Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1192/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X11 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun vəkili X15 iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına, X6 və Cavabdeh2 Kəmaləddin qızına qarşı cavabdehlərin azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ona təhvil verilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Kəmaləddin qızının cavabdeh İddiaçı qarşı aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsindən Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Böyükağa qızı, X9 və Cavabdeh2 Kəmaləddin qızının azyaşlı uşağı ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli **********46 reyestr nömrəli çıxarışa əsasən ilk İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmasını və torpaq sahəsinin ilk İddiaçı təhvil verilməsi və qarşılıqlı iddiaçılar Cavabdeh1 Böyükağa qızının və Cavabdeh2 Kəmaləddin qızının cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında bağlanmış 19 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 Böyükağa qızı qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti 09 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(073)-1427/2022 nömrəli qərardadına əsasən Cavabdeh1 Böyükağa qızının Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1427/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1427/2022 nömrəli qərardadından Cavabdeh1 Böyükağa qızı tərəfindən şikayət verilmiş və həmin Məhkəmənin 01 may 2023-cü il tarixli 2(073)-1427/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2023-cü il tarixli 2(106)-1039/2023 saylı qərardadı ilə Cavabdeh1 Böyükağa qızının şikayəti təmin edilərək Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(073)-1427/2022 saylı qərardadınn ləğv edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsindən Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməsi və apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Cavabdeh Muradova X7 Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)- 1427/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin fərdi yaşayış evindən çıxarılması hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahişe etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 Böyükağa qızına, X6 və Cavabdeh2 Kəmaləddin qızına qarşı cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0292 ha torpaq sahəsindən çıxarılmaqla ona təhvil verilməsi və torpaq sahəsi üzərində istifadə hüquqlarının bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 mart 2022-ci il tarixində Cəlilabad şəhəri M.Hüseyn küçəsi 10 ünvanında yerləşən evin 14000 manat müqabilində satılması barədə elan olmuş, həmin elan əsasında ailəsi ilə birlikdə həmin ünvanda olmuşdur. Evin sahibi Gülnarə və qızı Zəminə həyəti və evi onlara göstərmiş, məlum olmuşdur ki, evin və həyətin mülkiyyət sənədi yoxdur və evin sənədləşməsinə vaxt lazım olduğunu cavabdehlər ona bildirmişlər. Daha sonra isə evin qiymətini 11000 manata razılaşmışlar. Həmin pulun 2050 manatını hissə-hissə evin sənədlərinin düzəldilməsi və çıxarış alınması üçün cavabdehlərə vermişdir. Torpaq sahəsinə çıxarış almaq mümkün olmuş, lakin evin tikinti sənədi olmadığı üçün çıxarış almaq mümkün olmamışdır. Onlar razılaşmışdırlar ki, torpaq sahəsinin çıxarışı ilə alqı-satqıya getsinlər, həyəti və üzərindəki evi alsın. O, 19 may 2022ci ildə Cavabdeh1 Cəlilabad şəhəri M.Hüseyn küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 0,0292 ha torpaq sahəsini 8950 manat müqabilində almışdır. Daha sonra özünə məxsus həmin torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən A 762948 nömrəli 08 iyun 2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi və 08 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Hazırda cavabdehlər ona məxsus evdə yaşayırlar. Onlar torpaq sahəsindən çıxmaq üçün müəyyən vaxt istəmiş, o isə razılıq vermişdir. Lakin müəyyən olunan vaxtın tamam olmasına baxmayaraq cavabdehlər həmin evdən çıxmaqdan imtina etmişdirlər. Dəfələrlə cavabdehlərə torpaq sahəsindən və evdən çıxmaq barədə xəbərdarlıq etməsinə baxmayaraq onlar çıxmamışlar. Onun mülkiyyət hüquqları pozulmuşdur və hazırda özü ailəsi ilə kirayədə yaşayır. Qarşılıqlı iddia üzrə iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh1 Böyükağa qızı və Cavabdeh2 Kəmaləddin qızı cavabdeh İddiaçı qarşı cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 08 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Böyükağa qızının ərizəsinə və birinci instansiya məhkəməsində verdiyi izahata əsasən 2022-ci ilin əvvəllərində ona təcili pul lazım olmuş və buna görə evini satmaq üçün elan vermişdir. Elanı verdiyi makler Vüqar adında bir şəxslə gəlib həmin evə baxmış, daha sonra isə çıxıb getmişdir. Bir neçə gün sonra Vüqar ona zəng edərək torpaq sahəsini və evi almaq istədiyini demişdir. Vüqar ailəsi ilə gəlmiş və o, qızı Zəminə ilə evi onlara göstərmişdir. Sonra isə onlar evin qiymətini razılaşmışlar. Sonra Vüqar ona “evinizi satmayın, sizə borc pul verərəm və siz daha sonra həmin pulu hissə-hissə qaytararsınız. Amma həmin borcun müqabilində evinizi mənim adıma sənədləşdirin. Siz pulu qaytarandan sonra, mən də evi sizə qaytararam” sözlərini demişdir. Onların 0,04 ha həyətyanı torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsindən özlərinə məxsus ev tikmişlər. Evin hər cür şəraiti vardır, şəhərində mərkəzində yerləşir və tam təmirlidir. Evin və torpağın qiyməti bahadır. Vüqar iyun ayında 8500 manat pulu ona vermişdir. Aralarında olan razılığa görə onlar həmin pulu ayda 640 manat ödəməklə Vüqara qaytarmalı idi. Daha sonra Vüqar onların etibarından su-istifadə edərək torpaq sahəsini öz adına sənədləşdirərək çıxarış aldı. İnda isə onları və Zəminəni azyaşlı uşağı ilə torpaq sahəsindən və evdən çıxarmaq istəyir. Vüqarla aralarında bağlanmış müqavilə onun etibarından sui-istifadə etməklə bağlanmış və o, Vüqar tərəfindən aldadılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 Böyükağa qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsi öz qətnaməsi ilə onu fərdi yaşayış evində satılması barədə müqavilə bağlamağa məcbur etmişdir. Hansı ki, onların arasında yalnız torpaq sahəsi ilə bağlı müqavilə bağlanmışdır. Eyni zamanda, onu da qeyd edir ki, aralarında olan alqı-satqı müqaviləsi bağlanan qədər mülkiyyətində 0.039919 ha həyətyanı torpaq sahəsi olmuş və onlar həmin torpaq sahəsinin yalnız 0.0292 ha hissəsini satmışlar. Məhkəmədə ilkin iddiaçının təqdim ediləsi heç bir mötəbər sübutu olmamışdır. Belə ki,aralarında olan alqısatqı zamanı fərdi yaşayış evinində müqavilənin predmeti olmasını təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı və onun vəkili X17 məhkəmədə izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)- 1427/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı izahatında əlavə olaraq bildirmişdir ki, Cəlilabad şəhəri Mehdi Hüseyn küçəsində 14000 manata təcili torpaqla birlikdə ev satıldığını elanda görmüşdür. Onun alınması üçün cavabdehlərlə danışmış, həmin torpaq sahəsinin və evin 11000 manata alınması barədə razılıq əldə edilmişdir. Daha sonra şifahi danışıq əsasında onun Cavabdeh1 Böyükağa qızının adına rəsmiləşdirilməsi və makler xərci qismində pulu özü xərcləmişdir. Həmin puldan qalan 8950 manat pulu notariusda ödəmək müqabilində 19 may 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cəlilabad rayon 1 saylı notariat kontorunda satıcılar Cavabdeh1 Böyükağa qızı, Cavabdeh2 Kəmaləddin qızı və X3 ünvan 1 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsini evlə birlikdə ona satmışlar. 08 iyun 2022-ci il tarixli **********46 reyestr nömrəli çıxarışdan da görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Adıçəkilən torpağın üzərində yerləşən evin tikinti sənədləri qaydasında olmadığı üçün ona da çıxarış almaq mümkün olmamışdır. Buna görə də, cavabdehlərlə razılaşmışlar ki, onlar hələlik torpaq sahəsinin çıxarışı ilə alqı-satqı etsinlər və evi sonra özü sənədləşdirər. O və ailəsi hazırda işdə olan 16 iyun 2021-ci il tarixli kirayə müqaviləsindən aşkar göründüyü kimi ünvan 3 ünvanında yerləşən mənzili aylıq 200 manat müqabilində 16 iyun 2028-ci il tarixə qədər kirayəyə götürməklə həmin ünvanda yaşayırlar. Bundan başqa, işə əlavə edilmiş videodiskə baxış keçirəndə müəyyən edilir ki, onun cavabdehlərin təkcə torpağını almamış və onun üzərindəki evlə birlikdə almışdır. 11000 manat pul məbləğini də elə həm torpağa, həm də evə görə ödəmişdir. Cavabdeh1 Böyükağa qızı məhkəməyə teleqram ünvanlayaraq maddi imkanı ilə bağlı məhkəmə iclasına iştirak edə bilməyəcəyini, onun işi ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Vüsal Makler adı ilə yazılmış elanın şəklindən görünür ki, Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsi (müəllimlər İnstitunun yaxınlığında) ümumi sahəsi 4 sot, 1 mərtəbəli, quyusu və çəni gözəl təmirli sanitar qovşaqlı ev 14000 manata təcili satılır. İşdə olan Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 19 may 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh1 Böyükağa qızı, Cavabdeh2 Kəmaləddin qızı və X1 şəhəri M.Hüseyn küçəsi 106 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsinı 8950 manat müqabilində İddiaçı satmışdırlar. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli, **********46 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 08 iyun 2022-ci il tarixli A № 762948 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsinə dair İddiaçı adına tərtib edilmişdir. İşdə olan X10 və İddiaçı arasında bağlanmış 16 iyun 2021-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X2 şəhəri Azərbaycan küçəsi ev 09 mənzil 26 ünvanında yerləşən mənzili aylıq 200 manat müqabilində 16 iyun 2028-ci il tarixə qədər kirayəyə vermişdir. İşdə olan videodiskə baxış keçirilən zaman müəyyən edildi ki, İddiaçı arvadı ilə cavabdehlərin yaşadığı ünvan 1 nömrəli evdə olmuş, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrində olan həyətyanı torpağı və evin otaqlarını təmiri ilə onları tanış etmiş, həyəti və evi satmaq istədiklərini bildirmişlər. İşdə olan Cəlilabad rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq olunmuş 19 may 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh1 Böyükağa qızı, Cavabdeh2 Kəmaləddin qızı və X1 şəhəri M.Hüseyn küçəsi 106 ünvanında yerləşən 0,0293 hektar torpaq sahəsinı 8950 manat müqabilində İddiaçı satmışlar. Habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 öz izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Qardaşı kirayədə yaşadığı üçün münasib qiymətə evlərin elanlarına baxarkən Cəlilabad şəhəri M.Hüseyn küçəsi 10 ünvanında yerləşən evin 14000 manat müqabilində satılması barədə elan görmüş, həmin elan əsasında ailəsi və onunla birlikdə həmin ünvanda olmuşlar. Evin sahibi Gülnarə adlı qadın və qızı Zəminə həyəti və evi onlara göstərmişdir. O zaman məlum olmuşdur ki, evin və həyətin mülkiyyət sənədi yoxdur. Gülnarə evin sənədləşməsinə vaxt və pul lazım olduğunu bildirmişdir. Sonra isə onlar evin qimyətini 11000 manata razılaşmışdırlar. Daha sonra qardaşı Vüqar həmin pulun 2050 manatını hissə-hissə evin sənədlərinin düzəldilməsi və çıxarış alınması üçün Zəminəyə vermişdir. Torpaq sahəsinə çıxarış almaq mümkün olsa da, evin tikinti sənədi olmadığı üçün çıxarış almaq mümkün olmamışdır. Onlar razılaşmışdırlar ki, torpaq sahəsinin çıxarışı ilə alqı-satqıya getsinlər və Vüqar həyəti və üzərindəki evi alsın. Vüqar 19 may 2022-ci ildə Cavabdeh1 Cəlilabad şəhəri M.Hüseyn küçəsi 10 ünvanında yerləşən ümumi sahəsi 0,0292 ha torpaq sahəsini 8950 manat müqabilində almışdır. Daha sonra Vüqar həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. Hazırda cavabdehlər yenə də həmin evdə yaşayırlar. Onlar oradan çıxmaq üçün Vüqardan müəyyən vaxt istəmiş, Vüqar isə razılıq vermişdir. Lakin müəyyən olunan vaxtın tamam olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən və evdən çıxmaqdan imtina etmişdirlər. Dəfələrlə Vüqar cavabdehlərə torpaq sahəsindən və evdən çıxmaq barədə xəbərdarlıq etməsinə baxmayaraq, onlar çıxmamışdırlar. Qardaşı Vüqar ailəlidir və hazırda kirayədə yaşayır. Aylıq kirayə haqqı kimi 200 manat pul ödəyir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İnsan Hüquqları və X4 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Konstitusion və maddi hüquq normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Yuxarıda göstərildiyi kimi, MM-in 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması. MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: birincisi, mülkiyyət hüququnun tanınması; ikincisi, özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; üçüncüsü, mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi. Kollegiya nəzərə çatdırır ki, məhz mülkiyyətçi yuxarıda adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyəçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia hüquq ədəbiyyatında vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (latın sözü olub, “vimdecere” sözündəndir və “zor tətbiq edəcəyini elan etmək” mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbdir. Beləliklə, məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh1 Böyükağa qızının apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən – onun fərdi yaşayış evinin satılması barədə müqavilə bağlamağa məcbur edilməsi, İddiaçı ilə aralarında yalnız torpaq sahəsi ilə bağlı müqavilə bağlanması barədə dəlillər əsassız olmaqla işin həqiqi hallarına uyğun gəlmir. Göstərilən dəlillər hazırkı qətnamənin ləğvi və qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı qənaətə gəlməyə əsas vermir. Göründüyü kimi, hazırkı iş üzrə Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayətində ehtiva olunan dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən geri qaytarılmalıdır. MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Habelə, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Habelə MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)- 1427/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 Böyükağa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(073)-1427/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1192/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1192/2023
10.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver