Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1169/2023 10.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün "xxxx" X3 Səhmdar Cəmiyyətinin hüquqi varisi kimi müəyyən olunması və cəmiyyət ləğv edildikdən sonra əmlakının qalan hissəsi, o cümlədən İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100×88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan binanın həyətyanı sahəsi ilə birlikdə "xxxx" X3 Səhmdar Cəmiyyətinin hüquqi varisi olaraq Ərizəçi verilməsi və Ərizəçi bu əmlak üzərində istifadə və sərəncam vermə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 1993-cü ildə təsis olunmuş və 2009-cu ildə ləğv edilmiş "xxxx" X3 Səhmdar Cəmiyyətinin hüquqi varisi müəyyən edilməsi, "xxxx" X3 Səhmdar Cəmiyyətinin İmişli rayonu, Qaradonlu kəndində yerləşən həyətyanı sahəsi 100×88 olan, 8 otaqdan ibarət, eni 12 metr, uzunluğu 22 metr olan daşınmaz əmlakın üzərində Ərizəçi mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi 24 may 2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. İmişli Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)- 3055/2016 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmiş, ərizə və apellyasiya şikayəti 11 avqust 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi şikayət vermişdir. İmişli Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(036)-3055/2016 saylı qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin baxılması üçün 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(106)-596/2023 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 22 avqust 2022-ci il və 26 dekabr 2022-ci il tarixli qərardadları ləğv edilmiş, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 24 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin yenidən araşdırılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsinin maraqlı şəxsə çatdırılması ilə bağlı işdə hər hansı mötəbər sübut yoxdur. İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) ərizə təmin olunmuş, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən iş üzrə maraqlı şəxs AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsini və müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsi tədqiq olunmuş sübutlar və hüquq normaları əsasında çıxarılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin heç bir marağına toxuna bilməz. Həmin idarə bu işdə maraqlarının konkret nədən ibarət olduğunu və onun maraqlarına hansı şəkildə toxunduğunu əsaslandırmamışdır və o, bu iş üzrə subyektiv hüquqa malik olan şəxs deyil. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi qətnamə barəsində məlumatı olmadığını bildirmiş, İmişli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli, 228120 nömrəli icra məktubunu aldıqdan sonra məlumat əldə etdiyini və qətnamənin surətinin idarəyə göndərilmədiyini göstərərək xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Şikayətə ötürülmüş prosessual müddətin bərpası haqqında ərizə əlavə edilmişdir. Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi xx.xx.2022-ci il tarixində icra məktubunu almış, 1 ay ərzində müraciət etməmiş və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. 4 ay sonra xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermiş və müddəti ötürmə səbəbinin üzrlü olması barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, İdarənin xx.xx.2022-ci il tarixindən əvvəl də qətnamə barəsində məlumatı var idi və hətta qətnamə əsasında bu qətnamə üzrə hüquq varisliyi formasında Ərizəçi keçən daşınmaz əmlakın reyestr sənədlərinin verilməsi üçün xx.xx.2021-ci il tarixdə Əmlak Kompleksi kimi müəssisənin cizgisi hazırlanmış və əməkdaşları M.Orucov tərəfindən tərtib olunmasına dair imzalı sənədlər mövcuddur. Bu da Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin qətnamə barəsində nəinki xx.xx.2022-ci il tarixində, hətta xx.xx.2021-ci il tarixdən öncə məlumatları olduğunu və bununla bağlı müvafiq sənədləşmələrin həyata keçirildiyini göstərir. Göründüyü kimi, məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bununla da İmişli Rayon Məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almayaraq əsassız qərardad qəbul etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 08 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 2(036)- 3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizəçi şikayətində maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməli olduğunu bildirmiş, bunu maraqlı şəxsin məhkəmə qətnaməsindən xx.xx.2022-ci ildən, hətta xx.xx.2021-ci ildən əvvəl məlumatlı olması ilə əsaslandırmışdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 27 iyun 2016-cı il tarixli, 2(036)- 3055/2016 saylı məktubunda İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)- 3055/2016 saylı qətnaməsinin surətinin məlumat üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərildiyi qeyd olunmuşdur. İmişli Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı məktubunda isə İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsinin surətinin icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 6 saylı Beyləqan Ərazi İdarəsinə göndərildiyi göstərilmişdir. Lakin iş materiallarında həmin məktubların həqiqətən də poçt vasitəsilə göndərilməsini təsdiq edən reyestr məlumatı, eləcə də, həmin məktubların maraqlı şəxsə çatdırılması barədə poçt xəbərnaməsi və ya poçt göndərişlərinin izlənilməsinə dair hər hansı sənəd mövcud deyil. Maraqlı şəxs isə prosessual müddətin bərpasına dair ərizəsində məhkəmənin 24 iyun 2016-cı il tarixli qətnaməsindən İmişli rayon İcra və Probasiya şöbəsinin 19 aprel 2022-ci il tarixli, 228120 nömrəli icra məktubu əsasında 25 aprel 2022-ci il tarixində məlumat aldığını bildirmişdir. Maraqlı şəxs 24 may 2022-ci il tarixində apellyasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunvericilikdə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıc tarixi tərəfə mübahisələndirilən məhkəmə qətnaməsinin rəsmi qaydada verildiyi gün hesab olunur. Hazırkı iş materiallarında isə İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qətnaməsinin surətinin maraqlı şəxsə rəsmi qaydada verilməsinə dair hər hansı təsdiqedici sübut mövcud deyil. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin işdə iştirak edən şəxsə rəsmi qaydada verilməsi ilə bağlı sübutların iş materiallarına əlavə edilməsi məhkəmənin öhdəliyi olduğundan, bu cür təsdiqedici xarakterli sübut isə iş materiallarında olmadığından, maraqlı şəxsin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin olunmaması üçün hər hansı əsas yoxdur. Bundan əlavə, ərizəçi şikayətində bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququ yoxdur və sözügedən qətnamə onun maraqlarına toxunmur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi (keçmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi) iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş, bunu göndərilən məhkəmə bildirişlərində qeyd etmişdir. Bundan əlavə, İmişli Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsində maraqlı şəxs olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyi qeyd edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi apellyatoru maraqlı şəxs kimi tanımışdır. İmişli Rayon Məhkəməsi 24 iyun 2016-cı il tarixli, 2(036)-3055/2016 saylı qətnaməsində gəldiyi nəticə ilə dolayı yolla maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə vəzifə qoymuşdur. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna hətta işdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malik olduğu halda, işdə iştiraka maraqlı şəxs qismində cəlb edilmiş və qətnamə ilə dolayı yolla üzərinə vəzifə qoyulmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin apellyasiya şikayəti vermək hüququna malik olmaması ilə bağlı ərizəçinin bildirdikləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.2, 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-3055/2016 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-1169/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1169/2023
10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver