Məhkəmə qərarları › İş №2(106)-1162/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1162/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1162/2025 31.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzilə köçürülməyini və ünvan 1vanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan RİH, Salyan MİTTİB MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs3 atası X7 xx.xx.2023cü ildə və anaları X2 xx.xx.2024-cü ildə vəfat etmişlər. Salyan şəhəri Yusif Qasımov küçəsi 4 saylı evin 34 saylı mənzili mərhum ata X4 Salyan XDS İK xx.xx.1985-cı il tarixli 150 saylı orderlə 5 nəfər ailə üzvünə verilmişdir. X7 vəfat etdiyi üçün birgə mülkiyyətdə olan evə reyestr çıxarışı alınması üçün Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMCyə, Maraqlı şəxs1nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsinə müraciətolunmuş və orderdən də göründüyü kimi üç vərəsənin adı var və üçüdə qanun üzrə vərəsə hesab edilmişdir. Evin sənədləşdirilməsi üçün Salyan RİH rəsmi ərizə verilməsinə baxmayaraq sənədləşmə üçün cavabdeh X7 vəfat etdiyi üçün mülkiyyət və vərəsəlik hüququ məhdudlaşdırılmışdır. X12 Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş və X7 xx.xx.2023-cü ildə və anaları X2 xx.xx.2024-cü ildə vəfat etdikləri və vərəsələr könüllü gəlmədiklərindən vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmçinin Salyan RİH-də müraciət etmiş və həmin mənzilə reyestr çıxarışı almaq istəmiş lakin vərəsələr arasında mübahisə olduğundan notariat ofisi vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Həmin evin reyestr çıxarışı verilməsi üçün mənzilə dair kirayə müqaviləsi bağlanılması üçün mərhum atası X7 və mərhum anası X1 vərəsələrinə Salyan MİTTİB MMC-yə təqdim edilməsindən ötrü məktub verilməsini, müraciət həll edilmədiyi halda bu barədə müvafiq imtina məktubu verilməsi xahiş olunmuşdur. Həmçinin DƏDKR 13 saylı Şirvan ərazi idarəsində də xahiş edilmiş lakin hər iki müraciətə cavab verilməmişdir. Odur ki, iddianın təmin olunmasını və İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzilə köçürülməyini və həmin mənzilə reystr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi üçün zəruri sənədlərin verilməsi üçün Salyan RİH, Salyan MİTTİB MMC və DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Həmin evdə qaynı Cavabdeh öz ailəsi ilə birlikdə qalır, onları evə buraxmır. Uşaqları ilə küçələrdə qalır, sığınacaq yeri yoxdur. Cavabdehə dəfələrlə deməsinə baxmayaraq, razılıq verməmiş və mənzilin sənədləşdirilməsinə maneəçilik törətmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə1 da Nümayəndə2 dediklərini bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə köçürülməsi, Cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən mənzilə reyestr çıxarışının hazırlanması, həmin mənzilə dair mənzil kirayə müqaviləsi və çıxarışın verilməsi, həmçinin zəruri sənədlərin verilməsi üçün Maraqlı şəxs1, Maraqlı şəxs1 "xxxx" MMC-nin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarına yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iş üzrə tam və hər tərəfli araşdırma aparmamışdır. Sübutlara düzgün qiymət verməmişdir. İşi birtərəfli aparmışdır. İddiaçının iddia ərizəsində göstərdikləri məhkəmə qətnaməsində olduğu kimi yazılmış və məhkəmə haradan belə bir nəticəyə gəldiyini göstərməmişdir. Belə ki, mərhum atası X7 12 aprel 2023-cü ildə, mərhum anası X2 15 mart 2024-cü il tarixdə vəfat etmişlər. İddiaçı arvadı Nümayəndə2 2020-ci ildə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia qaldırmış və onun iddiası təmin olunmamışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı ailə qurub arvadı ilə 2011-ci ildə mərhum atasının mənzilinə köçdükdən sonra cəmi orada 5-10 gün yaşamışlar. Sonradan onlar kirayəyə çıxmışlar. Mərhum atası onlara Salyan şəhəri Plastmas qəsəbəsi adlanan ərazidə torpaq alıb üstündədə pul vermişdir ki, onlar özlərinə ev tiksinlər. Lakin iddiaçı arvadı ilə bərabər aldıqları torpaq sahəsini satmışlar. İddiaçı arvadı ilə birlikdə 15 ildən artıqdır ki, həmin mənzildə yaşamırlar. Mənzil 3 otaqdan ibarətdir. Onların heç bir əmlakı 15 ildən artıqdır ki, onların evində yoxdur. Hazırda o, ailə qurmuşdur və həmin evdə ailəsiylə birlikdə yaşayır. Mərhum atası sağlığında oğlu İddiaçı pasport qeydiyyatından çıxarılmasına dair aiddiyyəti qurumlara müraciət etmiş, bir müddət sonra vəfat etmiş və iş yarımçıq qalmışdır. Qətnamə mübahisəli evin hüquqi statusu müəyyən edilməklə çıxarılmalıdır. İddiaçı mübahisələndirilən mənzilin hüquqi statusuna dair sübutunu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, həmin mənzil mövcud olduğunu nəzərə alıb onun statusunun dövlət qeydiyyatından keçməyən mənzillər kateqoriyasına aid edilməlidir. İddiaçı 2011-ci ildə mübahisəli mənzilə qaçırdığı arvadı ilə köçüb orada qısa müddət yaşasa da, həmin mənzil dövlət qeydiyatına alınmadığından, hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə tənzimlənə bilməz. Çünki həmin Məcəllənin 29-34-cü maddələri dövlət qeydiyyatına alınmış evlərlə əlaqədar mübahisələri tənzimləyir. Hazırki mübahisə həmin məcəllənin sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrindən bəhs edən normalarla da tənzimlənə bilməz. Çünki həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında buMəcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Bu mübahisə hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə də tənzimlənə bilməz. Həmin maddənində tətbiqi üçün zəruri şərtlərdən biri mübahisələndirilən mənzilin dövlət qeydiyyatına alınmasıdır. İddiaçı arvadı ilə ailə qurduğu gündən mübahisəli evdə yaşamamışlar. Hesab edir ki, iddia təmin edilməməlidir və xeyrinə yeni bir qətnamə qəbul edilməlidir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)- 677/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər maraqlı şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsini bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə huququ vardır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4-cü maddəsinə əsasən kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyator Cavabdeh vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Nümayəndə2 xx.xx.2011-ci il tarixdə Salyan rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 135 nömrəli qeydiyyat aparılmışdır. İş materiallarına əlavə olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arayışdan görünür ki, nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 aprel 2023-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Maraqlı şəxs1, Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən Salyan rayon Vəkil bürosuna vəkil Nümayəndə1 sorğusuna cavab olaraq 08 noyabr 2024-cü il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, ünvan 3 "xxxx" MMC-nin balansındadır. Bu mənzil Salyan rayon XDSİK-si tərəfindən 12 fevral 1985-ci il 150 saylı order ilə vətəndaş X4 4 nəfərdən ibarət ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. X7 xx.xx.2023-cü il tarixdə X2 2024-cü il tarixdə vəfat etmişdir. Mənzil 3 otaqdan ibarətdir. 35.72 kv metrdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş 20 fevral 2025-ci il tarixli arayışdan görünür ki, 12 avqust 2006-cı il tarixdən ünvan 3 ünvanında xx.xx.2022-ci il təvəllüdlü X11, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Salyan "xxxx" MMC tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC tərəfindən vətəndaş İddiaçı verilmiş 24 aprel 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 3№-li mənzil mərhum X3 adınadır. Həmin mənzildə ailə üzvləri İddiaçı, Nümayəndə2, X11, Cavabdeh, X5 və X6 pasport qeydiyatındadırlar. İş materiallarında olan Maraqlı şəxs1 Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyi MMC-nin 26 sentyabr 2026-cı il tarixli məktubundan görünür ki, Ağayev X8 şəhəri Yusif Qasımov küçəsi ev 4 mənzil 34 ünvanında yerləşən mənzildə uzun müddətdir yaşamır. İş materialları ilə müəyyən edilir ki, Salyan şəhəri Yusif Qasımov küçəsi 4 saylı evin 34 saylı mənzil mərhum X4 Salyan XDS İK xx.xx.1985-cı il tarixli 150 saylı orderlə 5 nəfər ailə üzvünə verilmişdir. X7 xx.xx.2023-cü ildə və X2 xx.xx.2024-cü ildə vəfat etmişlər və onların İddiaçı, Maraqlı şəxs3 və Cavabdeh adlı övladları qalmış, iddiaçı 2011-ci ildə ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çxıb başqa mənzildə yaşamağa başlamış və halhazırda da başqa mənzildə yaşayır. İddiaçı ilə yanaşı, övladları Uğur, Mirağa və Dəniz də sözügedən mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi” haqqında Qanunun 1 - c i m a d d ə s i n ə ə s a s ə n dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Qüüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsininin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Həmin qərarda həmçinin göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçının 2011-ci il tarixdə ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olubolmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə nə dərəcədə bağlılığının olması, digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi aydınlaşdırılmalıdır. Kollegiya diqqətə çatdırır ki, İddiaçı 2011-ci il tarixdən könüllü şəkildə mübahisəli mənzildən ailə üzvlərilə birlikdə çıxıb başqa yerə köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Təbii ki, iddiaçı mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. İddiaçı 2011-ci ildən etibarən əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada uzun müddət ərzində-14 ildən artıqdır yaşayır. Hətta apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi(arvadı) Nümayəndə2 izahatında bildirdi ki, 2018-ci ildə cehizlərini də mübahisə predmeti olan mənzildən çıxarmışdır. Bu hal isə iddiaçının ailə üzvləri ilə birlikdə birdəfəlik başqa yaşayış sahəsinə köçüb getməsinə dəlalət edən haldır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin mənzilə istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Göründüyü kimi, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 2011-ci ildə ailə üzvləri ilə birlikdə ünvan 1vanda yerləşən mənzili tərk edərək müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirdiyindən yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilməlidir. Ona görə də qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(057)-677/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar