Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1178/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Saatlı rayonunun Nizami adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında (Fond № 33, saxlama vahidi № 275) 1980-1999cu illərdə elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının xx xxxxxx 1958-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşinhalları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1980-1999-cu illərdə Nizami adına kolxozda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması və onun 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi sonradan tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1980-1999-cu illərdə Nizami adına kolxozda elektrik qaynaqçısı işləməsi barədə Saatlı rayon Dövlət Arxivi tərəfindən X1 adına verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xahişini aşağıdakı kimi əsaslandırılmışdır: 19 noyabr 2015-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, 2022-ci ilin avqust ayından həmin pensiya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmışdır. Buna səbəb kimi Ərizəçi pensiya təyin edilərkən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda xx.xx.1980- xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər ərzində onun kolxozda elektrik qaynaqçısı vəzifəsində işləməsi barədə əmrlər kitabında adının aşkarlanmaması, yəni adıçəkilən kolxozda Ərizəçi işləməsinin öz təsdiqini tapmaması, həmçinin bu uyğunsuzluğa baxmayaraq Ərizəçi xx.xx.2015-ci il tarixdən DSMF-nin Saatlı rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması göstərilmişdir. Ərizəçi göstərmişdir ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonunun Nizami adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı səhvən “X5” kimi qeyd edilmişdir. Nizami adına kolxozda işlədiyi 1980-1999-cu illər ərzində nə adıçəkilən kolxozda, nə də həmin dövrdən indiyə qədər Ərizəçi qeydiyyatda olduğu və yaşadığı kənddə “X5” adında şəxs yaşamamış, Ərizəçi adı yuxarıda qeyd edilən kolxoza aid kitablarda texniki səhv olaraq “Vahid” əvəzinə “Zahid” kimi yazılmışdır. Odur ki, Ərizəçi pensiya ilə təmin edilməsi üçün Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunması zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsində maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etmədiyindən ərizəyə dair mövqeyini bildirmək imkanı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Şikayətə görə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxılır. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata arayışdakı səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. İzahatlar Apellyasiya baxışında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə izahatında kolxozun ləğv olunduğunu, hazırda sənəddə düzəliş edilmənin mümkün olmadığını, ona görə MPM-in 307-ci maddəsinin tələbləri qaydasında ərizə verildiyini bildirmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Ərizəçi Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi müraciətində göstərmişdir ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonunun Nizami adına kolxozunda elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin pensiya təyinatı üçün DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim edilmiş arxiv arayışında və kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı səhvən “X5” kimi qeyd edilmişdir. Hüquqi faktın müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Ərizəçinin müraciətinə görə, hüquq müəyyənedici sənəd olan arxiv arayışında adın başqa qaydada düzəldilməsi mümkün deyil. Bu, məhkəmə qaydasında mümkündür. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının 21 dekabr 2022-ci il tarixli 723 saylı arayışından görünür ki, “Kolxozçuların əmək stajı və qazanc uçot kitab”larında Ərizəçi adı aşkarlanmamışdır; “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nın Fond № 33, saxlama vahidi № 275, vərəq № 2036-da Ərizəçi deyil, X1 adı aşkar edilmişdir. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, Ərizəçi 1980-1999-cu illərdə “Nizami” kolxozunda elektrik qaynaqçısı işləmişdir. Kitabda adı səhvən “Zahid” yazılmışdır. Saatlı RİH başçısının Orta Muğan kənd İƏDN xx.xx.2023-cü il tarixli arayışında göstərmişdir ki, Ərizəçi X5 adında qohumu olmamış, belə bir şəxs Saatlı rayonu, Orta Muğan kəndində yaşamamış, “Nizami” kolxozunda işləməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndidə deyilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Kollegiya hesab edir ki, ərizəçi öz tələbini əsaslandıra bilməmişdir. Ərizəçinin ona məxsus olduğunu iddia etdiyi arayış şəxsin 1974-cü ildən 1999-cu ilədək kolxozda işlədiyi barədə məlumatı özündə əks etdirir. Həmin arayış bir sənəd əsasında deyil, 1974-cü ildən 1999-cu ilədək mövcud olmuş digər kolxoz sənədlərigündəlik tabellər, gündəlik və aylıq əməkgünləri, əmək haqqı cədvəlləri, illik hesabat və s. sənədləri əsasında tərtib edilir. Həmin arayışdan belə çıxır ki, 25 il ərzində yığılmış ayrıayrı sənədlərin- gündəlik və aylıq əmək günləri, əmək haqqı cədvəlləri və s. sənədlər Ərizəçi deyil, X9 adına tərtib edilmişdir. Ərizəçi iddia edilən arayışın verilməsinə əsas olmuş ilkin sənədləri təqdim etməmişdir. Eləcə də iddia etdiyi müddətlərdə onun işlədiyini dolayı yolla təsdiq edən hərhansı sənəd təqdim etməmişdir. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı da yalnız X9 adına tərtib edilmiş, sözügedən arayışı təqdim edə bilmiş, həmin arayışın verilməsinə əsas olmuş sənədləri təqdim edə bilməmişdir. Bundan başqa, ərizəçinin əvvəllər mövcud olmuş pensiya işinin materiallarında ərizəçiyə məxsus və iddia edilən illərdə (yaxud arayışda göstərilən 25 il ərzində) onun işlədiyini təsdiq edən digər sənəd yoxdur. Pensiya işinə, eləcə də hazırki işin materiallarına əlavə edilmiş əmək kitabçası da ərizəçinin deyil, X9 adına tərtib edilmiş əmək kitabçasıdır. Həmin əmək kitabçasının ərizəçiyə məxsus olması da müəyyən edilmir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən şahid ifadələrinə əsaslanmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X8 və X2 ifadələrində mübahisəli arayışda Ərizəçi adı ilə bağlı texniki səhvə yol verildiyi və kolxoza aid müvafiq kitablarda Ərizəçi “X5” kimi qeyd edildiyini bildirmişdir. Kollegiya hesb edir ki, göstərilən şahid ifadələri Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ərizəçiyə məxsusluğunu təsdiq edən sübut olaraq qəbul edilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən əsassız qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozulduğundan və düzgün tətbiq etmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci intstansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(055)-335/2023 saylı qətnaməsi ləğv edilsin. Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 19 aprel 2018-ci il tarixli 246 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1178/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1178/2023
12.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver