Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1173/2023 08.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı, onun iddiaçının nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3 Baxadur oğlu və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bahadır oğluna qarşı cavabdehlərə məxsus olan evə köçürülməsi və yaşayış hüququnun tanınması, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia təmin edilməmişdir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bahadır oğluna qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus olan evə köçürülməsi və yaşayış hüququnun tanınması, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2009-cu ildə ailə həyatı qurmuş və 03 fevral 2011-ci ildə Beyləqan rayon Qeydiyyat Şöbəsində nikahlarını qeydə aldırmışlar. Ailə qurarkən qaynatası Cavabdeh3 adına olan evə gəlin köçmüşdür və orada 9 il yaşamışlar. Hal-hazırda da Teymurla nikahları vardır. Onların birgə nikahlarından xx.xx.2010-cu ildə Ayan və xx.xx.2012-ci ildə isə Telman adlı iki uşaqları anadan olmuşdur. Həmin uşaqlar sözügedən evdə doğulmuşlar və uşaqları həmin evdə saxlayıb böyütmüşdür. Aralarında olan narazılığa görə ayrılmışlar. Hazırda iki uşağı ilə birlikdə 8 ilə yaxın olar ki, atasına məxsus evdə yaşayırlar. Atası evində yaşamaq üçün şərait yoxdur, azyaşlı uşaqları ilə orada yaşamaq çətindir. Onların isə başqa yaşayış yerləri yoxdur. Qardaşı da uşaqları ilə birlikdə atasının yanında yaşayır. Valideynlərinin evi olduqca darısqaldır və üç ailə bir yerdə yaşamaq mümkün deyildir. Uşaqlar məktəblidirlər, bir otaqda hər ikisi dərs oxuya bilmirlər. Cavabdehlər isə onlara köməklik etmirlər. O, mübahisəli evə 2009-cu ildə gəlin kimi köçmüş, 9 il orada yaşamış və iki övladı da orada dünyaya gəlmişdir. Cavabdehlər ona gəlin köçdüyü evdə yaşamağa imkan vermədiklərindən o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun uşaqları ilə birlikdə Beyləqan rayonu Bünyadlı kəndində yerləşən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus olan evə köçürülməsi və yaşayış hüququnun tanınması, eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus evin yerləşdiyi həyətyanı torpaq sahəsi, torpaq sahəsində yerləşən yardımçı tikililər və kommunal xidmət sahələrinin ümumi istifadələrində saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yeni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdeh olan qaynanası onun həmin evdə yaşamasına buna imkan verməmişdir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, yalnız cavabdehlərdən Cavabdeh3 evə dair gözlənilən mülkiyyət hüququ olduğunu qeyd etməklə, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Üstəlik, məhkəmə iclasında gözlənilən mülkiyyət hüququ olan şəxsin məhkəmədə iştirakı təmin edilərək onun mövqeyi öyrənilməmişdir. Pozuntu mülkiyyət hüququ olmayan şəxslər tərəfindən törədildiyi üçün tamamilə qanunsuz hesab edilməlidir. İddiaçı ilə Cavabdeh1 2009-cu il tarixdə ailə qurmuş, 03 fevral 2011-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. İddiaçı iddia ərizəsində də göstərdiyi kimi o cavabdehlərə məxsus olan yaşayış evinə gəlin köçərək orada yaşamışdır. İddiaçı ilə Cavabdeh1 arasında nikahın pozulmadığı təqdirdə, iddiaçının yaşadığı evə buraxılmaması onun hüquqlarını kobud şəkildə pozur. İddiaçı həmin evə gəlin köçməklə orada yaşamış, həmin yaşayış evindən istifadə hüququ əldə etmişdir. Lakin iddiaçının qaynanası olan Cavabdeh2 iddiaçı ilə həyat yoldaşının xoşbəxt yaşamalarına maneçilik törətməklə iddiaçının yaşadığı evdən qovulmasına səbəb olmuşdur. Lakin hal-hazırda iddiaçı Cavabdeh1la ailə münasibətlərini bərpa etməklə birgə yaşamaq istəyir. Lakin məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, qətnaməyə iddiaçının ifadəsi təhrif olunaraq yazılmışdır. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsində qanunsuz olaraq iddiaçının Cavabdeh3 ailə üzvü olmadığı qeyd edilmişdir. Halbuki, işin hallarına nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı cavabdehlərlə birlikdə həmin mənzildə yaşamış, 2011-ci il tarixdə Cavabdeh1la bağlamış olduğu nikah da hələ də qüvvədə olmaqla pozulmamışdır. Belə olan təqdirdə, İddiaçı Cavabdeh3 ailə üzvü olmaqla yaşayış evinə istifadə hüququna malikdir. Məhkəmə Cavabdeh1 və İddiaçı nikahda olmasını təsdiq edən nikah haqqında şəhadətnaməsini, uşaqların ailə üzvü olmasını nəzərə almamışdır. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən iddiaçının Cavabdeh3 məxsus evə gəlin köçməsi, onlarla birlikdə yaşaması, iddiaçının həyat yoldaşının Cavabdeh3 oğlu Cavabdeh1 olmaqla, iddiaçının da Cavabdeh3 ailə üzvü olmasını, ailə üzvü kimi mübahisəli yaşayış sahəsindən istifadə hüququnun olmasını və s. kimi halları nəzərə almamışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədə izahat verərək göstərmişdir ki, onlar İddiaçı mübahisəli evə köçməsinə razı deyildirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan nikahın bağlanması haqqında arayışdan görünür ki, İddiaçı Cavabdeh1 ilə 03 fevral 2011-ci ildə Beyləqan rayon qeydiyyat şöbəsində nikahlarını qeydə aldıraraq ailə qurmuşlar. İşdə olan doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 30 mart 2010-cu ildə Ayan və 25 iyun 2012-ci ildə isə Telman adlı iki uşaqları doğulmuşdur. İşdə olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(020)-1135/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2010-cu ildə anadan olmuş Ayan və xx.xx.2012-ci ildə anadan olmuş Telman adlı iki uşağın saxlanması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi məbləğində alimentin alınıb uşaqların anası İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-393A KOD 60709018 seriyalı Şəhadətnamədən görünür ki, cavabdehlərin mülkiyyətində Beyləqan rayonu Bünyadlı kəndində 0.26 ha həyətyanı torpaq sahəsi vardır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olaraq hesab etmişdir ki, Beyləqan RİHB-ın Bünyadlı KİƏDN-nin 05 aprel 2023-cü il tarixli arayışına əsasən cavabdehlərin Bünyadlı kəndində olan həyətyanı torpaq sahəsində mişar daşından tikilmiş 140 kv metr bir mərtəbəli yaşayış evi vardır. Təsərrüfatbaşına uçot kitabında ev Cavabdeh3 məxsusdur. Bu baxımdan, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “X.Məmmədovu şikayəti üzrə” 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətci arasında mövcud olan hüquq və vəzifələrin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququq əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı qaynatasının adına olan evə gəlin köçərkən həmin evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı qaynatası Cavabdeh1 həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Digər tərəfdən evin ərazi nümayəndəliyində olan təsərrüfatbaşına kitabda iddiaçının qaynatası Cavabdeh1 adına qeydə alınmasını və onun həmin evə gözlənilən mülkiyyət hüququ olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh3 ailə üzvü və ya digər qohumlar siyahısına daxil deyildir. Ona görə də, onun qeyd olunan evə gözlənilən mülkiyyət hüququ olan Cavabdeh3 evə köçürülməsini tələb etmək hüququ yoxdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (MM) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. MM-in 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. MM-in 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. MM-in 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən, Cavabdeh3 Bahadır oğlunun ev üzərində hüququnun olmaması, məhkəmə iclasında Cavabdeh3 Bahadır oğlunun mövqeyinin öyrənilməməsi, 2011-ci il tarixdə Cavabdeh1la aralarında bağlamış nikah hələ də qüvvədə olduğu üçün İddiaçı ilə Cavabdeh3 Bahadır oğlunun ailə üzvü sayılması barədə formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçı X1 apellyasiya şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli 2(020)-231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1173/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1173/2023
08.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver