Məhkəmə qərarları › İş №2(106)-12/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-12/2023

07.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-12/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən İddiaçı mülkiyyətində verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN 1172A (KOD ********) saylı şəhadətnamədə qeyd edilən, Astara şəhər ərazisində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş 0,026 hektar hissəsinin azad edilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 131 manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" ASC-də Kod 200071 VÖEN ********** Müxbir hesab Az37 NABZ **********000001944 SFİFT AİİBAZ2X nömrəli hesaba ödənilməsi, iş üzrə dövlət rüsumu olan 15 manat məbləğində pulun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Astara rayon Aqrar İslahat Komissiyasının (AİK-nin) 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərinin ərazisində İddiaçı mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,06 hektar həyətyanı torpaq sahəsi ayrılmış, onun adına həmin torpaq sahəsi üzrə 04 may 2003cü il tarixli torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa, Astara rayon AİK-nin 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərinin ərazisində Cavabdeh mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,31 hektar torpaq sahəsi ayrılmış, bu barədə onun adına “Torpağın mülkiyyətə verilməsinə” dair xx.xx.2003-cü il tarixli, JN 988A saylı şəhadətnamədə verilmişdir. Astara rayon AİK-nin qərarına əsasən ayrılmış və “Torpağın mülkiyyətə verilməsinə” dair JN 988A saylı şəhadətnamədə qeyd edilən Cavabdeh ailə üzvləri ilə birgə mülkiyyətlərində olan 0,31 hektar torpaq sahəsində tikilmiş, ümumi sahəsi 79,9 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinə sonuncunun mülkiyyət hüququ Astara Rayon Məhkəməsinin qanuni qüvvədə olan 20 aprel 2009-cu il tarixli, 2(018)-141/2009 saylı qətnaməsi ilə tanınmışdır. İddiaçı Cavabdeh və ailə üzvülərinin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmiş, tələbini onunla əsaslandırmışdır ki, Astara rayon AİK-nin 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhər ərazisində fərdi yaşayış evi tikmək üçün verilmiş 0,06 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etdikdə, İdarənin ona ünvanlanmış 16 yanvar 2020-ci il tarixli məktubundan torpaq sahəsinin faktiki olaraq 0,023 hektar hissəsinin onun istifadəsində olması, qalan 0,037 hektar hissəsinin isə Cavabdeh və ailə üzvləri tərəfindən tutulması məlum olmuşdur. O, dəfələrlə tələb etsə də, cavabdeh onun sahəsini azad etməmişdir. Birinci insansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, Astara rayon AİK-nin 02 iyul 1999-cu il tarixli qərarı ilə Astara şəhər ərazisində onun mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün 0,31 hektar torpaq sahəsi ayrılmış, bu barədə onun adına verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamədə verilmişdir. Torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi tikmişdir. Mülkiyyətində olan torpaq sahəsinin 153 kvadrat metr hissəsini 21 yanvar 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. O, başqasının torpaq sahəsini zəbt etməmişdir, o, öz torpaq sahəsindən istifadə edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 139.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 111-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində, o, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iş üzrə verilmiş ekspert rəyi natamamdır, həmçinin məhkəmə tərəfindən suallar düzgün müəyyən edilməmişdir. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, cavabdehin ailə üzvləri X8, X6, X9, X7 da məhkəmə baxışına gəlməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Kollegiya məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı Astara şəhərinin ərazisində 0,06 hektar həyətyanı torpaq sahəsinin cavabdeh isə həmin ərazidə 0,31 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı, özünə həyətyanı torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyini, zəbt edilmiş hissənin qanunsuz sahiblikdən azad edilməsini xahiş etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin rəyi əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 sentyabr 2020-ci il tarixli, 10/2573 saylı rəyin görə, Astara rayon Aqrar İslahat komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən verilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN 1172A KOD 80101004 saylı Şəhadətnamə ilə İddiaçı Astara şəhər ərazisində verilmiş 0,06 hektar həyətyanı torpaq sahəsinin 0,026 hektar hissəsi Cavabdeh Qurban oğlu tərəfindən istifadə edilir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli, 10/1958 nömrəli rəy verilmişdir. İş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyinə görə, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən, Astara şəhər ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtələri, eləcə də Cavabdeh mülkiyyətinə fərdi yaşayış evi tikmək üçün verilmiş və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən 0.31 ha torpaq sahəsinin torpaqların yerquruluşu planına əsasən koordinatları müəyyən edilmişdir. Eyni zamanda mülki işə əlavə olunmuş alqısatqı müqaviləsinə bölgü eskizinə əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin müəyyən hissəsi digər şəxslərə satıldığından Cavabdeh faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin döngə nöqtələri və koordinatları müəyyən olundu. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Astara yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların yerquruluşu planına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.31 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu müəyyən edildi. Həmin ekspert rəyinə görə də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Cəlilabad LTİ-nin mütəxəssis rəyinə əsasən, torpağın mülkiyyətə verilməsinə dair JN1172A saylı Şəhadətnamənin yerə uyğun yerləşmə vəziyyətinə görə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin 0.026 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Kollegiya iş üzrə ekspert rəylərini sübut olaraq qəbul edir və təqdim olunmuş sübutlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya məxsus həyətanı torpaq sahəsinin 0,26 ha hissəsi cavabdehin faktiki istifadəsində, qanunsuz sahibliyindədir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(018)-380/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə əlaqədar olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar