Məhkəmə qərarları › İş №2(106)-1197/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1197/2023

24.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1197/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilən tikilinin sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadından qətnamənin hüquq və maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilmiş tikilini sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Beyləqan Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə icraya yönəldilmiş, Beyləqan rayon İcra və probasiya şöbəsinin 10 may 2022ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Hazırda qətnamədən, qətnamənin hüquq maraqlarına toxunduğunu iddia edən şəxs Maraqlı şəxs prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda mübahisə edilən ərazidəki torpaq sahəsi onun icarəsindədir. O, qətnamənin surətini 19 aprel 2023-cü il tarixdə almışdır. O, əmlak pulu ödəyir. Beyləqan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, prosessual müddətin bərpasından imtina edilmişdir. Qərardaddan Maraqlı şəxs şikayət vermiş, Beyləqan Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 21 iyul 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, qeyd etmişdir ki, Maraqlı şəxs işdə tərəf olmamışdır. İcarə müqaviləsi əsasında 0.65 ha torpaq sahəsinə çıxarışı 14 oktyabr 2022ci il tarixdə almışdır. Hazırkı iş üzrə məhkəmə qətnaməsi isə 21 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. Ona görə də o, həmin iş üzrə maraqlı şəxs kimi tanına bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Q.Əliyevin iddiası təmin edilmiş, Cavabdeh tərəfindən zəbt olunmuş yolun açılması, yolun üzərində inşa edilmiş tikilini sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. İş üzrə Cavabdeh apellyasiya şikayəti üzrə müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Hazırkı şikayətçi Maraqlı şəxs iş üzrə tərəf olmamışdır. Cavabdeh hüquqlarını Maraqlı şəxs satması sonuncuya qətnamədən şikayət vermək üçün üstünlük yaratmır. Çünki Cavabdeh qətnamənin icrasında borclu şəxsdir, Cavabdeh qətnamədən şikayət vermək hüququ hazırda yoxdur; Cavabdeh sözügedən ərazidə torpaq sahəsi ilə əlaqəli hüquqları ilə yanaşı vəzifələri də Maraqlı şəxs keçmişdir. Beləliklə, birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməkdə doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(020)-40/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar