Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-117/2024 21.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 qarşı «qanunsuz zəbt edilən torpaq sahəsindən çıxarılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)1682/2023 saylı qətnaməsindən İddiaçı2 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə 21 oktyabr 2024-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ailə üzvlərinə məxsus Lənkəran rayonu, Bürcəli kəndində yerləşən paybəlli torpaq sahəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız zəbtindən azad edilməli və Cavabdeh1 qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayırlar. Onların şəxsi mülkiyyətlərində 0,33 ha paybəli torpaq sahələri vardır. Həmin torpaq sahəsi Lənkəran rayonu Bürcəli kəndi ərazisində yerləşir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli 01 saylı qərarına əsasən Lənkəran rayon Aqrar İslahat Komissiyasının rayon ərazisində vətəndaşların mülkiyyətinə verilmişdir. Torpaq onların mülkiyyətlərində olsa da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 özbaşına hərəkətləri ilə onların faktiki olaraq mülkiyyətlərindən istifadə etmək hüquqlarından məhrum edilmişlər. Belə ki, torpaq sahələrini uzun müddətdir ki, qanunsuz zəbt etmişlər. Onlar torpaq sahələrinin zəbt olunması barədə Lənkəran rayonu Bürcəli kənd Bələdiyyəsinə dəfələrlə müraciət etmiş, lakin heç bir hüquqi əhəmiyyəti olmamışdır. Hal-hazırda tələblərinə baxan olmadığı üçün cavabdehlər torpaq sahələrinin onlara məxsus olmasını iddia edirlər. Qeyd olunan 0,33 hektar torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətinə verilmişdir. Onlar özlərinə məxsus torpaq sahəsini tikan və kollardan təmizləsələr də iş üzrə cavabdehlər həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, Cavabdeh1 həmin torpaq sahəsindən 10 ha sahəsinin digər Cavabdeh2 da 10 ha torpaq sahəsini qanunsuz zəbt etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, və X1 iddiaçılar İddiaçı1 və İddiaçı2 və digər ailə üzvlərinə məxsus Lənkəran rayonu, Bürcəli kəndində yerləşən paybəli torpaq sahəsini qanunsuz və əsasız zəbtindən azad edilməsi və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 Babalı oğlu iddianı qəbul etməyib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh2 və X16 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə əlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)1682/2023 saylı qətnaməsi (hakim R.Məmmədov) ilə, iddianın qismən təmin edilməsi, torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,159 ha hissəsi (Cavabdeh2 tərəfindən istifadə edilən) Cavabdeh2 qanunsuz istifadəsindən azad edilməsi, həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar Cavabdeh2 tərəfindən edilən maneələrin aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması, iddianın qalan hissədə, yəni cavabdehlər Cavabdeh1 və X8 münasibətdə rədd edilməsi, iş üzrə ekspertiza xərci təşkil edən 50 manat cavabdeh Dadaşova X9 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İddiaçı2 Lənkəran rayon məhkəməsinin 22 avqust 2023 saylı 2(049)-1682/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdehin vəkili və nümayəndəsi Babayev X15 rayon məhkəməsinin 22 avqust 2023 saylı 2(049)-1682/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflərin apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya icraatı zamanı izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini bildirərək, Lənkəran rayon məhkəməsinin 22 avqust 2023 saylı 2(049)-1682/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmiş, yalnız Cavabdeh1 məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlilləri həddində, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)1682/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi. əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Belə ki, Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək qismən ləğv edilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktından görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 23 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X10, X17, X19, X12 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyetrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 126,2 kv.m fərdi yaşayış evi bütövlükdə və altındakı 0,20 ha torpaq sahəsinin 2/3 hissəsi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli 10/6111 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyində - X20 məxsus Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı 35 ünvanında yerləşən 0,00625 ha torpaq sahəsinin və X2 mülkiyyətində olan faktiki olaraq X11 istifadə etdiyi daşınmaz əmlakın koordinatları və sərhədləri müəyyən olundu. İddiaçı X20 məxsus 0.00625 ha torpaq sahəsinin 6.3 m2 hissəsi cavabdehlər tərəfindən cənub-şərq istiqamətində istifadə edilir. Tərəflərin torpaq sahələri arasındakı sərhəddə inşa edilmiş daş hasarın iddiaçı X20 məxsus 0,00625 ha torpaq sahəsinin daxilində yerləşir. Sözügedən torpaq sahəsində daş hasarın tikintisinin davam etdirilməsi tikinti və şəhərsalma normaları baxımından mümkün olduğu, belə ki, X5 məxsus olan faktiki olaraq X11 istifadə etdiyi daşınmaz əmlakın fərdi yaşayış Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, iddiaçıların fatiki naturada istifadə ertdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayon, Bürcəli kəndi ərazisində yerləşən 0,33 ha kənd təsərrüfatı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-234 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bu rəyə əlavə edilmiş edilmiş sxemdə göstərilmişdir. JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsi ilə JN-234 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X13 və X3 ümumi birgə mülkiyyətində verilmiş Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,20 ha torpaq sahəsi ilə üst-üstə düşmür, qonşu torpaq sahələridir. 1-ci və 2-ci sualların cavablarında göstərildiyi kimi Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və X14 mülkiyyətlərində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir. Digər Cavabdeh2 ekspertiza zamanı iştirak etmədiyindən, onun istifadə olan torpaq sahəsinin ətrafı hasarlı və qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmadı. Bu səbəbdən də JN- 0236 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1 və X14 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilib-edilmədiyini təyin etmək mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3795 saylı rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, İddiaçı1 və İddiaçı2 faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran rayonu, Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktl”na əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran ray. Bürcəli kəndi ərazisində yerləşən 0.33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair sahələsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Cavabdeh1 və ailə üzlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsinin koordinatları müəyyən edildi. Məlum oldu ki, Cavabdeh1 və ailə üzvlərinin faktiki naturada istifadə etdikləri torpaq sahəsi Lənkəran r. Bürcəli kəndinin torpaq islahatına dair işlənmiş kompleks yerquruluşu layihəsində göstərilən JN 234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndi ərazisində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları daxilində yerləşmir. Qeyd olunmalıdır ki, Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktl”na əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi ilə JN-234 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh1, X13, X3 ümumi mülkiyyətinə verilmiş Lənkəran r. Bürcəli kəndində yerləşən 0.20 ha torpaq sahəsi üstəüstə düşmür, qonşu torpaq sahələridir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən xüsusi mülkiyyətə verilən pay torpaq sahələrinin bölgü layihəsi mübahisəli ərazidə payçıların faktiki istifadə vəziyyəti ilə uyğun gəlmir. Bürcəli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN- 0236 “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir. Digər Cavabdeh2 ekspertiza zamanı iştirak etmədiyindən, onun istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlı və qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmadı. Bu səbəbdən də JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində Lənkəran r. Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilib-edilmədiyini təyin etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, torpağa elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-236(KOD ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verilmiş Lənkəran rayonu Bürcəli kənd ərazisində yerləşən 0,33 ha torpaq sahəsinin 0,159 ha hissəsinin Cavabdeh2 və 0,067 ha hisssəsinin isə digər Cavabdeh1 tərəflərindən istifadə eidlməsi müəyyən olunmuşdur. Əlavə olaraq bildirilib ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətlərində olan 0.20 ha torpaq sahəsinin 0.01 ha hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadələrində olması müəyyən olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbindən müəyyən edilir ki, iddiaçılar Lənkəran rayonu, Bürcəli kəndində yerləşən özülərinə məxsus 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qanunsuz istifadəsindən geri qaytarılmasını, bunula bağlı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edirlər. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istiadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən birinci, ikinci və üçüncü hissələrinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tədqiq edərək, Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,159 ha hissəsinin (Cavabdeh2 tərəfindən istifadə edilən) Cavabdeh2 qanunsuz istifadəsindən azad edilməsi, həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılması və onun qanunsuz hərəkətlərinə son qoyulması qənaətinə gəlmişdir. İddiaçı2 oğu apellyasiya icraatı zamanı verdiyi izahatında Cavabdeh1 qarşı tələb irəli sürülməsinin əsası kimi, Cavabdeh1 tərəfindən də onlara məxsus olan torpaq sahəsindən istifadə edilməsinə suni maneələr yaradıldığını bildirmişdir. Belə ki, Cavabdeh1 digər cavabdeh Rahilə Məmmədovanın bacısıdır. Onalara məxsus olan torpaq sahəsi Rahilə Məmmədova tərəfindən zəbt edilərək istifadə edilir. Rahilə Məmmədovanın olmadığı zamanlarda da Nəzakət həmin torpaq sahəsinin bacısına məxsus olduğunu bildirərək öz mülkiyyətimizdə olan torpaq sahəsindən istifadə etməyimizə maneələr yaradır. Odur ki, məhkəmə kollegiyası tərəfindən bu halın da nəzərə alınmasını xahiş edir. Cavabdeh2 vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, Cavabdeh2 birinci instansiya məhkəməsindəki icraat zamanı ekspertizanının keçirilməsində iştirak edə bilməmiş, istifadəsində olan torpaq sahəsinin ətrafı hasarlı və qapısı bağlı olduğundan ölçü işləri aparmaq mümkün olmamışdır. Bu səbəbdən də JN-0236 saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayon Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lənkəran rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə 10 saylı Lənkəran Ərazı İdarəsindən cavabdehə bu barədə heç bir məlumat verilmədən məlumat vermədən mütəxəssis rəyi alınmış və həmin rəydə qeyd edilmişdir ki, guya Lənkəran rayon Bürcəli kəndi ərazisində yerləşən və iddiaçıya məxsus olan 0.33 ha torpaq sahəsinin 0.159 ha hissəsinin Cavabdeh2 tərəfindən, 0.067 ha hissəsinin isə digər Cavabdeh1 tərəfindən istifadə edilməsi göstərilmişdir. Məhkəmə mütəxəssis rəyini elektron kabinetə yerləşdirməmiş, məhkəmə zalında Ahəmin rəylə tanışlıq üçün vaxt verməmişdir. Həmin rəyi verən mütəxəssislər Nail Abıyev və Qiyas Quliyevin məhkəmədə dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Kollegiya cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, yuxarıda qeyd halların araşdırılması xüsusi bilik tələb etdiyindən JN 0634 KOD 80214018 №-li “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayon Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilib-edilmədiyinin, əgər zəbt edilmişdirsə 0.33 ha torpaq sahəsinin hansı hissə və ölçülərinin müəyyən edilməsini zəruri hesab edərək mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzindən daxil olmuş 3-16-16/2-10/6276 saylı, 21 avqust 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1903/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-236 KOD ********* №-li “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayon Bürcəli kəndində yerləşən 0.33 ha torpaq sahəsinin 0,159 ha hissəsinin (şərq istiqamətindən) cavabdeh X7 və 0,067 hissəsini (qərb istiqamətindən) isə digər Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən eilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 təşkil edir. Məhkəmə kollegiyası yekun olaraq işin araşdırılan hallarından belə qənaətə gəlir ki, cavabdehlər X7 və Cavabdeh1 qanunsuz olaraq iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək istifadə etdiklərinə görə həmin sahə zəbtdən azad edilməli, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar iddiaçılara yaradılan maneələr aradan qaldırılmalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023cü il tarixli, 2(049)1682/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X7 tərəfindən istifadə edilən 0,159 ha hissəsi (şərq istiqamətindən) və digər Cavabdeh1 tərəfindən istifadə edilən 0,067 hissəsi (qərb istiqamətindən) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 tərəfindən yaradılan manelər aradan qaldırılmalı və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(049)1682/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-236 kod 80203038 №-li Dövlət Aktına əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X7 tərəfindən istifadə edilən 0,159 ha hissəsi (şərq istiqamətindən) və digər Cavabdeh1 tərəfindən istifadə edilən 0,067 hissəsi (qərb istiqamətindən) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz istifadəsindən azad edilsin, həmin torpaq sahəsinin qanunsuz istifadəsi ilə əlaqədar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X16 tərəfindən yaradılan manelər aradan qaldırılsın və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulsun. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X4, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-117/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-117/2024
21.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver