaraq uşaqların onun yanında saxlanılması və alimentin ona ödənilməsini tələb edə bilərdi. Həmçinin qeyd edilməlidir ki, MM-in 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı olduqda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Aliment tələbi isə məhz uşaqların saxlanılması məqsədi daşıdığından maddi vəziyyəti yaxşı olmadığı halda hazırkı iş üzrə iddiaçı ərizəsində göstərildiyi (maddi imkansızlıq, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması nəticəsində aliment ödənilməsinin mümkünsüzlüyü və digər) hallar əsasında məhkəmədə aliment həcminin azaldılması ilə bağlı da iddia qaldıra bilərdi. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Habelə MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(073)-1462/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar