Məhkəmə qərarları › İş №2(106)-1177/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1177/2024

27.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1177/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair ilkin, Cavabdeh X2, İddiaçı1 (3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Lənkəran rayon Sütəmurdov Bələdiyyəsi) qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyənetdi: Əliyev X1 Sadıx Rəşid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsilə ona bağışlanmaqla mülkiyyətində olan 1,26532 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,1059 ha hissəsinin zəbtdən azad edilməsi və həmin torpaq sahəsində qanunsuz olaraq tikilmiş tikililərin, yəni ofis binası, su anbarı, 2 ədəd yeraltı yanacaq çənləri, propan qazı üçün nəzərdə tutulmuş qaz paylayıcının müəyyən hissəsinin Cavabdeh öz hesabına sökülməsi, eləcə də iddia qaldırarkən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı1, İddiaçı1 (3-cü şəxslər Lənkəran şəhər 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi və Lənkəran rayon Sütəmurdov Bələdiyyəsi) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 iddiasının təmin edilməməsi, X2 ilə İddiaçı1 Mövsüm qızı arasında Lənkəran şəhər 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2018 ci il tarixli 4ə-1948 və 4ə1946 reyestrli bağışlama müqavilələrinin bağlandığı andan etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli və **********06-12301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, İddiaçı1 adına verilmiş xx.xx.2020 ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********04-06301 reyestr nömrəli əsasında çıxarışın ləğv edilməsi, cavabdeh İddiaçı1 1,26532 ha torpaq sahəsi ətrafında inşa etdiyi hasar onun öz vəsaiti ilə sökülməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2(049)-134/2024 saylı qətnaməsi ilə İlkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən xx.xx.2024-cü il tarixdə Cavabdeh elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Lənkəran Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli 2(049)-134/2024 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş verilmiş apelyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Bağırov X3 Rayon Məhkəməsinin həmin qərardadından şikayət vermişdir. Şikayətində göstərmişdir ki, həmin məhkəmədə iştirak etmədiyinə görə məhkəmə bu barədə də araşdırma aparmalı və qərərdad çıxarmalı idi. Bundan əlavə, həmin iş üzrə verilmiş qarşılıqlı iddiada əlavə cavabdeh və əlavə 3-cü şəxslər cəlb edilmişdir. Qanuna görə qətnamədən həm tərəflər, həm də 3-cü şəxslər apellyasiya şikayəti verə bilərlər. Məhkəmə isə ən azından məhkəmə qətnaməsinin surətlərini prosesin bütün iştirakçılarına göndərməli və onların da apellyaasiya şikayəti vermə hüququnun olmasını qeyd etməli, yalnız bundan sonra apellyasiya şikayətinin mümkün olub-olmamasına dair qərərdad çıxarmalı idi. Buna görə də, qərərdad həmin və sair əsaslara görə ləğv edilməlidir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və verilmiş şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda göstərilmişdir ki, hazırkı verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh apellyasiya şikayətini kağız daşıyıcıda yazaraq həmin şikayəti olduğu kimi elektron kabineti vasitəsi ilə göndərmişdir. Halbuki, MPM-in 2 nömrəli əlavəsində “apellyasiya şikayətinin forması” göstərilmişdir. Hazırda verilmiş apellyasiya şikayəti isə qanunda göstərilmiş forma və məzmuna uyğun olmamışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)- 134/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə verərək elektron qaydada imzalasa da, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin, eyni zamanda MPM-in 2 nömrəli əlavəsində göstərilən formaya uyğun tərtib etməmişdir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-134/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar