Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1227/2025 18.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad Rayon Mərkəzi X1rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 avqust 2025-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X8rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X9 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsindən azad olunması barədə olan xx.xx.2025-ci il tarixli, 33 №-li əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X14 üzrə Terapiya şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə bərpa ediləməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Sabirabad MRX-da xadiməçi işləyir. Belə ki, onunla bir Şöbədə işləyən Baş tibb bacısı X5 ona qarşı aqressiv, təhqiramiz, qərəzli, hətta vəzifəsindən sui-istifadə edərək əsassız olaraq onu işdən azad etdirilməsinə cəhd edərək, barəsində rəhbərliyə müxtəlif yalanlar, şayiə xarakterli xəbərlər çatdıraraq onu ləkələməyə çalışması ilə bağlı aidiyyəti orqanlara şikayət məktubu göndərmişdir. Onun bu hərəkətinin səbəbi isə odur ki, o, işə qəbul edilərkən əvvəlcə ondan 400 manat pul və bir qoyun tələb etməsi, onun isə onun bu tələbini yerinə yetirməməsi olmuşdur. Belə ki, müraciəti ilə bağlı 07 mart 2024-cü ildə Səhiyyə Nazirliyi tərəfindən “Tibbi ərazi bölmələrinin idarə etmə Birliyi” X14 Həsən Hüseynova 19 fevral 2024-cü il tarixli, 3-28/2-C-1508-1-1482/2024 saylı cavab məktubu göndərərək müraciətə aidiyyəti üzrə baxılması barədə göstəriş verilmişdir. Lakin buna baxmayaraq “TƏBİB"in X14 Həsən Hüseynov “Vətəndaşların müraciətləri haqqında” AR-nın Qanunun tələblərini kobud şəkildə pozaraq qanunla ona verilmiş səlahiyyətlərdən sui-istifadə edib, onun işlədiyi şöbəyə gələrək etik normalarına zidd olaraq rəhbərliyə müraciət etdiyinə görə onu təhqir edib, hədə-qorxu gələrək onun başına oyun açaraq işdən azad edəcəyini bildirdi. Halbuki, AR-nın Ali hüquqi qüvvəyə malik olan Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Lakin mövcud qanunvericilik aktlarından tamamilə xəbərsiz olan “TƏBİB” in X14 X2 və digər mövcud qanunvericilik aktlarının tələblərini çox ciddi və kobud şəkildə pozaraq tənqid etdiyinə görə onu təqib edərək, təhqir etmiş, hədə-qorxu gələrək şikayət etdiyinə görə, onu işdən azad edəcəyini bildirmiş, hətta bildirmişdir ki, “səni işdən azad etməsəm şərəfsiz olaram” sözlər rəhbər işçiyə yaraşmayan əxlaq və etika qaydalarına ziddir. Daha sonra isə ona Sabirabad Rayon Mərkəzi Xəstəxanasında əmr təqdim edilərək guya onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərini pozaraq ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X13 direktoru Həsən Hüseynov tərəfindən xx.xx.2024-cü il tarixli, 130 nömrəli əmr qəbul edilmişdir. Halbuki bunu isbat və ya sübut edəcək dəlil ona təqdim etməmişdir. Onun işi isə xadiməçilikdən ibarət olduğundan işini vaxtı-vaxtında yerinə yetirməklə bütün əmək fəaliyyətinin normalarını yerinə yetirir. Ona görə də məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-115/2025 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16” Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X13 direktoru Həsən Hüseynov tərəfindən verilmiş ona “Xəbərdarlıq elan edilməsi barədə” xx.xx.2024-cü il tarixli 18-1-70/3-1- 118/2024 saylı və “Sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi” barədə xx.xx.2024-cü il tarixli 18-1-70/3-1-788/2024 saylı əmrlərinin ləğv edilməsi qət edilmişdir. Lakin, buna baxmayaraq cavabdehin əsassız olaraq qəbul etdiyi xx.xx.2025-ci il tarixdə 18-1-70/3-1-3/2025 nömrəli «əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin surətindən görünür ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Terapiya şöbəsində Xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən onun əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam veriliş, işçiyə işlədiyi son günün əmək haqqısının hesablanıb verilməsi, istifadə etmədiyi məzuniyyət günü : ( 0 (sıfır) ) Sabirabad RMX-nın Maliyyə şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Hesabatlılıq bölməsinin Hesabatlılıq üzrə mütəxəssisi vəzifəsində işləyən X3 və İnsan Resursları şöbəsinin müdiri X4 tapşırılmışdır ki, ona son hesabın ödənilməsini təmin etsin. O, xx.xx.2023-cü ildə işə qəbul olunmuş və axrıncı əmək məzuniyyətini xx.xx.2024-cü il tarixdə 2024-2025-ci ilin hesabından istifadə etmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə TƏBİB-in tabeleyində olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X9 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı işinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Lakin, xəstəxana üzrə xadimə kimi çalışmışdır. İşə qəbul olan zaman ona müqavilənin müddətsiz olması deyilmişdir. Hətta xx.xx.2025-ci il tarixdə əldə etdiyi portal məlumatı üzrə Xəstələrə qulluq edən kiçik tibb bacısı kimi xx.xx.2024-cü il tarixdə müqavilənin bitmə tarixini göstərsə də, daha sonra isə xx.xx.2025-ci il tarixli, 33 nömrəli əmr üzrə Azərbaycan Respublikasının 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitdiyinə görə əmək müqaviləsinə xitam verilməsi göstərilmişdir. Lakin, bu müddəa ilə onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil bildirdi ki, vəkili olduğu şəxslə 11 yanvar 2023-cü ildə müqavilə bağlanmış, müqavilədə qeyd edilir ki, 1 il müddətinə xəstələrə qulluq edən kiçik tibbi bacısı işinə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılır. Müqavilənin 9.3-cü bəndində göstərilmişdir ki, işəgötürən tərəfindən yenilənmiş əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Həmiçinin müqavilənin 10.3-cü bəndində göstərilmişdir ki, yenilənmiş əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlarda biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 1-ci Əlavədə əmək müqaviləsinin nümunəvi forması göstərilib, xanımla bağlanan müqavilədə nümunəvi forma yoxdur. Xanımla xəstələrə qulluq edən tibb bacısı kimi müqavilə bağlanılıb. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Buradan da göründüyü kimi, xanımla bağlanmış əmək müqaviləsi düzgün bağlamamışdır, çünki xanım xəstələrə qulluq edən tibb bacısıdır. Bu da müvəqqəti xarakter daşıyan iş deyildir. Bundan başqa, 49-cu maddənin 1-ci bəndində qeyd edilir ki, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Bundan başqa, 73-cü maddədə göstərilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Əmək Məcəlləsinin 300-cü maddəsində əmək müqaviləsinin ləğv olunma qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri qeyd olunur ki, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Bir vəkil kimi ona məlum deyildir ki, yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır. Əmək qanunvericiliyinin tələbləri pozulmaqla mənafeyini müdafiə etdiyi şəxs işdən çıxarılmışdır və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X9 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının etiraz etməməsini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi ilə (X7) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək, apelyasiya şikayətinin ədalətsiz, qanunsuz və əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququdur. 11-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüququdur. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 56 nömrəli əmrlə TƏBİB-in tabeleyində olan “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X9 Terapiyə şöbəsinə xəstələrə qulluq edən kiçik tibb bacısı işinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. İş materiallarında olan «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X9 direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 18-1-70/3-738/2024 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onunla xx.xx.2025-ci il tarixinə kimi bağlanmış əməl müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt qəbzi və məktubun çatdırılması barədə xəbərnamədən görünür ki, xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixində İddiaçı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə 18-1-70/3-1-3/2025 nömrəli «əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrin surətindən görünür ki, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Terapiya şöbəsində Xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçının iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi təşkil edir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakıları müəyyən edir. İddiaçının iddia tələbinin əsasını xx.xx.2025-ci il tarixli, 33 №-li əmrin ləğvi və işə bərpa təşkil edir. İş materiallarının tədqiqindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2024-cü ilədək olmuş, müqavilənin 2.2-ci bəndinin tələblərinə uyğun olaraq əmək münasibətləri davam etdirilmiş və müqavilə avtomatik olaraq bağlanmış olduğu müddətə uzadılmışdır. Əmək münasibətlərinin davam etdirilməsi nəticəsində uzadılmış əmək müqaviləsinin müddətinin bitməsinə bir aydan artıq müddət qalmış cavabdeh təşkilat Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq davranmaqla müqavilə müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıya xəbərdarlıq etmiş və müqavilə müddəti bitdiyi gün əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmişdir. İddiaçının iddia tələbi və apelyasiya şikayəti üzrə əsas dəlili, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən, əmək müqaviləsinin müddət müəyyən edilmədən bağlanmalı olması, bu xüsusda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin düzgün bağlamaması, iddiaçının işinin müvəqqəti xarakter daşıyan iş olmaması olmuşdur. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, bu norma göndərici norma kimi çıxış etməkdədir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Belə ki, Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsini müddətli bağlamaqla qanun pozuntusuna yol verməmiş, tərəflərin hüquq bərabərliyi əsasında əmək müqaviləsini iradələrinə uyğun müddətli müqavilə olaraq bağlanmışlar. İddia tələbinin və apelyasiya şikayətinin digər dəlili kimi, “yenilənmiş əmək müqaviləsi ilə hər dəfə 3 ay-3 ay artırmaqla işə götürən müqavilənin müddətini uzatmışdır və ya müqavilə müddəti bitəndən sonra 1 il müddətinə uzadılmışdır” fikrinə münasibətdə isə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. İşdən də göründüyü kimi, əmək müqaviləsi tərəflər arasında bir il müddətinə bağlanmış, tərəflər əmək münasibətlərini davam etdirdikləri üçün həmin əmək müqaviləsinin müddəti göstərilən normanın tələbinə uyğun olaraq eyni müddətə də uzadılmış hesab edilmişdir. Belə olan halda, həmin müqavilənin 3 ay-3 ay və ya 1 il müddətinə uzadılmasının anlaşılmaz qalması barədə düşünülməsi üçün də əsas yoxdur Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1012/2025 saylı, 26 may 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1227/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1227/2025
18.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver