Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-123/2023 26.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçılar İddiaçı1, İddiaçı3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Astara Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1, İddiaçı2 və başqalarının cavabdehlər Cavabdeh4, Cavabdeh5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC-yə) ("xxxx" MMC-yə) qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi, tutulmuş yolun zəbtdən azad edilməsi, vurulmuş zərərin ödənilməsi və özbaşınalıqlara son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli qərarı ilə Astara rayonu, Şüvi kəndi ərazisində 0.11 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3 mülkiyyətlərinə verilmiş, bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən 2005-ci il tarixli şəhadətnamə verilmişdir. Bundan başqa, Astara rayonu, Şüvi kəndində yerləşən 0.1194 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətindədir və bu barədə Dövlət Reyestrindən 05 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa, Astara rayonu, Şüvi kəndində yerləşən 0.1678 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ümumi birgə mülkiyyətindədir və bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Astara rayonu, Şüvi kəndində yerləşən 0.2562 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" MMC-nin tam paylı mülkiyyətindədir və bu barədə Dövlət reyestrindən 06 iyun 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan başqa, Astara rayonu, Şüvi kəndində yerləşən 0.8706 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi "xxxx" MMC-nin tam paylı mülkiyyətindədir və bu barədə Dövlət reyestrindən 13 iyun 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Astara rayonu, Şüvi kəndində yerləşən 0.4016 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh4 tam paylı mülkiyyətindədir və bu barədə Dövlət reyestrindən 14 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırki tələbində İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh4 tərəfindən tutulmuş 0.1194 hektar sahəsinin, cavabdeh "xxxx" MMC tərəfindən tutulmuş 0.1678 hektar və 0.11 hektar torpaq sahələrinin və Cavabdeh5 tərəfindən tutulmuş yolun zəbtdən azad edilməsi, cavabdeh "xxxx" MMC ("xxxx" MMC) tərəfindən vurulmuş zərərə görə 650 manatın və ümumiyyətlə cavabdehlərdən itirilmiş mənfəətə görə 10000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınması və onların özbaşınalığına son qoyulmasını xahiş etmişlər. İddiaçı1 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Astara rayonu, Şüvi kəndi ərazisində ona və ailə üzvlərinə verilmiş 0,11 hektar torpaq sahəsinin Cavabdeh4, Cavabdeh5 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-nin əməkdaşları mülkiyyətlərində olan 0.1678 hektar torpaq sahəsini və 0.11 hektar torpaq sahəsini zəbt etmiş və orada sitrus ağaclarını əkmişlər. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da 0.11 hektar torpaq sahəsini zəbt etmişdir. Həmçinin, Cavabdeh4 paylı mülkiyyətlərində olan 0.1194 hektar torpaq sahəsini zəbt etmişdir. Cavabdeh5 isə mülkiyyətlərində olan torpaq sahəsinə gedən gediş-gəliş yolunu zəbt etmişdir. Cavabdehlərdən torpaq sahələrinin zəbtdən azad edilməsini tələb etsələr də, buna nail ola bilməmişlər. Nəticədə cavabdeh "xxxx" MMC tərəfindən onlara 650 manat dəyərində zərər dəymişdir. Ümumiyyətlə cavabdehlərin özbaşınalığı nəticəsində torpaq sahələrindən 10000 manat qazanc əldə etmək imkanından məhrum edilmişlər. Birinci instansiya məhkəməsində Cavabdeh5 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinə gedən gediş-gəliş yolunu və 0,11 hektar torpaq sahəsini zəbt etməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 nümayəndəsi X5 iddia tələbini qəbul etməmiş, izahatında iddiaçıya məxsus 0,1194 hektar və 0,11 hektar torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini bildirmiş, ona görə iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin təmsilçisi iştirak etmədiyindən, onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı, 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,1194 hektar torpaq sahəsinin 0,0858 hektar hissəsinin Cavabdeh4 qanunsuz sahibliyindən azad edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qaytarılması, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı, 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,1678 hektar torpaq sahəsinin cavabdeh "xxxx" MMC-nin qanunsuz sahibliyindən azad edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qaytarılması, JN-154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində mülkiyyətlərinə verilmiş 0,11 hektar torpaq sahəsinin cavabdehlər- Cavabdeh1 Raşid oğlu, Cavabdeh5 və "xxxx" MMC-nin qanunsuz sahibliyindən azad edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qaytarılması, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı, 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsinə gedən yolun Cavabdeh5 qanunsuz sahibliyindən azad edilməsi və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qaytarılması, İddiaçı1 tərəfindən ödənilmiş ekspertiza xərcinin 250 (iki yüz əlli) manat hissəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X8 Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada alınaraq, İddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh5 və X8 Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil birgə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələblərinin Cavabdeh4 aid hissədə tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iddiaçı və cavabdeh tərəfin sənədlərinin üst-üstə düşdüyünü nəzərə almamış, əsassız olaraq iddianı qismən təmin etmişdir. Ekspert rəyi tam deyildir. Sözügedən 0.11 ha torpaq sahəsinin hansı hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi aydınlaşdırılmamışdır. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin Cavabdeh1 aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsini xahiş etmiş, izahatında iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə razı olmadığını qeyd etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. İddiaçı1 izahatında bildirmişdir ki, onların torpağı Cavabdeh1 tərəfindən istifadə olunur. Digər iddiaçı və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin məhkəməyə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamədən cavabdehlərdən, yalnız Cavabdeh4 apellyasiya şikayəti vermişdir. Kollegiya işə Cavabdeh4 apellyasiya şikayəti həddində, ona aid hissədə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçılar və cavabdehlər qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz tutulduğunu bildirməklə, əmlakının boşaldılmasını tələb etmişdir. Kollegiya izahatları və iş üzrə materialları araşdırıb aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən “X4”-nin 14 aprel 2022-ci il tarixli, 570 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəyə görə, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixli Çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsinin 0.0858 hissəsinin Cavabdeh4 faktiki istifadəsində olması müəyyən olunmuşdur. Bundan başqa, həmin rəyə görə, Astara Rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarına əsasən JN-154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.11 hektar torpaq sahəsi cavabdehlər- Cavabdeh4, Cavabdeh5 və "xxxx" MMC tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Rəydə qeyd edilmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 14 dekabr 2017-ci il tarixli çıxarışla Cavabdeh4 Astara rayonu, Şüvi kənd ərazisində verilmiş 0.4016 hektar torpaq sahəsi 0.0858 hektar hissədə üst-üstə düşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixi Çıxarışla İddiaçı1 onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 06 iyun 2018-ci il tarixli Çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.2562 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Həmçinin İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsi ilə DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 13 iyun 2018-ci il tarixli Çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.8706 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Eləcə də həmin rəyə görə, İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1678 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 14 dekabr 2017-ci il tarixli Çıxarışla Cavabdeh4 Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.4016 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1678 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 06 iyun 2018-ci il tarixli çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.2562 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1678 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 13 iyun 2018-ci il tarixli çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.8706 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı Astara Rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarına əsasən JN-154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.11 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 14 dekabr 2017-ci il tarixli Çıxarışla Cavabdeh4 Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.4016 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı Astara Rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixi 02 saylı qərarına əsasən JN- 154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.11 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 06 iyun 2018-ci il tarixi çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.2562 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı Astara Rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarı əsasən JN-154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.11 hektar torpaq sahəsi ilə AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 13 iyun 2018-ci il tarixli çıxarışla "xxxx" MMC-yə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.8706 hektar torpaq sahəsinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1194 hektar torpaq sahəsinin planına əsasən ora gedən yol tam olaraq Cavabdeh5 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ********** saylı 05 dekabr 2017-ci il tarixli çıxarışla İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.1678 hektar torpaq sahəsinə gedən yol Cavabdeh5 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı Astara Rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 02 saylı qərarına əsasən JN-154A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və onun ailə üzvlərinə Astara rayonu, Şüvi kəndi ərazisində verilmiş 0.11 hektar torpaq sahəsinə gedən yol Cavabdeh5 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Ekspertiza xərcini təşkil edən 500 (beş yüz) manat məbləğindəki pul İddiaçı1 tərəfindən ödənilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin istinad etdiyi xüsusi ekspertizanın verdiyi rəyi müəyyən hissədə əsassız saysa da digər hissəsinə münasibətdə torpaq sahələrinin koordinatlarının üst-üstə düşdüyünü qeyd etmişdir. Mübahisələndirilən hissədə torpaq sahələrinin üst-üstə düşüb-düşmədiyinin müəyyən edilməsi, eləcə də iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəyi əsasında verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/7277 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2487/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu, Şüvi kəndi ərazisində İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan 0,1194 ha və 0,1678 hadan ibarət kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin və 0,11 ha həyətyanı torpaq sahəsinin koordinatları, o cümlədən ilkin torpaqayırma sənədləri (DWJ məlumatları) üzrə döngə nöqtələri, Cavabdeh4 mülkiyyətində olan və Astara rayonu, Şüvi kəndində yerləşən 0,4046 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və digər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan torpaq sahəsinin **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin torpaqların naturada (yerdə) faktiki istifadə vəziyyətini əks etdirməyən dvvg fayla əsasən hazırlanması və məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edilmişdir. Sözügedən 0,1194 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,1042 ha ölçüdə öz əksini tapmışdır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin torpağın naturada (yerdə) faktiki istifadə vəziyyətini əks etdirməyən dvvg faylına əsasən hazırlanması və məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edilmişdir. Lakin Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı isə sözügedən 0,1678 ha torpaq sahəsinin mübahisəli ərazidən orta hesabla 350 m cənub-qərb istiqamətində yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, JN-154A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməsi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda qeyd olunan torpaq sahəsinin **********5 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin torpaqların naturada (yerdə) faktiki istifadə vəziyyətini əks etdirməyən dvvg faylına əsasən hazırlanması və məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən edilmişdir. Sözügedən 0,4016 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2487/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə Cavabdeh4 və digər cavabdehlərin mülkiyyətində olan torpaq sahələrinin koordinatlarının sənədlər üzrə üstüstə düşməməsi müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-43/2-2487/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********96 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ilə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,1194 ha (faktiki 0,1042 ha) torpaq sahəsinin Cavabdeh4 tərəfindən faktiki olaraq istifadə edilməsi müəyyən olunmuşdur. Torpaq islahatına dair kompleks yerquruluşu layihəsində araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********26 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ilə İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan 0,1678 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü”sənədinin koordinatlarının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki istifadəsində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Lakin Torpaqların elektron kadastr uçotu informasiya sistemincə araşdırma zamanı isə sözügedən 0,1678 ha torpaq sahəsinin mübahisəli ərazidən ora hesabla 350 m cənub-qərb istiqamətində yerləşməsi müəyyən olunmuşdur. Torpaq sahələrinin yerləşmə vəziyyətini əks etdirən sxem mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, mübahisələndirilən hissədə tərəflərə məxsus torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi və iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilsə də, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidən kənarda yerləşməsi müəyyən edilmişdir. Kollegiya iş üzrə mühəndis-texniki ekspertizasının 23 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-10/7277 nömrəli rəyini sübut olaraq qəbul edir və belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsi Cavabdeh4 qanunsuz sahibliyində deyil. Göstərilənlər də onu deməyə əsas verir ki, hazırki iş üzrə iddiaçıların mülkiyyətində olan 0,11 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 çıxarılması barədə iddiaçıların tələbinin təmin edilməsi üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 0,11 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 çıxarılmasına dair hissədə iddianı təmin edərkən işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 0,11 ha həyətyanı torpaq sahəsindən Cavabdeh4 çıxarılmasına dair hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən və iddia qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna 25 manat, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutulub Cavabdeh4 ödənilməli, mütəxəssis arayışının alınmasına görə- ödənilmiş vəsait cavabdehə aid edilməli, ekspertiza tədqiqatına görə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(018)-61/2022 nömrəli qətnaməsi qismən– Cavabdeh4, Astara rayonu, Şüvi kəndi ərazisində İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan 0,11 ha torpaq sahəsindən Cavabdeh4 çıxarılmasına dair hissədə ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 25 manat, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutulub Cavabdeh4 ödənilsin. Ekspertiza tədqiqatına görə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-123/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-123/2023
26.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver