Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1208/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin *7 iyun 2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadından maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Beyləqan rayon İ saylı Notariat Ofisinə qarşı şəxsin qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair ərizəsi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-760/2024 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin mülki iş üzrə Maraqlı şəxs2 maraqlarına toxunan şəxs kimi Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-760/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)0760/2024 saylı qərardadına əsasən Maraqlı şəxs2 maraqlarına toxunan şəxs qismində verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə özünə geri qaytarılmışdır. Buna baxmayaraq Maraqlı şəxs2 yenidən elektron qaydada apellyasiya şikayəti vermişdir. Lakin o, məhkəmə qərardadında göstərilənlərə əməl etməmiş, qərardadda göstərilən nöqsanları aradan qaldırmamış, məhkəmə qətnaməsinin onun hansı maraqlarına toxunmasını təsdiq edən sübutlar apellyasiya şikayətinə əlavə etməmişdir. Həmin apellyasiya şikayətidə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)- 760/2024 saylı qərardadına əsasən özünə geri qaytarılmışdır. Hazırda Şammədov X* Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadından şikayət vermiş və mülki işi onun apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin *7 iyun 2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadı ilə, Maraqlı şəxs2 Beyləqan Rayon Məhkəməsinin *7.06.2025-cü il tarixli, 2(020)-*4/2023 saylı qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.*-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Beyləqan Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(020)-760/2024 saylı qətnaməsi ilə, Ərizəçi 03.05.20**-ci ildə ölmüş mərhum atalığı X2 ilə ata-qız dərəcəsində qohum olması faktı müəyyən edilmişdir. Bundan sonra Maraqlı şəxs2 məhkəmə qətnaməsinin onun maraqlarına toxunması əsası ilə maraqlı şəxs qismində apelyasiya şikayəti və müddət bərpa barədə ərizə vermiş vermiş, Beyləqan Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli qərardadı ilə Maraqlı şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti məhkəmə qətnaməsinin onun maraqlarına toxunmasını təsdiq edən kifayət qədər sübutlar əlavə edilməməsi əsası ilə geri qaytarılmışdır. Maraqlı şəxs2 həmin qərardaddan şikayət vermiş, lakin əvvəlki qərardadda göstərilən nöqsanları aradan qaldırmadığından məhkəmənin 04 iyun 2025-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti yenidən geri qaytarılmışdır. Maraqlı şəxs2 04 iyun 2025-ci il tarixli qərardaddan şikayət vermiş, Beyləqan Rayon Məhkəməsinin *7 iyun 2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadı ilə şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Kollegiya hesab edir ki, Maraqlı şəxs2 məhkəmənin *7 iyun 2025-ci il tarixli qərardadından şikayət verdiyindən kollegiya şikayətin dəlilləri həddində həmin qərardadın qanuniliyinin və əsaslılığının yoxlanmasını zəruri hesab edir. MPM-in *0-*.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.*.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Maraqlı şəxs2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərkən müəyyən edilmişdir ki, şikayət Maraqlı şəxs2 tərəfindən imzalanmış, lakin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *0-*.3-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu maddənin tələblərinə əməl edilməməsi Mülki Prosessual Məcəllənin 363.*.5-ci maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Odur ki, şikayətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin *7 iyun 2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.*-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.*, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *7 iyun 2025-ci il tarixli, 2(020)-760/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1208/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1208/2025
17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver