Məhkəmə qərarları › İş №2(106)-1183/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1183/2025

03.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1183/2025 03.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X*2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cəlilabad rayon Uşaq X** və Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 rayon üzrə Təhsil Sektoruna qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)- 695/2025 saylı qətnaməsindən cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cəlilabad rayon Uşaq X** və Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 rayon üzrə Təhsil Sektoruna qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Uşaq X*3 tərəfindən verilmiş 0* oktyabr 20*8-ci il tarixli, 46 nömrəli əmrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək, 0* oktyabr 20*8-ci il tarixli, 46 nömrəli əmrin etibarsız hesab edilməsi və işlədiyi metodist vəzifəsinə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 08 aprel *988-ci ildə Cəlilabad şəhərində anadan olmuş və hazırda Cəlilabad şəhərində yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Yaşadığı rayonda kifayət qədər nüfuza və hörmətə sahibdir. Hər zaman cəmiyyətin köməyə və yardıma ehtiyacı olan insanlarının yanında olmuş və dövlətin də dəstəyini arxasına alaraq onların sosial problemlərinin həll edilməsində yaxından iştirak etmişdir. Əmək fəaliyyətinə bundan illər əvvəl başalmışdır. 02 oktyabr 20*7-ci il tarixində o, Cəlilabad rayon Uşaq X9 metodist vəzifəsinə təyin edilmiş və əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyata alınmışdır. 0* oktyabr 20*8-ci ilə qədər orada işləməklə əmək haqqı almışdır. İşlədiyi dövrlərdə əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Daha sonra barəsində başlanılmış cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə Cəlilabad Rayon Məhkəməsinin 29 noyabr 20*8ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, həbs edilməmişdən öncə, yəni 0* oktyabr 20*8-ci il tarixində işə götürən Cavabdeh* tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir səbəb olmadan işdən azad edilmişdir. O, həbsdən çıxdıqdan sonra işdən çıxarılmağı barədə məlumatı olsa da, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığını bilməmişdir. Belə ki, hesab edirdi ki, həbsdə olan zaman işəgötürən Əmək Məcəlləsinə uyğun alaraq həmin Məcəllənin 74-cü maddəsinin tələblərinə görə onu işdən azad etmişdir. Lakin sonradan məlumatı olmuşdur ki, işəgötürən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Həmin əmri əsassız və qanunsuz hesab edir. Buna görə də əmək qanunvericiliyində nəzərdə tutulan müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Göstərmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsini qanunsuz hesab edir, çünki barəsində 20*8-ci ilin may ayında həbs qətimkan tədbiri seçilmişdir, məhkəmənin 29.**.20*8-ci il tarixli hökmü ilə isə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 202*-ci ilin may ayında cəza müddətinin sonu ilə əlaqədar azad edilmişdir. Belə olan halda onun işə hər hansı üzrsüz səbəbdən gəlməməsi və ya əmək intizamını pozması qeyri-mümkündür. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə* verdiyi izahatında göstərmişdir ki, 0* oktyabr 20*8-ci il tarixli 46 nömrəli əmrin etibarsız hesab edilməsinə etiraz etmir, lakin iddiaçının işə bərpa olunmasının yalnız imtahan verməklə mümkün olduğunu bildirmişdir. Göstərmişdir ki, kağız formasında tərtib edilmiş xitam əmrində yanlışlıqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir, lakin müvafiq elektron sistemdə xitam əsası kimi həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Əslində, işəgötürənin niyyəti də iddiaçının əmək müqaviləsinə “ç” bəndi ilə xitam vermək idi, çünki onun azadlıqdan məhrum edildiyini bilirdilər. Həmin əsasla müqaviləyə xitam verilməsi iddiaçının digər müəssisələrdə işlə təmin olunmasına çətinlik yaradır, ona görə də həmin əmrin dəyişdirilməsinə etiraz etmir, lakin həmin əmr etibarsız hesab edilməklə iddiaçı əvvəlki işə bərpası təmin edilərsə, qərarın icrası çətinlik yaradacaq, çünki hazırda müəssisədə vakant yer yoxdur, həmçinin iddiaçının təkrar işə bərpası yazılı imtahan verməklə mümkündür. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi ilə (Hakim: Osman Vəliyev) iddia təmin edilmiş, Cavabdeh* İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 0* oktyabr 20*8-ci il tarixli, 46 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Cavabdeh* metodisti vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək bildirmişdir ki, İddiaçı 02 oktyabr 20*7-ci il tarixində Cavabdeh*ndə metodist vəzifəsinə təyin edilmiş və 0*.*0.20*8-ci il tarixdə həmin vəzifədən azad edilmişdir. Cavabdeh* 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmrinə əsasən UGİM-nin metodisti İddiaçı üzrsüz səbəbdən işə çıxmadığı üçün AR Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndini əsas tutaraq 0*.*0.20*8-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh* nümayəndəsi kimi məhkəmədə iştirak edən Nümayəndə* səlahiyyətini aşaraq UGİM-nin 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmrinin etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı Cavabdeh*ndə metodist vəzifəsində işlədiyi dövrdə dəfələrlə əmək intizamı qaydalarını pozmuşdur. Cavabdeh* direktor müavini X*0 *6.05.20*8-ci il tarixdə təqdimat yazaraq UGİM-nin metodisti vəzifəsində işləyən İddiaçı üzrsüz səbəbdən işə çıxmamalarını nəzərə alaraq *6.05.20*8-ci il tarixdən onun əmək haqqının dayandırılmasını təklif etmişdir. İddiaçı üzrsüz səbəbdən işə çıxmadığına görə Cavabdeh* *6.05.20*8-ci il tarixli, 27 nömrəli əmrinə əsasən onun əmək haqqı *6.05.20*8-ci il tarixdən müvəqqəti olaraq saxlanılmışdır. Yay tətilindən sonra işlərin başlanılması ilə əlaqədar İddiaçı işə çıxmadığına görə 28.08.20*8-ci il tarixdə Cavabdeh* tədris işləri üzrə direktor müavini Mais İsgəndərov təqdimat yazaraq onun barəsində tədbir görülməsini xahiş etmişdir. *9.09.20*8-ci il tarixdə Cavabdeh* tədris işləri üzrə direktor müavini Mais İsgəndərov təqdimat yazaraq UGİM-nin metodisti İddiaçı işdə olmadığını bildirmişdir. 27.09.20*8-ci il tarixdə Cavabdeh* tədris işləri üzrə direktor müavini Mais İsgəndərov yenidən təqdimat yazaraq üzrsüz səbəbdən işə çıxmadığına görə UGİM-nin metodisti İddiaçı barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. 27.09.20*8-ci il tarixdə Cavabdeh* direktoru Nümayəndə* tərəfindən UGİM-nin Həmkarlar İttifaqının sədri İ.Salmanova İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə əlaqədar müraciət edilmişdir. Cavabdeh* Həmkarlar İttifaqının 0*.*0.20*8-ci il tarixdə keçirilmiş iclasının protokolundan çıxarışdan görünür ki, Həmkarlar İttifaqı çıxışları nəzərə alaraq İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilməsini məqsədəmüvafiq hesab etmişdir. 0*.*0.20*8-ci il tarixdə UGİM-nin direktor müavini yenidən təqdimat yazmış, bununla əlaqədar akt tərtib edilmişdir. Bundan sonra UGİM-nin metodisti İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmr verilmişdir. İddiaçı Tahirov X4 Rayon Məhkəməsinin 29 noyabr 20*8ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.*-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı *8.05.202*-ci il tarixdə cəza müddəti bitdiyinə görə azad edilmişdir. Beləliklə, İddiaçı əmək müqviləsinə xitam verildiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, o, həbsdən çıxdıqdan sonra işdən çıxmağı barədə məlumatı olmuşdur. İşçi əmək qanunvericiliyin tələblərinə əsasən öz əmək hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən * ay müddətində bununla bağlı məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı nəyə görə 6 ildən sonra işə bərpa olunması ilə əlaqədar məhkəməyə müraciət etdiyini və bununla əlaqədar hansı üzrlü səbəb olduğunu göstərməmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad edilməsi qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Həmkarlar İttifaqı iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işindən azad edilməsinə razılıq verilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini riayət edilib. İddiaçı barəsində intizam tənbehi seçilən zaman heç bir pozuntuya yol verilməmişdir və düzgün olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının yol verdiyi hərəkətlər onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə tam əsas olmuşdur. Beləliklə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh*nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilməməlidir. Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi tam ləğv edilməsi, İddiaçı Cavabdeh*nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 7*-ci maddəsinin 2-ci hissəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla,etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 7*-ci maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmalıdır. 83-cü maddəsnin *-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsinə onun lğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan başqa qayda nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir. 84-cü maddənin *-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin maddəsinə ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 300-cü maddəsinin *-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; Azərbaycan Respublikası MPM-nin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.*-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyindən cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyator vermiş olduğu apellyasiya şikayətində gəlinən nəticəni mübahisələndirərək, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Nəticədə iddia tələbinin təmini ilə bağlı maddi hüquq normalarını səhv tətbiq edərək qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aşağıdakı səbəblərdən əsaslıdır və təmin edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, məhkəmə kollegiyasının gəldiyi hüquqi nəticələrə əsasən iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş faktiki hallar əsasında yeni qətnamə qəbul edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 3* may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə *3 iyun 2008-ci il tarixli qərarlar). İşdə olan *6.05.20*8-ci il tarixli, 27 nömrəli əmrdən çıxarışdan görünür ki, UGİM-in metodisti İddiaçı *6.05.20*8-ci il tarixdən üzrsüz səbəbdən işə çıxmadığı üçün müvəqqəti olaraq əmək haqqı dayandırılmışdır. İşdə olan 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmrdən çıxarışdan görünür ki, UGİM-in metodisti İddiaçı üzrsüz səbəbdən işə çıxmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq 0* oktyabr 20*8-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas isə direktorun təqdimatı olmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 29.**.20*8-ci il tarixli, *(073)-**9/20*8 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.* və 234.2-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəf olan işəgötürən iddiaçının işdən azad edilməsinə dair əmr verərkən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə formal şəkildə istinad etsə də, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır, eyni zamanda, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əsasını düzgün seçməmişdir. Nəticədə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələblər pozmuşdur. İddiaçı əsassız olaraq işdən azad edildiyindən Cavabdeh* 0* oktyabr 20*8-ci il tarixli, 46 saylı əmri ləğv edilməli və iddiaçı əvvəlki işinə, yəni Cavabdeh* metodisti vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, qanuni və əsaslı qərar qəbul etməmişdir. Belə ki, işdə olan Cavabdeh* Həmkarlar İttifaqının 0*.*0.20*8-ci il tarixdə keçirilmiş iclasının protokolundan çıxarışdan görünür ki, Həmkarlar İttifaqı çıxışları nəzərə alaraq İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad edilməsini məqsədəmüvafiq hesab etmişdir. 0*.*0.20*8-ci il tarixdə UGİM-nin direktor müavini yenidən təqdimat yazmış, bununla əlaqədar akt tərtib edilmişdir. 27.09.20*8-ci il tarixdə Cavabdeh* direktoru Nümayəndə* tərəfindən UGİM-nin Həmkarlar İttifaqının sədri İ.Salmanova İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə əlaqədar müraciət edilmişdir. Beləliklə, İddiaçı barəsində intizam tənbehi seçilən zaman heç bir pozuntuya yol verilməmişdir və düzgün olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının yol verdiyi hərəkətlər onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə tam əsas olmuşdur. Lakin 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmrdə texniki xətaya yol verilərək ƏM-nin 70-ci maddəsinin “ç” bəndi əvəzinə “c” bəndinə istinad edildiyi göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, bu, tamamilə formal bir yanlışlıqdır. İşəgötürənin niyyəti də iddiaçının əmək müqaviləsinə “ç” bəndi ilə xitam verilməsi olmuşdur və buna görə 0*.*0.20*8-ci il tarixli, 46 nömrəli əmr ləğv edilə bilməz. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılmadığı müəyyən edilmişdir. Belə ki, göstərilən halların iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi üçün kifayət etdiyini nəzərə alaraq kollegiya hesab edir ki, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunduğundan iddia tələbinin əmrin etibarsız hesab edilərək ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Bununla yanaşı, iddianın işə bərpa edilmə hissəsi əmrin ləğv edilməsi tələbindən irəli gəldiyindən bu tələb də əsassızdır. Apellyator həmçinin apellyasiya şikayətində göstərmişdir ki, İddiaçı əmək müqviləsinə xitam verildiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra işə bərpa ilə əlaqədar məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, o, həbsdən çıxdıqdan sonra işdən çıxmağı barədə məlumatı olmuşdur. İşçi əmək qanunvericiliyin tələblərinə əsasən öz əmək hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən * ay müddətində bununla bağlı məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı nəyə görə 6 ildən sonra işə bərpa olunması ilə əlaqədar məhkəməyə müraciət etdiyini və bununla əlaqədar hansı üzrlü səbəb olduğunu göstərməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 372.*-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin *-ci hissəsnə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırki iş üzrə iddia tələbi əsassız olmaqla rədd edildiyindən, həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiq olunmasına dair ərizə vermədiyindən iddia müddətinə münasibət bildirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 2*7.*-ci maddəsisnin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 3* yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.*.*, 385.*.2, 385.*.3 və 385.*.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi tamamilə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392 və 402.*-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cəlilabad rayon Uşaq X8 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin *3.03.2025-ci il tarixli, 2(073)-695/2025 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cəlilabad rayon Uşaq X** və Məktəbəqədər və Ümumi Təhsil üzrə X7 rayon üzrə Təhsil Sektoruna qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar