Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1167/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, Savalanlı Aysel Əbdül qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(018)-48/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan, Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışa əsasən Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsi X9, X1, X10, İddiaçı3, İddiaçı4 və X3 ümumibirgə mülkiyyətindədir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh dəfələrlə torpağı boşaltmasını bildirməyimizə baxmayaraq bizə əhəmiyyət verməmiş, torpağı boşaltmayacağını və məhkəməyə müraciət etməylərini bildirmişdir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Odur ki, mülkiyyətində olan, Astara rayonu, Suparıbağ kəndində yerləşən 0.205728 ha torpaq sahəsinin Cavabdeh qanunsuz zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddilarını müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh ona qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsi onun tərəfindən istifadə edilir və o,orada ağaclar əkmişdir. İddiaçı həmin torpaq sahəsini reyestr işçiləri ilə əlaqəyə girərək ona məxsus olan torpaqsahəsinin koordinatlarını sürüşdürməklə, ona məxsus olan torpaq sahəsinə sənəd almışdır. Ona görə ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********25 №-li reyestr çıxarışından məlum olur ki, Astara rayonu, Suparibağ ərazisində yerləşən 0,205728 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X9, X10, İddiaçı3, İddiaçı4, X7 və digərlərinin xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/8250 saylı rəyindən məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmali Daşınmaz emlakin Dövlət Kadastrı ve Revestn publik hüquqi şəxsi 10 saylı Lenkeran Ərazi İdarəsinin xx.xx.2024-cu il tarixli 3-21-3-44/2-3104/2024 saylı mütexessis rayinə əsasən, Hüquqlann Davlat qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 05.05 2015-ci il tarixli ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Cixansla (ikin huquqmuayyanedici sened JN-5824 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlat Ak asasında İddiaçı1 Mirnakim oğlunun və ailə üzvlərinin mülkiyyatlarinda sərhədləri və döngə koordinatian muayyed edilmişdir Araşdırma zamanı sözügedən torpaq sahəsinin sened üzrə mubahisəli ərazidə yerləşməsi və Torpaqların elektron kadastr uçotu informasiya sisteminde de mübahisəli ərazidə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07 10.2024-cu il tarixli, 3-21-3-44/2-3104/2024 saylı mütəxəssis rəyinə əsasən. Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 11 saylı qərarı əsasında JN-581 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə cavabdeh X4 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0.15 ha kənd feserrufati teyinatlı torpaq sahəsinin uç hissədən (0.0549 ha. 0.0430 ha ve 0.0512 ha) ibarət olması muəyyən edilmişdir Araşdırma zamanı sözügedən torpaq sahələrinin sənəd üzrə mübahisəli ərazidən kənarda yerləşməsi və Torpaqların elektron kadastr uçotu informasiya sistemində də mübahisəli ərazidən kənar (kəndin ayrı-ayrı yerlərində) üç hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözugedən 0.15 ha torpaq sahəsinin 0.0549 ha hissəsinin faktiki vəziyyələ uyğun 0,0419 ha olçude 00430 ha hissəsinin faktiki vəziyyətə uyğun 0.0335 ha ölçüdə və 0.0512 ha hissəsinin işə ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasın və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2- 3104/2024 saylı mütəxəssis rəyinə əsasən Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla (ilkın hüquqmüəyyənedici sənəd JN-582A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,19 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasın və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 07.10 2024-cu il tarixli, 3- 21-3-44/2-3104/2024 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden 05 05 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********25 reyestr nömrəli Çıxarışla (ilkin hüquqmüəyyənədici sənəd JN-582A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı1 Meraking egrünun və ailə uzvlərinin mülkiyyətlərində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-581 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş üç hissədən (0,0549 ha, 0,0430 ha və 0,0512 ha) ibarət 0,15 ha kənd təsərrüffatı təyinatlı torpaq sahəsinin sənəd üzrə üst-üstə düşməməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(018)-48/2025 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia qismən təmin olunmuş, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Astara rayonu, Suparibağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,19 ha hissəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyət təşkil edir. Məhkəmə tərəfindən işin halları tam, hərətərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən hüququ əsas olmadan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ona qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(018)-48/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmənin qətnamədə müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, istifadə etdiyi torpaq sahəsi 30 ildən artıq müddətdir ki, ona verilmiş, həmin torpaq sahəsində sitrus ağacları əkib becərmişdir. Ötən bu müddət ərzində nə iddiaçılar, nə də ki başqa şəxs istifadə etdiyi torpaq sahəsi ilə əlaqədar narazılığını bildirməmişdir. Lakin son vaxtlar iddiaçı reyestr işçiləri ilə əlaqəyə girərək, mülkiyyətində olan torpaq sahəsinin koordinatlarını sürüşdürməklə yerini dəyişdirmişlər. Məhkəmə tərəfindən işin bu həqiqi halı araşdırılmamışdır və əsassız qətnamə qəbul edmilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclası zamanı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, həmin torpaq sahəsini 30 ildən çoxdur ki, istifadə edir. Ekspert rəyi ilə razı deyil. Yenidən məhkəmə-mühəndis texniki ekspertizanın keçirilməsini xahiş etdi. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X11, X7, X5, X6, X2 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Astara Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(018)-48/2025 saylı qətnaməsinin qanuniliyini mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərinin həcmində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsas yaranmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/8250 saylı rəyinə əsaslanaraq İddiaçı1 və ailə üzvlərinə məxsus olan Astara rayonu, Supairbağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,19 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsi qənaətinə gəlmiş və iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilmişdir. Beləliklə, iş materiallarında olan 7 yanvar 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənədici sənəd JN-582 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********25 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən 0,205728 ha kənd təsərrüfatı təyinatlı sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur.
2. Araşdırma zamanı Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı əsasında JN-581 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç hissədən (0,0549 ha, 0,0430 ha ve 0,0512 ha) ibarət olması müəyyən edilmişdir. Araşdırma zamanı hemin 0,15 ha torpaq sahesinin 0,0549 ha hissəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur. Araşdırma zamanı sözügedən kənd təsərrüfatı təyinatlı sahəsinə dair "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Qeyd olunan mübahisəli 0,0549 ha torpaq sahəsinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli ərazidən orta hesabla 950 m məsafə fərqi ilə kənarda yerləşməsi müəyyən olunmuşdur. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən (dürüstləşdirilmə işlərinin nəticəsinə uyğun) Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,0549 ha kend təsərrüfatı təyinatlı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun mübahisəli ərazidə ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur.
3. Araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-582 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********25 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi müəyyən olunmuşdur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki vəziyyətdə natura ilə, eləcə də iddiaçı tərəfindən faktiki vəziyyətdə iddia edilən torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə uyğun hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidə ümumi sahə ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-582 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********25 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,155 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.
4. Araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinden xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat (Seriya RX ******* nömrəli) nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-582 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ve **********25 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 11 saylı qərarı esasında JN- 581 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 0,0549 ha hissəsinin sənəd üzrə koordinatlarının üstüstə düşməməsi müəyyən olunmuşdur. Göründüyü kimi, müvafiq dürüstləşdirmə aparıldıqdan sonra hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin 0.19 ha hissəsinin deyil, 0.155 ha hissəsinin zəbt edildiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında verilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən mütəxəssis rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Əlavə və ya təkrar ekspertiza təyin olunmasına zəurət yoxdur. Odur ki, sözügedən mütəxəssis rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. xx.xx.2025-ci il tarixli, 10/8250 saylı məhkəmə tikinti-texniki ekspertiza rəyinə gəlincə kollegiya qeyd edir ki, həmin rəy Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssis rəyi əsasında dürüstləşdirilmə aparılmamışdan qabaq verildiyindən mötəbər sübut hesab edilmir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(018)-48/2025 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(018)-48/2025 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan Astara rayonu, Suparibağ kəndində yerləşən 0,205728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilmiş 0,155 ha hissəsindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən mütəxəssis rəyi üçün ödənilmiş 95 manat cavabdehə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.