Məhkəmə qərarları › İş №2(106)-1180/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1180/2025

23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1180/2025 23.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli e-2(057)-975/2025 saylı qərardadından (hakim Ə.Məmmədli) ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh16 Oqtay oğlu, Cavabdeh5, Cavabdeh14, Cavabdeh9, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh15, Cavabdeh11, Cavabdeh12, Cavabdeh2, Cavabdeh8, Cavabdeh4, Cavabdeh13 və Cavabdeh3 qarşı “maneəçilik hərəkətlərinə son qoyulması və dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, icarəsində olan 8.55 ha, 7.85 ha, 5.7 ha və 7.9 ha torpaq sahəsinə cavabdehlər tərəfindən edilən hər cür maneəçilik və müdaxilə hərəkətlərinə son qoyulması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə etmək üçün texnikaların işləməsinə müdaxilənin qadağan edilməsi və müştərək qaydada ona dəymiş maddi ziyan kimi 300 manat vəkil xərci və 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Cavabdeh16 Oktay oğlunu cavabdehlər siyahısından çıxararaq onun əsl cavabdeh X2 ilə əvəz etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 cavabdeh İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Salyan rayonu, Düzənlik Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8.55 ha, 7.85 ha, 5.7 ha və 7.9 ha torpaq sahəsi olmaqla, cəmi 30 ha ehtiyat fondu torpağının icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli “icarə müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 vəsatətlə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin icraatında baxılan (iş № e-2-1(120)-3732/2025) iddiaçılar Cavabdeh8 və Cavabdeh4 Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışların etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə qəbul ediləcək məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli 2(057)-975/2025 saylı qərardadı ilə vəsatət təmin olunaraq Şirvan İnzibati Məhkəməsinin icraatında olan e-2-1(120)- 3732/2025 saylı iş mahiyyəti üzrə baxılıb həll edilənədək hazırki işin icraatı dayandırılmışdır. Qərardaddan ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 şikayət verərək, ləğv edilməsi və mülki işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixliqərardaddan görünür ki, hazırda Cavabdeh8 nümayəndəsi Vəkil2 İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Düzənlik Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 8.55 ha, 7.85 ha, 5.7 ha və 7.9 ha torpaq sahəsi olmaqla, cəmi 30 ha ehtiyat fondu torpaqdan icarəyə verilməsi barədə xx.xx.2007-ci il tarixli “icarə müqavilələrinin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu tələblə bağlı Salyan Rayon Məhkəməsi hesab etmişdir ki, məhkəmə, qarşılıqlı iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət edilməklə verilmişdir. Daha sonra isə eyni iddia Şirvan İnzibati Məhkəməsinə verilmişdir. Verilmiş olsa belə yenə də işin dayandırılması üçün əsas deyil və iddiaçı burada cavabdeh tərəf deyildir. İlkin olaraq bildirirəmki, Salyan Rayon Məhkəməsinin e-2(057)-975/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınmışdır: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh8 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayəti verilə bilər. Bu qərardaddan şikayət verilmədiyi üçün artıq müəyyən edilir ki, belə bir iddia məhkəmənin icraatındadır. Yenidən belə bir iddianın Şirvan İnzibati Məhkəməsində qaldırılması açıq aşkar sübut edir ki, cavabdehlər yalnız bu işin süni şəkildə uzadılmasını istəyirlər. Bu qaldırılan iddia heç bir mümkünlük şərtlərinə cavab vermir və buna görə də mümkün sayılmalı deyil. Qeyd edilən qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisə predmeti olan icarə torpaq sahəsidir və cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Cavabdeh iddianın təmin edilməsini görüb bilərəkdən işi uzatmaqdan ötrü bu addımı atır və iddiaçının icarə hüququnu pozmağa davam edirlər. Bu iddianı qaldırmaq üçün cavabdehlərin subyektiv hüququ yoxdur. Plenum Qərarının 4.1. bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Eyni məzmunlu uzadılma ilə bağlı bundan əvvəl başqa işlərlə əlaəqdar verilmiş vəsatətlər olmuş və bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadları vardır. Həmin qərardadlar şikayətə əlavə olunur. Cavabdehlər bu torpaqla bağlı hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını heç sübutla əsaslandıra bilməz. Bu işlə bağlı mülki qaydada məhkəmə qərardadları vardır və bütün halla iddiaçının icarə hüquqları qorunmalı və verilmiş icraatın dayandırılması haqqında qərardad rədd edilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın 5.1 nəndinə görə İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırda icraatda olan inzibati iş sadalanan halların heç biri ilə uzlaşmır və mümkünlük şərtlərinə cavab vermir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. İddia predmeti olan torpaq sahəsi iddiaçının icarə hüququdur və bələdiyyə qərarı əsasında notarial qayda icarəsinə keçmişdir və cavabdehlərin bununla bağlı heç bir iddiası ola bilməz və bu iddianı sürmək üçün heç bir subyektiv hüququ yoxdur. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd etdiyim kimi cavavdehlərin bu iddianı qaldırmaqda məqsədi mülki qaydada baxılan işin yubadılmasından ibarətdir. Salyan Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli e-2(057)-975/2025 saylı qərərdadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. MPM-in 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraatı dayandırılır. İş materiallarına əlavə edilmiş iddiaçılar Cavabdeh8 və Cavabdeh4 Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 8.55 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.85 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 5.7 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışın, Salyan rayonu, Yolüstü Ə/D, Düzənlik Bələdiyyəsin 7.9 ha torpaq sahəsi üzrə xx.xx.2007-ci il tarixli icarə müqaviləsini və onun əsasında verilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin e-2-1(120)-3732/2025 saylı 22 may 2025-ci il tarixli sərəncamından görünür ki, tərəflərin nümayəndələri ilə işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəmə iclası 28 iyul 2025-ci il tarixinə saat 15:30-a təyin olunmuşdur. Kollegiya hesab edir ki, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Həntfəli elman Tahir oğlunun şikayətində gətirdiyi dəlillər Şirvan İnzibati Məhkəməsndə qaldırılmış iddia üzrə iddianın mümkünlüyünü şərtləndirən hallara aiddir və həmin məhkəmə tərəfindən buna hüquqi qiymət verilməlidir. Odur ki, mövcud durumda birinci instansiya məhkəməsi hazırki işin icraatını dayandımaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə2 şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli e-2(057)-975/2025 saylı qərardadı dəyişdirilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar